Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Sosial rifah sahəsində siyasət və tədqiqatlar üzrə Avropa Mərkəzi



Yüklə 247,59 Kb.
səhifə14/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Sosial rifah sahəsində siyasət və tədqiqatlar üzrə Avropa Mərkəzi

Mərkəz 1974-cü ildə Avstriya hökumətinin BMT ilə razılaşması nəticəsində yaradılmışdır. Hüquqi nöqteyi-nəzərdən Mərkəz kadrların sosial inkişafı və hazırlanması məsələlərində muxtar, qeyri-kommersiya beynəlxalq və hökumətlərarası tədqiqat orqanı qismində yaradılmışdır. Mərkəz Avropada sosial əməkdaşlıq üzrə yeganə təşkilatdır. Avropa Mərkəzinin əsas konsepsiyası ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin sosial problemləri ümumi cəhətlərə malikdir və ona görə də onların həlli yolları əməkdaşlıq və informasiya, təcrübə, ideya mübadiləsi vasitəsilə tapılmalıdır.

Mərkəzə bütün Avropa ölkələri, o cümlədən ABŞ, Kanada və İsrail daxildir. Avropa Mərkəzi BMT ilə fəal surətdə əməkdaşlıq edir, sosial siyasət üzrə kadrların hazırlanması ilə məşğul olur, tematik seminarlar, konfranslar keçirir, jurnallar, broşürlər dərc edir; sosial əməkdaşlıq layihələrini həyata keçirir (uşaqlıq sosial fenomen kimi: gələcək sosial siyasət üçün nəticələri; sosial sektorda dəyişikliklər: yaşlılara yardım siyasətində sosial innovasiyalar; özəlləşdirmənin alternativi kimi sosial təminat xidmətləri sistemində kooperasiya).Avropa Mərkəzi Avropa ölkələrinin sosial siyasətində dəyişikliklər haqqında faydalı tədqiqat işləri hazırlayır.

 Beynəlxalq Sosial İşçilər Federasiyası (BSİF)

Federasiya sosial işçilərin milli assosiasiyalarının birləşdiriməsi sahəsində 40 illik fəaliyyət təcrübəsinə malikdir. Onun tərkibinə 70-ə yaxın assosiasiya daxildir. Federasiya bütün dünyanın sosial işçilərinə yardımın göstərilməsi məqsədi ilə yaradılmışdır. Beynəlxalq Sosial İşçilər Federasiyasının konstitusiyasında sosial işin konsepsiyasının humanitar, dini və demokratik ideallar və fəlsəfələrdən yaranması və onun qlobal əhəmiyyətinin qarşılıqlı -sosial fəaliyyət səbəbindən meydana gələn insani tələbatlara cavab verməkdən ibarət olduğu sübut edilmişdir.

Peşəkar sosial işçilər şəxsiyyətin rifahı və özünü ifadə etməsi, elmi biliklərin insan və cəmiyyətin davranışına münasibətdə inkişaf etdirilməsi, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial ədalətə nail olunması işlərinə xidmət edirlər.



Beynəlxalq Sosial İşçilər Federasiyasının məqsədləri aşağıdakılardır:

  • beynəlxalq əməkdaşlıq vasitəsilə, standartların peşəkar dəyərləri, xüsusilə də kadrların hazırlığı, əmək və onun müqabili ilə bağlı sosial işə peşə kimi yardım etmək;

  • sosial işçilərin milli assosiasiyalarının yaradılmasına və ya hələ assosiasiyaların olmadığı ölkələrdə milli əlaqələndirmə orqanlarının təsis edilməsinə dəstək olmaq;

  • bütün ölkələrin sosial işçiləri arasında əlaqələrin dəstəklənməsinə yardım etmək.

Federasiya tərəfindən tərtib edilən beynəlxalq etika məcəlləsi peşəkar sosial xidmətin əsas vəzifəsinin şəxsi maraqlar, məqsədlər və baxışlardan üstün olmasını göstərir. Sosial işçi peşəkar və şəxsi çatışmazlıqları qəbul etməli, işə aid təcrübədən, bütün biliklərdən istifadəni təşviq etməli, yardımın göstərildiyi insanın sosial ehtiyaclarını və xarakterini müəyyən etməyi bacarmalıdır.

Sosial işçilər Beynəlxalq Sosial İşçilər Federasiyasının sənədlərinə müvafiq olaraq qanunla himayə olunan müştəriyə yardım edərkən olduqca ehtiyatlı olmalıdırlar, lakin onlar çox vaxt zorakılığın qurbanı olurlar. Federasiyanın nəzdində insan hüquqları üzrə komissiya yaradılmışdır. Komissiyanın məqsədi çətinliyə düşən sosial işçilərin müdafiə edilməsidir.


 BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)

 BMT-nin TəhsilElm və Mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış bölməsi olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.  UNESCO 1945-ci il 16 noyabr tarixində yaradılmışdır. Bu təşkilata 158 dövlət üzvdür. Təşkilatın qarşısına qoyduğu başlıca məqsəd elm və texnika, təhsil, mədəniyyət, incəsənət, ətraf mühitin, Dünya okeanının və Yer kürəsinin resurslarının müdafiəsi, tətbiqi mikrobiologiya və biotexnika, elmi-texniki informasiyanın yayılması, təhsil məsələlərində ayrı-seçkiliyə qarşı mübarizə, milli mədəniyyətlərin qorunması və təbii fəlakətlərin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yardım etməkdən ibarətdir.

BMT-nin TəhsilElm və Mədəniyyət Təşkilatının (UNESCO) ali orqanı Ümumi konfransdır ki, bu da hər iki ildən bir çağırılaraq altı il müddətinə Baş direktor seçmək hüququna malikdir.

Dünyada UNESCO-nun iyirmidən çox regional büro və mərkəzləri vardır. Öz ideya və fəaliyyətinin təbliğ edilməsi üçün bu təşkilat tərəfindən bir neçə dildə, dövri və qeyri-dövri nəşrlər dərc edilir.



Təşkilat öz fəaliyyətini Ümumi konfrans tərəfindən iki il ərzində qüvvədə olan proqram və mövcud büdcəyə əsasən həyata keçirir. Perspektiv məsələlər konfrans tərəfindən altı il müddətinə təsdiq edilən planlar üzrə müəyyənləşdirilir. UNESCO-nun mənzil-qərargahı Paris şəhərində yerləşir. Nizamnaməyə müvafiq olaraq təşkilata üzv dövlətlərdə UNESCO işləri üzrə milli komissiyalar yaradılmışdır.
UNICEF (BMT-nin Uşaq Fondu)

Bu təşkilat BMT-nin Uşaq fondudur. O, 1946-ci ildə Avropanın iflasa uğramış ölkələrində Beynəlxalq fövqəladə uşaqlara yardım təşkilatı kimi yaradılmışdır. Hazırda UNICEF  uşaqlara yardım proqramının həyata keçirilməsi üzrə BMT-nin aparıcı təşkilatına çevrilmişdir. Təşkilatın İcra Şurasının iclaslarında Fondun siyasəti nəzərdən keçirilir, planları müzakirə edilir və büdcəsi təsdiq edilir. Təşkilatların və fərdlərin illik könüllü ianələri fondun maliyyə mənbəyini təşkil edir.

Dünyanın müxtəlif ölkələrində və regionlarında fəaliyyət göstərən bölmələri vasitəsilə ehtiyacı olan uşaqlara yardım göstərilməsi məsələsində hökumətlərə kömək edir. Kömək, ilk növbədə, uşaq ölümü və xəstəliklərinin yüksək, adambaşına düşən gəlirin isə aşağı səviyyədə olduğu qeydə alınan ən zəif dövlətlərə göstərilir. Dünyanın bir çox ölkələrində UNICEF-ə yardım üzrə Milli şuralar yaradılmışdır.

Afrika, Asiya, Latın Amerikası və Avropanın yüz qırxa yaxın ölkəsi Fondun proqramına daxil edilmişdir. Təşkilat üçüncü dünya ölkələrində uşaqların immunlaşdırılması üzrə qlobal proqramı həyata keçirir. Köməyə ehtiyacı olan ölkələrin seçilməsi, təbii ki, təsadüfi deyildir. UNICEF bu zaman üç meyara: beş yaşına qədər uşaqların ölüm səviyyəsinə, adambaşına düşən ümumi milli məhsula və uşaq yaşlı əhalinin ümumi sayına əsaslanır. Bu cür ehtiyac içində olan, yoxsulluq çəkən dövlətlərin arasında keçmiş sovet respublikası dövlətləri də vardır: Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan. Onların hər birinə uşaq proqramları ilə bağlı illik 2 milyon dollar ayrılmışdır.



BMT-nin uşaq fondu öz tədbirləri ilə ictimai rəyə təsir göstərir və müxtəlif ölkələrin hökumətlərini uşaqların gələcəyi haqqında düşünməyə məcbur edir. UNICEF-in məqsədləri dünyada uşaqların vəziyyəti haqqında BMT-nin informasiya mərkəzi vasitəsilə yayılan illik məruzələrin hazırlanmasından ibarətdir. Son illər ərzində UNICEF-in ən mühüm aksiyası BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən Uşaq hüquqları haqqında BMT Konvensiyasının layihəsinin işlənib hazırlanmasına yardım etmək olmuşdur.

Fondun fəaliyyəti dünya ictimaiyyəti tərəfindən təqdir edilir. UNICEF 1965-ci ildə uşaqların qorunması sahəsində Nobel sülh mükafatına layiq görülmüşdür.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Təşkilat 7 aprel 1948-ci il tarixində BMT-nin nəzdində xüsusi qurum kimi yaradılmışdır. Qurumun məqsədi bütün xalqlar tərəfindən səhiyyənin mümkün qədər yüksək səviyyəsinə nail olmaqdır. Ümumdünya səhiyyə təşkilatı dünya miqyasında xəstəliklərlə mübarizə aparır. Bu təşkilatın xidmətlərindən biri də planetimizdə çiçək xəstəliyinin aradan qaldırılmasıdır.

Ümumdünya səhiyyə təşkilatı hər kəs üçün sağlamlığın təmin edilməsi üzrə milli strategiyaları işlənib hazırlamışdır. 1981-ci ildə Ümumdünya səhiyyə assambleyasında qəbul edilən milli strategiyalara əsaslanan Qlobal proqram tərtib edilmişdir.

O, sağlamlığın qorunması haqqında layihələrin hazırlanmasında, dərman vasitələrinin keyfiyyətinə və narkotiklərin qeyri-tibbi dövriyyəsinə nəzarət modelinin yaradılmasında dövlətlərə yardım göstərir. Səhiyyə, sosial gigiyena, valeologiya sahəsində elmi tədqiqatların inkişafına imkan yaradır. Dünyada sağlamlığın sosial şərtlənməsinin dərk edilməsinin öz təsdiqini tapmasını Ümumdünya səhiyyə təşkilatının ən böyük uğuru hesab etmək lazımdır.

Ümumdünya səhiyyə təşkilatının ailə məsələləri üzrə proqramlara daxil edilən əsas maddələrdən biri də ana və uşağın sağlamlığının qorunmasıdır.

1982-ci ildə Ümumdünya səhiyyə təşkilatının Yaşlı insanların sağlamlığının qorunması haqqında yeni proqramı tərtib edilmişdir. Dünyada əhalisinin yaşlanmasının artan tendensiyasını nəzərə alaraq, bu proqram böyük perspektivə malikdir. Yaşlı insanların sağlamlığının qorunub saxlanması imkanlarının öyrənilməsi məqsədi ilə bu proqramın çərçivəsində tədqiqatların aparılmasına başlanmışdır.

Əhalinin artımı, yaşama müddətinin artması, urbanizasiya və digər amillərin təsiri nəticəsində dünyada əlillərin sayı sürətlə artmaqdadır. Ümumdünya səhiyyə təşkilat bu problemin həllinə öz töhfəsini vermiş və demək olar ki, dünyanın 60 ölkəsində əlillərin reabilitasiyası üzrə xidmətlər göstərməyə başlamışdır.

Ümumdünya səhiyyə təşkilatı UNICEF ilə birlikdə bütün uşaqların effektiv şəkildə immunlaşdırılması üzrə ümumdünya kampaniyasını və altı əsas uşaq xəstəliyinin: difteriya, qızılca, poliomielit, tetanus, vərəm və göyöskürəyin profilaktikasını uğurla həyata keçirmişdir. Bu işin nəticəsi hər il 1,4 milyona yaxın uşağın xilas edilməsində özünü göstərir.

Ümumdünya səhiyyə təşkilatı həmçinin QİÇS-in qarşısının alınması və onunla mübarizənin qlobal strategiyasının fəal şəkildə həyata keçirilməsinə qoşulmuşdur. Bununla yanaşı xəstəliyin ötürülməsi problemi və əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi də təşkilatın proqaməna daxil edilib.

Ümumdünya səhiyyə təşkilatı səhiyyə sahəsində rəhbərlik və koordinasiya mərkəzi rolunu oynamaq və dünyada sağlamlığın təkmilləşdirilməsi məqsədi ilə müxtəlif ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün fəaliyyət göstərir.



Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin