Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271



Yüklə 247,59 Kb.
səhifə19/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Müstəqillik:

  1. Yaşlı insanlar onların gəlirlərinin təmin edilməsi, ailə tərəfindən dəstəklənməsi və qarşılıqlı yardım hesabına müvafiq ərzaq, su, mənzil, geyim və tibbi xidmət əldə etmək imkanına malik olmalıdırlar.

  2. Yaşlı insanlar əmək fəaliyyətinə son verilməsi müddəti və metodlarının müəyyən edilməsində iştirak etmək imkanına malik olmalıdırlar.

  3. Yaşlı insanlar işləmək və ya gəlir gətirən digər fəaliyyət növləri ilə məşğul olmaq imkanına malik olmalıdırlar.

  4. Yaşlı insanlar müvafiq təhsil və peşəkar hazırlıq proqramlarında iştirak etmək imkanına malik olmalıdırlar.

  5. Yaşlı insanlar təhlükəsiz şəraitdə yaşamaq və şəxsi meylləri və dəyişən imkanların nəzərə alınması ilə mühitə uyğunlaşmaq imkanına malik olmalıdırlar.

  6. Yaşlı insanlar mümkün olan vaxta qədər öz evlərində yaşamalıdırlar.


İştirak:

  1. Yaşlı insanlar əvvəlki kimi cəmiyyətin həyatını cəlb etməli, onların rifahına birbaşa toxunan siyasətin işlənib hazırlanması və həyata keçirilməsində fəal surətdə iştirak etməli və gənc nəslin nümayəndələri ilə öz bilik və təcrübəsini bölüşməlidir.

  2. Yaşlı insanlar ailəyə xidmət etmək imkanlarını axtarmalı və genişləndirməli, onların maraq və imkanlarına cavab verən işi könüllü əsaslarla yerinə yetirməyi bacarmalıdırlar.

  3. Yaşlı insanlar ahıllar hərəkatı və ya assosiasiyası yaratmaq imkanına malik olmalıdırlar.


Qulluq:

  1. Yaşlı insanlar cəmiyyətin mədəni dəyərlər sisteminə müvafiq olaraq ailə tərəfindən qulluq və müdafiə ilə təmin olunmaq imkanına malik olmalıdırlar.

  2. Yaşlı insanlar onlara fiziki, psixi və emosional rifahın optimal səviyyəsini dəstəkləməyə və ya bərpa etməyə və xəstəliyin başlamasının qarşısını almağa, eni zamanda, gecikdirməyə imkan verən tibbi xidməti əldə etmək imkanına malik olmalıdırlar.

  3. Yaşlı insanlar sərbəstliyin artırılması, müdafiənin güclənməsi və qulluğun yaxşılaşdırılması məqsədi ilə sosial və hüquqi xidmətlərə müraciət imkanına malik olmalıdırlar.

  4. Yaşlı insanlar yaşayış yeri, onların qulluq və ya müalicə ilə təmin edən istənilən müəssisədə olarkən onların ləyaqətinə, əqidəsinə, ehtiyaclarına və şəxsi həyatlarına tam şəkildə hörmət edilməsi daxil olmaqla, insan hüquqları və əsas azadlıqlarından, eləcə də onlara qulluq göstərilməsi və həyat keyfiyyətləri ilə bağlı qərar qəbul etmək hüququndan istifadə etmək imkanına malik olmalıdırlar.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin