Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix01.03.2017
ölçüsü266,78 Kb.
#9896
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

2.8.5. İskəndəriyyə məktəbi 
 
Yeni-platonçuluğun İskəndəriyyə 
məktəbinin ən 
tanınmış 
nümayəndələrindən 
biri 
onun 
yaradıcısı İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-
ci  yüzilliyin  ikinci  yarısı)  olmuşdur.  O,  bir  çox  əsərlərin 
müəllifi  idi.  Onlardan  bəziləri  günümüzə  gəlib  çatmışdır. 
Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların “Qızıl 
şeyrlər”  kitabına  şərhlər  və  “Tale  haqqında”  əsərindən 
fraqmentlərdir. 
Hierokles  artıq  Xristianlığın  çox  geniş  yayıldığı 
dövrdə  yaşamışdır.  Ona  görə  də  bəzi  tədqiqatçılar  hesab 
edirlər  ki,  onun  fəlsəfəsində  bu  dinin  ilahiyyatı 
neoplatonizm  fəlsəfəsi  ilə  qarışmışdır.  Ancaq,  başqaları 
bununla  razılaşmış  və  iddia  edirdilər  ki,  Hieroklesin 
fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur. 
Hierokles  başqa  neoplatonçulardan  fərqli  olaraq 
birinci  və  hər  şeydən  uca  olan  İlk  başlanğıcı  dünyanın 
yaradıcısı  olan  Demiurqosdan  ayırmır  və  onları  birlikdə 

278 
 
olan  Tanrı  kimi  görürdü.  Onun  fikrincə  maddə  və  dünya 
da  əbədi  olmamış,  onları  Tanrı  öz  iradəsinin  və  xeyrinin 
gücü  ilə  heç  nədən  yaratmışdır.  Bu  xristian  ilahiyyatı  ilə 
uyğunlaşan  məqamlardır.  Ancaq,  Xristianlıqdan  fərqli 
olaraq  Hieroklesin  Tanrısı  hansısa  anda  dünyanı 
yaratmamışdır.  Dünya  və  maddə  elə  Tanrının  özündədir, 
onun  təbiətinə  uyğun  hərəkət  edir.  Ona  görə  də  yaradılış 
əbədi  olaraq  hər  zaman  baş  verir.  Bu  bir  işlək  orqanizmə 
bənzəyir.
 
(17, 20-21) 
Hierokles  Tanrı  tərəfindən  qurulan  qanunauyğunluq 
(lat.  providentia),  tale  və  insan  azadlığı  problemləri  üzrə 
düşüncələri ifadə etmişdir. Providentia hər bir şeyə uyğun 
olan yoldur. Tale isə bu yolda baş verən Tanrı hökmüdür. 
Bununla belə insanın hökmündə olan şeylər də vardır. 
Hierokles  providentia,  tale  və  insan  azadlığı 
haqqında  söhbət  açarkən  Tanrının  şərlə  münasibətləri 
(teodiseya) məsələsinə də toxunmuşdur. Əgər şər maddədə 
və  dünyadadırsa,  onda  onları  yaradan  Tanrı  da  ona 
bulaşmış olur. Deməli, Tanrını təmizə  çıxartmaq  üçün bir 
tərəfdən şərin özəl təbiətinin olması sübuta  yetirilməlidir, 
başqa  tərəfdən  isə  onun  var  olmasının  məsuliyyəti  insan 
üzərinə  atılmalıdır.  Tanrı  dünyanı  yaradıb  və  hər  şey 
onun qoyduğu qanunauyğunluğa tabedir. Belə olmasaydı, 
onda  dünyada  düzən  olmazdı.  Ancaq  bu  o  demək  deyil 
ki, şər də Tanrı tərəfindən yaradılmışdır. (17, 49-62) 
Şərin  təbiəti  ikilidir:  biri  məruzqalan,  digəri 
törədiləndir. Məruzqalan şər xəstəlik, yaxınların itkisi, təbii 
fəlakətlər  kimi  hadisələrdir.  Bunlar  həqiqi  şərlər  deyil, 
çünki  insan  tərəfindən  törədilmir,  onun  ruhuna  ziyan 

279 
 
yetirmir  (17,  49-62).  Deməli,  bunlar  təbii  axarla  baş  verən 
hadisələrdir, hansı ki bunlara şər deyildirlər.  
Həqiqi  şər  isə  insan  tərəfindən  düşünülmüş  şəkildə 
törədilir  (17,  49-62).  Bu  da  ona  verilmiş  azadlıqdan  irəli 
gəlir. Azadlığı isə ona Tanrı  vermişdir  ki, o öz  əməllərinə 
görə  sorumlu  olsun.  Deməli,  insan  taleyində  onun 
günahları və onlara görə cəzalar da vardır. Beləliklə, Tanrı 
tərəfindən  qurulmuş  providensia  insanı  seçim  qarşısında 
qoyur, onun seçimi isə tale olur. 
Hieroklesə  görə  Demiurqos  və  materiya  arasında 
iyerarxia  vardır.  Bunlar  göy  tanrıları,  göy  və  yer 
arasındakı tanrılar, tanrı iradəsinin carçıları olan demonlar 
və  insanlardır.  Ruhların  da  iyerarxiası  vardır.  Ən 
yüksəkdə ayüstü məkanının  ruhlarıdır; sonra ayaltı, daha 
sonra isə yerüstü və yerdə olan ruhlar gəlir. (18, 11-12) 
Neoplatonizmin 
İskəndəriyyə 
məktəbinin 
skolarxlarından biri Hipatia (yun. Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα
m.  370  –  415)  adlı  bir  qadın  olmuşdur.  Onun  atası  Teon 
(yun. 
Θέων
335 
– 
405) 
məşhur 
İskəndəriyyə 
kitabxanasının 
sonuncu 
başçısı 
olmuşdur. 
Onun 
zamanında  bu  kitabxananın  fəaliyyətinə  imperator 
fərmanı  ilə  son  qoyulmuşdur.  Teon  Euklidesin
99
 
                                                
99
 Euklides  (yun.  Ε
ὐκλείδης)  –  qədim  yunan  riyaziyyatçısı  idi.  Ruslar  ona 
Evklid  (Эвллид)  deyirlər.  Onun  ən  tanınmış  əsəri  olan  “Başlanğıclar”da 
(yun.  Στοιχεῖα,  lat.  Elementa)  antik  həndəsə  və  riyaziyyatın  bütün 
nailiyyətləri  qələmə  alınmışdır.  Bu  kitabla  Euklides  həmin  elmlərin  gələcək 
inkişafına təkan vermişdir. 

280 
 
“Başlanğıclarını” redaktə edib dərc etmiş və Ptolemeusun 
“Almagets”
100
 əsərinə şərhlər yazmışdır. 
Hipatia  riyaziyyatçı,  astronom  və  filosof  idi.  O, 
alimliyi  ilə  tanınmış  və  müəllimlik  etmişdir.  Çox  ağıllı  və 
bilikli, hamı üçün ünsiyyətə açıq və sadə qadın olmuşdur. 
Fəlsəfəni  öyrənmək  istəyənlər  onun  dərslərinə  gəlirdilər. 
(10, 403-404) 

dövrdə 
Xristianlıq 
Romada 
hakim 
dinə 
çevrilmişdir.  Dini  fanatizm  bütün  imperiyanı  bürümüş, 
xristianlar  bütpərəst  saydıqları  antik  mədəniyyəti  və  elmi 
darmadağın  edir,  alimləri  və  filosofları  təqiblərə  məruz 
qoyurdular. Antik mədəniyyətin mərkəzlərindən biri olan 
İskəndəriyyədə  də  bu  proseslər  gedirdi.  Xristian  fanatları 
Museyona  hücum  çəkmiş,  onu  dağıtmış  və  qədim 
kitabxananı yandırmışdılar.  
Hipatia  isə  o  zaman  dini  fanatizmə  qarşı  çıxış 
etmişdir.  O,  İskəndəriyyənin  siyasi  həyatına  fəal 
qatıldığına  və  şəhər  başçısı  Orestesə  yaxın  olduğuna  görə 
yerli  xristian  icmasının  ona  qarşı  nifrəti  ilə  üzləşmişdir. 
Xristianlar  onu  bütpərəstlik,  dinsizlik  və  əxlaqsızlıqda 
günahlandırmışdırlar. Hipatianın alimliyi, dini ehkamlara 
şübhələrlə  yanaşması,  dini  fanatizmə  qarşı  çıxması, 
sərbəst  davranışı  xristianları  qıcıqlandırırdı.  Buna  görə 
                                                
100
 Klauduis  Ptolemeus  (yun.  Κλαύδιος  Πτολεμα
ῖος)  –  ellinizm  dövrünün 
astronomu,  riyaziyyatçısı  və  coğrafiyaçısı  olmuşdur.  Onun  “Almagest” 
kitabında  qədim  dövrün  bütün  astronomik  bilikləri  toplanmışdır.  Bu  kitabın 
həqiqi  adı  “Astronomiyanın  böyük  riyazi  düzəni”dir.  “Almagest”  isə  ona 
verilmiş  ərəb  adıdır.  Orta  yüzillikdə  ərəbdilli  alimlər  bu  kitabı 
araşdırmışdırlar.  Avropalılar  isə  bu  kitabla  onların  vasitəsi  ilə  tanış 
olmuşdurlar.  

281 
 
İskəndəriyyə  yepiskopu,  sonralar  kilsə  müqəddəsi  elan 
olunmuş Kiril ona qarşı çıxış etmiş, onu çoxlu günahlarda 
ittiham etmişdir. 
Sonda  Kirilin  fanatik  tərəfdarları  Hipatiaya  hücum 
çəkmiş,  onu  kilsəyə  gətirərək  orada  diri-diri  parçalayaraq 
edam  etmişdilər.  Güman  edilir  ki,  bunu  edənlər 
“parabalani”  təriqətinin  ardıcılları  olmuşdurlar  (4). 
Bununla  da  Hipatia  sonralar  formalaşan  Avropa  ictimai 
fikrində  dini  fanatizmin  qurbanı  və  dini  mövhumat  və 
elmsizliyə  qarşı  mübarizənin  simvoluna  çevrilmişdir. 
Kirili  təmizə  çıxarmaq  üçün  kilsə  xadimləri  onun  bu 
cinayətdə  əli  olmadığını  iddia  edirlər.  Ancaq,  o  özü 
edamda  iştirak  etməsə  belə,  qatillərə  mənəvi  dəstək 
vermişdir 
(20). 
Hipatiadan 
sonra 
neoplatonizmin 
İskəndəriyyə  məktəbi  xristian  ilahiyyatı  mərkəzinə 
çevrilərək fəaliyyətini davam etdirmişdir. 
Hipatia düşüncənin, elmin və məntiqin dindən üstün 
olmasını  iddia etmişdir. Hesab olunur ki, o suyun  distillə 
edilməsi 
və 
astrolabia
101
 cihazlarını 
daha 
da 
təkmilləşdirmişdir.  Bəzi  tədqiqatçılar  hesab  edirlər  ki, 
Hipatiyanın  müəllifliyi  ilə  tanınan  əsərlərini  o  əslində 
atası Teonla birlikdə yazmışdır. 
M. 
IV 
yüzillikdən 
sonra 
yeni-platonçuluq 
Xristianlığa  təsir  etmişdir.  Onlar  bir-biri  ilə  çarpışaraq 
həm  də  bir-birindən  ideya  baxımdan  bəhrələnmişdirlər. 
Yeni-platonçuluq  Xristianlıqla  mübarizədə  məğlub  olsa 
                                                
101
 Astronomik baxış keçirmək üçün cihazdır. 

282 
 
da,  ancaq  onun  ideyaları  ortadan  qalxmamış,  sonralar 
dünya dinlərində özünü göstərmişdir.  
Xristianlığın  güclənərək  dövlət  dininə  çevrilməsi 
prosesində yeni-platonçuların arasında artıq xristianlar da 
olmuşdurlar.  Onlardan  biri  İoann  Filoponus  (yun. 
Ἰωάννης  ὁ  Φιλόπονος,  m.  90  –  570)  idi.  O,  Aristotelin  və 
başqa  keçmişdə  yaşamış  filosofların  əsərlərinə  şərhlər 
yazmışdır.  Eyni  zamanda  onun  “Dünyanın  əbədiliyi 
haqqında”,  “Dünyanın  yaranması  haqqında.  Proklusa 
qarşı”“Hakim və ya birlik haqqında” kimi öz əsərləri də 
var mövcud olmuşdur. 
Bu 
əsərlərdə 
Filoponus 
keçmiş 
filosofların 
Xristianlığa  uyğun  olmayan  fikirlərini  tənqid  etmişdir. 
Məsələn,  Aristotelin  dünyanın 
əbədiliyi  haqqında 
fikirlərini  rədd  etmişdir.  Bununla  belə  o,  bir  çox 
məqamlarda  Xristian  ilahiyyatına  uyğun  olmayan 
fikirlərlə  də  çıxış  etmişdir.  O  demişdir  ki,  xristianların 
Ata-Oğul-Müqəddəs  Ruh  hissələrindən  (hipostasislərdən) 
ibarət  olan  bir  Tanrı  o  hipostasislərdən  ayrı  bir  şey  ola 
bilməzsə,  deməli  onların  hər  birində  mövcuddur.  Çünki, 
ümumi olan bir şey öz hissələrinin cəmidir. Deməli, Tanrı 
əslində  elə  üç  tanrıdan  ibarətdir  və  onların  cəmidir  (19, 
221). Bu kimi baxışlar triteizm adlanır. 
Daha sonra Filopones rəsmi kilsənin mövqeyinə zidd 
olaraq hesab edirdi ki, İsada ikili (insani və ilahi) təbiət ola 
bilməz.  Çünki,  İlahi  və  insani  təbiətlər  bir  araya  sığmaz. 
Beləliklə,  Filopones  İsada  yalnız  ilahi  təbiəti  qəbul 
etmişdir. Bu kimi baxışlar Xristianlıqda monofizitlik adlanır 
(19, 215). 

283 
 
Rəsmi kilsə Filoponesin triteizmini və monofizitliyini 
pisləmiş  və onları rədd etmişdir (19, 214). Ancaq sonralar 
bəzi Xristian kilsələri monoteizmi qəbil etmişdirlər. 
 
2.9. Antik fəlsəfənin sonu 
 
Afinada  antik  irsin  ənənələrini  davam  etdirən 
məktəbin  olmasına  baxmayaraq  qədim  Yunan  və  Roma 
dinləri,  dünyagörüşü  və  ənənələrinin  iflasa  uğraması 
prosesi artıq V – VI yüzilliklərdə tamamilə başa çatmışdır. 
Antik  ənənə  Roma  imperiyasında  yayılmaqda  olan 
Xristianlıqla rəqabət apara bilmirdi.  
Bəzi  hallarda  Xristianlıqla  antik  mədəniyyətin 
mübarizəsi  təkcə  ideoloji  müstəvidə  getmirdi.  Öncə  bəzi 
Roma  imperatorları  və  hakim  dairələri  xristianları  təqib 
etmişdirlər.  Sonra  isə  Xristianlığın  yayılması  daha  da 
sürətləndikdən 
və 
kilsə 
xadimlərinin 
cəmiyyətdə 
nüfuzunun  artmasından  sonra  əks  proseslər  baş 
vermişdir.  İmperatorlar  dövləti  idarə  etmək  üçün  yeni 
dindən  istifadə  etməyə  başladılar.  O,  zaman  Xristian 
təəssübkeşləri 
antik 
tapınaqlara 
(məbədlərə) 
və 
mədəniyyət  mərkəzlərinə  hücumlar  düzənləyərək  onları 
darmadağın etmişdirlər.  
Antik  mədəniyyətə  sonuncu  zərbəni  Şərqi  Roma 
imperatoru 
Yustinian  vurmuşdur. 
O, 
527-ci 
ildə 
hakimiyyətə  gələrək  Xristianlıqdan  başqa  bütün  dinləri 
qanundan  kənar  elan  etdi.  Onun  hakimiyyəti  dönəmində 
bütün  antik  məbədlər  bağlanıldı  və  ya  dağıdıldı. 

284 
 
Xristianlığı  qəbul  etməkdən  imtina  edən  adamları  isə 
vətəndaş hüquqlarından məhrum edildilər. 
Yustinian  Afinada  yerləşən  fəlsəfi  məktəbin  də 
bağlanması haqqında əmr verdi. 531 – 532-ci illərdə orada 
fəaliyyət  göstərən  filosoflar  təqiblərdən  qurtulmaq  üçün 
İrana  mühacirət  etdilər.  Onların  arasında  Damaskius  və 
Simplikius  da  olmuşdur.  Sonra  onlardan  bəziləri  geriyə 
dönmüş, 
ancaq 
artıq 
yeni 
məktəblər 
yarada 
bilməmişdirlər.  Bununla  da,  antik  fəlsəfənin  tarixi 
Romada  sona  çatmışdır.  Buna  baxmayaraq  sonralar 
neoplatoçuların  və  başqa  məktəblərin  təlimləri  orta  əsr 
xristian, sonra isə müsəlman ilahiyyatı və fəlsəfəsinə güclü 
təsir etmişdir. 
İrana  mühacirət  edən  filosof  və  alimlər  isə  ölkənin 
bir 
çox 
şəhərlərində 
fəlsəfi 
və 
elmi 
məktəblər 
(akademiyalar)  yaratmışdırlar.  Bu  məktəblərin  arasında 
Cündişapur  akademiyası  əhəmiyyətli  yer  tutmuşdur. 
Burada  fəlsəfədən  başqa  riyaziyyat,  astronomiya,  təbabət, 
coğrafiya  kimi  elmlər  də  inkişaf  etdirilirdi.  Antik 
dünyanın  elmi-fəlsəfi  irsinin  böyük  hissəsinin  Bizansda 
xristianlar  tərəfindən  darmadağın  olunması  şəraitində, 
İranda  fəlsəfi  məktəblərin  nümayəndələri  o  irsin 
təsadüfən  salamat  qalmış  bəzi  nümunələrini  süryani  və 
fars dillərinə tərcümə etmişdilər. 
VII yüzillikdə İran ərəblər tərəfindən istila edilmiş və 
bunun  nəticəsində  antik  elmi-fəlsəfi  irsi  ərəbdilli 
filosofların  əlinə  keçmişdir.  Onlar  bu  irsə  böyük  maraq 
göstərərək  onu  ərəb  dilinə  çevirmişdirlər.  Ərəbdilli 
filosoflar  qədim  yunan  düşünürlərinin  əsərlərinə  şərhlər 

285 
 
yazmış,  alimlər  onların  elmi  nailiyyətlərini  inkişaf 
etdirmişdirlər.  Orta  əsr  dönəmində  Xilafətin  elmi-mədəni 
inkişafında həmin antik irsin böyük rolu olmuşdur. 
Bir  neçə  əsr  keçdikdən  sonra  avropalılar  ərəbdilli 
tərcümələr  vasitəsi  ilə  antik  irsə  yenidən  maraq 
göstərməyə  başlamış  və  bir  çox  əsərləri  latın  dilinə 
tərcümə 
etmişdirlər. 
Bundan 
başqa, 
Avropanın 
kitabxanalarında da bir çox antik fəlsəfi əsərlər saxlanılırdı 
ki,  sonralar  onlar  tədqiqatçılar  tərəfindən  araşdırılmışdır. 
Antik  irsin  öyrənilib  inkişaf  etdirilməsi  nəticəsində 
Avropa  mədəniyyəti  və  elmi  irəliləməyə  başlamışdır. 
Dirçəliş (İntibah) adlanan dönəm məhz antik mədəniyyətə, 
fəlsəfəyə,  elmə  və  dünyagörüşünə  qayıdış  sloqanları  ilə 
yaşanmışdır.  Beləliklə,  antik  fəlsəfə  bütün  dünyanın 
inkişafında  müstəsna  rol  oynamış,  müasir  tərəqqinin 
təməlində durmuşdur.  
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Yeni-platonğuluğun  əsasları  hansı  prinsipləri 
əhatə edir? 
2.  Yeni-platonğuluq  hansı  şəraitdə  və  hansı  səbəblər 
üzündən yaranmışdır? 
3.  Yeni-platonçu  ideyalar  daha  çox  kimin  arasında 
yayılmışdır? 
4.  Ammonius  Sakkasın  fəaliyyəti  və  fəlsəfi  fikirləri 
nədən ibarət olmuşdur? 
5.  Plotinin  yeni-platonçuluğun  inkişafında  rolu 
nədən ibarət olmuşdur? 

286 
 
6.  Plotinin  əsas  əsərinin  adı  nədir  və  onun  tərkibi 
hansı hissələrdən ibarətdir? 
7. Plotin varlığı necə təsəvvür edirdi? 
8. Plotin Vahid haqqında nə düşünürdü? 
9.  Vahid  monoteizmdə  Tanrı  təsəvvüründən  nə  ilə 
fərqlənir? 
10.  Emanasiya  nədir,  Plotin  onu  necə  təsəvvür 
edirdi? 
11. Plotinə görə Əql nədir? 
12.  Plotinə  görə  Ruh  nədir,  onun  hansı  səviyyələri 
vardır? 
13. Plotinə görə maddi dünya nədir? 
14.  Plotinə  görə  insan  ruhu  nədir,  onun  səviyyələri 
hansılardır? 
15. Plotinə görə ekstaz halı nədir? 
16.  Plotin  fəlsəfəsinin  tarixi  əhəmiyyəti  nədən 
ibarətdir? 
17.  Porfirius  növlər,  cinslər  və  ümumi  anlayışlar 
haqqında nə düşünmüşdür? 
18. Porfiriusa görə ruh hansı yollarla xilas ola bilər? 
19. Porfiriusun fəlsəfəsində “qnosis” nədir? 
20. Porfiriusa görə Xeyrin növləri hansılardır? 
21.  Porfirius  Xristianlığı  hansı  kitabında  tənqid 
etmişdir? 
22. Amelius hansı fikirlərlə çıxış etmişdir? 
23. Yamblix Vahid-Əql-Ruh  üçlüyünü  necə təsəvvür 
edirdi? 
24.  Yamblixə  görə  Vahid,  Əql  və  Ruh  hansı 
hissələrdən ibarətdirlər? 

287 
 
25.  Yamblixin  tanrılar  iyerarxiyası  hansı  prinsiplər 
üzərində qurulmuşdur? 
26.  Yamblix  ideyalarla  maddi  dünya  arasında 
bağlılığı necə görürdü? 
27. Yamblixin teurgiyasının prinsipləri nə idi? 
28.  Yamblixin  ardıcılları  kimlər  idi,  onların  hansı 
fəaliyyət istiqamətləri olmuşdur? 
29.  Perqama  məktəbində  hansı  mistik  yönəlmələr 
olmuş, onlara qarşı kim çıxış etmişdir? 
30.Sallustius  dünyanın  quruluşunu  necə  təsəvvür 
edirdi? 
31. Sallustius tanrıların bölgüsünü necə aparmışdır? 
32. Sallustiusa görə şərin təbiəti nədir? 
33.  Sallustius  dini  rəvayətləri  və  mifləri  necə 
yorumlayırdı? 
34.  İmperator  Yulian  nə  kimi  islahatlar  həyata 
keçirmişdir? 
35. Yulianın dünyagörüşü necə olmuşdur? 
36. Yulian Xristianlara qarşı hansı kitabı yazmışdır? 
37.  Afinalı  Plutarx  Plotinin  üçlük  haqqında 
fikirlərinə hansı yeniliklər gətirmişdir? 
38.  Plutarxın  fantaziya  haqqında  fikirləri  nədən 
ibarət olmuşdur? 
39.  Proklus  Üçlüyü  və  emanasiyanı  necə  təsəvvür 
edirdi? 
40. Proklusa görə çoxluğa keçid necə baş verir? 
41. Proklus materiya haqqında nə düşünüb? 
42.  Proklusa  görə  insanın  tanrı  məkanına  qayıdışı 
necə baş verir? 

288 
 
43. Marinus “kamil insan” örnəyini kimdə görürdü? 
44.  Kilikiyalı  Simplikiusun  fəaliyyəti  nədən  ibarət 
olmuşdur? 
45.  Damaskiusun  fəlsəfi  fikirləri  hansı  problemləri 
əhatə edirdi? 
46. Hierokles Tanrını necə təsəvvür edirdi? 
47.  Hierokles  fəlsəfəsinin  xristian  ilahiyyatına 
uyuşan və ondan fərqlənən məqamları hansılardır? 
48. Hieroklesin fəlsəfəsində providentia, tale və insan 
azadlığı nədir?  
49. Hierokles şərin təbiəti və onun çeşidləri haqqında 
hansı fikirlər irəli sürmüşdür? 
50.  Hipatiyanın  həyat  yolu  və  elmi  fəaliyyəti  necə 
olmuşdur? 
51.  Filoponesin  triteizmi  və  monofizitliyi  nədən 
ibarətdir? 
 
Ədəbiyyat: 
 
1.  Jerome's  Commentary  on  Daniel  /  Translated  by 
Gleason L. Archer. Michigan: Baker Book House, 1958. 
2. Marinus (philosopher) // Encyclopædia Britannica, 
1911. 
3.  Marinus.  Life  of  Proclus.  New  York:  Platonist 
Press, 1925. 
4.  Parabalani  //  The  Oxford  Dictionary  of  the 
Christian Church. Oxford University Press, 2009. 

289 
 
5.  Philostratus  and  Eunapius.  The  lives  of  the 
sophists  /  Translated  by  W.C.  Wright.  London:  William 
Heinemann, 1922. 
6.  Porphyry.  Introduction  /  Translated  by  J.  Barnes. 
Oxford University Press, 2003. 
7. Plotinus. The Ethical Treatises, being the Treatises 
of  the  First  Ennead,  with  Porphry’s  Life  of  Plotinus,  and 
the  Preller-Ritter  Extracts  forming  a  Conspectus  of  the 
Plotinian  System  /  Translated  by  Stephen  Mackenna. 
Boston: Charles T. Branford, 1918. 
8.  Plotinus.  The  Enneads  /  Translated  by  Stephen 
MacKenna. London: Faber and Faber Limited, 1962.  
9.  Sallust.  On  the  Gods  and  the  World.  London: 
Printed for Edward Jeffrey, Pall Mall, 1793.  
10.  Socrates  Scholasticus.  Church  History  The 
Ecclesiastical  History  of  Socrates  Scholasticus  //  Nicene 
and Post-Nicene Fathers, Series II, Vol. 2. Edinburgh: T&T 
Clark, 1886. 
11.  Sopater  //  Philostratus  Flavius,  Eunapius.  The 
lives of the sophists / With an engl. transl. by W.C. Wright. 
Harvard University Press; London: Heinemann, 1968. 
12.  The  Life  of  Proclus  or  Concerning  Happiness  by 
Marinus  of  Samaria  /  Translated  by  Kenneth  S.  Guthrie. 
London: Phanes Press, 1986. 
13.  The  Sentences  of  Porphyry  the  Philosopher.  The 
Journal of Speculative Philosophy. Vol. 3. Penn University 
Press 2013. 

290 
 
14.  Амелий  //  Философия:  Энциклопедический 
словарь.  М.:  Гардарики  /  Под  редакцией  А.А.  Ивина. 
2004. 
15. Гарнцев М. Дамаский о невыразимом // Логос, 
1999, № 6. 
16. 
Дамаский 
// 
Античная 
философия: 
Энциклопедический  словарь  /  Составитель  Е.  В. 
Афонасин. М.: Прогресс-Традиция. 2008. 
17.  Золотые  стихи  с  комментариями  Гиерокла  / 
Перевод И. Ю. Петер. М.: Новый Акрополь, 2000.  
18.  Лосев  А.  Ф.  История  античной  эстетики.  Том 
VII. М.: Искусство, 1988. 
19. 
Лурье, 
В. 
М. 
История 
Византийской 
философии.  Формативный  период.  СПб.:  AXIŌMA., 
2006. 
20. Преображенский П. Ф. Вступление // Кингсли 
Ч., Маутнер Ф. Ипатия. Харьков: Паритет ЛТД, 1994. 
21.  Прокл.  Первоосновы  теологии;  Гимны  / 
Перевод А. Ф. Лосева. М.: Прогресс, 1993. 
22.  Ранович  А.  Б.  Первоисточники  по  истории 
раннего 
христианства. 
Античные 
критики 
христианства. М.: Политиздат, 1990. 
23. 
Симпликий 
// 
Античная 
философия: 
Энциклопедический  словарь  /  Составитель  Е.  В. 
Афонасин. М.: Прогресс-Традиция, 2008. 
24.  Теософия  //  Краткий  философский  словарь 
М.: ТК Велби, Издательство Проспект, 2004. 

291 
 
25.  Юлиан  Отступник  //  М.  В.  Белкин,  О. 
Плахотская.  Словарь  «Античные  писатели».  СПб.: 
Лань, 1998. 
26. 
Ямвлих 
// 
Античная 
философия: 
Энциклопедический  словарь  /  Составитель  Е.  В. 
Афонасин. М.: Прогресс-Традиция. 2008. 
27.  Ямвлих  //  Энциклопедический  словарь  Ф.  А. 
Брокгауза  и  И.  А.  Ефрона.  С.-Пб.:  Брокгауз-Ефрон. 
1890-1907. 
 

292 
 
QƏDIM YUNAN ƏLIFBASI 
 
Hərf 
Adı 
Azərbaycanca səslənməsi 
Α α 
άλφα/alfa 
[a] ya da [a:] (uzanan “a”) 
Β β 
βήτα / beta 
[b] 
Γ γ 
γάμμα / qamma 
[q] 
Δ δ 
δέλτα / delta 
[d] 
Ε ε 
έψιλον / epsilon 
[e] 
Ζ ζ 
ζήτα / zeta 
[dz] 
Η η 
ήτα / eta 
[ɛ ] (uzanan “e”) 
Θ θ 
θήτα / theta 
[th] 
Ι ι 
ἰῶτα / iota 
[i], ya da [i:] (uzanan “i”) 
Κ κ 
κάππα / kappa 
[k] 
Λ λ 
λάμβδα / lambda 
[l] 
Μ μ 
μῦ / mu 
[m] 
Ν ν 
νῦ / nu 
[n] 
Ξ ξ 
ξῖ / ksi 
[ks] 
Ο ο 
ὂ μικρόν / omikron 
[o] 
Π π 
πῖ / pi 
[p] 
Ρ ρ 
ῥῶ / rho 
[r] 
Σ σ/ς 
σῖγμα / siqma 
[s] 
Τ τ 
ταῦ / tau 
[t] 
Υ υ 
ὖ ψιλόν / upsilon 
[y] (“üi” birləşməsi) 
Φ φ 
φῖ / fi 
[ph] ya da [f] 
Χ χ 
χῖ / xi 
[x] 
Ψ ψ 
ψῖ / psi 
[ps] 
Ω ω 
ὦ μέγα / omeqa 
[ɔː] (uzanan “o”) 
 

293 
 
Aydın Arif oğlu Əlizadə 
 
ANTİK FƏLSƏFƏ TARİXİ 
 
Ali məktəblərin tələbələri üçün dərs vəsaiti 
 
 
Mətbəənin direktoru:  Şəddat Cəfərov, 
 
 
                     
Dizayn
:              M. Vəliyeva 
 
 
Yığılmağa verilmiş:14.12.2015, 
Çapa imzalanmış: 15.03.2015, 
Şərti çap vərəqi: 18, 
Sifariş:30 
Kağız formatı:60x84 1/16, 
Tiraj:250. 
 
 
 
   Kitab 
«3 
saylı 
Bakı 
mətbəəsi» 
ASC-də 
hazır 
deopozitivlərdən ofset üsulu ilə çap olunmuşdur. 
Unvan: Bakı şəhəri. A. Məhərrəmov küməsi, 4 

294 
 
 

Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin