Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL İŞ KATEQORİYALARININ TEZAURUSU



Yüklə 247,59 Kb.
səhifə28/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL İŞ KATEQORİYALARININ TEZAURUSU

Sosial iş nəzəriyyələri ilə bağlı anlayışların böyük hissəsi “sosial” sözü ilə birlikdə istifadə edilir: şəfqət, fəaliyyət, iş, zəmanət, sahə, xronotop, dəstək, risk, deviasiya (istiqamətin dəyişməsi), adaptasiya, inteqrasiya, reabilitasiya. Bu anlayışlar sistemində əziyyət çəkən fərddən və ya ayrıca ailədən sosial qrupa və ya bütünlükdə xalqa qədər; tək sosial işçidən dövlətə və ümumilikdə cəmiyyətə qədər subyektiv-obyektiv asılılıqlar və qarşılıqlı münasibətlərin ənənəvi xarakter daşıdığı sosial işin fəlsəfi nəzəriyyəsi ilə cəmlənir. Sosial işin müştərisi bütünlükdə xalq və hətta ayrıca ölkə ola bilər. Lakin elə onlar sosial işin subyekti rolunda çıxış edə bilər. Bu halın aydınlaşdırılması, bizim nöqteyi-nəzərimizdən, bizim refleksiyamızın temporallığından asılıdır. Dua fərdi olsa da, ayinlərin ümumiliyi, məqsədlərin birliyi, Solovyova görə, insanları xilas, qurtuluş, nicat qənaətinə gətirib çıxarır. Bütünlükdə, xilasetmə, şəfqət, insana humanist münasibət yüksək rus fəlsəfəsinə gətirib çıxarır.

Cəmiyyətin müasir böhranını məntiqi və humanist ideyaların və ya sosial yenidənqurma reseptlərinin çatışmazlığı ilə izah etmək mümkün deyil, onlardan hər biri aradan qaldırılması istənən metodlarla həyata keçirilir: yaxınına sevginin xristian xütbəsi inkvizisiya ilə, Maarifçilik ideyaları-gilyotinlə, sosializm ideyaları -Qulaqla müşayiət olunurdu. İnsan bitməz-tükənməz sərvət yaratmışdır, lakin milyonlar yoxsulluq və cəhalət içində yaşayırlar. İndiki böhranın kökləri yalnız sosial qayda və nəzəriyyələrdə deyil, həm də insanın özündə olması fikri daha tez-tez öz təsdiqini tapır. Axı hələ Haydeqqer qeyd etmişdir ki, yalnız ekzistensiya qeyri-müəyyən dünyaya müəyyənlik verir. Əsl varlığın temporal köklərdən ayrı qalması və sərt şəkildə determinasiya olunmuş ictimai quruluşun simasızlığı mövcud olmanın marjinallığını, əsəbiliyini və riskini doğurur. İnsanın zamanının psixoloji ontogenezi mədəniyyətin filogenetik tarixinin, həm də onunla əlaqədar bütün sahələrin təzyiqi altında baş verir. Zamanın incəsənətə bədii inversiyası və atributivliyi məsələləri ona görə də o qədər də trivial deyildir: nəticədə mədəniyyətin istənilən mətnlərinin temporal dil modelləri mədəniyyətlərin dillərinin tərcümə edilə bilməsinə imkan yaradır.

Sosial işin fəlsəfəsi yeni həyat tərzinin, sosial-mədəni hərəkatın müstəvisi, insana yeni münasibət tipi kimi çıxış edir. Sosial iş lokal korreksiya ilə məhdudlaşmır, bu, nə isə ümumi bir haldır, universal mədəniyyətin və humanizm prinsipinin konkretləşdirilməsi sosial-mədəni proseslərdə həyata keçirilir. Sosial iş ictimai patologiyanın humanistləşdirilməsinin və sosial terapiyasının özəyi, əsas paradiqması, cəmiyyətin demokratik transformasiyasının mənəvi nizamıdır. Bununla yanaşı rus postmodernizmində buna əks konsepsiya sürətlə formalaşdırılır

XX əsrin sonlarında gündəlik deyil, ekzistensial mənşəli gərginlik, dərin narahatlıq subyekti daha çox təslim olan və ya başqasını təslim olmağa gətirib çıxaran müasir cəmiyyətin psixoloji sahəsinə üzvü surətdə daxil olmuşdur. Sirr deyil ki, bəşəriyyətin inkişaf etməsi ilə bu risk artır. Görünür ki, insanın yaşadığı bütün sahələrin humanistləşdirilməsi, mədəniyyətin humanistləşdirilməsi, humanist bəşəriyyətin qurulması lazımdır.

Sivilizasiyanın dərin sarsıntılarına cavab bu sarsıntıların fəlsəfi refleksiyalarda və insan və cəmiyyət üçün onlardan aldıqları şokun yumşaldılması texnologiyalarında tapılmışdır. Sosial iş nəzəriyyəsinin daha az akademik olmasının indiki tendensiyalarının arxasında fəlsəfi terapiyanın əsas prinsiplərinə ciddi iradlar durur: elmi biliklərin sırf klassik rasionallığına yönəlməkdən və dünya haqqında xətti təsəvvürlərdən imtina; insanın hərəkətli əhval-ruhiyyəsinə, hisslərinə, həyəcanlarına və əzablarına diqqətlə qulaq asmağa cəhd göstərmək; hadisələrin irrasional axınına atılan, hərdən cəmiyyətdən uzaqlaşan insanın sosial və mənəvi dəstəklənməsi probleminin vurğulanması; urbanizmin, texnisizm (işin texniki cəhətinə həddən artıq fikir vermə), kütləvi mədəniyyətin dehumanizasiyasında radikal məyusluq; qlobal və şəxsi böhran qarşısında şəxsi təslim olmaya qarşı etiraz; müasir tarixdən yeni dünyagörüşü prinsiplərinin, sosial işin fəlsəfəsinin yeni anlayışının çıxarılması.

Mərhəmət, şəfqət sosial iş nəzəriyyəsinin tezarusunda universal kateqoriyadır. İstənilən halda sosial işin motivasiyasının strukturlarında sadəcə müştəri və sosial işçi deyil, həm də əziyyət çəkən, məhv olmaqda olan insan və mərhəmətli, yardım edən və xilas edən insan edir. Mərhəmət göstərməyə və fasilitator rolunda çıxış etməyə hazır olan, müəyyən mənada sevgi fəlsəfəsinə inanan sosial subyekt sevgi sivilizasiyasını qurur.

Mərhəmət obyekti bu zaman heç də hər zaman sivilizasiyanın ali məqsədlərinin idealına , sosial sağlamlığın normalarına müvafiq olmur, əksinə, o daha çox deviantdır, marjinal statusa malikdir. Bu insan və ya qrup mədəni cəmiyyətin şəfqətinə, mərhəmətinə və dəstəyinə etibar edə bilərmi? Cəmiyyətin fəal agenti kimi sosial işçi mənəvi narahatlıq, öz-özünü daima mühakimə etmək, başqasının daxili dünyasına nüfuz etmək üçün təbii cəhdlərin yaranmasının yalnız başqası ilə birlik təşkil etdiyimizi dərk etməyi deyil, həm də əzab çəkən insanın dünyanı necə görməsi və qəbul etməsini başa düşməyi, hiss etməyi nəzərdə tutur.

Sağlam mədəni cəmiyyət mərhəmətlidir, o, fəal surətdə faciənin qarşısını almağa, patoloji proseslərin öhdəsindən gəlməyə çalışır, müdafiə edilməyənlərin və əzab çəkən qrupların bərabərliyini bərpa etməyə kömək edir, onları dəstəkləməyə, müdafiə etməyə, bərpa etməyə çalışır. Sevginin sivilizasiyası - bu, təmənnasız iştirak, ayrı-ayrı insanlara, xalqlara, qonşu mədəniyyətlərə sosial şəfqətin göstərilməsi, əzabları yüngülləşdirməyə cəhd etmək və özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməyə kömək etməkdir. Solovyova görə, mədəniyyət mənəvi başlanğıc kimi, sevginin tam şəkildə özünü büruzə verməsi üçün və mənəvi məqsəd kimi, ümumi rifaha tam nail olmaq üçün zəruri vasitələr sistemi qismində çıxış edir. Əzab çəkən subyektin şəxsiyyəti sosial prioritetlərin strukturunda mədəniyyətin müntəzəm sosial mexanizmlərdə translyasiyası probleminin özünün həll edilməsindən heç də az əhəmiyyət daşımır, əzablar şəfqətli olmağı öyrədir.

Əlbəttə ki, texnogen sivilizasiya tərəfindən determinasiya olunması nəticəsində insanların həyatında baş verən sosial, mədəni və psixoloji dəyişikliklər çox vaxt ailənin şəfqətə ehtiyacı olan doğmalarına dəstək göstərmək iqtidarında olmamasına gətirib çıxarır. Biz yerli xeyriyyəçilik ənənələrini inkişaf etdirməyə çalışsaq da, müəyyən mənada bizim hər birimiz kifayət qədər şəfqətli deyilik. Mədəni və həyat xronotopunun son məna əsasları xilasetmə strategiyasının kontekstində fəlsəfi dilin mirasını semantik baxımdan dəqiqləşdirən və zənginləşdirən ekzistensial, ümumdünya və temporal proqramının genişləndiyi sosial işin tezarusunun konseptual özəyini yaradır. Bu özəyə yalnız məhdudlaşdırıcı prokrust radikal funksionalizm prinsiplərindən radikal surətdə imtina edən, üz döndərən zaman toxunmaq olar. Prinsiplərin növbəti vacib qrupu modallıq (çeviklik), permanentlik (daimilik, arasıkəsilməzlik, fasiləsizlik), səlahiyyət prinsipləridir. Modallıq prinsipi konkret regionun, müştərinin şəxsiyyətinin özünəməxsusluğunu, onun cinsini, yaşını, xarakterini. mədəniyyətini, ənənələrini, dinini nəzərə alınması ilə çevik yanaşmanı nəzərdə tutur. Məsələn, Şimali Qafqazın və Qeyri-qaratorpaq zonasının şəhər və kənd əhalisi yaşlılara, ənənəvi həyat tərzi, həyat tərzinin dəyişikliklərinə olan münasibətləri fərqlidir. Test və digər metodikaların seçimi müştərinin sosial, etnik, ailə və psixoloji statusuna müvafiq olaraq, sosial işçilər tərəfindən həyata keçirilir.

Permanentlik prinsipi sosial işdə davalılıq, korreksiyaedici, terapiya və dəstəkləyici fəaliyyətin dayandırılmasının yolverilməzliyi, onun temporal xüsusiyyətlərinin, eləcə də ətraf mühitin dəyişiklərinin, invayronmetin nəzərə alınması ilə müştərinin həyat yolu boyunca qüvvədə olan fərdi proqramların işlənib hazırlanması tələbidir.

Sosial işdə səlahiyyət prinsipi biliklərə, bacarıqlara və peşəkarlığa yönəlir, “zərər vurma!” (həkimlərdə olduğu kimi) refleksiyası ilə, dəstək və terapiyanın peşəkar və qeyri-peşəkar (evdə müalicə) formalarının birləşməsi ilə müşayiət olunur. Bu prinsip kadrlar qayğısına qalmağı, onların ixtisasının artırılmasını, təkrar təhsil olmasını, əlavə təhsil almasını, xüsusi təcrübə keçməsini nəzərdə tutur.

Vasitəçilik prinsipi kompleks şəklində, sistemli işlə, komandada işlə bağlıdır. Bu, sosial iş nəzəriyyəsinin özünün çoxfənliliyi ilə, müxtəlif humanitar və təbiət elmləri fənlərinin nəticələrinin sosial iş məcrasına daxil olması ilə bağlıdır. Sosial işçinin özü isə ayrıca olaraq psixologiyanın, sosiologiyanın, iqtisadiyyatın, hüququn, tibbin vasitələri ilə həll edilə bilməyən problemin fənnlərarası sahəsində olur. Problemin uğurla həll edilməsi müstəsna olaraq, problemə kompleks yanaşmanın, sistemli baxışın nəticəsində mümkündür. Bu cür sintezin olmaması sosial işə dar idarəçilik yanaşmasının və yaxud yalnız filantropik yanaşmanın qəbul edilməsi və bizim artıq yuxarıda qeyd etdiyimiz kimi daha geniş humanist prinsipdən uzaqlaşmanı bildirmiş olardı.

Sosial işin cəmiyyətin və insanın həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində mövcud olması kimi təsvir edilməsinin həddən artıq geniş anlayışı qlobal ideyanın lokal -konkret fəaliyyətdə və təzahürlərdə reallaşması ilə vəhdətdə humanist prinsipin məcburi aspekt təşkil etdiyi qlobal yanaşmadan fəqrləndirilməsinin lazım olduğu psevdoqlobal yanaşma yaradır. Sosial iş institutunun bütün səviyyələrdə (ayrıca ailədən dünya birliyinə qədər) təmsil olunması, eləcə də sosial işçinin elmi biliklərin yayılması məqsədi ilə şəxsi söhbətlər aparması nəzərdə tutulur.




Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin