Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL İŞİN ƏSAS KONSEPSİYALARI



Yüklə 247,59 Kb.
səhifə9/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL İŞİN ƏSAS KONSEPSİYALARI

XIX əsrin sonu, XX əsrin əvvəlindən başlayaraq, sosial iş peşəkar fəaliyyətin bir növü kimi formalaşmaqdadır. Sosial işin bir peşə, ixtisas kimi rəsmən tanınması, sosial işçi vəzifəsinin rəsmi dövlət sənədlərində qeyd edilməsi müxtəlif ölkələrdə müxtəlif zamanlarda həyata keçirilmişdir.

Sosial işin peşəkar fəaliyyət sahəsi kimi təşəkkül tapması XIX əsrin sonlarına təsadüf edir və birbaşa Meri Elen Riçmondun (ABŞ) sosial işin ideya və konsepsiyasını həyata keçirməsi ilə bağlıdır.

M. Riçmondun təşəbbüsünə əsasən 1898-ci ildə ilk Milli Tətbiqi Filantropiya məktəbi (hal-hazırkı Kolumbiya universitetində Sosial iş fakultəsi) yaradılmış və fəaliyyətə başlamışdır. 1899-cu ildə Meri Elen Riçmondun “Kasıblara dostluq ziyarəti: xeyriyyə təşkilatlarında işləyənlər üçün bələdçi” adlanan kitabı çap edilmişdir. Kitabın əsasını sosial işin elmi cəhətdən əsaslandırılmış metodları təşkil edir. Riçmond özünün 1917-ci ildə işıq üzü görən “Sosial diaqnozlar” adlı növbəti kitabında sosial işin metodlarını daha ətraflı şəkildə təqdim etmişdir ki, bu sonralar sosial işin fərdi metodu adlandırılmışdır. Peşəkar işçilərin hazırlanması üzrə ilk məktəblər də bu dövrdə yaranmağa başlayır.

Amerikanın fərdiyyətçilik ideologiyasına əsasən kasıblığa fərdin xəstəliyi, özünün müstəqil həyatını sərbəst şəkildə təşkil etməyə qadir olmaması kimi baxılır. Müştəri bir növ xəstə rolunda çıxış edir və sosial işçinin qarşısında duran vəzifə qeyri-qənaətbəxş vəziyyətdə olan “xəstə”nin sosial müalicəsindən və himayəsində olan şəxsin öz problemlərini müstəqil şəkildə həll etmək imkanlarına hazırlaşdırmaqdan ibarətdir.

Sosial işin əsasında tibbi model durur . Sosial işçi və müştərinin qarşılıqlı fəaliyyəti aşağıdakı struktur elementlərinin birləşməsindən ibarətdir: faktların toplanması, sosial diaqnoz, sosial terapiya.

Riçmond “Sosial diaqnozlarda” fərdə və ya ailəyə yardım metodunun seçilməsi zamanı ona sosial diaqnoz qoymağın ən vacib məqam olduğunu qeyd edirdi.

Bu və ya digər halların nəzərə alınması ilə qoyulan diaqnoz problemin səbəbinin müəyyən edilməsinə və onun həll edilməsi üzrə tədbirlərin həyata keçirilməsinə imkan verir. Sosial diaqnoz həm müştərinin şəxsiyyətinin, həm də onun sosial vəziyyətinin aşkarlanmasını nəzərdə tutur. Riçmond sosial yardıma həm fərdin özünün, həm də onun sosial mühitində baş verən dəyişikliklərin nəticəsi kimi baxırdı.

Riçmond sosial tədbirləri bir-birini qarşılıqlı surətdə tamamlayan iki kateqoriyaya bölür:


  1. dolayı müalicə metodu

  2. bilasasitə müalicə metodu;

Dolayı metod mühitə təsir etməkdən, sosial ətraf mühitin dəyişdirilməsi vasitəsilə müştərinin vəziyyətinə əlverişli şəkildə təsir göstərmək imkanından ibarətdir.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin