Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL İŞİN ƏSAS ANLAYIŞLARI



Yüklə 247,59 Kb.
səhifə29/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL İŞİN ƏSAS ANLAYIŞLARI

Ünvanlı sosial yardım - əhalinin həqiqətən də ehtiyacı olan ayrı-ayrı fərdlərinə və ya qruplarına onların sosial statusunun yaxşılaşdırılması və normal həyat tərzi sürməsinin dəstəklənməsi üçün yardımın göstərilməsi üzrə tədbirlər.

Anomiya – fərdlərin onların mövcud olduqları sosial sistemin norma və əxlaqi dəyərlərinə münasibətini ifadə edən və aşağıdakıları bildirən anlayış: a) cəmiyyətin üzvləri üçün sosial normaların öz əhəmiyyətini itirdiyi cəmiyyətin vəziyyəti; b) özünün sosial vəziyyətini qiymətləndirməyə və davranış nümunələri seçməyə imkan verən digər insanlarla müqayisə etalonlarının, standartlarının olmaması; c) cəmiyyətdə təqdir edilən universal məqsəd və gözləntilər və onlara nail olmaq üçün sosial məqbul vasitələr arasında uyğunsuzluq, rabitəsizlik . Bu da bu məqsədlərin hər kəs üçün mümkün olmaması səbəbindən bir çox insanları onlara nail olmaq üçün qeyri-qanuni yollara sövq edir.

Kasıblıq - əhalinin aztəminatlı vətəndaşlarının və kateqoriyalarının kritik aşağı həyat tərzinin, onların maddi və mənəvi tələbatlarının lazımi səviyyədə təmin olunmamasının göstəricisidir. Rəsmi olaraq kasıblıq göstəricisi vətəndaşların real gəlirlərinin yaşayış minimumunun səviyyəsindən aşağı olduğu zaman müəyyənləşdirilir.

İşsizlik - əməkqabiliyyətli, işləmək istəyən əhalinin istehsalatda işləyə bilməməsi. İşsizliyin növləri: struktur (iqtisadiyyatın strukturunun dəyişməsi ilə bağlı), qeyri-struktur (iqtisadi aktivliyin ümumi azalması ilə şərtlənən), friksion (müvəqqəti, digər ilə keçmə ilə bağlı), dövri (dövri böhranlar zamanı, gizli, mövsümi).

Xeyriyyəçilik - İlk dəfə N.N.Karamzin tərəfindən istifadə edilmişdir. Yaxınına mərhəmətin göstərilməsinin təzahürü, ehtiyacı olanlara qeyri-dövlət yardımıdır. Müasir anlamda: a) çətin həyati vəziyyətə düşən insanın, sosial qrupun zəruri ehtiyaclarının təmin edilməsi üçün maliyyə, maddi və mənəvi dəyərlərin yaradılması və ötürülməsi üzrə əvəzsiz, qarşılığı gözlənilməyən fəaliyyət; b) fiziki şəxslər və təşkilatlar tərəfindən ehtiyacı olan şəxslərə və əhalinin sosial qruplarına əvəzsiz yardımın göstərilməsi.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin