I s i n i f
Əsas biliklər
Bədən tərbiyəsi zalında və idman meydançasında davranış qaydaları. Bədən tərbiyəsi dərslərini
digər fənlərdən fərqləndirən cəhətlər vardır. Dərslərin idman zalında və meydançasında keçirilməsi onun
fərqli cəhətlərindən biridir. Bədən tərbiyəsi dərsinin səmərəli təşkilində şagirdlərin xüsusi davranış
qaydalarına əməl etməsi başlıca şərtdir. Burada müəllimin göstərişlərinə riayət etmək, mövsümə uyğun
idman geyimlərindən istifadə etmək, hərəkətin icrası zamanı utanmamaq, cibdə və ya əldə əşya
gəzdirməmək (xüsusilə iti, kəsici əşyalar) daxildir. Fiziki hərəkətlərin yerinə yetirilməsi dövründə
tənəffüs əsasən burunla edilməklə, müntəzəm, sakit və düzgün edilməlidir. Hər hansı qüvvə və sürət tələb
edən bədən tərbiyəsi hərəkətlərini icra etməzdən əvvəl hazırlıq hərəkətləri yerinə yetirilməlidir. Bütün
176
bədən əzələləri hərəkətə gətirilməlidir. Əks halda zədələnmələr yarana bilər ki, bu da əlilliklə nəticələnə
bilər.
Alətlərdə hərəkətlər icra edilərkən danışmamalı və qüvvəni cəmləşdirməyə səy göstərməli,
yoldaşına toxunmamalı və zarafatlaşmamalıdır. Yoldaşqlardan kimsə intizamı pozarsa, onu intizama
dəvət etməli, bədən ağrıları və əzələ dartınmaları zamanı onu masaj etməlidir.
Həddindən artıq yorulma vaxtı, yəni qeyri-normal ürək döyüntüləri və təngnəfəslik zamanı
müəllimə deməli və temperatur qalxanda və xəstəlikdən sonra məşğələdə iştirak etmək üçün həkim və ya
müəllimlə məsləhətləşməlidir. Saz olmayan qurğu və alətlərdə hərəkət etməməli və məşğələ üçün lazımi
şərait olmadıqda həmin yerdə məşğul olmamalıdır.
Məşğələ yerini zibilləməməli, dırnaqları kəsməli, həmçinin dərsdən qabaq yeməməlidir. Dərsdən
sonra duş qəbul etməli, çimməli və yaxud qurşağa qədər yuyunmalıdır.
Gün rejimi və şəxsi gigiyena haqqında məlumat
Gün rejimi. Gün rejiminin düzgün təşkili şagirdlərin zehni və işgörmə qabiliyyətinin artmasına
kömək edir. Buna görə də gün rejimində icra edilən hərəkətlər uşaqların yaşına, fiziki inkişafına uyğun
olmalı, yeksənək deyil, maraqlı və müxtəlif olmalıdır. Rejimə müntəzəm olaraq əməl etməli, hərəkətlərin
açıq havada icrasına çalışmaq lazımdır.
I sinif üçün ümumi gün rejimi, yəni şagird fəaliyyəti və onun istirahətinə ayrılan vaxt aşağıdakı
kimi müəyyənləşdirilməlidir: məktəbdə məşğələlər 3-4 saatdan artıq olmamalı, ev tapşırıqlarının yerinə
yetirilməsinə bir saat vaxt sərf olunmalı; sinifdənkənar və məktəbdənxaric məşğələlərə, ictimai faydalı
əməyə 1-2 saat vaxt ayrılmalı: səhər gimnastikasına və bədəni möhkəmləndirmə proseduralarına: qida
qəbul etməyə və tualetə 2,5 saat, açıq havada gəzməyə isə 3-4 saat vaxt sərf edilməli; yuxu 12 saatdan az
olmamalıdır.
Pedaqoji Elmlər Akademiyası Uşaq və Yeniyetmələrin Fiziologiya institutu ibtidai sinif
şagirdlərinin gün rejimi üzrə uzun illərdir ki, tədqiqatlar aparırlar. Həmin institutun elmi əməkdaşı
M.V.Antropovanın tədqiqatına uyğun olaraq gün rejiminin təxmini sxemini veririk.
Birinci növbədə oxuyan məktəblilərin gün
rejiminin təxmini sxemi
(M.V.Antropovaya görə)
Sıra sayı
Rejimə daxil
olan məsələlər
7-8-9 yaşlı
məktəblilər
üçün
Qeyd
I-II-III-IV
siniflər üzrə
saatlar
1. Yuxudan durmaq 6.35
2. Səhər gimnastikası, bədəni yaş dəsmalla
silmək, yaxud duş qəbulu, yatağı yığış-
dırmaq, əl-üzü yumaq, geyinmək. 6.35 – 7.05
3. Səhər yeməyi 7.05 – 7.25
4. Məktəbə qədər olan yol 7.25 – 7.50
5. Məktəbdə məşğələ, səhər gimnastikası,
böyük tənəffüsdə səhər yeməyi, sinifdən-
kənar işlər və ictimai işlər. 7.50 – 12.00
6. Məktəbdən evə qayıtmaq 12.00 – 12.00
7. Nahar 12.25 – 12.55
177
8. Nahardan sonra istirahət (7 yaşlı uşaqlar üçün
yuxu) 12.55 – 13.55
9. Açıq havada olmaq, hərəkətli oyunlar, əylən-
cələr 13.55 – 15.25
10.Evdə dərsə hazırlaşmaq (hər 45 dəqiqədən
bir 5-10 dəqiqə fasilə), iş yerini təmizləmək
və kitabları yığışdırmaq 15.25 – 16.55
11.Açıq havada olmaq 16.55 – 18.25
12.Axşam yeməyi və sərbəst məşğələ (yaradıcı-
lıq fəaliyyəti, qiraət, musiqi ilə məşğul olmaq,
ailəyə kömək etmək) 18.25 – 19.25
13.Yatmağa hazırlıq (paltar və ayaqqabının tə-
mizlənməsi,otağın havasını dəyişmək, əl-üzü
və ayaqları yumaq) 19.25 – 20.05
14. Yuxu 20.05 - 6.36
Saatlar Azərbaycanın şəraitinə uyğunlaşdırılmışdır.
II növbədə oxuyan məktəblilərin gün
rejiminin təxmini sxemi
(M.V.Antropovaya görə)
Sıra Rejimə daxil olan məsələlər
Sayı
8-9yaşlı
məktəblilər
üçün
II-III-IV siniflər üzrə
saatlar
Q E Y D
1. Yuxudan durmaq
2. Səhər gimnastikası,bədəni yaş dəsmalla
silmək, yaxud duş qəbulu, yatağı yığışdırmaq,
əl-üzü yumaq, geyinmək
3. Səhər yeməyi
4. Açıq havada olmaq
5. Evdə dərsə hazırlaşmaq (hər 45 dəqiqədən 5-
10 dəqiqə fasilə), iş yerini təmizləmək və
kitabları yığışdırmaq
6. Sərbəst məşğələ(qiraət, musiqi ilə məşğul
olmaq, ailəyə kömək)
7.Açıq havada olmaq, hərəkətlərlə oyunlar,
əyləncələr
8. Nahar
9. Məktəbə qədər olan yol
10.Məktəbdə məşğələ, günorta yeməyi,
sinifdənkənar işlər və ictimai işlər)
11.Məktəbdən evə qayıtmaq
12.Açıq havada olmaq, hərəkətli oyunlar,
əyləncələr
13.Axşam yeməyi və
sərbəst məşğələ
(yaradıcılıq fəaliyyəti, qiraət, musiqi ilə məşğul
olmaq, ailəyə kömək)
14.Yatmağa hazırlıq, paltar və ayaqqabını
təmizləmək, otağın havasını dəyişdirmək, əl-üzü
və ayaqları yumaq
15. Yuxu
6.35
6.35 – 7.05
7.05 – 7.25
7.25 – 7.55
7.55 – 9.35
9.35 – 11.05
11.05 – 12.35
12.35 – 13.05
13.05 – 13.35
13.35 – 17.35
17.35 – 18.05
18.05 – 18.35
18.35 – 19.35
19.35 – 20.05
178
20.05 – 6.35
Şəxsi gigiyena. Şəxsi gigiyena şagirdlərin sağlamlığının möhkəmləndirilməsində, onların həyata
hazırlanmasında böyük əhəmiyyətə malikdir. Orqanizmin möhkəmləndirilməsi və müxtəlif növ
xəstəliklərə tutulmanın qarşısının alınmasında şəxsi gigiyena tədbirlərinin düzgün təşkili olduqca
vacibdir. Bura bədənin, geyimin və yaşadığın yerin təmiz olması və s. daxildir.
Bədənin təmizliyi. Tərləmə və bədəndən duzların çıxması nəticəsində insan bədəni tədricən
çirklənir. O, tozla örtülür, çirklənir və mikroblarla qarşılaşır. Həmin mikrobların nəticəsində dəri
xəstələnə və bədəndə də müxtəlif xəstəliklər yarana bilər.
Bədənin təmizliyini qorumaq üçün vaxtlı-vaxtında əl-üzü, boynu sabunla yumalı, həftədə bir
dəfə hamamda çimməli və yataq örtükləri dəyişdirilməlidir. İsti duş qəbul edərkən maçalkadan, kisədən
istifadə etməli və bədəni sürtməlidir. Bədən tərbiyəsi məşğələlərindən sonra isə mütləq isti duş qəbul
edilməlidir.
Dişlərin təmizliyi. Hər gün səhər yeməyindən və yaxud axşam yatmazdan əvvəl dişləri
təmizləmək lazımdır. Bu dişlərin arasında qalan xırda qida qırıntılarının təmizlənməsinə imkan verir. Hər
qida qəbul etdikdən sonra dişlərin aralarının təmizlənməsi, ilıq su ilə ağız boşluğunun yaxalanması
məsləhətdir.
Ayaqlara qulluq. Ayağın iylənməməsi üçün hər axşam yatmazdan əvvəl qışda 20-22
o
, yay
mövsümündə isə bir qədər aşağı temperaturda onun isti su ilə yuyulması çox vacibdir. Ayaqqabı rahat,
yüngül, yayda sərinləşdirici və qışda isə istilik buraxan materiallardan olmalıdır. Bədən tərbiyəsi zalına
ayaqqabı ilə ilə daxil olmaq qadağandır. Çünki bu zalın tozlanmasına səbəb olur.
Geyim. Geyim insan orqanizmini xarici mühitin təsirindən qoruyan başlıca vasitədir. Geyim
bədənin ölçülərinə uyğun olmalı, dar, sıxıcı, hərəkətlərə mane olmamalıdır. Bu qanın orqanizmdə normal
hərəkətinə şərait yaradır.
Yataq örtükləri. İnsanın rahatlığı və sağlamlığında yataq örtüklərinin əhəmiyyəti böyükdür. O,
təmiz olmalı və vaxtaşırı dəyişdirilməlidir. Yorğan, yorğan üzü və yataq örtüyü hər gün günə verilməlidir.
Yastıq və döşəklər isə iki həftədə bir dəfədən az olmayaraq çırpılmalı, havaya verilməlidir. Yatmazdan
qabaq açıq havada gəzməli və bir neçə tənəffüs hərəkətləri icra etməlidir.
Fiziki hərəkətlərin insan sağlamlığı üçün əhəmiyyəti. Fiziki hərəkətlərlə müntəzəm və düzgün
məşğul olmaq sağlamlığın möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Yeriş, qaçış, gimnastika,
oyunlar və turizm bədənin bərkidilməsində, insan orqanizminin davamlığını artıraraq xarici mühitin əks
təsirlərinin qarşısının alınmasında mühüm rol oynayır. Bədən tərbiyəsi ən vacib sağlamlıq vasitəsi olub,
ürək əzələlərinin qüvvəsini artırır, ağ ciyərlərin həyat tutumunu genişləndirir. Eyni zamanda, tənəffüsün
yaxşılaşmasına, xüsusilə bronxial astmaya tutulanların müalicəsinə kömək edir.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi idman nəticələri və rekordlar dalınca
qaçmaq deyil, adamların can sağlamlığının möhkəmləndirilməsinə istiqamətləndirilmişdir. Buna görə də
ölkəmizdə kütləvi bədən tərbiyəsi – sağlamlıq işləri ön plana çəkilmişdir.
Bədən tərbiyəsi ilə məşğul olarkən bəzən şəxsi gigiyena qaydalarına əməl olunmur. Bu isə
məşğul olanların tez-tez angina, qrip və s. xəstəliklərə tutulmasına səbəb olur. Bütün bunlar isə zehni və
fiziki işgörmə qabiliyyətini azaldır və əhval-ruhiyyəyə mənfi təsir göstərir.
II s i n i f
Ə s a s b i l i k l ə r
Səhər gimnastikasının əhəmiyyəti. Şagirdlər səhər yuxudan durarkən özlərini əzgin hiss edir,
bəzən də onlarda ruh düşgünlüyü əmələ gəlir. Bundan əlavə, bədəndə fəaliyyətsizlik hiss edilir. Onlar
ümumiyyətlə, gün rejimində qarşıya qoyulmuş vəzifələri lazımınca yerinə yetirə bilmirlər. Yuxudan
duran vaxtda əzələlərin iş qüvvəsi aşağı düşmüş olur. Ürək fəaliyyəti nisbətən zəifləyir, bəzən də baş
ağrıları, huşsuzluq meydana çıxır. Səhər gimnastikası isə ürək fəaliyyətini artırır, əzələnin iş qüvvəsini
179
yüksəldir, tənəffüsü yaxşılaşdırır. Belə ki, gün ərzində insanın zehni və işgörmə fəaliyyətini tənzimləyir
və normalaşdırır. O, həm də nəbz vurğularının sürətini artırır, udulan oksigenin miqdarını 10-30 %-ə
qədər artırır, qamətin gözəlləşməsinə kömək edir.
Fiziki hərəkət məşğələlərinin əhəmiyyəti. Bu yarım mövzu keçirilərkən I sinif üzrə verilən
materiallardan istifadə etmək lazımdır. Lakin II sinifdə bu mövzu müəyyən qədər dərinləşdirilməklə
yanaşı, həm də həmin sinifdə öyrədilən digər fənlərin materiallarına uyğun şəkildə keçirilməlidir. Yəni
gigiyena ilə bağlı mövzularla əlaqələndirilməlidir.
Fiziki hərəkətlərin icrası zamanı gigiyenik qaydalar. Bədən tərbiyəsi məşğələlərinin
özünəməxsus keçirilmə qaydaları mövcuddur. Bunlardan biri fiziki hərəkətlərin icrası dövrundə tələb
edilən gigiyenik qaydalardır. Gigiyenik qaydalara riayət olunmadıqda, həmin məşğələlərin nə sağlamlıq,
nə də ki, təlim-tərbiyəvi əhəmiyyəti olmur.
Qeyd etmək vacibdir ki, bütün bədən tərbiyəsi məşğələlərində hazırlıq və bədəni «qızışdırıcı»
hərəkətlər yerinə yetirilməlidir. Bura hər şeydən əvvəl, yeriş, qaçış, müxtəlif növ hoppanmalar,
gimnastika hərəkətləri və s. daxildir. Məşğələdə verilən fiziki iş temperatura və yerli meteoroloji
göstəricilərə uyğunlaşdırılaraq keçirilməlidir. Həddindən artıq yüksək temperatur olduqda, ürək
vurğularını artırır və orqanizmdən daha çox enerji tələb edir. Temperatur aşağı olduqda isə hərəkət
fəaliyyətini azaldır, daha çox elastiklik yaradır və zədələnmələrin baş verməsini asanlaşdırır.
Bədən tərbiyəsi zalının havası müntəzəm olaraq dəyişdirilməlidir. Gimnastika zalında
temperaturun 15,0 – 15,5 olması normal hal sayılır. Örtülü yerlərdə temperatur -10
o
olsa, məşğələnin
keçirilməsi mümkündür.
Yay dövründə gün vurmadan özünü qorumalıdır, açıq havada oynayarkən, çimərkən baş
dəsmalla bağlanmalı və ya papaq qoyulmalıdır.
Turist yürüşlərində isə ayaqların iylənməməsi üçün onu axşamlar yumalı, dırnaqları təmiz və
qısa saxlamaq lazımdır. Yürüş zamanı qabarlar çıxır. Həmçinin zədələnmələr yarana bilər. Bunun üçün də
səfər zamanı özünlə vazelin və sarğı materialı götürmək lazımdır.
Su proseduralarının, hava və günəş vannalarının
qəbulu qaydaları
Su ilə bədənin möhkəmləndirilməsi. Bədəni soyuq və sərin su ilə möhkəmləndirmək xüsusilə vacibdir.
Bədəni soyuq su ilə möhkəmləndirmədə suyun temperaturu 20
o
-dən aşağı, sərin su ilə
möhkəmləndiriləndə isə 21
o
-dən 30
o
–dək olur. Orqanizm soyuq su ilə möhkəmləndirilərkən dəri
bozarırsa, insanın canına üşütmə düşürsə, bu zaman onu davam etdirmək məsləhət görülmür. Əksinə,
orqanizm soyuğa dözürsə, istilik buraxmaqla soyuğun qarşısını alırsa, onda heç bir qeyri-adi dəyişiklik
hiss olunmursa, onda həmin prosesi davam etdirmək olar. Bu zaman ürək daha enerji ilə işləyir, dəridə
damarlar genişlənir, qan daxili orqanlardan dəriyə doğru axır. Bu vaxt dəri qızarır və bədənə xoş istilik
gəlir.
Günəş vannaları ilə bədənin möhkəmləndirilməsi. Günəş şüası əhval-ruhiyyəni yaxşılaşdırır, iş
qabiliyyətini artırır. Eyni zamanda, mikroorqanizmlərə məhvedici təsir göstərməklə ətraf mühiti
sağlamlaşdırır və zərərli təsirdən azad edir.
Günəş altında həddindən artıq olduqda insan xəstələnə bilər. Günəş altında qaçdıqdan sonra
çimmək və qurulanmaq lazımdır. Çiməndən sonra günəş vannası qəbul etmək zərərlidir. Günəş
vannasından sonra kölgədə dincəlmək lazımdır.
Hava ilə bədəni bərkitmək. Hava ilə bədəni bərkitmək onun bir hissəsinin və ya bütün bədəni
açıb havaya verməkdən ibarətdir. Bu məqsədlə ilıq hava vannalarından istifadə olunur. Hava vannaları
havanın temperaturundan asılı olaraq aşağıdakı növlərə bölünür: Soyuq hava vannası -6
o
-dən 10
o
-yə
qədər; sərin hava vannası -15
o
-dən 20
o
-yə qədər; isti hava vannası -30
o
-dən yüksək.
Hava vannasının səhər gimnastikası ilə birlikdə qəbul edilməsi daha faydalıdır. Birinci hava
vannası 10-15 dəqiqədən artıq olmamalıdır. Bunu hər gün 5 dəqiqə artıraraq 2-3 saata qədər çatdırmaq
olar. Hava vannası 20
o
-dən az olmadıqda qəbul olunmalıdır. Bədəni möhkəm olan şəxslər istiliyi 0
o
-dən
aşağı olan havada da hava vannaları qəbul edə bilərlər.
180
İşıq hava vannaları. Günəşli gündə kölgədə qəbul edilən hava vannalarına ilıq hava vannaları
deyilir. Bu vannaların faydası havadan başqa, əks olunmuş günəş şüalarının təsirindən ibarətdir. İşıq hava
vannaları meşədə, açıq havada yelkən altında, dəniz və çay kənarlarında qəbul edilə bilər.
VMH kompleksi. «Vətənin müdafiəsinə hazıram» kompleksi fiziki tərbiyə sisteminin əsas tərkib
hissəsidir. VMH kompleksinin əsasnaməsində onun məqsədi, ideya istiqaməti göstərilmişdir. VMH
kompleksi şagirdləri əməyə və vətənin müdafiəsinə hazırlayır, kompleks sağlamlığı möhkəmləndirir,
qüvvə, sürət və dözümlülüyü artırır.
Bədən tərbiyəsi kompleksi 5 pillədən ibarətdir:
I pillə – 10-14 yaşlılar üçün
II pillə – 15-18 yaşlılar üçün
III pillə – 19-27 yaşlılar üçün
IV pillə – 28-39 yaşlılar üçün
V pillə – 40-60 yaşlılar üçün
VMH - kompleksinin pillələri əsas normativlərdən ibarət olub, fiziki keyfiyətlərin güc, sürət, qüvvə,
dözümlülük, cəldlik, inkişaf səviyyəsini müəyyənləşdirir, üzgüçülük, atıcılıq, alətə tullanmaq, ilk tibbi
yardım göstərmək kimi bacarıq və vərdişlərin mənimsənilməsini təmin edir.
Hər bir pillə öz yaş xüsusiyyətinə uyğun normativlərdən ibarətdir. İlk tibbi yardım hazırlığının
yoxlanılması aşağıdakı suallar üzrə keçirilir:
1.
yaralanma və sınıqlar zamanı ilk tibbi yardım.
2.
qanaxmalar zamanı ilk tibbi yardım.
3.
suda boğulma zamanı ilk tibbi yardım.
4.
sarğının qoyulması.
5.
yaralananın daşınması.
Bütün normativlərin yerinə yetirilməsi üçün 5 ballıq qiymətləndirmə sistemi müəyyən edilmişdir.
Normativlərin ödənilməsində iştirak edən hər bir şəxsin topladığı xallar aşağıdakı kimi
qiymətləndirilir:
Əla – minimum 31 xal;
Yaxşı – 26-30 xal;
Kafi 20-25 xal;
Qəbul olunmuş əsasnaməyə görə, iştirakçı hər hansı bir növdə 3 qiymətə vermiş norma tələbindən
aşağı nəticə göstərərsə, onun nəticəsi 0-balla qiymətləndirilir.
Mükafatlandırma aşağıdakı kimidir:
- qızıl medal – 36 xal və ondan yuxarı;
- gümüş medal 31- xala qədər;
- bürünc medal – 26 xaldan 30 xala qədər.
Təhlükəsizlik qaydaları. Təhlükəsizlik qaydalarına düzgün riayət edilmədiyinə görə bədən
tərbiyəsi məşğələləri zamanı yüngül və ağır zədələnmə alınır. Bura əzələ dartınmaları, sümük sınması,
çıxıqlar və s. daxildir. Bunların yaranmaması üçün bədən tərbiyəsi məşğələlərinin metodiki cəhətdən
düzgün təşkil edilməsi, xüsusilə fiziki yük tədricən artırılmalı və uşaqların gücünə uyğun olmalı və dərs
sadədən mürəkkəbə keçmə prinsipinin əsasında qurulmalıdır.
Bundan əlavə, hərəkətlər icra edilərkən şagirdlər mühafizə olunmalıdır. alət və avadanlıqların
sazlığı yoxlanıldıqdan sonra, hərəkət yerinə yetirilməlidir. Müəllimin icazəsindən sonra hərəkəti icra
etməlidir. Məşğələ üçün idman geyimi yüngül və rahat olmalı və bədəni sıxmamalıdır. Çox yorulmuş
halda hərəkətlər icra olunmamalı və kənardan diqqəti cəlbedici hallar (səs, toxunmaq, itələmək)
yaradılmamalıdır. Hərəkət icra olunarkən mühafizə edəndən başqa, heç kəs alətə yaxın dayanmamalıdır.
Mühafizə edən özünə elə yer seçməlidir ki, hərəkəti icra edənə mane olmasın.
III s i n i f
Ə s a s b i l i k l ə r
Hərəkət rejimi. III sinifdə I və II siniflərdə öyrədilən hərəkət rejimi haqqında məlumatlar bir
qədər də ətraflı şəkildə şagirdlərə mənimsədilir.
181
Fiziki hərəkətlərin sağlamlığa, qamətə, əqli və iş qabiliyyətinin artmasına təsiri. Sağlamlığın
möhkəmləndirilməsi fiziki hərəkətlərlə müntəzəm olaraq məşğul olmaq sağlamlığı möhkəmləndirir. O,
daxili üzvləri məşq etdirir və onların fəaliyyətini artırır.
Fiziki hərəkətlərlə sinif sistemi möhkəmləndirilir. Xarici mühitin mənfi təsirlərindən mühafizə
olunur. Məşq tənəffüsü yaxşılaşdırır, dərin, normal nəfəs alıb-verməyə şərait yaradır. Fiziki hərəkətlərlə
bronxial astma, quru plevrit, qrip və ya baş gicəllənməsinin qarşısı alınır.
Əqli qabiliyyətin inkişaf etdirilməsi. Əqli qabiliyyətin inkişafında fiziki hərəkətlərlə məşğul
olmaq vacib şərtdir. Zehni və fiziki iş arasında müəyyən sıx əlaqə vardır. Bədən tərbiyəsi hərəkətləri ilə
müntəzəm və ardıcıl olaraq məşq etmək adamın çevikliyini və dəqiqliyini artırır. Təşəbbüskarlığı, sinir
sistemini möhkəmləndirir. Bunun nəticəsində də hərəkətlər müəyyən bir dəqiqliklə və tələb olunan qüvvə
ilə icra olunur. Bunlar isə görmə, eşitmə, duyğu üzvlərinə, diqqətə, iradəyə müsbət təsir edir. Təfəkkürün
inkişafına səbəb olur. Duyğu üzvlərinin inkişafı isə başqa hisslərin fəallığının artmasına, iş qabiliyyətinin
yüksəlməsinə zəmin yaradır.
Zehni inkişafa kömək edən əsas amillərdən biri də oyunlardır. Oyunlar uşaqların həyatı dərk
etmələrinə kömək edir. Oyun vasitəsilə elm və texnikanın, təbiətin sirlərini öyrənməyə səy göstərirlər.
Hərəkətlərin musiqi ilə icrası isə bəzi idman tədbirlərinin mahnı ilə başa çatması, uşaqların zehninin
inkişafına zəmin yaradır.
Fiziki hərəkətlərin iş qabiliyyətinin artmasına təsiri. Fiziki hərəkətlər və oyunlar bədəni məşq
etdirir. Sümük, əzələ və sinir sistemini möhkəmləndirir. Onların iş qüvvəsini artırır. Əlavə müntəzəm
məşq etmək tənəffüs üzvlərini inkişaf etdirir, ürəyin fəaliyyətini artırır. Bütün bunlar şagirdlərin fiziki iş
qabiliyyətini artırır, onları həyata hazırlamaqla qarşıda duran çətinlikləri aradan qaldırmağa kömək edir.
Qamətin tərbiyəsi. Bədən tərbiyəsi məşğələlərinin düzgün təşkili qamətin inkişafına müsbət təsir
göstərir. Düzgün qamət zamanı baş düz tutulur, çiyinlər bir qədər arxaya gedir, sinə bir az qaldırılır, qarın
yüngülcə dartınır. Bu qanın bədəndə rahat dövr etməsi və iş qabiliyyətinin artması üçün vacibdir.
Qamətin düzgün inkişafı yalnız sağlamlıq baxımından deyil, həm də estetik tərbiyə nöqteyi-
nəzərindən olduqca əhəmiyyətlidir. İnsan daha gözəl, qəşəng və ahəngdar görünər.
Qamət üçün xüsusi hərəkətlər vardır. O dərs zamanı icra edilir. Bununla bərabər gün rejimində
şagirdlərin qamətinin tərbiyəsi ilə də məşğul olmaq lazımdır. Bura parta və stol arxasında düzgün
oturmaq, düzgün yerimək və durmaq, əldə eyni ağırlıqda əşyalar aparmaq daxildir.
Qaməti əyri olan uşaqlarla həkim məsləhəti üzrə xüsusi gimnastika hərəkətlərini icra etmək
faydalıdır.
Yeriş və qaçış zamanı tənəffüs. Ürəyin işi ağ ciyərlərin işi ilə sıx əlaqədardır. Buna görə də fiziki
hərəkətlər tənəffüsə təsir etdiyi kimi, eyni ilə qan dövranına da təsir göstərir. Sakit halda adam dəqiqədə
14-15 dəfə tənəffüs edirsə, fiziki hərəkətlərin icrasından sonra dəqiqədə 30 dəfə tənəffüs edir.
Yeriş. Yeriş ürəyi və tənəffüsü məşq etdirərək adamı qarşıdakı yükə hazırlayır. Sürətli yeriş
əzələlərini hərəkətə gətirir. Ürəyin damarlara vurduğu qanın miqdarını artırır. Yeriş vaxtı qabağa baxmalı,
qaməti düz saxlamalıdır. Tənəffüs sərbəst olmalı, burunla alınıb-verilməlidir. Hər 2 – 3 addımdan bir
nəfəs almalı, 3-4 addımdan bir isə buraxılmalıdır. Düzgün yeriş sağlamlığa bu baxımdan mühüm rol
oynamaqla əzələ gücünün qənaətlə işlədilməsinə imkan verir.
Qaçış. Bu zaman bütün bədən orqanları fəal iştirak edir. Ürək və tənəffüs üzvləri öz işini
artırmalı olur. Qaçışda ürək qapaqları tez-tez yığılıb-açılır. Hər dəfə yığılıb – açıldıqda ağ ciyər
arteriyasına və aortaya vurulan qanın miqdarı çoxalır. Həmçinin qanın oksigenlə təchiz olunması və
karbon qazının xaric olunmasını təmin edən tənəffüs aparatının işi sürətləndirilir. Gərgin qaçış zamanı
şagirdlərdə nəbz vurğunu 1 dəqiqədə 16
o
– 18
0
-a çatsa belə, lazım olan oksigeni qan vasitəsilə
hüceyrələrə çatdıra bilmir və baş gicəllənməsi əmələ gəlir. Bunun üçün də qaçış dövründə tənəffüsü
dayandırmamalı, normal tənəffüs etməyə çalışmalıdır.
Təhlükəsizlik qaydaları. II sinifdə təhlükəsizlik texnikası üzrə keçirilən materialı təkrar etməli
və dərinləşdirməlidir. Burada şagirdlərin diqqəti aşağıdakılara cəlb olunmalıdır:
1.
Müəllimin verdiyi bütün tapşırıqlar dəqiqliklə yerinə yetirilməli;
2.
Nəzərdə tutulmayan artıq hərəkətlərə yol verilməməli;
3.
Tam intizam gözlənilməli;
4.
Təmizliyə riayət edilməli, alət və avadanlıqlar yoxlanıldıqdan sonra hərəkəti icra etməli;
182
5.
Heç bir kənar təsir diqqəti dərsdən yayındırmamalıdır;
6.
Hərəkəti icra edənlərə toxunmamalı, onları tələsdirməməli və danışdırmamalıdır;
7.
İdman geyimi təmiz, səliqəli, bədənin ölçüsündə olmalıdır.
IV s i n i f
Ə s a s b i l i k l ə r
Möhkəmləndirmənin əhəmiyyəti və əsas qaydaları
Möhkəmləndirmənin əhəmiyyəti. Orqanizmin möhkəmləndirilməsində fiziki hərəkətlərlə
yanaşı, təbii amillərdən də istifadənin (hava, su, günəş) mühüm əhəmiyyəti vardır. Hava, su, günəş
vasitəsilə orqanizmi möhkəmləndirmək onun dözümlülüyünü artırır, xarici mühitin təsirlərinə
davamlılığını yüksəldir. Təbii amillərdən istifadə edərək orqanizmi möhkəmləndirərkən fiziki
hərəkətlərdən də istifadə xüsusi ilə faydalıdır. Bu soyuqdəymə, qrip və bronxial astma xəstəliklərinin
qarşısının alınmasında və müalicəsində mühüm əhəmiyyət kəsb edir.
Orqanizmin hava, günəş vannaları ilə, su ilə bərkidilməsi onu tədricən həmin təsirlərə qarşı
hazırlayır, möhkəmləndirir. Dərinin küləyə, soyuğa qarşı müqavimətini artırır. Hava, su və günəş
vasitəsilə bədəni nəinki soyuğa, eləcə də istiliyə də alışdırmaq olur.
Bədəni möhkəmləndirmənin əsas qaydaları. II sinifdə bədənin möhkəmləndirmə haqqında
qısa da olsa bəzi məlumat verilmişdir. İndi isə orqanizmin hava, su və günəş vasitəsilə
möhkəmləndirmə qaydalarını müəyyən dərəcədə ətraflı şərh etməyi zəruri bilirik.
Su ilə bədəni möhkəmləndirmə qaydaları. Bədəni soyuq və isti su ilə möhkəmləndirmək
olar. Bədəni soyuq su ilə möhkəmləndirmək üçün çalışmaq lazımdır ki, orqanizmdə istilik olsun.
Bunun üçün də əvvəlcə bədəni «qızışdırmaq» həmin prosesə hazırlamaq zəruridir. Burada gimnastika
hərəkətlərindən istifadə olunmalıdır. Su proseduru səhər gimnastikasından sonra aparılması faydalıdır.
Bədəni su ilə möhkəmləndirməyə yaxşı olar ki, yay və payızda başlayıb, qış fəslində isə
davam etdirilsin. Ümumiyyətlə, bədəni 31-35
o
-də olan su ilə başlamalı, 12-15
o
-yə qədər olan su ilə
qurtarmalıdır.
Bədəni möhkəmləndirməyin mühüm vasitələrindən biri də onun soyuq su ilə isladılmış
dəsmalla silməkdir. Bundan ötrü iki dəsmal lazımdır. Dəsmalın biri ilə sinə və qarnı sürtürük. Digər
dəsmalla isə bədəni quruduruq. Sonra isə yaş dəsmalın hər iki ucundan tutub kürəkləri, boynu, qolları
sürtür və yenə də dəsmalla onu qurulayırıq. Bu proses eyni ilə aşağı ətraflarda da aparılır. Ən sağlam
adamlar 18-20
o
su ilə orqanizmini bərkidə bilər. Təxminən 10-15 gündən sonra duş qəbul etmək olar.
Bu şərtlə ki, o, 2-3 dəqiqə davam etsin. Duşu əvvəlcə bədənin müəyyən hissələrində, sonra isə
bütövlükdə aparmaq olar.
Su proseduralarının qəbulu əhval-ruhiyyəni, səhhəti yaxşılaşdırır və əsəbləri sakitləşdirir.
Çimməyin özü də orqanizmin möhkəmləndirilməsində vacib rol oynayır. Açıq havada və ya
örtülü binada çimmək olar. Havanın temperaturu 18-20
o
-dən və suyun temperaturu 16-17
o
-dən az
olmadıqda çimmək məsləhət görülür.
Günəş vasitəsilə bədəni möhkəmləndirmə. Yuxarıda günəş vasitəsi ilə bədəni
möhkəmləndirməyin əhəmiyyəti barədə danışıldığını nəzərə alıb, indi yalnız onun əsas qaydalarını
göstərəcəyik:
1.
Günəş vannaları toz olmayan yerdə – dəniz, çay, göl kənarlarında qəbul etmək faydalıdır:
2.
Günəş vannaları qəbul etmək üçün ən yaxşı vaxt saat 10-dan 12-yə qədərdir;
3.
Günəş vannaları yeməkdən 2-2,5 saat keçdikdən sonra qəbul etmək olar;
4.
Başı nazik ağ parça ilə, gözləri ilə tünd rəngli çeşməklə günəşin şüalarından qorumaq olar;
5.
Birinci günəş vannaları 5-10 dəqiqədən artıq olmayıb, onları gündə 5 dəqiqə artıraraq axırda 30-
40 dəqiqəyə çatdırmaq olar;
6.
Günəş vannaları qəbul etdikdən əvvəl arxası üstə, sonra sol və sağ böyrü üstə, nəhayət qarnı üstə
uzanmaq lazımdır;
7. Günəş vannaları qəbul edən vaxt ürəkbulanma, ürək döyünmə, baş ağrısı və b. əlamətlər hiss edən
zaman dərhal əməliyyətı dayandırmaq lazımdır;
183
8. Günəş altında qalandan sonra, çimmək və bədəni qurulamaq məsləhətdir. Çiməndən sonra günəş
vannası qəbul etmək olmaz;
9.
Günəş vannası qəbul etdikdən və çimdikdən sonra kölgə yerdə dincəlmək vacibdir.
VMH kompleksi. VMH kompleksi haqqında yuxarıda qeyd edilmişdir.
Kompleks bilik və bacarıqlardan, hərəki fəaliyyət üzrə sınaq növlərindən və normativlərindən
ibarətdir. Nəzəri biliklərə şağirdlərin sağlamlığını möhkəmlətməklə tədris fəaliyyətini yüksəltmək üçün
hərəki məşğələlərin gigiyenik qaydaları, səhər gimnastikası, və bədən tərbiyəsi fasilə və dəqiqələrinin
icraetmə qaydaları, və s. daxıldir.
Bacarıqlar isə bədən tərbiyəsi fasiləsi üçün kompleks hərəkətlər icra etmək, ilk tibbi yardım
göstərmək, həftəlik hərəki yardım göstərmək, həftəlik hərəki rejimə verilən tələblərdən ibarətdir.
Hərəki fəaliyyət növləri seçilərkən oğlan və qızların fiziki imkanları nəzərə alınmış və onların hər
biri üçün ayrılıqda müəyyənləşdirilmişdir. Qaçış, turnikdə dartınma, qolların bükülüb açılması,
üzgüçülük, güllə atıcılığı, topun atılması, yükün aparılması, zədə almışlara və yaralananlara ilk tibbi
yardım etmək və s. Nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |