SOSİAL İŞİN PRİNSİPLƏRİ
Sosial qanunauyğunluqlar müstəqil xarakter daşımır, ictimai həyatın müxtəlif hadisələrində özünü göstərir. Sosial proseslər hər zaman maraqları və səyləri bir-birindən fərqlənən insan kütlələrinə təsirlə xarakterizə olunur. Motivlər, məqsədlə və tələbatlar fərqli olduğuna görə onların hərəkət müxtəlifliyi də nəticə etibarilə sosial prosesin əsas istiqamətini təşkil edir. Subyektin obyektə təsir göstərməsi prinsipi isə sosial işin əsas məzmunudur.
Sosial işçilər fəaliyyət təcrübələrində müəyyən hallarda bu və ya digər hadisəni xarakterizə edən təmayüllərin təhlil və tətbiqinə müraciət etmək, əməli fəaliyyət üçün tələb formalaşdıraraq nəticə çıxartmaq imkanına malikdirlər. Ona görə də onlar sosial qanunauyğunluqların nəticələrindən, ümumi başlanğıc, qayda, fəaliyyət prinsiplərinə çevrilən əvvəlki sosial təcrübədən çıxarılan nəticələrdən istifadə edirlər. Sosial işin prinsipləri məzmununa görə obyektiv və formasına görə subyektivdir. İnsanlar gündəlik fəaliyyətlərinin mövcud sosial qanunauyğunluqlarla ziddiyyət təşkil etməməsinə diqqət edirlər.
Sosial münasibətlərin mürəkkəbliyi və müxtəlifliyi sosial işin geniş məcmusunun, sosial-siyasi, təşkilati, psixoloji-pedaqoji prinsiplərin ayrılmasını şərtləndirir.
Dostları ilə paylaş: |