Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Onun əsas müddəaları aşağıdakılardan ibarət idi



Yüklə 247,59 Kb.
səhifə22/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Onun əsas müddəaları aşağıdakılardan ibarət idi:

  1. “Əlil” ifadəsi normal şəxsi və sosial həyatın ehtiyaclarını anadangəlmə və ya sonradan qazanılmış çatışmazlıq üzündən onun fiziki və ya əqli imkanlarının (bacarıqlarının) çatışmazlığı hesabına tam və ya qismən müstəqil şəkildə təmin edə bilməyən istənilən şəxsi bildirir.

  2. Əlillərin istifadə etdikləri hüquqlar heç bir istisna olmadan və irqi, dərisinin rəngi, cinsi, dili, məzhəbi, siyasi və digər baxışları, milli və sosial mənşəyi, doğulduğu yer və bunun əlilə və ya onun ailəsinə aid olub-olmamasına heç bir fərq qoyulmadan bütün əlillərə aid edilməlidir.

Əlillər, protez və ortopedik aparatlar da daxil olmaqla, öz imkan və bacarıqlarını maksimum şəkildə büruzə verməyə və onların sosial inteqrasiyası və ya reinteqrasiyası prosesini sürətləndirməyə imkan verən tibbi, psixi və ya funksional müalicə almaq, sağlamlığın bərpa edilməsi, cəmiyyətdə yer tutmaq, təhsil almaq, sənət peşə hazırlığı keçmək və əmək qabiliyyətinin bərpa edilməsi, yardım, məsləhət almaq, məşğulluq üzrə xidmətlər və digər xidmətlər almaq hüququna malikdirlər

Əlillər öz ailələrində və ya onları əvəz edən şərtlərdə yaşamaq və yaradıcılıq və ya asudə vaxtın keçirilməsi ilə bağlı ictimai fəaliyyətin bütün növlərində iştirak etmək hüququna malikdirlər. Əgər əlilin xüsusi müəssisədə qalması zərurət təşkil edirsə, bu zaman orada yaşayış mühiti və şərtləri şəxsin normal həyata şərtlərinə və ya onun yaşına mümkün qədər müvafiq olmalıdır.

Əlillər öz şəxsiyyətinin və əmlakının müdafiə olunması üçün ixtisaslı yardımdan istifadə etmək hüququna malik olmalıdırlar.

Əlillərin təşkilatları və hüquqları ilə bağlı bütün məsələlər üzrə faydalı məsləhət xidmətləri keçirilə bilər.

Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin əlillik problemi üzərində cəmlənmiş diqqəti 1981-ci ilin Beynəlxalq əlillər ili elan olunmasına gətirib çıxardı. Milli hökumətlərin və bu geniş kampaniyanın təşəbbüsçüsü kimi Birləşmiş Millətlər Təşkilatının xətti ilə 1981-ci ildə keçirilən tədbirlər proqramının əsas məqsədi cəmiyyətin bütün təbəqələrinin diqqətini əlillərin vəziyyətinə cəlb etmək, əlillərin cəmiyyətin həyatına inteqrasiya edilməsinə şərait yaradacaq effektiv milli qanunvericiliyin və beynəlxalq hüquqi normaların işlənib hazırlanmasına cəhd göstərmək arzusu olmuşdur. “Tam iştirak və bərabərlik”, Beynəlxalq əlillər ilinin mövzusu qısaca belə ifadə olunmuşdu.

Beynəlxalq ilin gedişində ölkələrin və Birləşmiş Millətlər Təşkilatının xətti üzrə tədbirlərin əsas səyləri aşağıdakılara yönəldilmişdir:



  1. əlillərin cəmiyyətin həyat şərtlərinə fiziki və psixoloji adaptasiyasının təmin edilməsi üçün onlara yardım göstərmək;

  2. əlillərə müvafiq yardımın göstərilməsi üzrə bütün milli və beynəlxalq səylərə yardım etmək, onların qayğısına qalmaq və onlara müvafiq iş imkanı vermək və onların həyata tam şəkildə cəlb edilməsini təmin etmək məqsədi ilə peşəkar hazırlıqlarını təmin etmək və onların fəaliyyətinə rəhbərlik etmək;

  3. əlillərin gündəlik həyatda praktik iştirakına yardım göstərilməsinə yönəldilmiş elmi-tədqiqat layihələrini təşviq etmək;

  4. əlillərin həyatın müxtəlif iqtisadi, sosial və siyasi aspektlərində iştirakı və öz töhfəsinin verməsi hüququ ilə ictimaiyyətin tanış olması və ictimaiyyətin bu cür hüquqlar haqqında məlumatlandırılması;

  5. əlilliyin qarşısının alınması və əlillərin iş qabiliyyətinin bərpa edilməsi üzrə effektiv tədbirlərin həyata keçirilməsinə yardım etmək. Ölkələrə bu məqsədlərə nail olmaqda əsas vasitə olacaq əlillərin işləri üzrə milli komitələr yaratmaq tövsiyyə edilmişdir.

Birləşmiş Millətlər Təşkilatı 1982-ci ilin dekabr ayında yeni çox böyük əhəmiyyətə malik olan sənəd - Əlillərlə bağlı Ümumdünya fəaliyyət proqramını - qəbul edir və Birləşmiş Millətlər Təşkilatının əlillərinin Onilliyini 1983-1992-ci illəri uzunmüddətli fəaliyyət proqramı qismində elan edir.

Təəssüf ki, on il ərzində bu sənəd faktiki olaraq, nə bizim ictimaiyyətə, nə elm xadimlərinə, nə də bu problemlə məşğul olan sosial təminat sisteminin işçilərinə məlum olmamışdır. Hal-hazırda da çox az insan bu barədə məlumata malikdir. Ona görə də əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartların mahiyyətini onların 10 il bundan əvvəl işlənib hazırlandıqları şəkildə qısaca şərh edək.

Əlillərlə bağlı Ümumdünya fəaliyyət proqramının məqsədi proqramda qeyd edildiyi kimi əlilliyin qarşısının alınması, əmək qabiliyyətinin bərpa edilməsi və əlillərin sosial həyatda və inkişafda bərabərlik prinsipinin və tam iştirakının həyata keçirilməsi məqsədi ilə effektiv tədbirlərin görülməsinə yardım etməkdən ibarətdir.

Bu, bütün əhali üçün olan şərtlərin əlillər üçün də yaradılmasını və sosial-iqtisadi inkişafın nəticəsində həyata şərtlərinin yaxşılaşdırılmasında bərabər paya malik olmağı bildirir. Beynəlxalq sənəddə xüsusilə qeyd edilir ki, razılaşdırılmış və təsdiq edilmiş konsepsiyalar eyni şəkildə tətbiq edilməli və inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə eyni aktuallığa malik olmalıdır.

Hal-hazırda, dünyada əqli, fiziki və ya hissiyyat pozuntuları nəticəsində əlil olan insanların sayı 500 milyon nəfərdən yuxarıdır. Onlar çox vaxt onların tam hüquqlu iştirakına maneə törədən mövcud ictimai-sosial və fiziki əngəllər hesabına tam dolğun həyat sürə bilmirlər. Bunun nəticəsində milyonlarla insan (uşaq və böyüklər) onların ləyaqətinin alçaldılması ilə müşayiət olunan həyat tərzi sürürlər.

Ümumdünya səhiyyə təşkilatının müəyyən etdiyinə görə insan üçün normal hesab olunan şəkildə və ya çərçivədə bu və ya digər fəaliyyəti həyata keçirmək qabiliyyətinin istənilən məhdudluğu və ya olmaması (qüsur nəticəsində) əlillik hesab edilir.

Əlillər homogen qrup deyildirlər. Ona görə də, məsələn, psixi xəstələr və ya əqli cəhətdən geri qalmış insanlar, görmə, eşitmə və danışıq qüsuru olan əlillər, məhdud hərəkətliliyə malik və ya sağlamlıq vəziyyətinə görə əmək qabiliyyəti olmayan əlillər aradan qaldırılması müxtəlif yolları tələb edən müxtəlif xarakterli maneələrlə qarşılaşırlar.

Ümumdünya proqramında əlilliyin qarşısının alınması, əlillərin əmək qabiliyyətinin bərpa edilməsi və bərabər imkanların yaradılması üzrə müxtəlif tədbirlər müəyyənləşdirilmişdir.

Əlilliyin qarşısının alınması əqli, fiziki və ya hissiyyat pozuntularının meydana gəlməsinin (birinci səviyyəli profilaktika) və ya qüsurun daimi funksional məhdudluğa keçməsinin qarşısının alınmasına (birinci səviyyəli profilaktika) yönəldilmiş tədbirlər deməkdir. Qüsurların və əlilliyin meydana gəlməsi hallarının azaldılması üçün əlilliyin qarşısının alınması strategiyası çox böyük əhəmiyyət daşıyır. Qüsurların qarşısının alınması üzrə ən mühüm tədbirlər müharibələrin qarşısının alınması, daha əlverişsiz şərtlərdə olan qrupların təhsil, iqtisadi və sosial statusunun yaxşılaşdırılması, konkret coğrafi ərazilərdə qüsurların növləri və onların səbəblərinin müəyyən edilməsi, xəstə və həkimlərin təlimi, ailənin planlaşdırılması da daxil olmaqla qidalanma, səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, erkən diaqnozun qoyulması, lazımi sanitar maarifləndirmə, doğumdan qabaq və doğumdan sonra qulluq metodlarının yaxşılaşdırılması vasitəsilə konkret yardım tədbirlərinin həyata keçirilməsi, qanunvericilik və təlimatlara riayət edilməsi, həyat tərzinin dəyişdirilməsi, ətraf mühitə zərərli təsirin göstərilməsi məsələsində maarifləndirmədən ibarətdir.

Əmək qabiliyyətinin bərpa edilməsi şəxsin həyatının dəyişməsi üçün imkan verərək, ona optimal fiziki fəaliyyət göstərmək səviyyəsinə nail olmaq imkanını vermək məqsədi güdən məqsədyönlü və zamanla məhdudlaşan prosesdir. Bu, funksiyaların itirilməsinin kompensasiya edilməsinə və ya funksional məhdudluğun aradan qaldırılmasına (məsələn, texniki vasitələrin köməyi ilə) və sosial cəhətdən uyğunlaşma və tənzimləməyə şərait yaradan digər tədbirlərə yönləndirilmiş tədbirlərin həyata keçirilməsini tələb edə bilər. Aşağıdakı xidmət növlərini təqdim etmək tövsiyyə olunur: erkən aşkarlama, diaqnostika və müdaxilə; tibbi xidmət və müalicə; sosial sahədə, psixoloji və digər sahələrdə məsləhət vermə və yardım etmə; görmə, eşitmə orqanlarının qüsuru olan və əqli cəhətdən geri qalan şəxslər üçün zəruri olan hərəkət etmə, ünsiyyət vərdişlərinin, xüsusi tədbirlər kompleksi ilə gündəlik həyati vərdişlərin inkişaf etdirilməsi də daxil olmaqla müstəqil fərdi qulluğa hazırlıq.

Bərabər imkanların yaradılması fiziki və mədəni mühit, yaşayış şərtləri və nəqliyyat, sosial xidmətlər və səhiyyə xidmətləri, iş və təhsil, idman da daxil olmaqla, mədəni və sosial həyatda iştirak imkanı və istirahət üçün şəraitin yaradılması kimi cəmiyyətin ümumi sistemlərinin köməyi ilə hər kəc üçün mümkün olan prosesi bildirir.

Ümumdünya fəaliyyət proqramında vurğulanan daha bir vacib konsepsiya bütün səviyyələrdə qərarları qəbul edilməsində əlillərin iştirak etməsi zərurəti, eləcə də əlilliyə dair siyasət və proqramların işlənib hazırlanmasında fəal rolun ayrıldığı əlillərdən ibarət olan və ya onların maraqlarını təmsil edən təşkilatların yaradılmasının vacibliyidir. Əlillər adi təhsil, səhiyyə, sosial xidmət sistemlərinin çərçivəsində zəruri yardım almalıdır.

Ümumdünya fəaliyyət proqramının milli səviyyədə həyata keçirilməsi üçün əsas məsuliyyəti hökumətlər daşıyırlar, hərçənd ki, yerli hakimiyyət orqanları və digər təşkilatlar da həmçinin dövlət və özəl sektor çərçivəsində bu işə cəlb ediləcəklər.

Ümumdünya fəaliyyət proqramının məqsədlərinə nail olmağa yönəldilmiş uzunmüddətli milli proqramların həyata keçirilməsinə başlamaq lazımdır. Bu cür proqramlar ümummilli siyasətin və ya sosial-iqtisadi inkişaf planlarının bir hissəsini təşkil etməlidir. Konkret sektor üçün cavabdeh olan hər bir nazirlik və ya digər qurum əlillərə dair məsələlər üçün məsuliyyət daşımalıdır.

Hökumətlər müxtəlif nazirliklərin, digər hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının Ümumdünya fəaliyyət proqramına dair tədbirlərinə nəzarət etmək üçün komitə, komissiya və ya bənzər orqanlar təsis etməlidirlər.

Əlil təşkilatları da daxil olmaqla, bu işdə marağı olan bütün tərəflər komitələrdə təmsil olunmalıdırlar. Onlar əlillərdən və ya onların maraqlarını təmsil edən şəxslərdən ibarət olan təşkilatların yaradılmasını fəal surətdə təşviq etmək imkanına malik olmalıdırlar.

Zərurət yarandığı təqdirdə kənd rayonlarında, şəhərin kənar məhəllələrində, müvəqqəti tikililərdə yaşayan əlillərə xidmətin lazımi növlərinin göstərilməsi və onların bu xidmətdən tam şəkildə istifadə etməsi imkanlarının təmin edilməsi üçün xüsusi tədbirlər görmək lazımdır.

Əlillərə xidmət göstərilməsi proqramlarına cəlb edilən şəxslər əlillərə qulluq göstərilməsi, onların müalicəsi, əmək qabiliyyətinin bərpa edilməsi və onların həyat və məşğulluğunun nizama salınması ilə bağlı sonrakı tədbirlərə dair məsələlərin həll edilməsində əlillərin və onların ailələrinin tam şəkildə iştirakına nail olmaq, təşviq və təmin etməyin səbəb və əhəmiyyətinin dərk edilməsinə hazır olmalıdırlar.

Dövlətlər əlillərin təşkilatlarına öz köməklərini artırmalı və əlillərin maraq və problemlərinin təmsil olunmasını təşkilində və əlaqələndirilməsində onlara yardım etməlidirlər.

Yerli, milli, regional və beynəlxalq səviyyələrdə təşkilatların yaradılmasında kömək və yardımın göstərilməsi üçün mümkün olan bütün səyləri göstərmək lazımdır.

Üzv dövlətlər Ümumdünya fəaliyyət proqramının məqsədlərinə nail olmaq üzrə tədbirlərin həyata keçirilməsi üçün qanunvericiliyin köməyi ilə lazımi hüquqi və inzibati əsas yaratmalıdırlar.

İnsan hüquqları sahəsində milli qanunvericiliyin işlənib hazırlanması zamanı həmvətəndaşlarına təminat verilən hüquq və azadlıqlardan əlillərin istifadə etməsinə əngəl yarada biləcək şərtlərə diqqət yetirmək lazımdır.

Əlillərin bütün yeni ictimai binalara, yaşayış binalarına və ictimai nəqliyyat sistemlərinə girişi və bütün xidmətlərdən istifadə etməsi təmin olunmalıdır.

Dövlətlər əlillərin hüquqları, töhfələri və tələbatları haqqında ictimaiyyətin hərtərəfli məlumatlandırılması proqramını dəstəkləməlidirlər.

Dövlət əlillərə, onların ailələrinə və peşəkar işçilərə proqram və xidmətlər, qanunvericilik, müəssisə, toplanmış təcrübə, yardımçı vasitələr, aparatlar və s. ilə bağlı cari informasiyanın əldə olunmasını təmin etməlidir.

Əlillik probleminin həll edilməsi üçün beynəlxalq əməkdaşlıq tərəfindən təqdim edilən. xüsusilə də BMT-nin təşkilat və orqanlarında (məsələn, Sosial inkişaf komissiyası), ikitərəfli yardım proqramlarında, hökumətlərarası təşkilatlarda və beynəlxalq qeyri-hökumət təşkilatlarında iştirak etmək yolu ilə imkanlardan istifadə etmək lazımdır.

Birləşmiş Millətlər Təşkilatının sənədində əlillərin problemlərinin həll edilməsi işində xarici köməyin faydalı xüsusiyyəti qeyd edilsə də, bu cür köməyin göstərilməsi zamanı əlillərin maraqlarının təmin edilməsində milli proqramların məqsədlərinin donor qurumlar tərəfindən dəstəklənməsi deyil, onların öz şəxsi məqsəd və vəzifələrinin güdülməsi təhlükəsinin mövcud olduğu vurğulanır. Ölkələrin öz tələbatlarını və bu tələbatların hansı şəkildə həyata keçiriləcəyini müəyyən etməsi çox vacibdir.

Milli əlaqələndirmə komitəsinin qarşısında duran vəzifə təkrarlanmağın qarşısını almaq və mövcud resursların ən yaxşı şəkildə istifadəsinə nail olmaq məqsədi ilə beynəlxalq qurumların ödənişlərinin (və ya üzvlük haqlarını) nizamlanmasıdır.

Ümumdünya fəaliyyət proqramının əlillərlə bağlı əsas müddəalarını qısa şəkildə bu cür ifadə etmək olar. O, 1992-ci ildə öz qüvvəsini itirmişdir. Proqramı qüvvəsini 2001-ci ilə qədər uzatmaq barədə qərar qəbul edilmişdir. Sosial inkişaf komissiyası hökumətlər üçün bir sıra konkret məsələlər təklif etmişdir:


  • BMT əlillər Onilliyinin sonuna qədər illik milli prioritet məsələlərin və Onilliyin başa çatmasından sonra əlillərlə bağlı Ümumdünya fəaliyyət proqramının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün konkret uzunmüddətli strategiyaların müəyyən edilməsi məqsədi ilə öz siyasət və proqramlarına yenidən baxmaq;

  • BMT-nin Baş katibi milli prioritet məsələlərin necə yerinə yetirilməsinin öyrənilməsi və müqayisə edilməsi üçün könüllü ianələr hesabına maliyyələşdirilən işçi qrupların yaradılmasını təşviq etsin;

Amerika Birləşmiş Ştatlarında hələ 1991-ci ildə BMT-nin tövsiyyələrinə əsasən əlillərlə əlaqədar ölkənin qanunvericiliyini əhəmiyyətli dərəcədə möhkəmləndirən əlillər haqqında qanun qəbul edilmişdir. Bu qanun işdə, nəqliyyatda və ictimai yerlərdə əlilləri ayrı-seçkilikdən qorumaq məqsədi daşıyır. Amerika qanununun müddəaları əlillərin hüquqlarının formal şəkildə bəyan edilməsinə yönəlməmişdir, o, əlillərin ayrı-seçkiliyə məruz qalmasının aradan qaldırılması məqsədi ilə konkret tədbirlər nəzərdə tutur.

Hal-hazırda əlillik insanın ehtiyac və tələbatları və cəmiyyətin bu ehtiyac və tələbatları təmin etmək iqtidarında olması ilə get-gedə daha geniş surətdə əlaqələnir. Əlilliyin tibbi termin kimi ənənəvi anlayışı əlilliyi olan insanı cəmiyyətin üzvü kimi sosial mahiyyətdən məhrum edir, ona başqa insanların qayğı və köməyindən tam şəkildə asılı olan və deməli, öz müqəddəratını həll etmək üçün heç bir imkanı olmayan və seçim azadlığına malik olmayan passiv xastə rolu ayırır.

Ən ciddi əlilliyi olan təşəbbüskar insanlar qrupu cəmiyyətin həyatında fəal surətdə iştirak etməyə imkan verəcək əlillik probleminin və sosial xidmətlərin formalarının daha tam və geniş şəkildə dərk edilməsinin axtarışına başlamışdır. Bu qrup bütün dünya qarşısında aşağıdakı sualı qoyaraq, həyatın müstəqilliyi uğrunda hərəkat başlatmışdır: “Əlilliyi olan insana cəmiyyətdə bərabərliyi təmin edə biləcək gücü nə verə bilər?”


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin