98
1. Təşkilatdakı situasiyanı təhlil etmək və təklif olunan dəyi-
şikliyin rast gələ biləcəyi müqaviməti əvvəlcədən görmək.
2. Müqaviməti minimuma qədər azaltmaq ( potensial və
real).
11.2 nömrəli cədvəldə müqaviməti azaltmaq və tamamilə
aradan qaldırmaq üçün bəzi metodlar göstərilir.
Şək.11.3. “dəyişiklik-müqavimət” matrisası
Əgər dəyişikliklərə müqavimət çox güclüdürsə, onları yal-
nız qismən tətbiq etmək olar. Burada söhbət “eksperimental layi-
hə”nin tətbiqindən gedir. Bu layihə dəyişikliklərin eksperiment
şəklində aparılmasını, nəticələrin daim təhlil olunmasını və
onlara nəzarəti nəzərdə tutur. Müəyyən edilən zaman kəsiyindən
sonra dəyişikliklər qiymətləndirilir və qeyri-effektiv olduğu
halda onlardan imtina edilir. Bu cür yanaşma dəyişikliklərin
tətbiq edildiyi ilkin, həm də çətin mərhələlərdə əlverişli şərait
yaratmağa imkan verir.
Dostları ilə paylaş: