Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Gənclər problemləri üzrə beynəlxalq əməkdaşlıq



Yüklə 247,59 Kb.
səhifə25/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Gənclər problemləri üzrə beynəlxalq əməkdaşlıq

BMT yarandığı gündən etibarən gənclər, onun sosial hüquqları və əhalinin sosial baxımdan bu mühüm qrupunun cəmiyyətə inteqrasiyası problemləri ilə məşğul olmuşdur. Gənclərin müasir cəmiyyətdəki mövqeyinin xüsusiyyəti müəyyən edilmiş, dövlət və ictimai təşkilatların gənclərin sosial müdafiəsi üzrə fəaliyyətinin əsas istiqamətləri formalaşdırılmış, onun hüquq və imkanları işlənib hazırlanmışdır.



1985-ci ildə BMT-nin təşəbbüsü ilə Beynəlxalq gənclər ilinin keçirilməsi gənclərin əsas hüquqlarının konkretləşdirilməsinə, gənclərin sosial hüquqları institutunun inkişafında dövlət və ictimai təşkilatların roluna öz əhəmiyyətli töhfəsini vermişdir. Dünyanın müxtəlif hissələrində gənclərin qarşılaşdıqları çoxsaylı fərqlərin və fərdi problemlərin olmasına baxmayaraq, gənclərin həyatı ilə bağlı ümumi problemlər və sosial amillər mövcuddur. Yeni gənclər strategiyasının müəyyən edilməsi üçün iki amili nəzərə almaq lazımdır: gənclərin öz maraqlarını müəyyən etmək və güclü ictimai dəstəyi səfərbər etmək imkanı və bacarığı. Hökumətin rolu isə gənclərlə geniş dialoqa başlamaq, onların fəaliyyətini dəstəkləmək və gənclərin həyatını müəyyənləşdirən həllərin işlənib hazırlanması prosesində onların iştirakını təmin etməkdən ibarətdir. Gənclər strategiyasının konkret məqsədləri müəyyən edilmişdir:

  • gənclər üçün yenilikçi siyasət və proqramları, milli inkişaf proqramlarının tərkib hissəsi kimi, xüsusilə də kadrların təhsili və hazırlığı, məşğulluğu, mənzil tikintisi və ətraf mühit, sosial xidmətlər və səhiyyə sahəsində təşviq etmək, inkişaf etdirmək və həyata keçirmək;

  • gənclər siyasət və proqramlarının həyata keçirilməsi üçün adekvat maliyyə və maddi resursları səfərbər etmək;

  • sənəddə qeyd edilir ki, gənclərin sosial baxımdan zəif qruplarına: miqrantlara, işsizlərə, əlillərə xüsusi diqqət yetirmək lazımdır.

Əsas məqsəd gənclərin cəmiyyətə tam inteqrasiyası, onların maraqlarının və sosial hüquqlarının nəzərə alınmasından ibarətdir. Beynəlxalq gənclərin əməkdaşlığı proqramı on il müddətinə nəzərə tutulmuşdu və 1995-ci ildə başa çatmışdır. Bir tərəfdən, gənclərin cəmiyyətin təcrid edilmiş qrupu olmaması, digər tərəfdən gənclərin əhalinin böyük hissəsini təmsil etdiyi və onların cəmiyyətin həyatına cəlb edilməsinin cəmiyyətin normal inkişafı üçün həddən artıq mühüm əhəmiyyət daşıması müəyyən edilmişdir. Gənclərin cəmiyyətin həyatına cəlb edilməsinin onların mövcud cəmiyyətin sadə mexaniki daxil olmasını nəzərdə tutmur. Bu, daha çox gənc insanların cəmiyyətin həyatına hərtərəfli cəlb edilməsi prosesini nəzərdə tutur, bu proses aşağıdakı aspektləri özündə ehtiva edir:

  • gənc oğlan və qızların cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatında bərabər əsasda fəal iştirakı;

  • əsl demokratiya və inkişafın rifahı naminə gənclərin yaradıcı (qurucu) bacarıqlarının maksimum istifadəsi;

  • gənclər və əhalinin yaşlı təbəqəsinin fəal qarşılıqlı əlaqəsi;

  • bütün cəmiyyətin gənclərin müxtəlif kateqoriyaları üçün bərabər imkanların təmin edilməsi öhdəliyi.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin