Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   73
 
 
 
 
 
 
 


84 
Mövzu 10. Təşkilatda münaqişələr 
Münaqişə - hərəkət və məqsədlərin qavranılan ziddiyyəti-
dir. Münaqişəyə olan baxışlardan biri ondan ibarətdir ki, onun 
qarşısını almaq mümkündür. Başqa bir nöqteyi-nəzər onu gös-
tərir ki, münaqişə qaçılmazdır və onun tamamilə aradan qaldırıl-
ması üçün heç bir üsul yoxdur. Üçüncü nöqteyi-nəzərə əsasən 
münaqişənin müəyyən səviyyəsi təşkilat üçün faydalı ola bilər. 
Eyni zamanda münaqişənin həddindən artıq yüksək səviyyəyə 
çatması, yaxud tamamilə olmaması kampaniyanın işinin 
effektivliyinə mane olur. Münaqişənin müəyyən tiplərinə dəstək 
verilməli, digərləri isə aradan qaldırılmalıdır. 
Münaqişə - bir sıra mərhələlərdən ibarət dinamik 
prosesdir: 
1. Fikir ayrılığının yaranması. 
2. Münasibətlərdə gərginliyin artması. 
3. İştirakçılardan heç olmazsa biri tərəfindən situasiyanın 
münaqişə kimi dərk edilməsi. 
4. Xüsusi münaqişə səciyyəli qarşılıqlı hərəkət. 
5. Münaqişənin nəticəsi (həlli). 
Bir qayda olaraq təşkilatda münaqişələrin aşağıdakı 
növləri yaranır: şəxsiyyətdaxili, şəxsiyyətlərarası və qruparası. 
Hər bir şəxsin timsalında adətən, rəqabətə rəvac verən tələ-
bat və rollar; təhrikedici motiv və rolların müxtəlif ifadə üsulları; 
təhrikedici motiv və məqsəd arasında yarana biləcək müxtəlif 
baryerlər; arzu edilən məqsədlə bağlı müsbət və mənfi hisslər 
birləşir. 
Bütün bunlar insanın uyğunlaşması prosesini çətinləşdirir 
və çox vaxt münaqişəyə gətirib çıxarır. Münaqişənin şəxsiyyət-
daxili formaları frustrasiya modelinin köməyi ilə, habelə məqsəd 
və rollar kimi anlayışların əsasında təhlil edilə bilər. 
Frustrasiya o zaman yaranır ki, təhrikedici motiv insan ar-
zu etdiyi məqsədə çatana kimi təcrid olunsun. 10.1 N-li şəkildə 
bunun baş verməsi sxemi nümayiş etdirilir. 


85 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin