86
Rollar münaqişəsinin üç tipi mövcuddur. Birinci tip –
insan və konkret rol arasında münaqişədir. Bu, şəxsiyyət və rolla
bağlı gözləmələr münaqişəsi ola bilər. İkinci
tip roldaxili
münaqişədir. O, bu və ya digər rolu necə oynamaq haqqında
ziddiyyətli təsəvvürlərə görə yaranır, yəni belə bir sual meydana
gəlir: yeni usta fəhlələrlə avtokrat, yoxsa demokrat kimi dav-
ranmalıdır?
Nəhayət, rollararası münaqişə o zaman yaranır ki, insanın
eyni vaxtda oynamalı olduğu iki və daha çox rolun müxtəlif
xüsusiyyətləri meydana çıxır. Çox
vaxt belə münaqişə iş və
onunla bağlı olmayan məqamlarla şərtlənən rollar arasında
yaranır.
Şəxsiyyətlərarası münaqişənin dörd mənbəyi mövcuddur.
Onları qısaca olaraq aşağıdakı kimi təsvir etmək olar: fərdi
fərqlər, informasiya kəsri (defisiti), rolların uyğunsuzluğu, ətraf
mühitlə şərtlənən stress. Şəxsiyyətlərarası davranışın hərəkətve-
rici qüvvələrinin təhlilinin daha bir yaxşı məlum olan sxemini
“Cohari pəncərəsi”ndə tapmaq olar.
Cozef Laft (Joseph Luft) və Harri İnqem (Hary İngham)
(
Johari
adı buradan götürülmüşdür) tərəfindən işlənib hazırlan-
mış bu model şəxsiyyətlərarası münaqişələrin təhlili zamanı
xüsusilə faydalıdır. 9.8 N-li şəkildə göründüyü kimi, o, şəxsiy-
yətlərarası münasibətlərin bir
neçə üslubunu seçməyə kömək
edir, bu üslublara xarakteristikalar verir və onların hansı nəticəyə
gətirib çıxaracağını göstərir. Eyni zamanda o, başqa adamlar
arasında yaranan münaqişələrin şərh edilməsi üsullarını da təklif
edir.
Hər hansı iki insanın qarşılıqlı hərəkətlərini gözdən keçirə-
rək, onlardan birinin şəxsiyyətinə “Mən”, digərinə isə “Siz” işa-
rəsi
verək. İnsan özü haqqında
müəyyən şeyləri bilsə də, ona
məlum olmayan məqamlar da az deyil. Bu, başqa adamlara da
aiddir. Elə konkret məsələlər var ki, insan başqaları haqqında
bilir, lakin bu məlumat tam xarakter daşımır. Bu ideyalar “Coha-
ri pəncərəsi”nin dörd özəyində cəmləşdirilib:
87
1.
Açıq “Mən”. Qarşılıqlı əlaqənin belə formasında insan
həm özü, həm də başqaları haqqında məlumata malik olur. Bir
qayda olaraq, belə situasiyalarda ünsiyyətdə açıqlıq,
bir-birinə
uyğunluq müşahidə edilir.
2.
Gizli “Mən”. Bu situasiyada insan özünü dərk edir, lakin
başqasını tanımır. Nəticədə, insan başqa insandan gizlənməyə
çalışır, çünki onun cavab reaksiyasından ehtiyat edir.
3.
Kor “Mən”. Bu halda insan başqaları haqqında
məlumatlıdır, lakin özü haqqında nəyisə bilmir. İnsan özü də
bilmədən başqalarını əsəbiləşdirə bilər.
4.
Naməlum “Mən”. Bu, potensial
olaraq ən təhlükəli
situasiyadır. İnsan nə özü, nə də başqaları haqqında heç nə
bilmir. Başqa sözlə, qeyri-düzgün dərketmənin səviyyəsi
yüksəkdir, bu isə,
çox güman ki, münaqişəyə gətirib
çıxaracaqdır.
Dostları ilə paylaş: