Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL İŞİN OBYEKTİ VƏ PREDMETİ



Yüklə 247,59 Kb.
səhifə5/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL İŞİN OBYEKTİ VƏ PREDMETİ3

“Obyekt” termini idrak və sosial fəaliyyətin birgə münasibətini təsvir edən konkret əlaqənin təhlili zamanı tətbiq edilir. Bu konkret münasibətdə idrak və fəaliyyəti həyata keçirən tərəf subyekt adlanır; idrak və fəaliyyətin yönəldiyi tərəf isə obyekt adlanır. Sosial işin subyekti anlayışı olduqca çox şaxəlidir.

Subyekt və obyekt münasibətləri hərəkətlidir. Bir vəziyyətdə obyekt olan, digər idrak və ya fəaliyyət prosesində subyekt ola bilər və ya əksinə. Bundan başqa, kommunikativ fəaliyyət sahəsində bir sıra münasibətlər tərəflərin hər ikisinin fəaliyyət və idrakın fəal istehsalçısı olması, bir-birinə təsir göstərdiyi subyekt kimi dərk edilə bilər. Sosial iş, məhz, bu cür fəaliyyət sahələrinə aiddir.

Ölkəmizdə peşəkar sosial işin təşəkkül tapması sosial işi öyrənən və onun təcrübəsini təsvir edən elmlərin konseptual aparatının işlənib hazırlanması ilə müşayiət olunur. Digər mübahisəli şərhlər arasında kömək göstərilən şəxsin necə adlandırılmalı olduğu barədə məsələ müzakirə olunurdu. Tibb sahəsində bu cür şəxsi “pasiyent” adlandırılır. Hüquq sahəsində “zərərçəkmiş” adlandırılır ki, bu da latınca “pasiyent” və ya “iddiaçı” termininin rus dilində ekvivalentidir, yəni mahiyyətcə, kömək axtaran şəxsdir. Lakin bu terminlər yardıma ehtiyacı olan şəxsin mövqeyində yalnız əziyyət çəkən tərəfi təsvir edir. Fərd, əlbəttə, zərərə uğramışdır, əziyyət çəkmişdir, həyati çətinlik vəziyyətindədir, lakin o, şəxsi subyektivliyə malik olduğu hallarda, yəni onun intellektual, fiziki, ruhi və mənəvi resurslarının imkan verdiyi dərəcədə öz probleminin həllində iştirak etməlidir.

Əlbəttə, intellektual-psixi statusunun anadangəlmə və yaş xüsusiyyətləri hesabına ətrafda baş verənləri dərk etmək, öz davranış və fəaliyyətinə nəzarət etmək qabiliyyətinə malik olmayan azyaşlı uşağın, yaşlı insanın kənar şəxs tərəfindən baxılmağa, idarə olunmağa ehtiyacı var, onun problemlərinin həlli digər insanların hamiliyi və əməyi vasitəsilə həyata keçirilir. Əgər fərd heç olmazsa natamam özünüdərki saxlayırsa, əgər o, digər şəxslərin rəhbərliyi altında ən azından məhdud şəkildə də olsa öz çətinliklərinin aradan qaldırılmasında iştirak etməyə qadirdirsə, bu zaman o, sosial işçi ilə birlikdə hərəkət etmək, yardımın passiv resipiyenti deyil, özünün həyati vəziyyətlərinin transformasiyasının aktiv akseptoru olmaq hüququna malikdir. Bununla bağlı sosial işçinin yardım göstərdiyi şəxsləri müştəri adlandırmaq lazım olduğu haqqında müddəa öz təsdiqini tapmışdır. Müştəri fərdi və qrup (ailə, məktəb sinfi, əlillər qrupu, əmək kollektivi və s.) şəklində ola bilər. Onun xüsusiyyəti daha dəqiq şəkildə sosial işin təşkili səviyyəsi ilə müəyyən edilir.

İstənilən kateqoriyadan olan sosial işçinin fəaliyyət yönümünün insanlar tərəfindən aktiv və ya passiv şəkildə qəbul edilməsindən asılı olmayaraq, onun hər zaman aktiv tərəf olduğunu söyləmək mümkündür. Bu baxımdan çətin həyati vəziyyətdə olan fərdlər, ailələr, qruplar, icmalar sosial işin obyektini təşkil edirlər. Çətin həyati vəziyyət obyektlərin normal sosial fəaliyyət imkanlarını pozan və ya pozmaq üçün təhlükə törədən vəziyyətdir. Fərdlərin müstəqil şəkildə, kənar kömək olmadan bu vəziyyətlərin öhdəsindən gəlməsinin mümkün olmadığını qeyd etmək lazımdır.

Sosial işdən bəhs edərkən təcrübəsiz insanların beynində dərhal tənha əlilləri və yaşlıları ərzaqla təmin edən, əli çantalı əməkdaş təsviri yaranır. Sosial işin müştəriləri arasında aztəminatlı və kasıb insanları da xüsusi qeyd etmək lazımdır. Lakin kasıblıqla mübarizə sosial işin “ümumi məqsədi” hesab olunsa da, onu bu cür şəxslərin dairəsi ilə məhdudlaşdırmaq üçün heç bir əsası yoxdur.

Təəssüflər olsun ki, həyatda olduqca firavan insanı, ailəni, sosial qrupu uğursuz, xaricdən gələn yardıma ehtiyacı olanlar sırasına sıxışdıra biləcək bədbəxtliklər, xəstəliklər, fəlakətlər baş verir. Həyat yoldaşları, valideynlər və uşaqlar arasında münasibətlərdəki sabitliyi pozan problemlər sosial statusundan və maddi vəziyyətindən asılı olmayaraq, istənilən ailədə baş verə bilər. Yeniyetmələrin və ya yaşlı insanların problemləri demək olar ki, qaçılmazdır və əhalinin bu kateqoriyalarının problemlərinin həll edilməsi üçün yardıma ehtiyacı var. Ona görə də dünya əhalisi dərk edir ki, sosial iş bütün təbəqələrə, qruplara lazımdır, hərçənd ki, bəzilərinin buna potensial imkanı çatır. Sosial işi müəyyən vaxta qədər qatlanan, ancaq ehtiyac duyulduğu anda köməksizlər üçün təhlükə törədən əlverişsiz təsirlərdən onları qorumaq məqsədillə açılan çətirlə müqayisə etmək olar.

Ölkəmizdə “uğurlu sosial qrup” anlayışını gündəlik həyatımızdan demək olar ki, çıxaran kifayət qədər şərtlər meydana çıxır. Digər dövlətlərdə əhalinin uğurlu, varlı təbəqələrinə aid olması təmin edilən əhali kateqoriyası (dövlət qulluqçuları, həkimlər, pedaqoqlar, alimlər, ziyalılar, zabitlər, müdafiə müəssisələrinin əməkdaşları) kasıb deyil, daha çox aztəminatlı kateqoriyaya aiddir. Məşğulluq, digər sahələrdə işin olması işçinin özünün və ailəsinin heç olmazsa yaşayışının minimumu səviyyədə təmin olunmasına zəmanət verir. Lakin əgər bizim ölkəmizdə müəssisə və ya idarə uğurla fəaliyyət göstərirsə, əgər onun məhsullarına tələbat çoxdursa, və əməkhaqqı vaxtında ödənirsə (bu hallardan heç biri məcburi deyildir), bu zaman ödənilən məbləğ əksər hallarda işləyənin ailəsinin saxlanması üçün kifayət etmir. Əmək haqqının qiymətinə yalnız sosial-mədəni inkişaf üçün zəruri olan xərclər deyil, həm də minimal yaşayış sahəsinin, uşaqların saxlanması üçün vəsaitlər daxildir.

Uzanan böhran vəziyyəti, inkişaf perspektivlərinin qeyri-müəyyənliyi, əhalinin yorğunluğu, yəni mövcud mənəvi-əxlaqi dəyərlər sisteminin olmaması - bütün bunlar getdikcə daha çox insanın psixoloji dəstəyə ehtiyac duymasına gətirib çıxarır. Mülki-hüquqi münasibətlərin strukturunun mürəkkəbləşməsi, bəziləri əvvəllər mövcud olan və ya bir-biri ilə ziddiyyət təşkil edən normativ aktlar çoxluğunun yaranması hüquqi məsləhətləşməyə olan ehtiyacı artırır. İşsizlik təhlükəsinin olduğu şərtlərdə dəstəyə, özünün məşğulluğuna və özünün təmin edilməsinə şərait yaradılmasına ehtiyac bu sahədə yardım göstərən sosial xidmətlərin rolunu artırır. Bütün bunlar belə bir nəticəyə gəlməyə imkan verir ki, Rusiya şərtlərində sosial işə olan tələbat kəskin və ümumi xarakter daşıyır.

Sosial işçilər kimə kömək göstərirlər? Müştərilərin siyahısı müəyyən dərəcədə fəaliyyətin bu növünün qısa, ancaq dolğun tarixini əks etdirir. Sosial iş fərdə istiqmətlənmişdir. Kömək yalnız sosial təbəqəyə, böyük qrupa, hər hansı bölgənin kollektivinə yönəlməli deyil - bu böyük kütlələrin hər bir nümayəndəsi xoşbəxtlik, rifah və öz bacarıqlarının inkişaf etdirilməsi hüququna malikdir. İlkin olaraq, sosial iş, məhz, fərdlərlə iş kimi aparılırdı. Lakin sonradan aydın oldu ki, fərdi müştərinin birbaşa əhatəsinə, onun cəlb edildiyi yaxın sosial şəbəkəyə təsir göstərilmədiyi zaman onun vəziyyəti dəyişmək cəhdləri və davranışı nadir hallarda səmərəli olur. Bu ailəvi və qrup şəklində sosial işin təşəkkül tapmasına gətirib çıxarmışdır. Ailənin hər bir üzvünə təsir göstərmədən ona yardım göstərilməsi mümkün deyil. Ailənin ayrı-ayrı üzvlərinin davranışında və əhvalında baş verən dəyişikliklər ailədaxili qarşılıqlı münasibətlərin gərginliyinin dəyişməsinə, ailədaxili ünsiyyətin transformasiyasına səbəb olur. Qrupla iş barəsində də bütün bu qeyd edilənləri söyləmək mümkündür. Bilavasitə ətraf mühitin təsirini, xüsusilə də yeniyetmə və gənclərdən, konform, asılı, qeyri-sabit xarakterli insanlardan bəhs edərkən qiymətləndirməmək olmaz. Bu iş isə öz növbəsində, daha geniş əhatənin - həmin fərd, həmin qrup həm də ailənin yaşadığı məntəqənin bütün əhalisinin problemlərinin həllini tələb edir. Məsələnin bu cür anlaşılması icma və ya kommunal sosial işə müraciət edilməsi zərurətini gözlər önünə sərir.

Təəssüflər olsun ki, rus dilində “icma” və “kommuna” sözləri onların sosial iş kontekstində işlədilməsini çətinləşdirən məna yüklənməsi ilə fərqlənir. Bununla yanaşı, xarici nəzəriyyəçilərin və praktiklərin nəzərində bu terminlər müəyyən yaşayış məntəqəsinin və ya rayonun kifayət qədər özünüidarəetmə səviyyəsinə malik olan və ərazinin mühafizəsi və abadlaşdırılması, böyüklərin və uşaqların təhsil, sosial xidmət, idman və mədəni inkişafının təmin edilməsi sahəsində ümumi maraqları olan sakinlərinin toplusuna aiddir. Bu cür ərazi vahidlərinin sakinlərinin təhsil səviyyəsi və sosial statusu nə qədər yüksək olarsa, onların öz kommunaları və ya icmalarının işlərində iştirak səviyyəsinin bir o qədər yüksək olacağı vurğulanır. Kasıbların, irsi işsizlərin yaşadığı durğun sosial çətinliklərin olduğu rayonların sakinləri passiv olmaqları ilə seçilir və öz yaşayış məntəqələrinin işlərinə laqeydlik göstərirlər.

Bizim ölkəmizdə mövcud olan yerli özünüidarəetmə sistemi, birbaşa inzibati idarəetmə ilə əvəz olunaraq dəfələrlə dağılmağa məruz qalmışdır. Yerli özünüidarəetmə potensialından istifadə etmədən həmin yaşayış məntəqəsində sosial orqanizmin fəaliyyətini lazımi qaydada nizamlamaq mümkün deyil. Məhz, yerli sakinlərin birgə iradəsi və zəkası bürokratizm, korrupsiya və qeyri-səmərəliliyin qarşısını alaraq, inzibati ərazilərə nəzarət etmək və onları daha fəal və məqsədyönlü fəaliyyət göstərmək üçün təşviq etmək iqtidarındadır. Ona görə də əminliklə proqnozlaşdırmaq olar ki, yerli özünüidarəetmənin möhkəmləndirilməsi qaçılmazdır və öz növbəsində bütün cəmiyyətin çərçivələrində təkmilləşdirilmələr aparılmadan mümkün olmayan icma (kommunal) ilə bağlı sosial iş onun sərhədlərində öz təşəkkülünü tapacaqdır. Elə bu səbəbdən də bizim sosial işin həmçinin ümumi sosial səviyyəsinin də mövcud olduğunu söyləmək hüququmuz vardır. Sosial işçinin yardım etdiyi şəxslərin sosial problemləri həmçinin onların müəyyən sosial-demoqrafik qrupa məxsus olmalarından asılıdır. Belə ki, insanlar yaşlılıq və qocalıq dövründə özünəməxsus çətinliklərlə qarşılaşırlar. Onların öhdəsindən gələ bilmək imkanları, əlbəttə ki, varlı və ya kasıb insanda, onu sevən ailə ilə əhatə olunan insanda və ya yalnız insanda fərqlidir, lakin yaşla bağlı fizioloji və sosial dəyişikliklər hər kəsdə baş verir. Qadınlar və uşaqlar, ənənəvi olaraq, sosial işin müştərilərinin xüsusi kateqoriyasına aid edilirlər, belə ki onların vəziyyətlərinin obyektiv halları onlar üçün sosial risk təhlükəsi daşıyır. Uşaqlar zəif, qeyri-müstəqil və asılıdırlar ki, bu da onların yardıma olan ehtiyacını və böyüklər tərəfindən qurbana çevrilmək təhlükəsini artırır. Qadınlar da həmçinin özlərinin reproduktiv funksiyalarının yerinə yetirilməsi hesabına çox həssas vəziyyətdədirlər. Bu gün, məhz, kişi cinsinə mənsub olduqları üçün xüsusi çətinliklərlə qarşılaşan kişilərin sosial-demoqrafik kateqoriyasının yardıma xüsusi ehtiyacı olduğu fikri çox qeyri-adi səslənir. Lakin bu belədir və androloji (ilk növbədə, tibbi və tibbi-sosial) problemlər xüsusi olaraq kişilərə ixtisaslı yardım göstərilməsi üçün öyrənilməyə başlanır.

Xüsusi problemi olan insanları da ayırmaq lazımdır. Bu cür insanlarda müdaxilənin mahiyyəti, təzahürü və buna olan ehtiyac onların hansı xüsusiyyətlərə malik olmalarından, bu şəxslərin həyat fəaliyyətinin hansı tipli problemlərlə çətinləşdiyindən asılıdır. Belə ki, əlillər və ya məhdud imkanlara malik şəxslər dövlət tərəfindən xüsusi yardıma ehtiyac duyurlar, onların fiziki, psixi və ya əqli imkanları bu cəmiyyətdə normal həyat sürmələrinə mane olur. Ona görə də tikililəri və nəqliyyatı məhdud hərəkətliliyə malik əlillər üçün təşkil etmək, öz davranışına tam şəkildə nəzarət edə bilməyənlər üçün təhlükəsiz yaşayış və iş şəraiti yaratmaq, öz həyat fəaliyyətini müstəqil şəkildə idarə etmək iqtidarında ola bilməyənlər üçün nəzarət və qulluq göstərilməsini təmin etmək və əlilləri cəmiyyətə inteqrasiya etmək üçün bütün səyləri göstərmək lazımdır.

Lakin əlillərdən başqa işsizlərin də, hərbi əməliyyatlarda iştirak edən və hal-hazırda post travmatik stress sindromunun nəticələrindən əzab çəkənlərin də, çoxuşaqlı ailələrin də və təhsil almaqda çətinlik çətin uşaqların valideynlərinin də xüsusi ehtiyacları vardır.

Bütün bu kateqoriyalardan olan insanların yardımın xüsusi növlərinə və müxtəlif ixtisaslı işçilərin köməyinə ehtiyacları vardır. Əlbəttə, bizim şərtlərdə sosial işçilər tərəfindən müəyyən xüsusi ehtiyacların təmin edilməsini varlı ailələrdən olan qızların valideynlərinin çox böyük miqdarda pulunu xərclədikləri gözəllik müsabiqələrinə kasıb ailələrdən olan qızların hazırlaşmasına kömək edərək sosial bərabərliyə imkan yaratdıqları hesab edən Amerikanın xüsusi xidmət orqanlarının əməkdaşları kimi həyata keçirəcəklərini gözləmək sadəlövhlük olardı. Lakin sosial işdə bu “xüsusi ehtiyacların” da nəzərə alınması zəruridir.

Beləliklə, biz belə bir nəticəyə gələ bilərik ki, sosial iş fərd, ailə, qrup, ərazi, istehsalat əlamətlərinə görə, ümumi problem əlamətlərinə birləşən insanların birliyi səviyyəsində və ya bütün cəmiyyətin çərçivəsində aparılır. Ancaq sosial işçi, kömək göstərərkən bu yardımın nəyə istiqamətləndiyini, göstərdiyi fəaliyyət prosesində nəyə nail olmaq istədiyini, məqsədinin nə olduğunu və öz işinin ideal nəticələrini necə təsəvvür etdiyini bilməlidir. Bu məsələ, həmçinin, həmin fəaliyyət növünün səlahiyyətlərinin çərçivəsi və imkanlarının sərhədləri ilə bağlı ciddi müzakirələrin mövzusuna çevrilmişdir.

Etiraf etmək lazımdır ki, müştərinin vəziyyətini ağırlaşdıran bir sıra səbəb, şərt və vəziyyətlərə həmin dövlətin yalnız sosial işçisi, sosial iş qurumu, bütün sosial sistemi deyil, hətta bizim bilik resurslarımızın müasir səviyyəsində bütünlükdə bəşəriyyət də təsir göstərə bilməz. Anadangəlmə və ya sonradan qazanılmış əlilliyin səbəblərinin tam şəkildə aradan qaldırmaq və yaxud əlillərin imkanlarının məhdudlaşdırılmasını şərtləndirən qüsurların yerini doldurmaq bu gün mümkün deyil. Bəşəriyyətin səhiyyənin inkişaf etdirilməsi, genetik proqnostikanın və prenatal diaqnostikanın yeni növlərinin yaranması, tibbi yardımın təkmilləşdirilməsi, əmək və məişət şəraitinin yaxşılaşdırılması kimi nailiyyətləri əlilliyin bəzi səbəblərini aradan qaldırır, lakin onların əvəzinə bəşəriyyətin həmin uğurlarının böyük ölçüdə səbəb olduğu digər problemlər gəlir, ona görə də əlillərin ümumi sayı artmaqdadır. Sosial işçi əlili əlil edən səbəbi aradan qaldırmaq imkanına malik olmadan nə edə bilər? Yalnız əlilin cəmiyyətə inteqrasiyasının onun real həyat və sağlamlıq şərtlərində mümkün olan maksimum səviyyəsinə nail olmağa kömək edilə bilir.




Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin