zü həmsöhbətinizə nə söyləmək haqqında düşünmək imkanından
məhrum etmiş olursunuz.
Qəlib və dəftərxana terminlərindən işgüzar nitqdə istifadə ta
mamilə qanunauyğundur, lakin bu, heç də o demək deyil ki, onlar
dan həddindən artıq istifadə etməyə ehtiyac var. Halbuki, bir çox
biznesmenlərin nitqi məhz belə sözlərin bolluğundan ziyan çəkir,
çünki bu sözlər nitqə cansız - formal xarakter verir və onu ehtiyac
olmadığı halda mürəkkəbləşdirir. Məsələn: «Alınan maşınlara il
kin xidmət adi sürücü alətlərindən istifadə edilən təmir bazasında
yerinə yetirilin).
Nitqin qeyri-dəqiqliyi ilə əlaqədar yol verilən səhvlərin bir
qismi biznesmenlərin zəruri təhsilə malik olmaması və xüsusi ter
minologiyadan zəif baş çıxarması ilə əlaqədardır. Onlar çox za
man özlərinə aydın olmayan sözləri tanış, yaxud səslənmə etibarilə
oxşar sözlərlə əvəz edirlər. Belə ki, bəziləri «mütəhərrik»
sözünü
«m ühənib), «reflyuks» sözünü «refleks», «uayt-spirit» sözünü
«spirt», «silindrli» sözünü « silindr kimi» və s. ilə əvəz edirlər.
İşgüzar adamlann nitqinə adi danışıq dilindəki loru sözlər və
müvafiq terminlərin yerində işlədilən sex jarqonlanm n daxil olma
sı da çatdınlan məlumatın dəqiqliyini azaldır. Bir sıra
şirkətlərin
təqdimetmə mərasimi zamanı onlann nümayəndələri istehsal
edilən texnikanın istismar keyfiyyətlərini izah edərkən deyirlər:
«naqillərin
qırılışı
istisna edilmişdin), «qabarıq kənarın
əyişi
yol
verilən həddədin), «fırçaların
asılm ası
tez aradan qalxın), «izolya-
siyanın
sürüşü
baş vermin).
Şifahi işgüzar nitqin dəqiqliyi və aydınlığı təkcə söz və ifa
dələrin məqsədyönlü seçilməsi ilə şərtlənmir. Sözlərin ifadə daxi
lində əlaqə normalarına dəqiq əməl edildiyi qrammatik quruluş
ların seçilməsi də çox mühümdür. Sözləri söz birləşmələrinin
tərkibində m üxtəlif şəb id ə birləşdirmək imkanı ibm ənalılıq ya
rada bilir. Məsələn; «Belə işarələnən başqa mallar yoxdun) (başqa
mallar, yaxud belə işarələnən nəzərdə tutulduğu dəqiq aydın deyil).
Nitqin aydın olmamasına həm də sözlərin cümlədə sırasının
uğursuz seçilməsi səbəb ola bilər. Məsələn: « Bir neçə min insanın
dörd bu tip avtomat xidmətindədin>.
Bu ifadədə xəbər vasitəsiz
336
tamamlıqdan seçilmir, bu səbəbdən də hərəkətin subyektinin avto
matlar, yoxsa insanlar olduğu aydın deyil.
Yığcamlıq - işgüzar nitqin istənilən formasına verilən ən mü
hüm tələbdir, çünki yuxanda qeyd olunduğu kimi, belə nitq verilən
məlumatlann sırf tətbiqi xarakteri ilə digərlərindən fərqlənir. Bu
o deməkdir ki, danışan lazımsız ifadələrdən, artıq təfərrüatlardan
və söz
tör-töküntülərindən çəkinməklə, dinləyicinin vaxtından və
səbrindən sui-istifadə etmir.
Burada hər bir söz və ifadə dinləyicilərə məsələnin mahiyyətini
mümkün qədər dəqiq və yığcam izah etmək məqsədi daşıyır: bu
səbəbdən də heç bir məna ifadə etməyən söz və söz birləşmələri
işgüzar nitqdən tamamilə çıxarılmalıdır.
Artıqlıq, yaxud nitq bolluğu daha çox təkcə üslüb səliqə
sizliyinin yox, həm də natiqin danışdığı məsələ haqqında təsəv
vürlərinin aydın və dəqiq olmadığını göstərən artıq sözlərdən isti
fadədə təzahür edir ki, bu da əsas fikri kölgədə qoymaqla yanaşı,
informativliyin də ziyanına işləyir.
Çoxsözlülük m üxtəlif formalarda təzahür edir. Məsələn, çox
zaman işgüzar söhbətlərin iştirakçıları hamıya məlum olan həqi
qətləri zorla yenidən izah etməyə çalışır, yaxud eyni fikirləri dəfə
lərlə təkrar edərək, qeyri-iradi işgüzar söhbətin uzanmasına səbəb
olurlar.
N itq artıqlığı
Dostları ilə paylaş: