Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti



Yüklə 247,59 Kb.
səhifə17/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti

Bu təşkilat yaradılmasına görə İsveçrə vətəndaşı Anri Dyunana borcludur. O, 24 iyun 1859-cu il tarixində Şimali İtaliyanın Solferino kəndində baş verən Fransa və İtaliya qoşunlarının ölkəni istila edən avstriyalılara qarşı vuruşduqları şiddətli döyüşün şahidi olmuşdur. Bu döyüşdə bir neçə saat ərzində 40000 itki, ölü və yaralı olmuşdur. Yaralıların dəhşətli görünüşü ilə şoka düşən Anri Dyunan milliyyətindən asılı olmayaraq bütün yaralılara kömək etmək çağırışı ilə qonşu kəndlərin əhalisinə müraciət etmişdir.

Anri Dyunan İsveçrəyə qayıtdıqdan sonra gördüklərinə 1862-ci ildə işıq üzü görən “Solferino haqqında xatirələr” adlı kitabında yer verərək bu kitabı Avropanın bütün monarxlarına, siyasi xadimlərinə, hərbiçilərə, filantroplara və dostlarına göndərmişdir. Kitab müəllifinə böyük şöhrət qazandırmqla yanaşı, həm də bütün Avropanı həyəcanlandırmışdır.

Xeyriyyə cəmiyyətinin sədri Qustav Muanye Dyunana beş üzvdən ibarət olan komissiya yaratmağı təklif etmişdir. Onun tərkibinə A.Dyunan və Q.Muanyedən başqa, general Giyom Anri Dyufur və həkimlər Lui Appiya və Teodor Monuar daxil olmuşlar. Komissiya 17 fevral 1863-cü ildə ilk dəfə toplanmış və özünü “Yaralılara Beynəlxalq Yardım Komitəsi” adlandırmışdır. 1863-cü ilin oktyabr ayında Cenevrədə on altı dövlətin nümayəndəsinin iştirakı ilə beynəlxalq konfrans keçirilir və təşkilatın nişanı kimi ağ fonda qırmızı xaç təsviri seçilir. Nişan yaralı hərbiçilərə yardım göstərənləri ayırmaq və qorumaq məqsədi güdürdü. Bu konfrans Qırmızı Xaçın təsis edilməsinin əsasını təşkil etmişdir. Daha sonra komitə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) adlandırılmışdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi İsveçrə vətəndaşı tərəfindən təsis edilsə də, onun mənzil-qərargahı Cenevrədə yerləşir. Beynəlxalq Qırmızı Xaç Komitəsi siyasi, dini və ideoloji baxımdan bitərəf təşkilatdır. O, Cenevrə konvensiyalarında tətbiq edilən öz missiyasının xarakterinə görə beynəlxalq təşkilatdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin ali orqanı tərkibi 5 nəfərdən çox olmayan İsveçrə vətəndaşlardan ibarət 25 komitədir. Komitə ümumi siyasət və fəaliyyət prinsiplərinin müəyyən edildiyi Assambleya keçirir.

Təşkilatın operativ fəaliyyəti və inzibati işi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrədə yerləşən Mərkəzi qurumları və münaqişə zonaları üzrə bölünən nümayəndə heyətləri tərəfindən həyata keçirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin maliyyələşdirilməsi Cenevrə konvensiyalarının üzv dövlətlərinin, milli cəmiyyətlərin, fiziki şəxslərin könüllü ianələri: bəxşişləri və vəsiyyətləri (mirasları) hesabına təmin edilir.

1965-ci ildə XX konfrans BQXK-nin müəyyən etdiyi yeddi təməl prinsipi: insanpərvərlik, qərəzsizlik, bitərəflik, müstəqillik, könüllülük, birlik, universallıq prinsiplərini özündə ehtiva edən Hərəkatın Nizamnaməsini qəbul etmişdir

Hal-hazırda, 1949-cu ildə qəbul edilən Cenevrə konvensiyasının dördü və 1977-ci ilin iki əlavə protokolu qüvvədədir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti aşağıdakı hallarda həyata keçirilir: beynəlxalq silahlı münaqişə, beynəlxalq olmayan silahlı münaqişə, daxili iğtişaşlar və gərginlik.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin məqsədi qurbanları müdafiə etmək və onlara kömək etməkdir, xüsusilə də:



  • azadlıqdan məhrum edilmiş şəxsləri (hərbi əsirləri, mülki və siyasi məhbusları) ziyarət etmək;

  • hərbi əməliyyatlar səbəbindən müxtəlif yerlərdə yaşayan ailələrin birləşdirilməsi;

  • yaralılara tibbi yardımın göstərilməsi: qulluq, xəstəxanalar, reabilitasiya mərkəzləri;

  • ailələrinin onlar barədə heç bir məlumata malik olmadığı və itkin düşmüş elan edilən şəxslərin axtarışı;

  • dünyanın müxtəlif regionlarında müharibə əlillərinə yardımın göstərilməsi.

Hərbi əməliyyatlar, vətəndaş müharibələri, daxili iğtişaşlar və ya daxili gərginliklər dövründə Beynəlxalq Qırmızı Xaç Komitəsi müstəsna olaraq bitərəf vasitəçi qismində döyüşənlər və ya düşmənlər arasında durur və bu cür vəziyyətlərin mülki və hərbi qurbanlarının müdafiəsinin və onlara yardımın göstərilməsinin təmin edilməsi üçün bütün mümkün tədbirləri görür.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin