Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271



Yüklə 247,59 Kb.
səhifə11/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Diaqnostik məktəb 1918-ci ildə sosial işçi hazırlığının həyata keçirildiyi Nyu-Yorkdakı Smit kolllecinin adı ilə bilavasitə bağlıdır. Çünki o zaman birinci dünya müharibəsi veteranlarının və onların ailə üzvlərinin psixoloji problemlərinin aradan qaldırılması üzərində işləmək bacarığı olan mütəxəssislərə ehtiyac yaranmışdı.

Tibbi model sosial işçi və müştərinin qarşılıqlı fəaliyyəti əsasında formalaşsa da, Riçmondun ideyaları onun şəxsi baxışları ilə ziddiyyət təşkil edən əks mövqe kimi qəbul edilirdi. diaqnostik məktəbin təmsilçiləri öz üzərilərində Z.Freydin nəzəriyyəsinin güclü təsirini hiss etmişlər. Əsas diqqət müştərinin daxili aləmi üzərində cəmlənmiş, sosial mühit arxa plana çəkilmişdir. Psixoloji təhlilin təsir gücü ilə əsas yük müştərinin uşaqlığı, onun şəxsiyyətinin dəyərləndirilməsi üzərinə düşür, bu zaman vəziyyətin qiymətləndirilməsi ikinci plana keçir.

Müştəri və sosial işçi arasındakı münasibətlər kifayət qədər nüfuzlu xarakter daşımağa başlayır. Müştərinin şəxsiyyətinin dəyişdirilməsi və onun ətraf mühitə uyğunlaşmasına yardım kimi başa düşülən müalicə isə sosial işçinin qarşısında duran əsas vəzifədir.

1930-cu illərdə Pensilvaniya məktəbində sosial işçilərin yeni istiqaməti meydana gəldi. O, sosial mühitə müalicə prosesi kimi deyil, sosial xidmət çərçivəsində göstərilən yardım kimi baxırdı. Ona görə də bu istiqamət funksional məktəbin inkişaf etməsinə zəmin yaratdı.

Funksional məktəbin əsas prinsipi müştərinin dəyişiklik arzusu və müalicənin gedişində ona edilən yardımı qəbul etməsidir. Bu cərəyanın nümayəndələri diaqnostik məktəbdən fərqli olaraq, əsas diqqəti müştərinin erkən uşaqlıq təəssüratlarına və dəqiq diaqnozun qoyulmasına deyil, dəyişiklik prosesinin başlanğıcına yetirirdilər. Funksional məktəbin yardım aparatı çərçivəsində orijinal metodika təklif edilmişdir: yardımın təqdim edilməsi və qəbulu. Həm də bu zaman əsas yük struktur anlayışına, və sosial işçi ilə müştərinin düzgün qarşılıqlı münasibətinin qurulması üzərinə düşür. Buraya həmçinin müştərinin öz müqəddəratını təyinetməsi, özü üçün qərar qəbul etmək hüququnun dərki daxil edilmişdir. Beləliklə, sosial işin mahiyyətinin tarixi qəlibdən çıxaraq müasir anlayışa keçidi və Meri Elen Riçmondun nüfuzlu və formal münasibət konsepsiyalarından imtina baş verir.

Pensilvaniya sosial iş məktəbinin sosioloqu V.Robinsonun 1930-cu ildə işıq üzü görən və “Sosial fərdi psixoterapiyada dəyişikliyin psixologiyası” adlanan kitabı funksional məktəbin nəzəri bazasının formalaşdırılması istiqamətində əhəmiyyətli rol oynamışdır. Müştəri yardım prosesinin mərkəzinə qoyulur və yalnız onun öz keçmişindən seçdiyi mövzu sosial işçi üçün müzakirə əhəmiyyəti daşıyır. Mütəxəssisin vəzifəsi yardım prosesində və sosial işçi və müştəri arasındakı münasibətlərin formalaşdırılması məsuliyyətini öz üzərinə götürməkdən ibarətdir.

Funksional məktəbin iddialarına görə digər insanın “Mən”ini dərk etmək mümkün deyil. Bunun əvəzinə müştərinin öz fikirlərini ifadə edə biləcəyi münasibəti yaratmaq lazımdır. Bununla bağlı ilk olaraq sosial işçinin özünü yaxşı tanıması tələb olunur. Sosial işçinin hazırlığı özünüinkişafa və özünüdərkə imkan yaradan “ümumi dərketmə” prosesindən ibarət olmalıdır.

Sosial işin müasir konsepsiyaları arasında proseslərə səbəb-nəticə asılılığında sistemli yanaşma tərzi ilə baxılır. Hər bir insan bir neçə sistemin – ailənin, dostlar dairəsinin, məktəb və ya əmək kollektivinin üzvüdür. Bütün bunlar bir-birinə qarşılıqlı təsir göstərir və sosial işçi müştəri ilə ünsiyyət zamanı bunu mütləq nəzərə almalıdır.

Sosial işdə sosial fəaliyyət konsepsiyası böyük maraq doğurur. Hər bir insan iki başlanğıcın - bioloji və sosial başlanğıcın daşıyıcısıdır. İnsan fəaliyyətləri sosial aspektdə özünü təşkil edən sistem kimi, hər kəs tərəfindən qəbul edilən norma və dəyərlərdən asılı olaraq fərdi fəaliyyəti şərtləndirən rəmzlərlə -dil, dəyərlər və normalarla tənzimlənir. Lakin insanın davranışları, hansı qaydalara tabe edilirsə-edilsin, onu əhatə edən mühitin şərtlərinin təsirinin irrasionallığı və müstəqilliyinin, eyni zamanda da subyekt kimi “müəyyən vəziyyətlərdən” asılılığının keyfiyyətlərini özündə daşıyır. Bax elə ona görə də sosial işçi nəinki sosial işin nəzəriyyə və metodları ilə bağlı spesifik biliklərə, həm də cəmiyyət, müxtəlif sosial qrupların tələbat və maraqları, qanunvericilik və hər kəs tərəfindən qəbul edilən normalar, potensial müştərilərin mədəni və etnik fərqləri barəsində kifayət qədər təsəvvürlərə malik olmalıdırlar.

Bununla yanaşı sosial işçi insanın yalnız sosial statusu və xarakteristikasını deyil, həm də fiziki, ruhi, və bioloji xüsusiyyətləri nəzərə aldığı zaman müştəri ilə qarşılıqlı münasibətdə uğurlu nəticə alına bilər. Ona görə də sosial iş yalnız ardıma ehtiyacı olan insanlarla qarşılıqlı əlaqəni təmin edən nəzəri biliklər sistemi kimi deyil, həm də bir sənət kimi dərk edilməlidir.

Sosial işçi bu konsepsiyaya uyğun olaraq, təbiət və cəmiyyətin toqquşması ilə məşğul olur. Bu tezisi aşağıdakı nümunədə əyani şəkildə sübut etmək olar. Gənc insan güc və enerji hiss edərək xoşbəxt ailə həyatı haqqında xəyallar qurur. Ancaq buna nail olmaq cəmiyyətdə tutduğu mövqedən və əldə etdiyi gəlirdən asılıdır. Bunun üçün ilk növbədə, təhsil almaq, ixtisas artıraq, kadr kimi yetişmək və maraqlı və yaxşı əmək haqqı olan iş axtarışında yaranan rəqabətə davam gətirmək lazımdır. Beləliklə, indi arzu edilən xoşbəxtlik zamanın axarına buraxılır və ya müvəqqəti təxirə salınır. Bu nümunədə sosial işçi, bir tərəfdən, yüksək tələbat və ehtiyaclarla, digər tərəfdən isə onların həyata keçirilməsini məhdudlaşdıran şərtlərlə mübarizə aparmalıdır.

Sosial marketinq konsepsiyasının yaradıcıları alman professorları Alfred Müller Armak, Aleksandr Ryustov, Vilhelm Repke və Lüdviq Erxarddır. Konsepsiyanın müəllifləri sosial marketinqə XIX əsrin sonu-XX əsrin əvvəllərində qərb ölkələrinin əksəriyyətində hökm sürən bazar kapitalizmi və Stalin və Hitler tərəfindən öz ölkələrində tətbiq edilən totalitar iqtisadiyyat arasındakı “üçüncü yol” kimi baxırlar.

Sosial bazar təsərrüfatının iqtisadi-siyasi konsepsiyası hüquqi dövlət tərəfindən təminat verilən və sosial müdafiə və sosial ədalətlə bağlı sosial dövlətin azadlığı, iqtisadi azadlığı və ideallarının sintezinə yönəlmişdir. Məqsədlərin bu birləşməsi – azadlıq və ədalət - “sosial bazar təsərrüfatı” anlayışında əks olunur.

Bazar iqtisadiyyatı azadlığı ifadə edir. O, istehlakçıların öz seçimlərinə əsasən məmulatları almaq azadlığından (istehlak azadlığı); istehsal sahiblərinin öz istəyinə əsasən işçi qüvvəsini, pul vəsaitini, əmlakını və sahibkarlıq bacarıqlarını təyin etmək azadlığından (istehsal azadlığı, peşə və iş yerinin seçilməsi azadlığı, mülkiyyətdən istifadə etmək azadlığı); sahibkarların öz istəyinə əsasən malları istehsal etmək və satmaq azadlığından (istehsal və ticarət azadlığı) və əmtəə alıcısı və ya satıcısının başqalarının qazandıqları uğurlara nail olmaq azadlığından (rəqabət azadlığı) ibarətdir. Azadlıq hüququ üçüncü şəxslərin hüququnun, konstitusiya nizamnaməsinin və ya əxlaq qaydalarının pozulduğu hallarda məhdudlaşır.

“Sosial” termini aşağıdakıları bildirir:

1)bazar təsərrüfatı cəmiyyətin hər bir üzvünün rifahının yaxşılaşdırılması ilə iqtisadi azadlıqları təqdim edir və sosial xarakter daşıyır;

2) bazar təsərrüfatı sosial baxımdan arzuedilməz nəticələr əldə edildiyi təqdirdə məhdudlaşmalıdır və ya əgər azad iqtisadi prosesin nəticələri, cəmiyyətin rifahı üçün kifayət qədər sosial deyilsə, bu zaman ona uyğunlaşdırılmalıdırlar.

Sosial bazar təsərrüfatı və ya sosial marketinq konsepsiyasının əsasında fərdin dövlətin iqtisadi siyasətinə deyil, iqtisadi siyasətin fərdə uyğunlaşdırılması zərurəti durur ki, bu da əxlaq və insanpərvərlik prinsipləri ilə uzlaşır.

Sosial bazar təsərrüfatının məqsədlərini və onlara nail olmaq üçün istifadə edilən vasitələri aşağıdakı şəkildə xarakterizə etmək olar:


  • iqtisadi və sosial baxımdan ədalətli pul sisteminin təmin edilməsi;

  • maksimum dərəcədə yaxşı rifaha nail olunması;

  • sosial təminat, ədalət və sosial tərəqqi.

Bütün bu iqtisadi-siyasi məqsədlər dövlət tərəfindən tətbiq edilən sosial cəmiyyətlərdə özünün son mənasını əldə edir.

Sosial iş Avropada “Dövlət və sosial siyasət” adlandırılan institut ilə sıx qarşılıqlı əlaqədədir. Sosial yardımın müasir modelinin formalaşmasına Elberfeld sisteminin prinsipləri böyük təsir göstərmişdir. Bu prinsiplər öz adını ilk dəfə tətbiq edildiyi şəhərin adından götürmüşdür. Prinsipin təbliğatçıları XIX əsrin ortalarında, demək olar ki, bütöv Almaniyada və Fransanın bir hissəsində geniş yayılmışdır. Bu prinsiplərin əsasında aşağıdakı müddəalar dayanır:



  • şəxsi (xüsusi) məsələlərə baxılan zaman hər bir hamiliyin müstəqilliyinin təmin edilməsi və fəaliyyət istiqamətlərinin mərkəzləşdirilməsi;

  • yardım göstərilən şəxsin fərdi şəkildə araşdırılması;

  • cəmiyyətin kasıb təbəqələrinə hamilik edilməsi haqqında tədbirlərn keçirilməsi.

Zaman keçdikcə işin metod və formaları dəyişmişdir, lakin sosial işin əsas prinsipi özünəyardım vərdişlərinin formalaşdırılması olaraq qalmaqda davam edir. Müştərinin müstəqil şəkildə düşünməsinə, onun öz həyatına nəzarət etmək və meydana gələn problemləri həll etmək qabiliyyətinin inkişaf etdirilməsinə yönəldilmiş fəaliyyət sosial işçinin strategiyasını təşkil edir.

Sosial işin elmi konsepsiyası yalnız subyektiv-obyektiv münasibətlərə, zaman məhfumu daxilində dəyişə elmi ideya və ümumbəşəri formalara və mədəniyyətin formal mövqelərinə yeni baxışdan deyil, həm də sosial fəaliyyət nəzəriyyəsinin, insan düşüncəsində hissi idrak prosesindən və proqnostik kommunikativ funksiyanın reallaşdırılmasından ibarətdir.

Bir sıra fundamental və tətbiqi elmlərin – biologiya, antropologiya, fiziologiya, psixologiya, kulturologiya, etnologiya, tarixi və sosial elmlərin obyekti, məhz, insandır. Sosial işin elmi ona təqdim edilən məhsula yardım, və terapiyanın göstərilməsi, onun haqqında məlumatlarının toplanması və sintezi ilə müxtəlif elmlərin insan haqqında verdikləri informasiyanın ümumiləşdirilməsi əsasında formalaşır.

Məşhur amerikalı tarixçi Tomas Kun konsepsiya, ideya və elmi cəmiyyətlərin birliyini konkret mədəni-tarixi dövrlərə uyğun olaraq elmin tərkib hissəsi kimi öyrənmişdir. Mədəniyyətin müxtəlif sahələrinin bu tərkib hissələrinin formalaşdırılımasına təsiri mədəniyyətin təkamülü və elmi məktəblərin təşəkkülü ilə öz təsdiqini tapmışdır. Dünyanın elmi mənzərəsi bu və ya digər elmi bölmələrin: antik, klassik, mexaniki, müasir, postmüasir təsiri altında formalaşır.

Maks Veberə görə dünyanın elmdən əvvəlki mənzərəsində uyğunlaşma qabiliyyəti, dünyadan qaçma özünü göstərirsə, klassik elmdə dünyaya sahib olma, təbiətə tabe olma, biliklərin obyektivləşdirilməsi üstünlük təşkil edirdi. Xristianlıqda təbliğ edilən xilas etmə ideyası abstrakt-humanist və ümumbəşəri xarakter daşıyırdı. Və yalnız XIX əsrin sonunda fəaliyyət sosial insanın həyat tərzini konkretləşdirməyə qadir oldu. İnsan təbiət və cəmiyyətin btün sahələrində öz “mən”ini axtarmışdır. Lakin insanın digər (cəmiyyət, biosfer, kosmos, gündəlik həyat, ekzistensiya) dünyalara inteqrasiyası artıq bir risk deməkdir. O müəyyən bir dünyadan asılıdır və bələd olmadığı mühitdə “yıxıla” bilər. Belə ki, öz dünyasında müəyyən mədəni normalara tabe olan fərd, digər dünyanın qanunları ilə uzlaşmaqda çətinlik çəkir. Ona görə ki, müxtəlif əmiyyətlərdə fərqli zamanlarda baş verən dəyişiliklər heç də ahəngdar şəkildə paralel inkişaf etmir.

Bununla yanaşı elmi səmərəliliyin tipinin özü də mədəniyyətin təkamülündə dəyişmişdir. Klassik elmdə dünyanın doğru şəkildə obyektivləşdirilməsi qeyri-klassik elmin obyektiv dünyasına subyektivliyin daxil edilməsi ilə əvəz olunmuşdur. Bizim dövrümüzdə isə elmin səmərəliliyi onun dəyər təmayülləri olmadan mümkün deyil.

Yəni elmi səmərəliliyin tipologiyası özündə klassik dünyanın obyektivləşdirilməsi (Nyuton), qeyri-klassik dünyanın subyektiv-obyektiv mənzərəsini (Bor) və postklassik dünyanın aksioloji ünsürlərini (Proqojiy) əks etdirir. Dünyanın klassik elmi mənzərəsi Nyuton-Hegel sxematikasının təbiətin obyektiv xəttini, lampas determinizmini, şəffaf səmərəliliyini ehtiva edir. İnsan bir subyekt olaraq bütün obyektivliyi müşahdəçi kimi dərk edərək dünyanın mənzərəsindən kənarda dayana bilir. Bu texnogen (süni) Avropa səmərəliliyi öz başlanğıcını antik yunan mədəniyyətinin elmi məktəblərindən, riyazi və fəlsəfi elmlərin yaranmasından, əfsanələrin elmə nüfuzundan, pulun sikkə formasından və torpaq və qullara olan xüsusi mülkiyyətdən almışdır. Orta əsrlərdə antik mədəniyyətin inkişafı elm və təhsilin tərəqqisinə, universitetlərin yaradılmasında, məntiq elminin formalaşdırılmasına təkan vermişdir. Yeni tarixdə biz dəqiq və təbiət elmlərinin, humanitar və sosial sahələrin çiçəklənərək dünyanın müasir elmi mənzərəsini tamamladığının şahidi oluruq.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin