Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL İŞ VƏ SOSİAL PEDAQOGİKA NƏZƏRİYYƏLƏRİNİN QARŞILIQLI ƏLAQƏSİ



Yüklə 247,59 Kb.
səhifə27/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL İŞ VƏ SOSİAL PEDAQOGİKA NƏZƏRİYYƏLƏRİNİN QARŞILIQLI ƏLAQƏSİ

Sosial iş və sosial pedaqogika bir sıra hallarda öz aralarında əlaqədə olurlar. Sosial iş və sosial pedaqogika nəzəriyyələrinin qarşılıqlı əlaqəsi bir sıra elmi əsaslar baxımından nəzərdən keçirmək olar. Bu əsaslardan birincisi ondan ibarətdir ki, sosial iş nəzəriyyəsinin tədqiqat obyekti sadəcə insan deyil, əziyyət (əzab) çəkən insandır. Onun marjinal şərait, anomiya, patologiya, kök salmayan sosial status, sosial parçalanma və sərhəd nöqtələrdə həyat yolu erkən uşaqlıqdan başlayaraq yaşlanana qədər həyat xronotopunun istənilən kəsiyində riskə məruz qalır. Bu risk nöqtələri və xətləri, sosial patologiyanın invayronmental və yaş determinantının təhlili, eləcə də sosial sağlamlığın bərpa olunması texnologiyalarının seçimi, cəmiyyət və mədəniyyətin normalarına reinteqrasiya sosial iş nəzəriyyəsinin predmetini təşkil edir.

Sosial işin obyektinin əziyyət çəkən insanın olması haqqında ümumi iddiası bu obyekti yaş şkalası məhdudiyyəti olmadan kontingentlərin toplusu kimi, ancaq status xüsusiyyətlərinin onların normaları ilə məhdudlaşdırılması ilə detallaşdırmağa imkan verir.

Sosial pedaqogikanın obyekti isə məhdud təlim imkanları, həyat xronotopu və sosial status (sosial öyrənmə), sosial-mədəni normanın əsas müstəvisində insandır. Tamamlanmış sosial statusa malik olmayan müəyyən yaş qrupunun təlim konsepsiyaları və metodları müəyyən qeyd-şərtlərlə faktiki olaraq problemlər sahəsinə düşür.

Sosial pedaqogika anlayışı bu halda məntiqi olaraq, pedaqogika və sosial iş nəzəriyyəsinin kəsişməsində yer alır.

Sosial pedaqogika pedaqogikadan, onun sosial iş nəzəriyyəsi ilə kəsişməsində yaranmışdır. Buradan sosial pedaqoqun məktəbəqədər və ya məktəb təhsil müəssisəsinin sosial işçisi kimi ilk işçi tərifini müəyyən etmək olar. Əlbəttə ki, orta xüsusi və peşə təhsili sistemləri də istisna təşkil etmirlər. Əgər bu şəkildə professioqrafik yanaşmalar nöqteyi-nəzərindən sosial pedaqoqu məktəbdə sosial işçi qismində müəyyən etmək olarsa, bu zaman bu cür mütəxəssisin hazırlığının əsasını sosial işçinin hazırlığı bazası təşkil etməlidir, ancaq bu baza güclü əlavə pedaqoji təhsil bloku ilə tamamlanmalıdır.

İkinci məqam insan haqqında elmlərin tədrici inkişafı ilə bağlıdır. Elm və təhsilin tarixində əlaqədar fənn və peşələrin formalaşmasının çox sayda nümunəsi mövcuddur: kimyəvi fizika, geobotanika, mədəni antropologiya, təbiətşünaslığın fəlsəfəsi, mədəniyyətin sosiologiyası, sosial psixologiya, iqtisadi sosiologiya, biofizika, sosiolinqvistika.

Bu cür vəziyyət iki elmin sintezinin sintezinin yeni, unikal təhlil predmetini yaratması faktını heç də inkar etmir. Klassik pedaqogika sovet dövründən fərqli olaraq, tərbiyə və təlim proseslərini bir-birindən ayırmır, tərbiyənin psixoloji əsaslarını inkar etmir, onları təşviqat ideologiyası ilə əvəz etmirdi. Totalitar pedaqogika özünün strateji mahiyyətinə görə təhsil və təlim prosesinin sosial fonunu, sosial mühitini, sosial müşayiətini özündə ehtiva edən Disterveqin ideyalarından kənarda qalmışdır.

Problemin üçüncü aspekti elmi idrakın səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş elm üç səviyyəyə malikdir: nəzəri, empirik, tətbiqi. Yalnız bu hissələrdən birinin nəzərə çarpacaq inkişafı elmi fənni hər hansı bir səviyyəyə “apara” bilər. Belə ki, adi düşüncə, məsələn, uzun müddət ərzində sosiologiyanı sorğuların tətbiqi metodikalarına aid etmişdir, hal-hazırda isə sosial iş müştəriyə xidmət göstərilməsinin sırf mexaniki, ixtisassız səviyyəsi kimi və yaxud biliyin tətbiqi sahəsi kimi qarşımıza çıxır.

Əslində isə sosial iş nəzəriyyəsi insan haqqında, onun sosiallaşması prosesləri və eyni zamanda, təcrid olunması və kənar hədləri haqqında sosioloji, psixoloji, hüquqi, tibbi, mədəni-antropoloji və fəlsəfi bilikləri inteqrasiya edir. Onun empirik hissəsi, nəzəri konsepsiyadan uşaqlaşaraq, bütün risk və uğursuzluq qrupları üzrə təhlil, araşdırma, müşahidə, statistikanın nəticələrini toplayır. Təbii ki, tətbiqi hissə yenə də nəzəri prinsiplərə və metodologiyanın seçiminə əsaslanaraq, fasilitasiya (sadələşdirmə, asanlaşdırma), sosial məsləhət, diaqnostika və terapiyanın xüsusi texnologiyalarını işləyib hazırlayır, təsdiq və tətbiq edir.

Sosial pedaqogika, həyatın öyrənilməsi prosesində sosial dəyişikliklər haqqında müasir elm kimi təsdiq olunmaq istədiyi təqdirdə, sırf tətbiqi metod və metodikalar sahəsində ola bilməz. Yalnız informasiya və biliyə deyil, həm də sosial strukturların və həyat şərtlərinin dəyişmə texnologiyalarının real ünsiyyət vasitələrinə, inteqrasiyaya və reinteqrasiyaya ehtiyac duyan risk cəmiyyəti üçün, sırf nəzəriyyə çox böyük sərvətdir.

Bununla yanaşı bir anlayışı digər anlayışa gətirib çıxarmağa cəhd edən və birinin digərinin bir hissəsi olduğunu hesab edən diskussiyalar çətin ki, məhsuldar olsun. Bu halda vəziyyət öz mülklərini qızlarına paylayan və heç nəyi qalmayan kral Lir ilə məlum analogiyanı təkrar etmiş olardı. Lakin Hamletin məşhur sualı sosial işçiyə müraciət edən hər kəsin qarşısında durur.

Yəqin ki, bu fənlərin predmetlərini qütblərə, sərt xətti prinsip üzrə bir qütbdə sosial iş, digərində isə -sosial pedaqogika olaraq ayırmaq lazım deyil. Bu, fəlsəfə məktəbləri arasında demarkasiya sərhədlərinin on illərlə bizim düşüncəmizə daxil olan obrazını xatırladır. Məsələ ondadır ki, elmi rasionallığın klassik formasını, fəlsəfələrin materializm və idealizmə bölünməsinin mübahisə predmeti olmamasını, iblis Laplasın ruhunda dünya mənzərəsinin xətti interpretasiyasını və şəffaf proqnozlaşdırmanı özündə ehtiva edən alman fəlsəfə tipi insanın əzab çəkməsi və narahatlığı üçün, norma və anomiya arasında sərhədlərin şərtiliyi üçün, qeyri-xətti strategiyalar və bifurkasiya (ikiyə ayrılma) prosesləri üçün şərait yaratmır. Bu zaman yalnız fəlsəfi və elmi paradiqmalar, elmi rasionallığın seçilmiş tipi deyil, həmçinin idealların dini-etnik modifikasiyası, etnomədəni ənənələr də diskussiyalara təsir göstərir.

Buna baxmayaraq, məhz alman mədəni ənənəsi, sosial work termininə bir qədər ehtiyatla yanaşaraq, sosial pedaqogikanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda sosial işin ilk məktəblərindən gələn ingilis dilli ənənə daha çox psixologiyaya istinad edirdi: ilk termin bu cür səslənirdi: sosial-psixoloji iş. Köhnə və Yeni Dünya ölkələri (ABŞ, Böyük Britaniya, İrlandiya, İsveç) sosial work kimi anomiya hallarında müştəri-fərdin başa düşülməsi, dəstəklənməsi, xilas edilməsi üçün şəraitin yaradılması üçün sosial institut yaratmışlar. Rusiya və müəyyən qədər də İsveç özlərinin sosial iş konsepsiyalarının formalaşdırılması prosesində onların sonrakı sintezi üçün bu gün sosial iş nəzəriyyələri və məktəblərinin seçimi vəziyyətindədirlər. Bununla yanaşı bu konsepsiyaların dil və mədəni transformasiyası N.Borun məşhur tamamlayıcılıq prinsipinə əsasən baş verir. Sosial work terminin özünün rus dilinə kobud tərcüməsi əvvəlcə müvafiq assosiasiyalar və anlaşılmazlıqlara səbəb olur. Sosial work son nəticədə kasıblara və yaş qruplarına köməyin, ictimai rifahın yaxşılaşdırılması üçün istənilən klinik, sosial, rekreasiya xidmətləri deməkdir.

Əgər sosial pedaqogikanın obyektini yetişməkdə olan nəslin təlimi prosesi təşkil edirsə və biz statusun yaşla bağlı və sosial məhdudiyyətini nəzərdə tuturuqsa, bu zaman onun obyekti ümumi pedaqogika ilə tamamilə üst-üstə düşür (fərq yalnız predmetdədir). Ancaq elmi fənn kimi sosial pedaqogikanın problem sahəsinə bu proseslərə ailənin, “valideynlik -uşaqlıq” sistemində təhsil proqramlarının təsir göstərməsinin təhlilinin daxil edildiyi zaman sosial öyrənmə vasitəsi kimi, sosial-pedaqoji nəzəriyyənin və unikal metodologiyanın rolu artır. Bununla yanaşı sosial pedaqogikanın forma və metodları özünün tətbiqi hissəsində eyni zamanda sosial işin texnologiyalarından birinə çevrilir: biliyin mənimsənilməsi, asudə vaxtın təşkil edilməsi, rəqabət qabiliyyətinin artırılması və özünü ifadə etmək uçun əsasların yaxşılaşdırılması üzrə müştəri ilə birlikdə iş.

Diskussiyaların daha dərin əsaslarına diqqət yetirmək mümkündür. Sosial işin problem sahəsi konseptual olaraq, sosial pedaqogikanın problemlərini özündə ehtiva edir ki, bu da zəruri və kifayət qədər əsaslandırılır: sosial təlim (fasilitasiya, dəstək, kömək, reabilitasiya ilə yanaşı) metodlardan biri kimi xilasetmə strategiyasına daxildir .

Hərdən deyirlər ki, ailə, konfessiyalar, təhsil müəssisələri kimi qurumların tərbiyə funksiyasının öhdəsindən gələ bilməməkləri səbəbindən sosial pedaqogika tərbiyəni digər qruplara yaymağa məcburdur. Bu zaman sosial pedaqogikadan təlim prosesində yalnız yetişməkdə olan nəslin deyil, həm də böyüklərin, yaşlıları təlim prosesində, orduda və istehsalatda həyata keçirilməli olan sosial tərbiyəni ailə və konfessial pedaqogikanın köməyinə çağırmaq lazımdır. Bu halda, göründüyü kimi, “tərbiyə” pedaqoji termininin “sosial təlim” termini ilə əvəz edilməsinə ehtiyac duyulur. Bunun nəticəsində sosial pedaqogika sanki özündə ikili funksiya daşıyır: pedaqoji və sosial. O, təhlil predmeti üzrə elmi fənn kimi həm pedaqogikadan, həm də sosial iş nəzəriyyəsindən fərqlənir, lakin strateji mənada onlarla üst-üstə düşür.

Sosial-pedaqoji iş cəmiyyətin yalnız sosial sağlam üzvlərinə lazım deyil. Sərhəd vəziyyətinin aradan qaldırılması, marjinal əngəllərin yumşaldılması üzrə sosial işçinin mənalı sosial fəaliyyəti bütünlükdə müştərinin həyat xronotopuna geniş təsir spektrinə malikdir: həm USİ-li uşaqlara, həm böyük əlillərə, həm keçmiş məhbuslara yalnız sosial-psixoloji, tibbi –reabilitasiya, hüquqi və iqtisadi deyil, həm də sosial-pedaqoji dəstək lazımdır. Sosial pedaqogikanın həyatın bütün sahələrinə nüfuz etməsi xülyası isə, bizim fikrimizcə, həqiqətən cəmiyyətin (əgər o, özünü mədəni adlandırmaq istəyirsə) bütün sahələrinə nüfuz edən xilasetmə ideologiyasına əsaslanmışdır.

Bu elmlərin müzakirə edilən qarşılıqlı əlaqəsinin aspektlərində, yəqin ki, tolerantlıq, razılıq prinsiplərini də xatırlatmaq lazımdır. Ehtiyatlı olmağı aradan qaldırmağı və klassik və qeyri-klassik fənlərin predmetinə qarşı hörməti qoruyub saxlamaq lazımdır. Mədəniyyətin tədricən inkişafında bir-biri ilə sıx əlaqədar, bir-birinə çox yaxın elmlərin, ixtisasların və peşələrin yaranması bəşəri mədəniyyətin inkişafının məhz qeyri-klassik dövrünü xarakterizə edir, həm də nəzərə almaq lazımdır ki, bu proses post qeyri-klassik, postmodernist dövrə keçidlə daha da güclənir. Məhz indi yalnız problemlərin izah edilməsi və dəyişdirilməsi məsələləri deyil, həm də vəziyyətin insan üçün daha yaxşıya doğru dəyişməsi məsələsi qarşıda durur ki, bu da bütün sosial iş institutu üçün ən vacib məqsədlərdən birinə çevrilir.

Sosial problemlər müstəvisində sosial pedaqogikanın özünəməxsus xüsusiyyəti - təhsil proqramlarının dəyişməsidir, temporal aspektdə isə -uşaqlar, yeniyetmələr və gənclərin sosial təlimidir, yəni həyatda başlanğıcın gücləndirilməsi üçün bu təlimin xüsusi strategiyasının işlənib hazırlanmasıdır. Əlavə edək ki, yaş şkalası üzrə sonrakı fəaliyyətdə sosial strategiyanın işlənib hazırlanması nöqteyi-nəzərindən yaşlıların və qocaların təhsili elmi kimi androqogika və heroqogikanın da xatırladılması yerinə düşərdi. UNESCO-nun fasiləsiz təhsil haqqında prinsipinə əsaslanaraq, onu yalnız gənclər və yeniyetmələrlə bağlı deyil, bütünlükdə cəmiyyətlə bağlı tətbiq etmək olar. XXI əsrin cəmiyyətini biz subyektiv imkanlarından və məhdudiyyətlərindən asılı olmayaraq, bütün sosial qrupların, cəmiyyətin bütün üzvlərinin həmrəyliyinin cəmlənməsi kimi görməyi gözləyirik.



Humanitar və sosial elmlərin, sosial işin nəzəriyyəsində onların sintezinin məqsədi yalnız sosial və şəxsi problemlərin refleksiyası, təhlili deyil, həm də müxtəlif sosial patologiyaların sosial və ekzistensial texnologiyaların işlənib hazırlanması, bütünlükdə əhalinin sosial sağlamlığının bərpa edilməsi, hər bir fərdin sosial-mədəni normaya inteqrasiyasından ibarətdir. Hakimiyyət və iqtisadiyyatın balansı deyil, insanın gündəlik həyatına və onun həyat yolunun və həyat planlarının həyata keçirilməsi şərtlərinə diqqətin cəmlənməsi sosial iş və sosial pedaqogikanın nəzəriyyəsi üçün prioritetə çevrilir. Bu elmlər mübahisə etməkdən daha çox birlikdə üzərində işləyəcəkləri məsələlər daha çoxdur. Ümumi təhlükə olan zaman sərhədləri ayırmaq lazım deyil.

Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin