Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


İşgüzar söhbət şifahi nitqin xüsusi növü kimi



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə134/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

İşgüzar söhbət şifahi nitqin xüsusi növü kimi 
Mütəmadi ola­
raq bir-biri, həmçinin yanlarına gələnlərlə işgüzar söhbət apararkən 
insanlar bəzən dəhşətli nitq savadsızlığı nümayiş etdirirlər ki, bu da 
onların işgüzar fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərərək
imkanlarını tam şəkildə aşkarlamalanna mane olur. Eyni zaman­
da demək lazımdır ki, işgüzar söhbət elmi anlayış kimi müasir 
linqvistikada mövcud deyil. Bu səbəbdən, sahibkarlıq fəaliyyəti 
sahəsində şifahi işgüzar nitqin araşdırılması heç vaxt aparılma­
mışdır. Halbuki bu nitq növü də öz leksik-qrammatik və üslub 
xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlər, onun sırf işgüzar və 
konkret xarakteri bədii ədəbiyyatın qrammatik-üslub vasitələrinin 
ona təsirinin qarşısını alsa da, lakin burada məişət danışığı və rəsmi- 
işgüzar üslubların təsiri daha parlaq şəkildə özünü göstərir. Məhz 
bu xüsusiyyətlər də işgüzar söhbətin nitq materialının təşkilini və 
onun dil xüsusiyyətlərini müəyyən edir.
işgüzar söhbət 
iş maraqlan ilə bağlı işgüzar əlaqələr qurmaq 
və işgüzar problemləri həll etmək üçün lazımi səlahiyyətlərə malik 
olan insanlar arasında ən geniş mənada başa düşülən şifahi nitq 
rabitəsidir.
İşgüzar söhbət - ilk növbədə yazılı nitqdən əhəmiyyətli dərə­
cədə fərqlənən şifahi işgüzar nitqdir. Hər şeydən əvvəl, işgüzar 
söhbət bilavasitə ünsiyyət olub, konkret həmsöhbətin (yaxud 
həmsöhbətlərin) mövcudluğunu nəzərdə tutur, bu isə ona (yaxud 
onlara) bilavasitə təsir göstərmək imkanı yaradır.
Həmsöhbətin mövcudluğu mimikalar, jestlər, intonasiya və 
digər ünsiyyət texnikasından istifadəyə imkan verir, bu da şifahi iş­
güzar nitşi yazılı işgüzar nitqdən əhəmiyyətli dərəcədə fərqləndirir.
Bilavasitə ünsiyyət əvvəlcədən ətraflı düşünmə imkanını ləğv 
edir, bu səbəbdən, işgüzar söhbət sərbəst ünsiyyət formaları ilə 
zəngin, həmçinin bir sıra qrammatik və üslub xüsusiyyətlərinə ma­
lik olur.
326


Adətən, işgüzar nitqin bu növü üçün işgüzar ünsiyyətdə onların 
fikrincə lazımsız hesab edilən və mülahizənin mənasını dəqiq və 
qısa şəkildə ifadə etməyə imkan verməyən ümumi ədəbi dilin adi 
morfoloji normalarından uzaqlaşma səciyyəvidir. İşgüzar nitqdə 
ədəbi dildə yalnız tək halda işlənən toplu isimlərin cəm halında 
işlədilməsi artıq normaya çevrilib, məsələn: «Bu 5 aqreqat/лг daxi­
li yanma mühərrikinə elastik mufta ilə bağlanan daimi gərginlikli 
generatordan ibarətdir», yaxud «Bu stenddə prinsipial baxımdan 
yeni kəsiciyə malik üç tokar dəzgah/an təqdim olunur».
Şifahi işgüzar nitqdə, ümumi ədəbi dildə yalnız tək halda iş­
lənən isimlərin cəm halda işlədilməsi adi hal alıb.( məs., su- sular, 
qəzet oxumaq- qəzetləri oxumaq və s.)
İşgüzar adamların şifahi nitqində bəzi söz və ifadələr adi ədəbi 
dildən fərqli olaraq, qrammatik qaydalan pozur. Məsələn, «fəhlələr 
gəlirlər» əvəzinə «fəhlələr gəlir», «qonaqlar ayağa qalxdılar» əvə­
zinə «qonaqlar ayağa qalxdı » kimi cümlələr normal işlənir.
İşgüzar adamların şifahi nitqində rast gəlinən ən populyar dil 
qaydalarının pozulması - əcnəbi dillərdən, xüsusilə də rus dilindən 
götürülmüş sözlərin adi hal kimi işlədilməsidir. Məs., rus dilindəki 
“uje”, “davay”, “zanit”, “xodlamaq”, ”prosto” və s. kimi sözlər iş­
güzar mühitdə geniş istifadə edilir.
Danışıq işgüzar nitqinin bü xüsusiyyətləri ədəbi dil üçün arzu- 
olunmazdır, çünki dilin dəqiqlik normasını pozur. Burada onları 
nitqin qüsurları kimi nəzərdən keçirmək düzgün deyil, çünki onlar 
işgüzar mühitdə hər yerdə işlədilməklə normal aşmışlar.
M allar və onlann istehsal proseslərinin təsvirinin sırf işgüzar 
konkret xarakteri, yuxanda qeyd edildiyi kimi, işgüzar nitqə 
bədii ədəbiyyaün qrammatik-üslubi vasitələrinin daxil olmasına 
imkan vermir, halbuki, bu hal adi nitq üçün xarakterikdir.
Buna baxmayaraq, işgüzar adamlann məişət nitqi yazılı işgü­
zar nitqə də xas olan ümumi qrammatik-üslubi hadisələrdən for­
malaşır. Şifahi işgüzar nitqin dilinin spesifikliyi orada yalnız ayn- 
ayn leksik törəmə və sintaktik quruluşlara yazılı formaya nisbətən 
bir qədər tez-tez rast gəlinməsindədir.
327


İstehsalat terminləri ilə yanaşı, işgüzar adamların şifahi 
nitqində çoxsaylı konkret texniki sistem və qurğu növlərinin, həm­
çinin xammal və materialların adlarına rast gəlinir.
Bu cür leksik elementlər spesifıkdir. Onlar, bir növ, apara­
tın, cihazın, mexanizm yaxud maşının onu hazırlayan zavodun 
markası formasındakı xüsusi adını təmsil edir. Bu adlar həmin 
mexanizmlərə ixtiyarı surətdə yapışdırılır və şərti olur.
M arka və modellərin adları, adətən, bir sözdən, yaxud sözlə 
rəqəm göstəricisinin uzlaşmasından ibarət olur. B ir çox istehsalat 
sahələrinin təcrübəsində belə bir qayda mövcuddur ki, yeni quru­
luşlu, lakin eyni təyinatlı olub, eyni iş prinsipinə malik aparatlara 
əvvəlki ad verilir, yalnız rəqəm göstəricisi fərqli olur.
Həmçinin istehsal edilən və satışa çıxarılan texnikanın elə 
konkret növləri mövcuddur ki, onların adı əsas sözlərin baş hərflə­
rindən (müvafiq rəqəm göstəricisi ilə birlikdə) ibarətdir və bu hərf­
lər istehsalçı zavodun, yaxud bu və ya digər cihazın, mexanizmin, 
maşının tam adını ifadə edir.
Qeyd edildiyi kimi, şifahi işgüzar nitq bir qədər sadələşdirilmiş 
xarakterə malikdir. Bununla yanaşı, bu heç də o demək deyil ki, 
mücərrəd anlayışları ifadə edən sözlər burada yolverilməzdir. La­
kin yazılı işgüzar nitqlə müqayisədə onlar kəmiyyət etibarilə əhə­
miyyətli dərəcədə azdır.
İşgüzar söhbətin sintaksisi bütünlüklə nitq ünsiyyətinin sadə­
lik və təbiiliyi şərtlərinə cavab verir. Hazır, donuq ifadələrin, nitq 
qəliblərinin çoxluğu fikri konkret, yığcam və anlaşıqlı ifadə et­
məyə, izahda hər hansı ikimənalılığı kənarlaşdırmağa imkan verir. 
Buradan da işgüzar ünsiyyətin tipik vəziyyətlərinin təsviri zamanı 
işgüzar nitqin standartlaşdınlmasına və istifadə edilən nitq vasitə­
lərinin əhatə dairəsinin daralmasına aid tələb meydana çıxır.
Bu tələb işgüzar söhbətin aparılmasını əhəmiyyətli dərəcədə 
asanlaşdırır. Həqiqətən, əgər hazır, işgüzar ünsiyyətin illərdən 
bəri toplanmış təcrübəsində artıq sınaqdan çıxmış standart, 
qəlib - ifadələr mövcuddursa, onlara əsasən istənilən lazımi fik­
ri formalaşdırmaq mümkün olursa, deməli, onları şifahi nitqdə 
ifadə etmək xüsusi bir çətinlik yaratmaz. Bu tip quruluşa malik
328


ifadə və cümlələr qavrama zamanı minimum gərginlik tələb edir 
və lazımi fikri formalaşdırmaq üçün əlavə səy göstərməyə ehti­
yac qalmadığından danışanın vəziyyətini əhəmiyyətli dərəcədə 
yüngülləşdirir.
İşgüzar söhbətin sintaksisi də qrammatik tərkibin natamamlığı 
və onlarda sintaktik əlaqələrin formalarının zəifləməsi ilə xarak­
terizə olunur. Burada həm də birləşdirici sintaktik quruluşa malik 
cümlələr, tabeli mürəkkəb cümlələr və xitablar geniş yayılmışdır. 
Buraya həmçinin feli bağlama və feli sifət tərkiblərinin budaq 
cümlələrlə əvəz edilməsini aid etmək olar.
Mürəkkəb cümlələrdən istifadə yazılı işgüzar nitqin fərqlən­
dirici xüsusiyyətidir. İşgüzar insanların nitqində, əsasən sadə cüm­
lələrdən, həm də daha çox yarımçıq cümlələrdən istifadə olunur 
(bu və ya digər sözün boş qalan yeri çox zaman mimika, jest, bədən 
hərəkətləri ilə doldurulur). Bu onunla izah edilir ki, mülahizələrin 
məzmunu, adətən, söylənilənlərin hissələri arasındakı məntiqi- 
qrammatik əlaqələri əks etdirəcək mürəkkəb sintaktik quruluşların 
mövcudluğunu tələb etmir.
Belə nitqdə bağlayıcılann olmaması məna və sintaktik müna­
sibətlərin m üxtəlif çalarlanm ifadə etmək üçün burada həlledici rol 
oynayan intonasiyanın mövcudluğu ilə tənzimlənir.
İşgüzar danışıq təcrübəsində texniki sənədləşmələrdən, texniki 
standartlardan və digər sənədlərdəki çoxsaylı parçalardan istifadə 
olunur. Təbii ki, belə bir dil bu növ nəşrlər üçün səciyyəvi olan ge­
niş həcmli sintaktik quruluşlara ( feli sifət tərkibləri, məsdərlər və 
s.) daha çox meyl edir.
Göstərilən formalar bu nitqdə üslub qüsuru kimi qəbul edilmir, 
çünki onlar şifahi işgüzar nitqə işgüzar informasiyanın dəqiq ötü­
rülməsi üçün tələb olunan ciddilik verir.
İşgüzar adamlar, xüsusilə ticarət fəaliyyəti ilə əlaqədar olanlar 
çox tez-tez konkret cihaz və avadanlıqların istismarı ilə əlaqədar 
əməli məlumatlar vermək zərurəti ilə üzləşirlər. İşgüzar məlumat­
ların sintaktik baxımdan qeyri-müəyyən şəxsli, şəxssiz, məsdər 
tərkibli cümlələrin və məchul-qayıdış quruluşa malik birləşmələrin 
bolluğu ilə səciyyələnən təlimat xarakterliyi bunun nəticəsidir.
329



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin