Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə55/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   73
Beşinci addım – dekodlaşdırmadır. Göndərən tərəf çalışır 
ki, qəbul edən tərəf göndərilən məlumatı adekvat şəkildə qavra-
sın. 
Altıncı addım – qəbuletmədir. Məlumat alındıqdan və şifr 
açıldıqdan sonra digər tərəf onu qəbul, yaxud rədd edə bilər. 
Yeddinci addım – istifadə etmədir. Məlumatı alan tərəf 
ona heç bir reaksiya verməyə bilər. O, həm də məsələni göstəriş-
lərə müvafiq formada həll edə, informasiyanı gələcək üçün qo-
ruyub saxlaya, yaxud hər hansı başqa bir addım ata bilər. Atı-
lacaq addım həlledici səciyyə daşıyır və onun məğzi, hər şeydən 
əvvəl, qəbul edən tərəfdən asılıdır. 
Səkkizinci addım – əks əlaqənin təmin edilməsidir. Qəbul 
edən tərəf məlumatı dərk edib digər tərəfə cavab verəndə, onlar 
arasında kommunikativ konturu tamamlayan əks əlaqə yaranır. 
Deməli, tərəflər arasında informasiya mübadiləsi baş verir. 
 
Zəifləyən kommunikasiyalar 
Zəifləyən təşkilati kommunikasiyalar - rəhbərliyin yuxarı 
səviyyələrindən aşağı səviyyələrinə doğru informasiya axınıdır. 
Menecer əlaqələrinin, demək olar ki, yarısı tabeçilikdə olan şəxs-
lərin payına düşür. Həmin əlaqələrin ikinci yarısı isə rəis, həm-
karlar və xarici subyektlər arasında bölünür. 


102 
Effektiv zəifləyən kommunikasiyaların qurulması üçün 
menecerlər ilk növbədə kommunikasiyalara müsbət münasibəti 
inkişaf etdirməli və özlərini inandırmalıdırlar ki, tabeçilikdə 
olanlarla ünsiyyət – onların işinin mühüm hissəsidir. Bundan 
başqa, işçilərin marağını oyada biləcək informasiyanın əldə edil-
məsi üzərində çalışmaq vacibdir. Üçüncüsü, menecerlər kom-
munikasiyaları şüurlu surətdə planlaşdırmalıdır. Nəhayət, mene-
cerlər etimadı doğrultmalıdırlar, çünki o, bütün kommunika-
siyaların mühüm şərtidir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin