Mövzu 11. Təşkilati dəyişikliklər Effektiv idarəetmə hərəkətə gətirilən resursların (insan,
maliyyə, maddi) əvvəlcədən düşünülən formadan daha yaxşı
istifadə edilməsini təmin etməlidir. Başqa sözlə, bu gün yaxşı ye-
rinə yetirilən iş sabah daha keyfiyyətli şəkildə icra olunmalıdır.
Belə bir təminat müxtəliftipli dəyişikliklərə olan meyildən
yaranır.
Müxtəlif sahələrdə çalışan müasir təşkilatlar qeyri-
müəyyənlik, dinamiklik, xarici mühitin yaratdığı çətinliklər
şəraitində fəaliyyət göstərirlər. Kütləvi idxalçılar tədricən fərdi
idxalçılarla əvəz olunur. Bu, həm məhsul və xidmət sferasında
(birincitipli innovasiyalar), həm də istehsal və xidmət sahələrin-
də (ikincitipli innovasiyalar) dəyişiklikləri stimullaşdırır. “Elek-
tron-şəffaf” bazarın yaranması (istənilən məhsul barədə informa-
siyaya ani keçidi təmin edən) istehsalçılar arasında rəqabətin
meydana gəlməsinə səbəb olur. Bir çox təşkilatlar öz strukturunu
və iş texnologiyasını yenidən qurmağa, strategiyanı dəyişməyə
(üçüncütipli innovasiayalar), psixologiya və işçilərin davranışı
ilə bağlı çətin əməliyyatlar aparmağa (dördüncütipli in-
novasiyalar) məcbur olurlar. Dəyişiklik ― hər bir zaman risklə
müşayiət olunur. Lakin dəyişməmək ―daha böyük riskə getmək
deməkdir.
Hər bir təşkilat öz tarazlığını saxlamağa çalışır. Tarazlıq ―
fərdə istənilən şəraitə daha tez uyğunlaşmağa imkan verir. Də-
yişikliklər yeni tarazlığın yaradılmasını tələb edir. İdarəçilikdə
dəyişikliklər aparılarkən aşağıdakı məqsədlərə diqqət yetirilir:
1) Dəyişikliyin qəbuluna nail olmaq;
2) Qrup tarazlığını və şəxsi uyğunlaşmanı bərpa etmək.
Dəyişiklik fazaları. Edqar Ş.Heyn vahid proses şəklində
olan dəyişiklik modelini işləyib hazırlamışdır. Bu modelə görə
uğurlu dəyişiklik 3 mərhələdən ibarətdir:
1) Blok (qapalı) vəziyyətindən azad edilmə (unfreezing-do-
nun açılması);