Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL İŞ MÜASİR DÜNYANIN FENOMENİ KİMİ



Yüklə 247,59 Kb.
səhifə2/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL İŞ MÜASİR DÜNYANIN FENOMENİ KİMİ

Sosial iş insanlara köməyin həyata keçirilməsinə, onlara müxtəlif situasiyalarda yardım göstərilməsinə yönəldilmiş sosial fəaliyyət növüdür. Bu fəaliyyətin kökləri zəiflərin və köməksizlərin dəstəklənməsi sisteminin inkişaf etmədiyi, insanların sosial qruplarda birləşə bilmədikləri qədim dövrlərə dayanır. Sosial fəaliyyətin əsasında dini-etnik baxışlar və müəyyən tarixi dövrlərdə sosial işi əlverişli həyata keçirmə metodları durur. İbtidai icma quruluşu üçün səciyyəvi olan bölüşdürmə münasibətləri sonradan sədəqə, xeyriyyəçilik, o cümlədən zəiflərə, kasıblara, şikəstlərə və xəstələrə ənənəvi icma yardımı və dövlət tərəfindən tənzimlənən hamilik fəaliyyəti ilə əvəz edilmişdir. Sosial iş ictimai təcrübə sahəsi kimi “Ehtiyacı olanlara kömək göstərilməsi haqqında” bilik sahəsinin müdafiəsi və dəstəklənməsinin təsiri altında dövlət sistemində qanuniləşdirilərək inkişaf etmişdir. “Yaxınlarına kömək və dəstəyin göstərilməsi haqqında” ictimai düşüncənin əsas istiqamətləri XIV-XVII əsrlərdə dövlət tərəfindən qanunla təsdiq edilmişdir. XIX-XX əsrin əvvəllərində onlar “Xüsusi ictimai hamilik haqqında” vahid kompleksdə cəmlənmişdir. Bu dövrdə “İctimai köməyin mahiyyəti haqqında” sosial düşüncənin aşağıdakı əsas istiqamətləri formalaşmışdır: teoloji (ilahiyyat), konfessial (dini), hüquqi, əxlaqi, siyasi, iqtisadi.

XIX əsrdə meydana gələn modernləşmə cərəyanı sosial-mədəni hadisələrin dəyişməsi və insanların həyat şəraitlərinin çətinləşməsi ilə xarakterizə olunurdu. Bu cür şərtlərdə mədəni fenomenlər qanunauyğun şəkildə dəyişməyə başladılar:


  1. Sosial həyatın icma formasından fərdi formaya keçidi;

  2. Avtoritar liderlikdən cəmiyyətdə müxtəlif sosial qrupların marağına səbəb olan, demokratik prinsiplərə əsaslanan peşəkar menecmentə keçid;

  3. İcma münasibətlərini tənzimləyən adi hüquqdan bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edən, cəmiyyətdə universal funksiya yerinə yetirən hüquqi münasibətlərə keçid;

  4. Gerçəkliyə olan mifoloji münasibətdən insanları əhatə edən süni mühitin mürəkkəbləşməsi ilə şərtlənən rasional münasibətə keçid.

Bu gün kömək və müdafiə sahəsində milli tarixi təcrübənin əsasında formalaşan sosial işin yeni nümunəsi inkişaf pilləsindədir. Hal-hazırda vahid informasiya məkanında sosial yardımın dünya üzrə infrastrukturunun yaradılmasına olan ehtiyac get-gedə artmaqdadır. Sosial yardımın milli paradiqmasının (müəyyən tarixi dövrlərdən keçdikcə dəyişə bilən forma və ya nümunə) əsas xüsusiyyətlərini müəyyənləşdirmək üçün lokal və qlobal təcrübəni müqayisə etmək lazımdır.

1.Sosial yardımın qərb modelində altruizm (öz mənafeyini unudub başqalarının qeydinə qalma, başqalarına təmənnasız yardım etməyə hazır olma) ideyaları ayrı-ayrılıqda hər bir insanın ən yüksək meyar kimi qiymətləndirildiyi fərdiyyətçilikdə (individualizm) öz əksini tapır.

2. Qərb modelində yardım prosesi şəkildəyişmə, daxili dəyişiklik, ruhun yenilənməsi kimi əks olunur ki, bu da yenilənməyə, yüksəlişə gətirib çıxarır. Sosial yardımın milli modelində himayəçilik (yaxınlaşma, öz yaxınının ehtiyacları ilə maraqlanmaq) həlledici amil rolunu oynayır, burada reallığın özü deyil, milli düşüncənin mənəvi mədəniyyətdə mütəmadi dəyişən reallıq ideyası bu işin əsas meyarını təşkil edir.

3. Sosial iş, qərb yardım modelində peşə sahəsi kimi, feministlərin və liberal-demokratik müxalifətin könüllülük hərəkatından meydana gəlir və könüllü yardımdan peşəkar yardıma qədər fasiləsiz inkişaf mərhələsi keçir. Rusiyada isə bu inkişaf diskret (kəsintili xarakter) daşıyır, yəni peşəkarlar könüllülərdən formalaşmır.

4. Qərb modelində yardım anlayışı tibbi, sosioloji, konfessional, hüquqi və psixoloji yanaşmaların əsasında yaranır. Psixologiya sosial işin inkişafının metodoloji bazasını təşkil edir, onun metodikasının kökündə isə qrup şəklində psixoterapevtik işin texnikası durur.

Rusiyada sosial yardımın xüsusi olaraq öyrənilməsinə XIX əsrin əvvəllərində başlanılmışdır. Yardım və müdafiənin milli təcrübəsinin tarixinə maraq ehtiyacı olanların – zəiflərin dəstəklənməsi sahəsində ictimai hərəkatın yüksəlişi, eləcə də sosial siyasət sahəsində bir sıra dövlət tədbirlərinin keçirilməsi ilə bağlıdır. Bu illərdə aparılan tədqiqatlarda Rusiyada yardım və dəstək prosesinin tarixi və sosial hamiliyin təkamülü prosesi tarixi-statistik yanaşma mövqeyindən araşdırılmışdır. Ancaq paralel şəkildə xristian xeyriyyəçiliyi mövqeyindən başqa bir yanaşma da inkişaf edir: xristian mədəniyyətində mərhəmət (şəfqət) təcrübəsi və xeyriyyəçiliyin mərhələləri ayrı-ayrılıqda nəzərdən keçirilir, fərdi xristian xeyriyyəçiliyinin tarixi meyilləri qeyd edilir.

İctimai və fərdi yardım tarixinin müəyyən sahələri formalaşmışdır: sosial yardımın ayrı-ayrı mərhələlərinin və istiqamətlərinin (kilsə, zemskiy (yerli özünüidarəetmə orqanı), şəhər) xeyriyyə təşkilatları və cəmiyyətlərinin tarixi, ictimai himayənin dünyəvi təcrübəsi;

Yardım və dəstəyin tarixi təcrübəsinin öyrənilməsi ayrı-ayrı cəmiyyətlərin, müəssisələrin və fərdi xeyriyyəçilərin fəaliyyətlərinin tarixi təcrübəsinin dərk edilməsi ilə bağlıdır. Xeyriyyə cəmiyyətlərinin fəaliyyətinin araşdırılmasının əsası çar ailəsi tərəfindən təməli qoyulan “İmperator İnsanpərvərlik Cəmiyyəti”nin, “İmperatriçə qurumları idarəsi”nin öyrənilməsinə başlanıldığı zaman - XIX əsrin 70-ci illərində qoyulmuşdur. Rusiyanın müxtəlif şəhərlərində Qırmızı Xaç cəmiyyətinin, xeyriyyə təşkilatlarının fəaliyyəti də tarixi nöqteyi-nəzərdən aydınlığa qovuşur. Müxtəlif sosial-tarixi prosesləri, tarixi transformasiyaları (miqrasiya, urbanizasiya, geosiyasi məkanın balansının pozulması və s.) əks etdirən müəyyən sosial qruplar da tədqiqat obyektinə çevrilir. Deviant (doğru yoldan ayrılmış) qrupların xasiyyət, davranış və dəyər meyilləri tarixi sosial yardım konteksində xüsusi sosial sahəyə və tədqiqat predmetinə çevrilir.

Rusiyada sosial işin tarixi-konseptual interpretasiyasının problemləri müdafiə və qarşılıqlı yardımın tarixi təcrübəsinin heç də birmənalı olmayan şərhi ilə bağlıdır. İnsanın ictimai mövcudluğu hələ ibtidai icma quruluşu mərhələsində qarşılıqlı fəaliyyətin və qəbilənin müdafiəsinin müəyyən prinsiplərini formalaşdırmağa başlamışdır. Bu özünütəşkiletmə prinsipləri ilk növbədə həyati funksiyalarla, qonşularla, istilaçılarla vuruşma şərtlərində qəbilənin (nəslin) sağ qalması-yaşaya bilməsi ilə bağlıdır. Formalaşmaqda olan etnik mədəniyyət inkişaf istiqamətinə yönələrək qəbilənin daxilində və xaricində müdafiə mexanizminə çevrilir. Və əgər xarici müdafiə funksiyası qəbilənin genişləndirilməsi ilə bağlıdırsa, bu funksiya qəbilənin üzvlərinin müdafiəsi və dəstəklənməsini həyata keçirir. Ümumilikdə, sosial-genetik mexanizmlər redistribusiya (yenidən bölüşdürmə) və resiprokasiyanın (qarşılıqlı mübadilə) vahid sistemi kimi formalaşır.

Resiprokasiya əlaqələri sonradan müəyyən davranış stereotipləri formalaşdırır: qarşılıqlı yardım, məhsul və xidmətlərin mübadiləsi. Bu davranış formaları mənimsənilir, dəyişdirilir və mütləq sonrakı nəsillərə də ötürülür. Zaman keçdikcə yardım və dəstəyin tarixi təcrübəsindən yaranan qarşılıqlı davranış nominasiyaları tarixi dilin formalaşmasından asılı olaraq bir işarəyə çevrilir. Resikrop davranış nişanlarının müxtəlif formaları tarixi prizmada özlərinin semantik planlarını genişləndirir və müəyyən davranış qaydaları kimi zamanla sabitləşir. Sistemli müxalifət, birlik, uşaq, qadın, qocalar, zəiflər (xəstələr, gücsüzlər) – sosial davranış aktlarının müəyyən toplusunu nizamlayır, onları kifayət qədər məhdud davranış formalarına və davranışın sosial dilinə yönəldir. Resikrop davranışın digər xüsusiyyəti funksional məhdudiyyət və zamanın mütəmadiliyi ilə bağlıdır. Sosial paradoks ondan ibarətdir ki, uşaqların, qadınların yaşlı insanların sosial baxımdan dəstəklənməsi və müdafiəsi problemləri aktualdır, səciyyəvidir, nə hər hansı zaman kəsiyində, nə də sosial-mədəni dünya məkanında həll edilmir.

Aşağıdakı konseptual modelləri nəzərdən keçirək:


  1. terminoloji yekcinslik

  2. terminoloji tamamlama

  3. terminoloji müxalifət

Birinci konseptual modeldə resikrop sosial davranış yalnız ictimai hamilik kimi izah olunur (bu zaman “xeyriyyəçilik” terminindən istifadə edilmir).

İki anlayışın (“hamilik” və “xeyriyyəçilik”) qarşılıqlı tamamlama kimi mövcud olduğu ikinci model real sosial əlaqələri eyniləşdirən sosial terminologiyanın özünəməxsusluğunu əks etdirir. Həm xeyriyyəçilik, həm də ictimai hamiliklə əlaqədar, bir-birinə yaxın münasibətləri bildirir, yəni resikrop davranışın bir sistemini yaradır. “Sosial təminat” və “sosial iş” anlayışları da həmçinin müasir resikrop davranışı ilə eyniləşdirilir. “Sosial iş” və “xeyriyyəçilik” anlayışları rus leksikonuna süni olaraq daxil edilsə də, sonralar qəbul olunmuşur. Belə ki, müəyyən təşkilati əlaqələri əks etdirən sabit sosial münasibətlər, müasir mədəniyyətin multikultural məkanı üçün səciyyəvi olan resiprok davranışı ilə qarşılaşdırılır.

Üçüncü model konseptual-terminoloji müxalifətdə rast gəlinən anlayışları ifadə edir. Bu cür yanaşma prosesin interpretasiyasının yalnız mövcud zaman çərçivəsində mümkün olmadığı halda meydana çıxır. Diaxronik yanaşmalar zamanı dil nominasiyaları digər sosial reallığı əks etdirməlidir. Bu halda ekvivalentlərin müqayisəsinə ehtiyac duyulur. Lakin anlayış yaxınlığı pozulmur, çünki onlar vahid yer, məkan və prosesi ifadə edir. “Sosial iş” və “sosial təminat”, eləcə də “xeyriyyəçilik” və “ictimai hamilik” anlayışları tarixi resikrop davranışın müxtəlif zaman və mərhələlərini də özündə əks etdirir.

Resikrop əlaqələr ilə eyniləşdirilən ilk anlayışlardan biri də “mərhəmət”(şəfqət), “xeyriyyəçilik” anlayışlarıdır. Bu anlayış orta əsrlər üçün səciyyəvi olan dəstək sistemini bildirir. XVIII əsrdən başlayaraq, dövlətin konfessial dəstək sistemlərini əvəz etdiyi zaman ictimaiyyətin əhalinin aztəminatlı qruplarına münasibətini və ictimai əlaqələrin yeni səviyyəsini qarşılaşdıran “yardım” anlayışı möhkəmlənməyə başlayır. XX əsrdə bu anlayış yenidən əvvəlcə “sosial kömək” (“aide social”), daha sonra “sosial iş” (“travail social”) anlayışı ilə əvəz olulur.

Anlayışların təkamülü konseptual valentliklə bağlıdır. Konseptual valentlik - bu, “daha az və ya daha geniş əhatəli tamlığın yaradılması üçün ayrıca dil nişanının digər nişanlarla əlaqəyə girmək qabiliyyətidir”.(Losev A.F. “Dil strukturu”. Moskva 1983. Səh:132). Dəstək və müdafiənin monosubyekti polisubyekt ilə əvəz edilən zaman meydana gələn konseptual dil kontekstlərindən işarənin yeni tarixi keyfiyyəti - valentlik yaranır. Bu, konseptual dilə müxtəlif anlayışlarla birləşmək və substantiv məna qrupları yaratmaq imkanı verir və sistemləşdirilmiş substantiv biliklər ictimai təcrübədə tətbiq olunur. Ona görə də “ictimai hamilik” və “xeyriyyəçilik” kimi müxalif anlayışlar substantiv dil davranışının mövcudluğunu və müstəqil idrak sahəsində varlığını təsdiq edir.

Köməyin göstərilməsinə monosubyektiv yanaşma təkamül yolu ilə inkişaf edən ictimai dəstək formalarının müxtəlifliyindən istifadə edilməməsi ilə xarakterizə olunur. Bununla bağlı resiprok davranışın müəyyən növlərinə əhəmiyyət verilmir, bu zaman yardıma ehtiyacı olanların anlayış sahəsi və obyekt qavrayışı daralır. Və əgər sosial davranış təkrar edilmir, yenilənmirsə, bu zaman yenidən mənalandırılan, başqa cür dərk edilən nominasiyalar yaranır. Həm də nəzərə almaq lazımdır ki, konseptual valentliyin istiqaməti substantiv dil məkanının sərhədlərindən kənarda deyil, onun anlayışlar dairəsində həyata keçirilir. Resiprok davranış uyğunlaşmasının ilkin mərhələlərində “xeyriyyəçilik” anlayışı eyni konseptual ziddiyyətdə “sosial təminat” kimi başa düşülür. Sonralar “sosial təminat” anlayışı “sosial sığorta” anlayışı ilə eyni mənanı ifadə etsə də, nəticədə onlar konseptual işarə stereotipi yaradırlar. Bu anlayışlar işarəverici (göstərici) və sistemyaradıcı təyinlərə çevrilirlər. Onlar anlayış sahəsinin sərhədlərini müəyyən edir və resiprok davranışın müxtəlif növlərini aydınlaşdırırlar.

Hazırkı dövrdə Rusiyada müştəri patternlərinin spontan şəkildə genişlənməsi müşahidə edilir. Müştərilərin bu qədər çoxalması yalnız dövlət sisteminin strukturları vasitəsilə deyil, bilavasitə qrup və fərdi şəkildə eyni zamanda görüş, qavrayış, hiss vasitəsilə baş verir. Resiprok əlaqələrin genişlənməsinə səbəb, cəmiyyətdə köməyin obyektlərinə müvafiq olaraq, onun subyektlərinin meydana gəlməsidir. Yalnız dövlət tərəfindən deyil, həm də ictimai qruplar, təşkilatlar, fərdlər tərəfindən müxtəlif səviyyəli dəstək növlərini əks etdirən anlayışlar qrupu yaranır. Bütün bunlar, təbii ki, dil strukturlarında sabitləşir.

Hal-hazırda dəstəyin müəyyən strukturlarını əks etdirən anlayışların üç qrupu mövcuddur:



  • I qrup dövlət institutlarının konseptual-terminoloji dil strukturlarını xarakterizə edir;

  • II qrup peşəkar yardım subyektləri: sosial işçilər və sosial pedaqoqlar, onların fəaliyyəti və refleksləri ilə bağlıdır;

  • III qrup anlayışlar öz müştəriləri üçün dəstək və müdafiəni təmin edən qeyri-dövlət qurumlarının fəaliyyətini əks etdirir.

Yardım edən subyekt və obyektlərinin tarixi dəyişməsi prosesində resikrop davranışın substantiv nominasiyalarının genişlənməsi baş verir. Anlayışlar yardım və dəstəyin tarixi nümunələrini əks etdirir. Onlar özlərinin konseptual birləşməsi və dəyişikliklərində XIX əsrdə “ictimai hamilik” və “ictimai xeyriyyəçilik” anlayışları ilə əlaqələndirildiyi ki, bu gün “sosial iş” anlayışı ilə paralel inkişaf edən idrakın substantiv sahəsini formalaşdırırlar. Lakin nominasiyaların hal-hazırkı vəziyyəti son forma deyil, onlar müxtəlif tarixi, coğrafi, substantiv, konseptual amillərin təsiri ilə dəyişiləcəkdir. Anlayışın dəyişməsi obyektiv hadisədir. O, qarşılıqlı yardım prosesinin müəyyən tarixi tipini müəyyənləşdirir ki, bu da, bir qayda olaraq, onun əvvəlki modelinin əvəzlənməsinə gətirib çıxarır. Bu prosesin daimi olaraq dəyişən müxtəlif aspektlərində müstəqil tarixi mənalar görmək olar.

Cəmiyyətin bir təbəqəsinin digər təbəqələr tərəfindən dəstəklənməsi və qorunmasının əsasını mədəni-tarixi cəmiyyətdə qarşılıqlı yardım təşkil edir;



  1. Bu fenomen sosial-tarixi perspektivdə öz tarixi və fərdi inkişafının genezisi ilə təmsil olunan sosiogenetik şərtlənməyə malikdir.

  2. Bu fenomen inkişaf prosesində öz interpretasiyasını müxtəlif quruluşlarda tapmış və kütləvi düşüncələrdə dil formaları və strukturlarında təsbit edilmişdir.

  3. O, özünün yardım subyektləri, obyektlər və ideologiyası ilə

mövcudluğun tarixi formalarına malikdir ki, bu da nəticədə mədəniyyət hadisəsi, prosesi və fenomeni kimi onun sosial-genetik tipologiyasını müəyyən edir.

Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin