Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Ailənin möhkəmləndirilməsi problemləri üzrə beynəlxalq əməkdaşlıq



Yüklə 247,59 Kb.
səhifə24/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Ailənin möhkəmləndirilməsi problemləri üzrə beynəlxalq əməkdaşlıq

XX əsrin sonlarında ailə bağlarının pozulması və transformasiyası qlobal ciddi sosial problemlərdən biri olmuşdur. Müxtəlif ölkələrin alimləri və mütəxəssisləri bəşəriyyətin qorunması üçün ən vacib məsələlərdən biri olan bu problemin həll edilməsi metodlarını israrla axtarırlar. Nəsillər arasında əlaqənin izləndiyi ənənəvi ailə formasını necə qoruyub saxlamalı və çağırışa necə cavab verməli - boşanmaların sayının kəskin artması, atılmış uşaqların, tək anaların sayının artması əsas problemlərdəndir.

Birləşmiş Millətlər Təşkilatı bu sosial problemin öyrənilməsinin, müasir cəmiyyətdə ailənin hüquq və statusu haqqında məsələlərdə beynəlxalq sosial əməkdaşlığın yaradılmasının təşəbbüsçüsü qismində çıxış edir. Birləşmiş Millətlər Təşkilatının fəal rol oynaması ilə dünyanın müxtəlif ölkələrində ailə problemləri üzrə konfranslar, simpoziumlar, seminarlar keçirilir. BMT-nin sənədlərində ailəyə cəmiyyətin əsas özəyi kimi baxılır və ona görə də xüsusi diqqət tələb edir. Onun rolu öhdəsinə qoyulan mühüm sosial-iqtisadi funksiyalara görə yüksək qiymətləndirilir.

Cəmiyyət, ailənin müəyyən tipini yaradaraq, ona təsir göstərdiyi kimi, ailə də cəmiyyətin inkişafına və həyat tərzinə böyük təsir göstərir. Ailə cəmiyyətin iqtisadi və sosial inkişafının sürətləndirilməsində, böyüməkdə olan nəslin tərbiyələndirilməsində, hər bir insanın xoşbəxtliyə nail olmasında böyük rol oynayır. Ailə tərbiyəsinin effektivliyi, bir tərəfdən, ailənin sosial-iqtisadi potensialından, digər tərəfdən isə mənəvi-psixoloji abu-havadan asılıdır. Ailə insanın bütün həyatına təsir göstərir, ancaq onun rolu şəxsiyyətin mənəvi, psixoloji, emosional əsaslarının təməli qoyulan həyat yolunun başlanğıcında daha əhəmiyyətlidir. Ailə, bütün digər sosial qruplardan fərqli olaraq, çox geniş maarifləndirici təsir diapazonuna malikdir. Bu onun üzvləri arasında etibar əsasında qurulmuş xüsusi mənəvi-emosional mühitin olması, ictimai və ailə öhdəliklərinin yerinə yetirilməsində valideynlərin əyani nümunəsi, birgə əmək, uşaqları maraqlandıran mövzuda söhbətlərin aparılması, nəhayət uşaq və yeniyetmə üçün bir sıra mürəkkəb və mühüm problemlərin həll edilməsində valideynlərin nüfuzunda özünü büruzə verir.

Cəmiyyətdə baş verən dəyişikliklərə baxmayaraq, ailə, əvvəlki kimi, onun üzvlərinin, ilk növbədə, körpələrin və daha böyük yaşlı uşaqların böyüməsi və inkişaf etməsi, eləcə də yaşlılar, əlillər və zəiflər, gücdən düşmüşlər də daxil olmaqla, digər himayədə olanlara qulluq etmək üçün lazım olan emosional, maliyyə və material dəstək üçün təbii mühitlə təmin edir. Ailə mədəni dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün mühüm mühitdir. Bununla yanaşı iqtisadiyyatda baş verən dəyişikliklərlə bağlı cəmiyyətin sosial strukturunda baş verən dəyişikliklər ailə xarakteri anlayışının özünü də dəyişdirmişdir.

Ailə əvvəlki kimi, əsas tərbiyə mühitidir, eləcə də dəyər, mədəniyyət və informasiyanın xüsusilə də gənclərə ötürülməsi vasitəsidir. Ona görə də cəmiyyət üçün vacib olan bu funksiyaların yerinə yetirilməsində ailəyə kömək etmək lazımdır. BMT-nin sənədlərində qeyd edilir ki, hətta böyüklərin təhsilinə, valideyn tərbiyəsinin lazımi metodlarının tətbiq edilməsinə, eləcə də bu metodların təşviq edilməsinə sərf edilən məhdud hökumət xərcləri uşaqların sağlamlıq və təhsilinin müdafiə olunması, eləcə də onların cəmiyyətdə yaşamağa hazırlanması sahəsindəki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər ki, bu da sosial xidmətlərə sərf edilən ümumi xərcləri azaltmağa imkan verəcəkdir.

Son illərin ən böyük hadisəsi 1994-cü ilin BMT tərəfindən Beynəlxalq ailə ili elan olunmasıdır. Bu cür qəbildən əvvəlki tədbirlərdən fərqli olaraq, yerli və milli səviyyələrdə həyata keçirilən tədbirlərə birinci növbədə diqqət yetirilmişdir. Bu tədbirin çərçivəsində hökumətlərə Beynəlxalq ailə ilinin həyata keçirilməsi üzrə milli fəaliyyət proqramlarını hazırlamaq; ailələrin vəziyyətini qiymətləndirmək; ailənin vəziyyətinin araşdırılması və şərhini həyata keçirmək; məsələ və problemləri müəyyən etmək; ailə məsələləri üzrə qüvvədə olan qanunvericiliyin şərhini həyata keçirmək və ailənin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni qanun və ya siyasəti nəzərdən keçirmək tövsiyyə olunmuşdur.

Beynəlxalq ailə ilinin keçirilməsi effektiv beynəlxalq sosial əməkdaşlığın inkişafına yönəlmiş iri addım idi. Əsas məqsədin ailə problemləri haqqında məlumatlılıq səviyyəsinin artırılması və milli təşkilatı potensialın möhkəmləndirilməsi olduğu barədə Birləşmiş Millətlər Təşkilatının tövsiyyəsi xüsusi əhəmiyyətə malikdir.



Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin