Dərs vəsaiti kimi təsdiq edilmişdir


Şagirdlərin qiymətləndirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

3.15.Şagirdlərin qiymətləndirilməsi 
              Şagirdlərin müvəffəqiyyətlərinin qiymətləndirilməsi təlim prosesinin səmərəliliyinin 
artırılmasında mühüm amillərdən biridir. Fiziki tərbiyə  fənnindən qiymətləndirilmənin aparılması 
proqram materiallarının öyrənilməsində mühüm əhəmiyyət kəsb etməklə, həm də  şagirdlərin fiziki 
hərəkətlər üzrə nə kimi nəzəri biliyə, fiziki hazırlığa, hərəkət bacarıq və vərdişlərinə yiyələnməsini aşkara 
çıxarır. Eyni zamanda, qiymətləndirmə  bədən tərbiyəsi dərslərinə  şagirdlərin marağını,  şüurlu 
münasibətini artırır. Hərəki fəallığının yüksədilməsinə zəmin yaradır. 
              Fiziki  tərbiyəsi fənnindən müvəffəqiyyətləri qiymətləndirmə, proqram materialları üzrə  nəzəri 
məlumatlara yiyələnmək və ayrı-ayrı fiziki hazırlıq bölmələrinin sonunda şagirdlər üçün verilən praktik 
tələblər  əsasında müəyyənləşdirilir. Qiymətləndirmə, həm də  tədris normalarının yerinə yetirilməsinin 
nəticələri, hərəkətlərin icraolunma texnikası nəzərə alınmaqla müəyyən edilir. 
              Şagirdlərin fiziki hazırlığına pedaqoji nəzarət məqsədilə aşağıda göstərilən hərəkət növləri üzrə 
ildə iki dəfə yoxlama sınaqları keçirilir. Yuxarı startdan 30 m məsafəyə qaçış, yerindən uzununa 
tullanmaq, doldurulmuş topu (1 kq. ağırlığında) yarım oturmuş  vəziyyətindən baş üzərindən iki əllə 
atmaq, kiçik topu uzağa və  hədəfə atmaq, bundan əlavə, III sinifdə qaçaraq uzununa və hündürlüyə 
tullanmaq üzrə yoxlamalar keçirilir. Bu cür yoxlamalar dərs ilinin əvvəlində (sentyabrda) və axırında 
(mayda) aparmaq məqsədəuyğundur. 
              Fiziki  hazırlıq bölmələri ilə  əlaqədar uekun qiymətləndirmə cari və yekun qiymətləndirmə 
əsasında aparılır. Hər iki qiymətləndirilmənin cəmindən yekun çıxarılır.  İlkin yekun qiymətləndirmə 
yarımillik qiymətlər əsasında aşkar olunur. 
              Şagird proqramda nəzərdə tutulan normadan aşağı  nəticə göstərirsə, onun hərəkəti yerinə 
yetirməyə və nəzəri biliyə görə aldığı qiymət bir bal aşağı salınır. Bəs şagird normalarını ödəsə necə? Bu 
vaxt isə onun nəzəri bilik və hərəkəti isə icra etmək texnikası üzrə aldığı qiymət saxlanılır və ya bir bal 
artırılır. 
              Məktəbli özündən asılı olmayan səbəbə görə tədris normalarını ödəmədikdə, yəni fiziki cəhətdən 
mütənasib inkişaf etmədikdə, fiziki inkişafdan geri qaldıqda, üzürlü səbəbdən uzun müddət dərsdə iştirak 
etmədikdə onun nəzəri bilik və  hərəkəti yerinə yetirmə üzrə aldığı qiymət qüvvəsində qalır və yekun 
qiymət kimi saxlanılır. 
              Şagirdin fəaliyyəti qiymətləndirilərkən onun dərsdə davranışı, dərsə  səy gögstərməsi, idman 
geyimində olması, sinifdənxaric kütləvi idman tədbirlərində iştirakı əsas götürülmür. 
              Hazırlıq qruplarında qiymətləndirmə  həmin qrupun şagirdləri üçün nəzərdə tutulan hərəkətlər 
üzrə ümumi əsaslarla aparılır. 
              Səhhətinə görə xüsusi tibbi qrupa daxil olan məktəblilər isə məktəbdə, müalicə-bədən tərbiyəsi 
kabinetində xüsusi proqram  üzrə  hərəkətlərlə  məşğul olursa, məqbul və ya «qeyri-məqbul»  şəklində 
qiymətləndirilir. 
              Müşahidələr göstərir ki, fiziki tərbiyə  fənni üzrə  dərs deyən müəllimlərin  əksəriyyəti 
valideynlərlə daima  sıx əlaqə saxlamır, onlarla fiziki tərbiyəyə dair vaxtaşırı söhbət və məruzələr təşkil 
olunmur. Buna görə də fiziki tərbiyə ilə əlaqədar bəzi məsələlər, o cümlədən şagirdlərin bu fəndən necə 
qiymətləndirilməsi valideynlər üçün anlaşılmaz qalır. 
              Həmin istiqamətdə müəllimlə valideyn arasında söz-söhbət yaranır. Unutmamalı ki, valideynlərlə 
iş aparmaq, onları fiziki tərbiyə sahəsində savadlandırmaq məktəb kollektivinin və  hər bir sinif 
müəlliminin borcudur. 
              Fiziki tərbiyədən dərs aparan sinif müəllimləri yuxarıda söylənənləri nəzərə almaqla, şagirdlərin 
düzgün qiymətləndirilməsinə çalışmalıdır. Bunun üçün də yeni fiziki tərbiyə proqram materiallarını, 
onların tələb və normalarını dərindən öyrənməli, müntəzəm surətdə həyata keçirilməlidir. Bütün bunlar 
şagirdlərin bədəncə sağlam, iradəcə möhkəm və fiziki cəhətdən kamilləşməsinə  zəmin yaradan vacib 
şərtlərdəndir. 
              Şagirdlərin hərəkətlərin texniki baxımdan qiymətləndirilməsində aşağıdakılar nəzərə alınmalıdır: 
              Hərəkət  əsasən düzgün icra edildikdə,   lakin cüzi nöqsanlara    yol verildikdə    şagird «5» 
qiymətlə qiymətləndirilir. 

 157
              Hərəkətin yerinə yetirilməsi zamanı o qədər də ciddi olmayan və ya bir neçə cüzi nəzərə 
çarpacaq texniki nöqsanlar buraxıldıqda şagird «4» qiymətlə qiymətləndirilir. 
              Şagird bir neçə əsaslı texniki   səhvlərə yol verirsə o, «3» qiymətlə qiymətləndirilir. 
              Şagird hərəkəti icra edərkən kobud səhvlərə yol verirsə, o, «2» qiymətlə qiymətləndirilir. 
              Şagird hərəkəti icra edə bilmirsə, «1» qiymətlə qiymətləndirilir. 
              Şagirdlərin müvəffəqiyyətinin qiymətləndirilməsində 2 cəhəti nəzərdən qaçırmaq olmaz. Əvvəla, 
şagirdlərin hərəkətləri texniki cəhətdən qiymətləndirilməsi düzülmə  və yenidən  düzülmələr, akrobatik, 
müvazinət, oyunlar və i.a. üzrə aparılır. 
              İkincisi,  şagirdlərin qiymətləndirilməsi fiziki tərbiyənin fənn kurikulumu hərəkətləri üzrə 
aparılmalı, hərəki qabiliyyətlərinin hazırlıq səviyyəsi (aşağı, orta, yüksək) müəyyənləşdirilməlidir.  
Bundan əlavə, oyunlar keçirilirsə, xalların miqdarıda nəzərə alınmalıdır. 
 
3.16.Məşğələ yerinin hazırlanması, onun ləvazimat 
və avadanlıqlarla təchizi 
              Hansı sinif olursa-olsun, bədən tərbiyəsi dərslərinin səmərəliliyi, hər  şeydən  əvvəl, məşğələ 
yerinin seçilməsindən və təşkilindən, onun müvafiq avadanlıqlar üzrə düzgün yerləşdirilməsindən asılıdır. 
Buna görə  də biz, əvvəlcə, avadanlıqlardan səmərəli  istifadəyə  zəmin yaradan məşğələ yerinin 
təşkilindən, avadanlıqların idman zalı  və meydançada yerləşdirilməsinə qarşı qoyulan tələblərdən bəhs 
etməyi lazım bilirik.               
              - İdman zalının  məşğələ üçün hazırlanması. İdman zalından effektli istifadə etmək üçün zala 
verilən pedaqoji tələbləri nəzərə almaq lazımdır. Zalın döşəməsi taxta və yaxud parket olmalıdır. 
Mütəhərrik oyunların, voleybol, basketbol elementlərinin qaydalarına düzgün əməl olunması üçün 
çəkilmiş xətlərin yağlı boyalarla rənglənməsi daha məqsədəuyğundur. 
              Zalın divarı hamar olmalı  və 1,5- 2 m hündürlüyündə açıq yağlı boya ilə  rənglənməlidir. 
Şagirdlərin diqqətini dərsdən yayındırmamaq üçün divardan heç bir cədvəl, elan, plakat asılmamalıdır. 
Sınmamaq üçün zalın pəncərələri və elektrik lampaları da qoruyucu torla örtülməlidir.  Əgər zalda 
ventilyasiya yoxdursa, qoruyucu torlar elə vurulmalıdır ki, məşğələyə maneçilik törədilmədən pəncərələr 
asanlıqla açılıb-örtülə bilsin. Zal üçün lazım olan avadanlıqlardan, yardımçı otaqlardan danışmağı nəzərdə 
tutmadığımız üçün həmin məsələyə toxunmuruq; 
              -  İdman meydançasının düzəldilməsi və avadanlıqlarla təchizi.  Respublikamızın aran 
rayonlarında bədən tərbiyəsi məşğələləri çox vaxt məktəbyanı meydançada, açıq havada keçirilir. Bədən 
tərbiyəsi tədrisinin səmərəliliyinin yüksədilməsində isə normal ölçülü məktəbyanı meydançanın 
düzəldilməsi, mövcud meydançanın təmir edilib yararlı hala salınması vacib məsələdir. 
              Yay  idman  meydançası  məktəb binasından 10 m aralı, sinif pəncərəsi olmayan sahədə 
düzəldilməlidir. Belə olduqda, sinifdə digər fənn dərslərinin normal keçməsinə,  şagirdlərin diqqətinin 
yayınmamasına şərait yaranacaq və pəncərə şüşələrinin sınmasının qarşısı alınacaqdır. 
              İdman meydançasının çay kənarında, bağlıq və boş yerlərdə olması daha faydalıdır. 
Meydançanın zibil tökülməyən, tualetə yaxın olmayan və s. sahələrdə tikilməsi sanitar-gigiyenik 
baxımdan çox əhəmiyyətlidir. 
              Meydança bəzi hallarda asfaltla da örtülə bilər. Bunun mənfi tərəfi olsa da, müsbət cəhətləri də 
vardır. Belə meydança bütün il boyu, yağışlı havada da məşğul olmaq imkanı verir. Məktəbyanı 
meydançada idman zalının perimetri üzrə hündürlüyü 0,5-0,8 m-ə, torun hündürlüyü isə 3 m-ə çatan hasar 
çəkilməsi vacibdir. Bunlar məşğələnin gedişinə    kənar  şəxslərin maneçilik törətməsinə,  şagirdlərin 
fikrinin yayınmasına imkan vermir. Meydançanın torla əhatə olunması küləyin qarşısını alaraq idman 
ləvazimatı və avadanlıqlarının səliqəli qalmasına şərait yaradır. Bu həm də meydançaya, çalaya tökülmüş 
narın qum dənələrinin dağılmasının qarşısını alır. Meydançada su olmalı, məşğul olanların hər birinə 10 

2
 sahə düşməlidir. Bundan əlavə, meydançada avadanlıq və ləvazimatların (top, skamya, halqalar və s.) 
islanıb xarab olmamasından ötrü xüsusi otaq, tualet olmalı  və duşxana ilə  təmin olunmalıdır.  Əgər 
meydançanın sahəsi böyükdürsə, onda orada mütəhərrik oyunlar, tullanma və cisim atmaq üçün yer 
düzəldilməli, qaçış cığırları yaradılmalıdır. 
        

 158
  İbtidai siniflərdə  bədən tərbiyəsi üzrə göstərilən adda tədris – əyani vəsaiti və  tədris qurğuları 
olması nəzərdə tutulur: 
 
    Adı 
  Miqdarı 
   Adı 
  Miqdarı 
       1                                     2 
      3 
     4 
Voleybol topu   
Basketbol topu  
1 kq ağırlığında 
doldurulmuş toplar  
Gimnastika ağacları 
Hoppanma ipləri  
Kiçik rezin toplar     
     10 
     10 
 
     10 
  
 
      40 
   
      40 
  
      40 
Ruletka 
Fit 
Topun doldurulması 
üçün nasos 
Şnur 
Tullanma üçün ağac 
dayaqlar 
Qumla doldurulmuş 
top kubik 
Estafet ağacları 
Müxtəlif rəngli 
bayraqlar 
Hədəf üçün ağac şitlər 
      4 
      1 
      1 
     
      1 
      2 
       
     20 
        
     40 
     40 
      2 
 
      2 
 
                                        Yoxlama – test sualları 
 
1.
 
Bədən tərbiyəsi dərslərinin mühüm səciyyəvi xüsusiyyətləri. 
2.
 
Bədən tərbiyəsi dərslərinin qarşısında duran vacib vəzifələr. 
3.
 
Bədən tərbiyəsi dərslərinin tipləri. 
4.
 
Bədən tərbiyəsi dərslərinin quruluşu. 
5.
 
Bədən tərbiyəsi dərslərinin hissələri. 
6.
 
Bədən tərbiyəsi dərslərinin təşkili formaları. 
7.
 
Bədən tərbiyəsi dərslərinin sıxlığı və dərsdə verilən fiziki yük. 
8.
 
Bədən tərbiyəsindən ev tapşırıqları. 
9.
 
Dərsə tibbi nəzarət. 
10.
 
Dərsdə mühafizə və təhlükəsizlik qaydaları. 
11.
 
Bədən tərbiyəsi üzrə planlaşdırma. 
12.
 
Müvəffəqiyyətin nəzərə alınması. 
13.
 
Məktəblilərin qiymətləndirilməsi. 
14.
 
Məşğələ yerlərinin hazırlanması. 
15.
 
Bədən tərbiyəsi dərslərinin ləvazimat, vəsait və avadanlıqlarla təchizi. 
 
 
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Bədən tərbiyəsi dərslərinin səmərəli təşkili yolları. 
2.
 
Gimnastika proqram tədris materiallarının öyrənilməsi metodikası. 
3.
 
Fiziki tərbiyə məşğələlərində baş verə biləcək zədələnmələr və onların qarşısının alınması. 
4.
 
Fiziki tərbiyə məşğələlərində şagirdlərin mühafizə olunması. 
                          
 

 159
İKİNCİ  BÖLMƏ 
 
                                   XÜSUSİ METODİKA 
 
V  FƏSİL. PROQRAM TƏDRİS MATERİALI VƏ ONUN 
ÖYRƏDİLMƏSİ METODİKASI 
 
P L A N 
 
1.
 
Fiziki tərbiyə üzrə əsas biliklər. 
2.
 
İlk tibbi yardım göstərmək qaydaları. 
3.
 
Proqram materiallarının məzmunu və keçirilməsi.  
4.
 
Gimnastika dərslərinin təşkili və öyrədilməsiüsulları.  
5.
 
Azərbaycan xalq rəqsləri. 
6.
 
Mütəhərrik oyunlar 
7.
 
Kross hazırlığı və marş yürüşü 
8.
 
Üzgüçülük. 
 
                                       Ə D Ə B İ Y Y A T 
 
1.
 
Ə.Babayev, S.Əliyev. Bədən tərbiyəsində  həkim nəzarəti və idman travmatizmi. Bakı, 
«Maarif» nəşriyyatı, 1968-ci il. 
2.
 
Ə.Babayev. Fiziki hərəkətlərin və idmanın gigiyenası. Bakı, «Maarif» nəşriyyatı, 1972-ci il. 
3.
 
B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi. Bakı, «Maarif» nəşriyyatı, 1974-cü il. 
4.
 
H.Ağayev, S.Hüseynov. Azərbaycan uşaq mütəhərrik oyunları. Bakı, «Maarif» nəşriyyatı, 
1989-cu il. 
5.
 
Ş.Əbdürəhmanov. İdman üzgüçülüyü. Bakı, 1999-cu il. 
6.
 
B.Nərimanov, S.Əliyeva, E.Nərimanov.  İdman gimnastikası. Bakı, «Müəllim» nəşriyyatı, 
2004-cü il. 
 
V FƏSIL  PROQRAM TƏDRIS MATERIALI VƏ ONUN ÖYRƏDILMƏSI 
METODIKASI 
V.1. Fiziki tərbiyə üzrə əsas biliklər 
              Fiziki  tərbiyə  dərslərinin səmərəli təşkilində bu sahədə verilən nəzəri biliklərin  əhəmiyyəti 
böyükdür. Çünki şagirdlər fiziki tərbiyə    və idman üzrə müvafiq bilikləri mənimsəməklə fiziki 
hərəkətlərin və oyunların nə məqsədlə yerinə yetirilməsinin əhəmiyyətini, sağlamlıq, əməyə və Vətənin 
müdafiəsinə hazırlıq işində rolunu dərk edir və  dərsdə davranış qaydalarını öyrənirlər. Bütün bunlar 
şagirdlərin dərsə marağını,  şüurlu münasibətini və  fəallığını artırır. Deyilənlər nəzərə alınaraq I-IV 
siniflərdə fiziki tərbiyə üzrə «əsas biliklər» bölməsi verilmişdir. 
              Nəzəri biliklərə hər bir sinif üçün 4 saat vaxt ayrılmışdır. I-IV siniflər üzrə bu rəqəm cəmi 16 
saat miqdarındadır. İbtidai siniflər üçün nəzəri biliklər əsasən 4 istiqamətdə verilmişdir: 
1.Hərəkətlərin icrası üzrə; 
2.Fiziki hərəkətlərin və oyunların sağlamlığa təsiri , həmçinin əməyə və ölkənin müdafiəsində 
onların əhəmiyyəti ilə əlaqədar; 
3.Şəxsi və ictimai gigiyena üzrə
4.Fiziki tərbiyənin tarixi və görkəmli idmançılar haqqında və s. 
 
1.1.Nəzəri biliklərin mənimsənilməsinin 
pedaqoji-psixoloji məsələləri 
              Hökumətimiz böyüməkdə olan nəslin hərtərəfli inkişaf etdirilməsi və fiziki cəhətdən 
təkmilləşməsini mühüm vəzifə kimi  qarşıya qoymuşdur. Şəxsiyyətin hərtərəfli inkişafında fiziki və əqli 

 160
tərbiyənin bir-biri ilə  sıx  əlaqəli və ahəngdar aparılması olduqca zəruridir. Buna görə  də hazırkı  bədən 
tərbiyəsi proqramı əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. İbtidai siniflərin mövcud bədən tərbiyəsi 
proqramlarında hərəkət keyfiyyətlərini inkişaf etdirməklə yanaşı, məktəblilərə bədən tərbiyəsi – gigiyena 
sahəsində nəzəri bilik verilməsi, yəni onların elmi səviyyəsinin yüksədilməsi nəzərdə tutulur. Bu, həm də 
ona görə vacibdir ki, fiziki qabiliyyətlərin inkişafında bacarıq və  vərdişlərlə  bərabər, bilik də böyük 
əhəmiyyətə malikdir. 
              İbtidai siniflərdə  şagirdlərə  bədən tərbiyəsi – gigiyena üzrə  nəzəri bilik verməklə  hərəkətlərin, 
gigiyenik qaydaların düzgün yerinə yetirilməsinin məqsəd və mahiyyətini, bunların bədən quruluşuna, 
orqanizmin funksional fəaliyyətinin yaxşılaşmasına müsbət təsirini izah etmək mümkündür. Fiziki 
hərəkətlərin öyrədilməsi və gigiyenik tələblərin gözlənilməsi mahiyyətinin dərk olunması  şagirdlərin 
nəinki hərəkət fəaliyyətini artırır, təfəkkürünü inkişaf etdirir, həm də onlar hərəkətləri inamla icra edir, 
ona  şüurlu münasibət bəsləyirlər. Bunlar isə  şagirdlərin fiziki tərbiyəsinin səmərəliliyini yüksəltməkdə 
mühüm əhəmiyyət kəsb edir. 
              İbtidai siniflərdə öyrədilməsi zəruri olan biliklərə  şagirdin hərəkət rejimi, bədən tərbiyəsi ilə 
məşğul olarkən geyimi, məşğələlərdən sonrakı (idman geyiminin adi geyimlə əvəz etmək, bədəni yumaq 
və silmək) gigiyenası, qaməti düzgün saxlamaq, düzgün tənəffüs, səhər gigiyenik gimnastikası, dərsə 
qədər gimnastika, fəal istirahətin (bədən tərbiyəsi dəqiqəsi, sinifdənkənar vaxtlarda açıq havada oynamaq 
və idman əyləncələri) sağlamlığa,  əmək qabiliyyətinin artırılmasına olan müsbət təsiri, bədəni 
möhkəmləndirmək və s. daxildir. Bu biliklərin mənimsənilməsi haqqında bəzi pedaqoji-psixoloji 
məsələlərin müəllimlərə çatdırılması böyük əhəmiyyət kəsb edir. Buna görə  də  həmin baxımdan bəzi 
məsələlərə qısa da olsa toxunmağı lazım bilirik. 
              Qeyd  etdiyimiz  kimi,  fiziki  tərbiyə prosesində  şagirdlər müəyyən biliklərə yiyələnirlər. Bu 
biliklər şüurlu münasibət zaminində aşılanarsa, məqsədə tez və lazımi səviyyədə nail olmaq imkanı daha 
da artar. Nəzəri materialların  şüurlu surətdə  aşılanması  mənimsəmə prosesi ilə  sıx  əlaqədar olub, yeni 
material ilə tanış olmaqla başlayır və ona yiyələnməklə başa çatır. 
              Aparılmış müşahidələr göstərir ki, fiziki  tərbiyə üzrə məlumatları yaxşı mənimsəyən kiçik yaşlı 
məktəbli mahiyyəti dərindən dərk edir, həmin materialı digər material ilə əlaqələndirməyi, müstəqil fikir 
söyləməyi, hətta izahat verməyi bacarırlar. Material yaxşı  mənimsənildikdə  şagirdlər onu əməli 
fəaliyyətlərində  tətbiq etməyə çalışır və yeri gəldikcə  həyatı materiallarla aydınlaşdırırlar. Belə bir 
vəziyyət əsasən II-III siniflərdə daha qabarıq şəkildə özünü büruzə verir. 
              İbtidai siniflərdə  şagirdlərə fiziki tərbiyədən məlumatlar sadə  şəkildə verilsə  də  mənimsəmə 
prosesi onların gərgin fikri fəaliyyətinə  əsaslanır. Bu zaman şagirdlərin gərgin fikri fəaliyyəti, 
emosionallığı, inamlılığı daha da artır, diqqəti mərkəzə  cəmlənmiş olur. Nəzəri materialın səmərəli 
mənimsənilməsində  şagird qarşısında qoyulan məqsəd və  vəzifənin aydın olması mühüm şərtlərdən 
biridir. Şagirdlər yalnız bu yollla nəzəri materialları şüurlu surətdə mənimsəyir və mahiyyəti yaxşı dərk  
edirlər. Məlumatların verilməsində mahiyyət,  qarşıda qoyulan məqsəd və vəzifə konkret olmadıqda isə 
şagirdlərin fikri fəallığını yüksəltmək çətinləşir, onlar müəllimi dinləmək istəmir, diqqəti tez-tez yayınır, 
təlim cansıxıcı keçir. Müəllim fiziki tərbiyə prosesində  nəzəri məlumatların verilməsinin səmərəliliyini 
yüksəltmək istəyirsə, o, mütləq bu prosesin, birinci növbədə  uşaqların fəallığı  şəraitində keçməsinə, 
məqsədin aydın olmasına, mənimsəmənin  şüurluluq  əsasında həyata keçirilməsinə ciddi səy göstərməsi 
xüsusilə vacibdir. 
              Fiziki  tərbiyə haqqında nəzəri məlumatların  şüurlu mənimsənilməsində  şagirdlərin fikri 
fəallığına səbəb olan maraq, diqqət, hiss və emosiyaların, mahiyyətin dərk olunmasını  təmin edən 
təfəkkürün, yeni material ilə tanışlığa imkan verən duyğu, qavrayış və hafizənin inkişaf etdirilməsi böyük 
əhəmiyyətə malikdir. 
              Məlumatların səmərəli verilməsində onun həyatla  əlaqələndirilməsi xüsusi rol oynayır. Buna 
görə  də müəllim hər hansı bir hərəkət və ya oyun haqqında nəzəri məlumat verirsə, bunların  şagird 
tərəfindən dərsdə, gün rejimində və s. tədbirlərdə tətbiq olunmasına nail olmalıdır. Məsələn, müəllimin 
fiziki hərəkətlərin barmaq, bilək və qol əzələlərinin inkişafında, möhkəmləndirilməsində rolu barədə 
məlumat verirsə, o, eyni zamanda əzələ qüvvəsinin artırılmasının,  əzələnin daha da 
möhkəmləndirilməsinin əməli fəaliyyətdə – yazı yazarkən, əl əməyi işləri ilə məşğul olarkən əhəmiyyətini 
də  şagirdlərə izah etməlidir. O, şərh etməlidir ki, əl və qol əzələlərinin möhkəm, qüvvətli olması, yazı 

 161
yazarkən yorulmanın qarşısını almaqda mühüm vasitələrdəndir. Eyni zamanda, əl əməyi işlərinin, qısa bir 
vaxtda lazımi keyfiyyətdə yerinə yetirilməsi üçün də vacibdir. Sonra isə  nəzəri material  təcrübə ilə 
əlaqələndirilməli, yəni  əldə edilmiş biliklər tətbiq edilməlidir. Müəllim  şagirdlərin aldıqları bilikləri 
nəzəri və əməli fəaliyyətində tətbiq edə bilməsi, bunlardan lazımi nəticə çıxarılması üçün onlara əl və qol 
əzələlərini inkişaf etdirən hərəkətləri müntəzəm olaraq icra etdirməlidir. Yalnız bu zaman şagirdlər həmin 
hərəkətlərin faydalılığını dərk edəcək, həm də nəticəni gözləri ilə görəcəkdir. Fiziki tərbiyə üzrə verilmiş 
biliklərin praktika ilə əlaqələndirilməsi bir tərəfdən materialın yaxşı mənimsənilməsinə, digər tərəfdən də 
təlim-tərbiyə  işləri üçün əhəmiyyətlidir. Başqa sözlə desək, zehni fəaliyyətin həyatda praktik cəhətdən 
tətbiqi qaçılmazdır. Nəzəriyyə ilə əməli tərəflərin birləşdirilməsi və onların bir-birini tamamlaması inkişaf 
üçün çox vacibdir. 
              Nəzəri materialların mənimsənilməsində məzmunun da böyük əhəmiyyəti vardır. Fiziki tərbiyə 
üzrə  nəzəri materialların məzmununda ümumi cəhətdən müəyyən qədər oxşarlıq hiss olunsa da, bunlar 
əsaslı surətdə bir-birindən fərqlənirlər. Misal üçün, elə fiziki hərəkətlər vardır ki, Vətənin müdafiəsinə 
fiziki hazırlıq üçün əhəmiyyətlidir. Lakin Vətənin müdafiəsinə fiziki hazırlıqda, təsir etibarı ilə, o, kəndirə 
dırmaşma, dırmaşıb aşma hərəkətləri kimi o qədər də xarakterik deyildir. Ona görə də müəllim ayrı-ayrı 
hərəkətlərin və mütəhərrik oyunların orqanizmə  təsiri,  əməyə  və  Vətənin müdafiəsi işində  əhəmiyyəti 
haqqında nəzəri məlumatları elə verməlidir ki, şagirdlər bu və ya digər hərəkətlərin sağlamlığa, hansı 
əzələ qruplarına daha qüvvətli təsir etdiyini fərqləndirməyi bacarsın və başa düşsünlər. Belə materialların 
hansı  şəkildə  mənimsəməyin düzgün yollarını müəyyənləşdirmək də olduqca vacibdir. «Bu prosesdə 
müəllimin, yadda saxlamanın səmərəli üsullarını mükəmməl bilməsi və şagirdləri bu üsullardan bacarıqla 
istifadə etməyə öyrətməsi zəruridir. Material məzmunca nə  qədər rəngarəngdirsə, mənimsəmə  də bir o 
qədər  yadda saxlama tərzi tələb edir»
120

    Məlumdur ki, fiziki tərbiyə üzrə  nəzəri məlumatların mənimsənilməsində bir sıra təlim üsulu və 
priyomlarından istifadə edilir. Nəzəri məlumatların verilməsi ibtidai məktəbdə istifadə olunan üsulların 
tətbiqinə verilən tələblərdən irəli gəlir. Bu üsulların tətbiqi yaş səviyyəsinə uyğun olmaqla, məktəbin əsas 
məqsədinə  
xidmət etməlidir. Xüsusən,  şagirdlər fiziki tərbiyə üzrə elmi biliklərə yiyələnməli, onların hərtərəfli 
inkişafı təmin edilməli, onlarda müstəqillik və təşəbbüskarlıq kimi iradi keyfiyyətlər tərbiyə olunmalıdır. 
              Elmi-metodik ədəbiyyatın və qabaqcıl müəllimlərimizin bu sahədəki iş təcrübəsinin öyrənilməsi 
göstərir ki, ibtidai siniflərdə nəzəri məlumatların səmərəli verilməsində şifahi şərh və əyani üsullar başlıca 
yer tutur. Nəzəri məlumatların mənimsənilməsində  şagirdlərin qarşısında düşündürücü sualların 
qoyulması, onların müstəqillik fəaliyyətini qüvətləndirir, fikri fəallığını artırır. Bütün bunlar isə 
məlumatın mənimsənilməsinə müsbət təsir göstərir. 
              Sözlə  əyaniliyin qarşılıqlı  əlaqəsi də  təlimi həyatla  əlaqələndirməyin səmərəli formalarından 
olub, verilən biliklərin dərk edilməsi üçün faydalıdır. K.D.Uşinski yazırdı: «… Həyat üçün isə  əşyanın 
hər tərəfdən və bütün əlaqələri içərisində görməyi bacarmaq qədər əhəmiyyətli heç bir şey olmaz. Əgər 
bu insanlar arasında, adətən, böyük dərrakə  və ya çox gözəl ağıl adlanan keyfiyyətin mahiyyətinə 
dərindən nəzər salsaq, görərik ki, bu başlıca olaraq, əşyanın həqiqətdə olduğu kimi, hərtəfəli və bütün 
əlaqələri ilə görə bilmək qabiliyyətindən başqa bir şey deyildir. Əgər təlim uşaqlara ağlı inkişaf etdirmək 
iddiasındadırsa, onların müşahidə qabiliyyətini təmin etdirməlidir»
121

              L.V.Zankov  öz  tədqiqatlarında sözlə  əyaniliyin  əlaqələndirilməsinin təlim üçün xüsusi 
əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Əyani təlim zamanı birinci siqnal sisteminin fəaliyyəti üçün 
lazımi imkan yaranır, şagirdlərin cisim və hadisələrlə bağlı, təsəvvürləri genişlənir və daha da dəqiqləşir. 
Bu isə təfəkkürün inkişafı və təlim zamanı ikinci siqnal sisteminin fəaliyyətini artırır. 
     Təlimdə bu məsələni həll etmək üçün idrak nəzəriyyəsinə  əsaslanmaq lazımdır. Öyrənmə idrak 
fəaliyyəti olub, şagird onun vasitəsilə yeni biliyə yiyələnir. Bunun üçün də o, obyektiv gerçəkliyi öz 
şüurunda  əks etdirir. Burada gerçəkliyin obyektiv varlığının dərk edilməsi ilə  əlaqədar deyilmiş bir 
kəlamı yada salaq: «Canlı müşahidədən mücərrəd təfəkkürə, oradan da praktikaya». 
                                                 
120
 
 Йаш вя педагожи психолоэийа мясяляляри. АПИ-нин няшри. Бакы. 1974, сящ.10. 
 
121
 
Ушински К.Д.Сечилмиш педагожи ясярляри, Азярняшр, Бакы, 1953, сящ.168.
 
 

 162
        Nəzəri məlumatların səmərəli verilməsində  şagirdlərin bu işə ilk mərhələdən psixoloji cəhətdən 
hazırlıqlı olması da əsas şərtlərdəndir. Psixoloji hazırlığa şagirdin məlumatları dinləməyə maraq və meyl 
göstərməsi, psixoloji proseslərin normal fəaliyyətə hazırlanması, eləcə  də qarşıya çıxacaq çətinlik və  
maneələri aradan qaldırmaq imkanlarına onun malik olması və s. daxildir. 
              Nəzəri məlumatların verilməsinin səmərəliliyi müəllimin  şərhi və ona verilən tələblərdən də 
asılıdır. Müəllim bu prosesdə ardıcıllığı gözləməli, sistemliliyə riayət etməli, yeni terminlər işlətdikdə isə 
onu dönə-dönə  təkrarlamalıdır. Məlumatı verdikdən sonra onu yekunlaşdırmalı, həmin prosesdə 
müəllimin nitqi sadə və aydın olmalı, çətin başa düşüləcək söz və cümlələr işlətməməlidir. Yeni material 
əvvəlkilərlə əlaqələndirilməli, müqayisə olunmalıdır. Nitqin tempi nə sürətli, nə də çox yavaş olmalıdır. 
Məlumatlar  şagirdlərə orta tempdə çatdırılmalıdır. Eyni zamanda müəllimin  şərhi emosional  olmalı, 
müəyyən bir məsələni izah edərkən yeri gəldikdə ona öz münasibətini göstərməli, rəğbətini bildirməlidir. 
Məlumatların verilməsində  məntiqi vurğulardan da yeri gəldikcə istifadə olunmalıdır. Müəllim nəzəri 
məlumat verərkən  şagirdin mənəvi aləmində yaranan dəyişikliyi, ya zahiri əlamətlərinə  və ya psixi 
fəaliyyətinə görə müəyyən etməlidir. 
              Məlumatların yaxşı  mənimsənilməsində  şagirdlərin psixi fəallığının yüksədilməsi böyük 
əhəmiyyət kəsb edir. Onların psixi fəallığı baş beyin yarımkürələrində qabıqaltı  mərkəzlərdə qüvətli 
oyanmaların nəticəsində əmələ gəlir. 
              Nəzəri materialı izah edərkən müəllim özünə xas keyfiyyətlərdən də istifadə edib, məzmunu 
şagirdlərin  yaş və bilik səviyyəsinə uyğun təşkil etməklə qabıqaltı mərkəzlərdə oyanmanı qüvvətləndirir, 
şagirdlərin fəallığı və məlumatı dinləməyə olan maraq və meylini artırır. 
              K.D.Uşinskinin dediyi kimi, uşaqlar müəllimin sözü ilə işi arasındakı vəhdətə böyük fikir verir, 
onun ictimai yerlərdə özünü necə aparmasını, adamlara münasibətini izləyirlər. Onlar müəllimin hərəkət 
və davranışını, onun xarakterinin möhkəmliyini, qarşıya qoyduğu məqsəd uğrunda necə mübarizə 
aparmasını qiymətləndirirlər. 
              Böyük  həyat təcrübəsinə malik müdrik insanlar müəllimə xas olan xüsusiyyətlərdən bəhs 
edərkən demişlər: «Cəsarətlə demək olar ki, müəllim çox  nüfuz sahibi olduqda, bəzi adamlar bütün 
həyatı boyu bu müəllimin gözəl təsirini hiss edirlər. Bax, buna görə də müəllim özünə fikir verməli və 
hiss etməlidir ki, onun hərəkətləri və özünü aparması, dünyada heç bir adam üçün olmayan dərəcədə çox 
ciddi nəzarət altındadır. Onlarca uşaq gözü müəllimə baxır, uşaq gözündən daha diqqətli, daha görücü, 
daha həssas bir şey yoxdur, bu gözlər insanın ruhi həyatının müxtəlif dəyişikliyini, bütün incəlikləri 
dərhal ayırır. Bunu möhkəm yadda saxlamaq lazımdır. 
              Məlumatların verilməsinin səmərəli olmasında maraq da böyük əhəmiyyətə malikdir. Maraq 
tələbatla sıx bağlı olub, onun əsasında əmələ gəlir.  Psixoloqların fikrincə, insanın istər maddi və istərsə 
də  mənəvi tələbatı daim inkişaf edir, yeni məzmuna malik olur. İnsan tələbatların ödənilməsinin 
zəruriliyini dərk edir, ona can atır ki, bu da öz növbəsində marağın inkişafına kömək edir. Professor 
M.Həmzəyev yazır: «Kiçik məktəb yaşı dövründə  uşaqların maddi və  mənəvi tələbatının genişlənməsi, 
onların maraq dairəsinin də genişlənməsinə  səbəb olur. Fəaliyyətin dəyişməsi birinci növbədə maraq 
sahəsini də yeniləşdirir. Əgər məktəbəqədər yaş dövründə uşağın marağında oyun fəaliyyəti ilə əlaqədar 
cəhətlər üstünlük təşkil edirsə, məktəblinin marağı əsasən təlim fəaliyyəti ilə bağlı olur» 
122

     Psixoloqlarımızın tədqiqatları göstərmişdir ki, birinci sinfə  gələn uşaqlarda maraqlar hələ 
fərqləndirici xarakter daşımır, uşaq təlim fəaliyyətinin bütün sahələri ilə eyni dərəcədə maraqlanır. II sinif 
uşaqlarında müstəqilliyin artması onların təlim fəaliyyəti ilə  
daha dərindən maraqlanmalarına imkan yaradır. Yuxradı deyilənləri nəzəri məlumatların verilməsi ilə 
əlaqədar apardığımız müşahidələr də təsdiq edir. Nəzəri məlumatların lazımi səviyyədə mənimsənilməsi 
üçün şagirdlərin psixoloji fəallığını yüksəltmək lazımdır.  
              Psixoloji  fəallığın artırılmasında diqqətin səmərəli təşkilini ön plana çəkmək vacibdir, çünki 
diqqətlilik fəallığın  ən mühüm amillərindəndir. K.D.Uşinski diqqəti  ən zəruri psixoloji proses kimi 
yüksək qiymətləndirmişdir. O, yazır: «Təlimin heç bir kəlməsi bu qapıdan keçmədən uşağın ruhuna daxil 
                                                 
122
 
Йаш вя педагожи-психолоэийа мясяляляри. АПИ-нин няшри. Мягаляляр мяъмуяси, Бакы, 1974, сящ.52.
 
 

 163
ola bilməz. Aydın məsələdir ki, uşağın bu qapını açıq saxlamağa alışdırmaq birinci dərəcəli əhəmiyyətli 
bir şeydir, təlimin bütün müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur»
123

    Qeyd  etməliyik ki, məlumatların mənimsənilməsində diqqətin yayınmasına səbəb, müəllimin 
materialın məzmununu dərindən bilməməsi, məlumatların uşaqların yaş  və bilik səviyyəsinə uyğun 
verilməməsi, nitqin yeksənəkliyi və s. ilə sıx əlaqədardır. 
  Mühaşidələr göstərir ki, ibtidai sinif şagirdlərinin diqqəti davamsızdır, onlar uzun müddət diqqəti 
eyni bir məsələyə yönəldə bilmirlər. Lakin təlimin səmərəli təşkili nəticəsində onlarda diqqəti cəlb edən 
yeni keyfiyyətlər yaranır. Xüsusilə, qeyri-iradi diqqət tədricən maddi diqqətə çevrilir. 
  Uşaqların diqqətli asanlıqla yayına bilər. Yalnız onu maraqlandıran yeni keyfiyyətlərə malik olan, 
uşağın tələbatı ilə bağlı olan cisim və hadisələr onun diqqətini uzun müddət öz üzərində saxlaya bilər. Bu 
haqda M.Həmzəyev yazır: «Kiçik məktəbyaşlı  uşaqlarda diqqətin zəifliyi, onların öz diqqətlərini uzun 
müddət cəmləşdirməkdə  çətinlik çəkmələrindən irəli gəlir. Ona görə  də kiçik məktəbyaşlı    uşaqlara 
tapşırılan iş maraqlı olmaqla yanaşı, arabir dəyişməlidir. Bununla yanaşı olaraq, uşağın görəcəyi işin 
mahiyyəti onun üçün   aydın olmalıdır”
 124

Təcrübə göstərir ki, məlumatın verilməsində bəzən uşağın diqqətinin bu xüsusiyyəti nəzərə alınmır, 
hətta yuxarı sinif uşaqları kimi. Onlara da həddən artıq müstəqillik verilir. Bəzən də müəllim dərsi 
uşaqların marağına uyğun qura bilmir, nəticədə uşaqlar dərsin mahiyyət və məqsədini başa düşmür. Bu 
yaşda 
şagirdlərin diqqətini ancaq maraqlar əsasında saxlamaq kifayət etmir, onları tərbiyə etmək vəzifəsi də 
qarşıya qoyulmalıdır. Uşağın öz təlim vəzifəsini sevməyə və vəzifənin icrasından həzz almağa öyrətmək 
lazımdır. 
              Kiçik  məktəbyaşlı  şagirdlər fiziki tərbiyə üzrə  məlumatları tez mənimsəyir və tez də 
unudurlar. I-II siniflərdə  şagirdlər verilən məlumatları  çətinliklə  şərh edirlər. Bunun üçün uşaqlarda 
həmin sahə üzrə çoxlu söz ehtiyatı yaratmağa, həm də məntiqi  
yaddasaxlamanın inkişaf etdirilməsinə 
böyük ehtiyac vardır. Kiçik məktəblilərin təlim prosesində  əldə etdikləri biliklər, təsəvvürlər 
genişləndikcə onların hafizələri də inkişaf edir və möhkəmlənir. 
              İbtidai sinif şagirdlərinin təsəvvürləri konkret olur. Buna görə də müəllim dərsdə öz fikrini 
uzun danışmamalı, konkret və aydın misallarla izah etməlidir. 
              Kiçik  məktəbyaşlı  uşaqların təlim, o cümlədən nəzəri məlumatları  mənimsəmə 
fəaliyyətindəki müvəffəqiyyətlər üçün qavrayış mühüm əhəmiyyət kəsb edir. Onun mənimsəmənin ilk 
mərhələsində xarici aləmin cisim və hadisələrinin beyində bütövlükdə inikasında rolu böyükdür. 
Müəllimin nitqinin qavranılmasında duyğu orqanları başlıca rol oynayır. Təlimdə  fəallıq göstərmək, 
biliklərə  şüurlu yiyələnmək üçün şagirdlərin müşahidə etdiyi hər hansı fakt və ya da hadisənin onlara 
təsiri hər dəfə müvafiq sözlə müşayiət olduğundan, onunla yanaşı söz də beyin qabığında əks olunur, bu 
sözün orada izi qalır. Hadisənin və müvafiq sözün beyin qabığında ayrılıqda əmələ gətirdiyi izlər bir-biri 
ilə əlaqələnir» 
125
.    
    İ.P.Pavlov beyin qabığında yaranan izləri iki qrupa ayırmışdır. Birinci qrupa birinci siqnal 
sisteminə cisim və hadisələrin təsiri ilə əmələ gələn izlər, ikinci qrupa isə ikinci siqnal sisteminə həmin 
cisim və hadisələri ifadə edən sözlərin yaratdığı izləri daxil etmişdir. Bilavasitə qavramada şagirdlər 
hadisə  və faktları  və ya onların  şəkillərini görür, şeylər üzərində  təcrübə aparırlar. Bu zaman fakt və 
hadisələr və ya onların şəkilləri əsasdır. Bu haqda şagirdlərin bilavasitə qavramaya isə   şagirdlər beyin 
qabığında birinci siqnal sistemi fəaliyyət göstərir. faktlar və hadisələr haqqında məlumatı sözlər vasitəsilə 
alırlar. Bu vaxt şagirdin beyin qabığında ikinci siqnal sistemi fəaliyyət göstərir. Təlim prosesində  həm 
birinci və  həm də ikinci yoldan istifadə olunmalıdır. Bilikləri bilavasitə yolla tam qavramaq mümkün 
deyildir. Burada bilavasitə (ikinci yol), sözün  təsirindən də istifadə etmək lazımdır, çünki bilik əldə 
etməkdə söz ən qüdrətli vasitədir.  İ.P.Pavlov qeyd edirdi ki, ikinci siqnal sistemi birinci siqnal sistemi 
                                                 
123
 
Ушински К.Д. Сечилмиш педагожи ясярляри, Азярняшр, Бакы, 1953, сящ.183-184.
 
 
124
 
М.Щямзяйев. Кичик мяктябйашлы ушагларын психоложи хцсусиййятляри, Бакы, «Маариф», 1968, сящ. 15. 
 
125
 Казымов Н. Тялим мащиййяти анлайышына даир, «Азярбайъан мяктяби» журналы, 1965, № 6, сящ.69. 
 

 164
əsasında yaranır və onunla əlaqəli olduqda əhəmiyyətlidir. Əgər o birinci siqnal sistemindən ayrı düşsə, 
siz boş sözlər sahibi, boşboğaz olar və həyatda özünüzə yer tapmazsınız
126

              Buna əsasən müəllimdən tələb olunur ki, yeni qanun və qaydaları, tərif və formulları onlarla 
əlaqədar olan kifayət qədər fakt  və hadisələrlə əlaqəli öyrətsin, yalnız bu zaman şagirdlər bu anlayışları 
başa düşürlər. Müəllim  şagirdlərin mücərrəd məfhumları başa düşmədən, quruca əzbərləməsinə yol 
verməməlidir. Tərifi söyləyib izah edə bilməyən, qayda və qanunları əzbərdən deyib, onlara aid heç bir 
fakt, misal gətirə bilməyən  şagirdlərin bu biliyində  məhz ikinci siqnal sistemi ilə birinci siqnal sistemi 
arasında əlaqə olmur
127

              Nəzəri məlumatların mənimsənilməsində aşağıdakıların əsas götürülməsi xüsusən faydalıdır: 
              a)  nəzəri məlumatlar aydın, qısa, sadədən mürəkkəbə, konkretdən mücərrədə doğru və 
emosional vəhdətdə şagirdlərə mənimsədilməlidir; 
              b)  yeni  nəzəri məlumatlar,  şagirdlərin vaxtı ilə  mənimsəmiş olduqları  məlumatlara istinad 
olunmaqla verilməli və  
onlarla əlaqələndirilməlidir; 
              v)  mənimsədilmiş  nəzəri məlumatlar,  əvvəlki məlumatlarla, eyni zamanda gələcəkdə 
mənimsədiləcək məlumatlarla əlaqələndirilərək verilməlidir; 
              q) nəzəri məlumatlar şagirdlərin fikir fəallığının yüksədilməsi şəraitində və həm də onların 
yaradıcı təfəkkürünə əsaslanaraq mənimsədilməlidir; 
              d) mənimsədilmiş nəzəri məlumatlar nəzəri və praktiki təfəkkürü inkişaf etdirməli, beyində 
möhkəmləndirilməlidir, elə buna görə də onları tətbiqetmək zəruridir. 
              I-II  sinif  şagirdləri  əksər halda cisim və hadisələri hər hansı bir təsadüfi  əlamətinə görə 
qavrayırlar. Onların qavrayışında passivlik üstünlük təşkil edir. Y.İ.İqnatov I sinif şagirdləri ilə apardığı 
təcrübədə bu dövrdə qavrayışın kifayət qədər fərqləndirici xarakter daşımasını aşkar etmişdir. III sinifdə 
isə kiçik məktəbyaşlı  uşaqların qavrayışında  əhəmiyyətli dəyişikliklər olur. Həmin yaşdan başlayaraq 
uşaqlarda qavrayış fərqləndirici xarakter daşıyır. 
              Təfəkkür uşaqlarda konkret və emosional xarakter daşıyır. Lakin kiçik yaşlı  məktəblilərdə 
təfəkkürün ən yüksək səviyyədə inkişaf etdiyini demək çətindir. Bundan əlavə, onlarda qeyri-iradi diqqət, 
mexaniki hafizə daha yüksək səviyyədə inkişaf edir və  məntiqi təfəkkürün elementləri yaranmağa 
başlayır. Həmçinin, bu yaşda uşaqlarda emosional vəziyyətlərin tez-tez dəyişməsi, xəyalpərəstlik və s. 
hallar müşahidə olunur. 
              S.R.Rubinşteynin fikrincə  əqli nəticə kiçik məktəb yaşı dövründə müəyyən inkişaf 
mərhələləri keçir. Əqli nəticə birinci mərhələdə (I-II siniflərdə)  əyanilik, bilavasitə müşahidə  əsasında 
qurulur. Bu dövrdə  uşaq bilavasitə qavradığı, müşahidə etdiyi cisim və hadisələrə (III sinifdə) artıq 
mücərrəd material əsasında da əqli nəticə çıxarmaq mümkün olur. Lakin bunun müvəffəqiyyətlə həyata 
keçməsi üçün həmin mücərrəd materialı  əyani sxemlər, tanış misallar vasitəsilə konkretləşdirmək  əsas 
şərtdir. 
              Uşaqların idrak fəaliyyətində  təfəkkürün keyfiyyətləri də xüsusi əhəmiyyət kəsb edir. 
Professor Ə.Bayramov tədqiqatlar əsasında müəyyənləşdirmişdir ki, kiçik yaşlı məktəblilərdə təfəkkürün 
müstəqillik və  tənqidiliyi təzahür edir. Bu dövrdə  uşaq öz fəaliyyətində, işində müstəqil və  tənqidi 
düşünməyi bacarır. Lakin, kiçik məktəbyaşlı uşaqların hamısı eyni dərəcədə müstəqil və  tənqidi düşünə 
bilmirlər. Bəzi uşaqlar heç bir kənar kömək olmadan müstəqil və  tənqidi  düşünürlər. Bəzilərinə isə 
qismən kömək etmək, istiqamət vermək lazım gəlir. Elə  uşaqlar da vardır ki, kənardan  əsaslı kömək 
olmadan nə müstəqil düşünə, nə də öz idrak obyektlərinə tənqidi yanaşa bilirlər 
128

              D.B.Elkonin  və B.V.Davıdov öz tədqiqatlarına  əsaslanaraq kiçik yaşlı  məktəblilərdə 
təfəkkürün konkret xarakter daşıdığını, ona görə  də xüsusidən ümumiyə, induktiv yoldan istifadəyə 
üstünlük verənlərin fikri ilə razılaşmırlar. Onların fikrincə ümumidən xüsusiyə doğru getmək yolu ilə 
konkret anlayışları  təşəkkül etdirmək mümkündür. Bunun üçün də xüsusi proqram hazırlamış  və 
                                                 
126
 И.П.Павлов. Павлов чяршянбяляри (русъа), ЫЫЫ ъилд, сящ. 318. 
127
 Педагоэика. Проф.М.Мурадхановун рящбярлийи иля, Азяртядрисняшр, Бакы, 1964, сящ.95-96. 
 
128
 Бах: Я.Байрамов. Шаэирдлярдя ягли кейфиййятлярин инкишаф хцсусиййятляри. «Маариф», Бакы, 1967. 
 

 165
təcrübədən keçirmişlər. Təcrübəyə əsaslanaraq onlar belə nəticəyə gəlirlər ki, adi halda nisbətən təlimin 
bu şəkildə qurulması (onlar təcrübədən keçirdiyi təlim materialını elə tərtib etmişlər ki, həmin materialın 
mənimsənilməsi  şagirdlərin mükəmməl mücərrədləşdirməyə yiyələnmələrinə  və sonradan konkret 
hadisələri təhliletmə prosesində elmi anlayışlara  əsaslanmağa imkan vermişdir)  şagirdlərdə mücərrəd 
təfəkkürün, idrak qabiliyyətlərinin daha tez təşkili üçün imkan yaradır, təlim materialları daha şüurlu 
mənimsənilir. 
                

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin