Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Sosial-siyasi prinsiplərə



Yüklə 247,59 Kb.
səhifə7/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Sosial-siyasi prinsiplərə bunlar aiddir: sosial məsələlərə dövlət yanaşması: sosial işin humanizmi və demokratikliyi; sosial işin məzmununu və formalarının şəxsiyyətin, sosial qrupun həyat fəaliyyəti ilə sıx əlaqəsi; sosial işin qanuniliyi və ədalətliliyi.

Sosial işin əsasında nəzəriyyə və təcrübədə aztəminatlı sosial qrupların prioritet maraqlarını adekvat şəkildə ifadə edən sosial siyasət durur. Sosial işə dövlət yanaşmasının təcrübədə tətbiq edilməsi aşağıdakıları nəzərdə tutur: ictimai həyatda sosial-siyasi inkişaf meyillərini aşkar və təhlil etmək və sosial işin qarşısında duran məsələlərin real və daha effektiv üsullarını müəyyən etmək; əhalinin sosial müdafiəsinin maraqlarına tabe olan sosial işin inkişaf perspektivlərini görmək və bu günün məsələlərini həll etmək.

Sosial işin humanizm prinsipi insanın ən yüksək dəyər kimi tanınmasını, onun ləyaqət və vətəndaş hüquqlarının müdafiə olunmasını, şəxsiyyətin bacarıqlarının təzahür və inkişafı üçün şəraitin yaradılmasını nəzərdə tutur. İnsaniyyət, insansevərlik sosial işə xas olan xüsusiyyətdir. Sosial işdə humanizm ayrı-ayrı şəxslərin və vəzifə və maraqlarının vəhdətini, sosial bərabərliyin insanlar arasındakı normasını təşkil edərək insan fəaliyyətinin və şəxsiyyətlərarası münasibətlərin meyarlarını ön plana çıxarır.

Demokratiklik prinsipi sosial işçi və müştərinin qarşılıqlı münasibətlərinin, əsasən, qeyri-formal xarakterini izah edir. Vəzifə təlimatları, əmrlər və sərəncamlarla tənzimlənən rəsmi münasibətlərdən fərqli olaraq, sosial işçi və müştəri arasındakı qeyri-formal əlaqələr, əsasən, şəxsi keyfiyyətlərin, maraqların, rəğbətlərin və antipatiyaların psixoloji uyğunluğu əsasında qurulur. Sosial işdə demokratiklik sosial işçi və müştəri arasında psixoloji təmasın qurulması bacarığının olmasını, davranış norma və qaydalarına riayət edilməsini, müştərinin şəxsiyyətinə hörmət və diqqət göstərilməsini, onun şəxsi problemlərin həlli yollarının aktiv axtarışına cəlb edilməsini tələb edir.

Qanunilik sosial işin əsas prinsiplərindən biri kimi, qanunların və onlara əsaslanan hüquqi aktların bütün dövlət orqanları, vəzifəli şəxslər, ictimai təşkilatlar və vətəndaşlar tərəfindən ciddi şəkildə icra edilməsini nəzərdə tutur. Sosial siyasət insanın maraqlarını hansı şəkildə ifadə edirsə-etsin, yalnız onun əməli şəkildə həyata keçirildiyi və nəticələrinin insanlar tərəfindən təcrübədə hiss edildiyi təqdirdə bir qiymətə malik olur.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin