89
mətləndirərək, başqa bir qrupun üzvlərinin imkanlarına lazımın-
ca qiymət vermirlər.
Münaqişə şəraitində olan qruplar arasında ünsiyyət zəif-
ləyir. Ünsiyyət zərurətə çevriləndə, o, neqativ atmacalar və düş-
mənçilik meyillərinin təzahür etməsi ilə müşayiət olunur.
Əgər qrup, münaqişədə uduzursa, üzvlər arasındakı
birlik, demək olar ki, dağılmaq üzrədir və onlar bir-biri ilə ünsiy-
yətdə olaraq, getdikcə artan gərginliyi hiss edirlər. Qrup üzvləri
“qapazaltı” etməyə adam axtarır və uğursuzluğun səbəbini onun
boynuna qoymaq istəyirlər.
Qruplararası münaqişə və onun nəticəsində yaranan düş-
mənçilik qrupun ayrı-ayrı üzvlərinin nevrotik pozulmalarının
nəticəsi deyil. Əslində bu, qrupda qarşılıqlı əlaqənin məhsuludur.
Bu halda qrup üzvlərinin tamamilə normal və müvazinətli olması
da rol oynamır. Müşahidələrdən əldə edilən nəticələr təşkilatda
münaqişə şəraitində olan qrupların qavranılmasını təsvir və dərk
etməyə kömək edir. Buradan da bir sıra strategiyalar meydana
gəlir və onlardan münaqişə səviyyəsini aşağı salmaq üçün
istifadə etmək olar. Həmin strategiyalar dörd əsas kateqoriyaya
bölünə bilər.
Dostları ilə paylaş: