Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Əlillərin hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlıq



Yüklə 247,59 Kb.
səhifə21/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Əlillərin hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlıq

Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində prioritet və xarakter baxımından sosial-humanitar istiqamətlərdən biri də əlillərin həyatı, onların sosial hüquqları və cəmiyyətə inteqrasiyası üçün beynəlxalq ictimaiyyət tərəfindən elmi cəhətdən əsaslandırılmış tövsiyə və müddəaların işlənib hazırlanmasıdır.

Birləşmiş Millətlər Təşkilatı ilk dəfə əlillərin həyatı ilə bağlı problemlərin aktuallığına qırx il bundan əvvəl diqqət yetirmişdir. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası 1950-ci ildə “Fiziki qüsurluların sosial readaptasiyası” adlı qətnamə qəbul etmişdir. Bu qətnamədə Birləşmiş Millətlər Təşkilatı ilk dəfə əlillərin hüquqlarının müdafiəsi problemini mahiyyətcə qlobal məsələ kimi irəli sürmüşdür. 15 ildən sonra Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yenidən bu problemə diqqət yetirmiş və “Əlillərin əmək qabiliyyətinin bərpa edilməsi” adlı qətnamə qəbul etmişdir. Qətnamədə sosial işdə əmək qabiliyyətinin bərpa edilməsi və kadrların hazırlanması məsələsinə lazımi yer ayırmaları ilə bağlı hökumətlərə çağırış öz əksini tapmışdır.

Bu istiqamətdə növbəti mühüm addım “Əqli cəhətdən geri qalmış şəxslərin hüquqları haqqında” qətnamənin qəbul edilməsi olmuşdur. Bu qətnamədə əsas diqqət əqli cəhətdən geri qalmış şəxslərin də digər insanlar kimi bütün hüquqlara malik olmasına yönəldilmişdir. Xüsusilə də onlara öz qabiliyyətləri və maksimum imkanlarını inkişaf etdirməyə şərait yaradan lazımi tibbi qulluq və müalicə, təhsil, təlim, əmək qabiliyyətinin bərpa edilməsi və hamilik haqqında hüquqlar vurğulanmışdır. Bu şəxs hamisinin ixtisaslı xidmətlərindən istifadə etmək və istismar, sui-istifadə və alçaldıcı münasibətdən müdafiə olunmaq hüququna malikdir.

Əlillərin hüquqi müdafiəsi haqqında mövzu 1975-ci ildə, Baş Assambleyanın XXX sessiyasında Əlillərin hüquqları haqqında Bəyannamənin təsdiq edildiyi zaman müzakirə olunnmuşdur. Bəyannamə çox məharətlə tərtib edilmiş və “əlil” təyininin özü, onun müxtəlif hüquqları və həyat şərtlərinin təsviri kimi ən geniş xüsusiyyətləri özündə ehtiva etmişdir.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin