Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL PROBLEMLƏRİN HƏLLİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ



Yüklə 247,59 Kb.
səhifə18/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL PROBLEMLƏRİN HƏLLİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Yaşlı insanların problemlərinin həll edilməsində beynəlxalq əməkdaşlıq
Əhalinin yaşlanması problemi dünya ictimaiyyətinin qarşısından duran ən vacib problemlərindən birdir. BMT-nin proqnozlarına əsasən 2000-ci ilə dünyada 610 milyon nəfər insanın yaşı 60-dan çox olacaqdır, 2025-ci ilə isə onların sayı milyardı aşaraq planetimizin əhalisinin cəmi 15 %-ni təşkil edəcəkdir. Bu prosesə iqtisadiyyata, siyasətə və həyatın sosial aspektlərinə böyük təsir göstərəcək görünməmiş demoqrafik inqilab kimi baxılır.

Ümumdünya Assambleyası tərəfindən yaşlanma problemləri üzrə Beynəlxalq fəaliyyət planının qəbul edilməsi BMT-nin üzvü olan dövlətlərin narahatlığını bir daha sübut etmişdir. Yaşlanma problemləri üzrə fəaliyyət planı hökumətləri yaşlı insanların kəskin problemlərinə diqqət çəkməyi və aşağıdakı məqsədləri qarşıya qoymağa sövq etmişdir:



  • yaşlı insanların istehsal prosesində iştirakının genişləndirilməsinə, onların cəmiyyətin iqtisadi, sosial və mədəni həyatına daha fəal şəkildə inteqrasiyasına imkan yaratmaq;

  • yaşlı insanların mühüm humanitar xarakterli problemlərinin dərk edilməsi prosesini sürətləndirmək;

  • yaşlı insanların sosial zəmanətlərinin təmin edilməsinə yönəldilmiş proqram və tədbirlər həyata keçirmək;

  • sosial təminat orqanlarında və yaşlılar üçün xüsusi tibbi müəssisələrdə çalışan işçilərin peşəkar hazırlığı üzrə proqramları tərtib etmək və inkişaf etdirmək.

İnkişaf etmiş qərb ölkələri üçün səciyyəvi olan doğum sayının aşağı düşməsi, iş qabiliyyəti yerində olan yaşda olan şəxslərin sayının azalması, yaşlı insanların rifah halının və sağlamlığının yüksəldilməsi, insanların ömürlərinin artması kimi amillər yaşlı insanların sayının sonrakı mütləq və nisbi artımına şərait yaradır ki, bu halda onlar cəmiyyət, sosial təminat və səhiyyə sistemləri, iş qabiliyyətli əhali üçün daha çox yük olmağa başlayırlar. Məsələn, 1985-ci ildə Avropa İttifaqının yeddi böyük ölkəsində 65 yaş və ondan yuxarı yaşda olan insanlar əhalinin 12,5%-ni təşkil edirdi, 2025-ci ildə onların sayı 20%-ə çatacaqdır. Almaniya və Yaponiyada ölkənin hər on sakinindən biri 75 və ondan yuxarı yaşda olacaqdır.

On il əvvəl bir çox ölkələrin təqaüd təminatı üçün sərf edilən xərcləri ümummilli gəlirə nisbətdə 3-9% təşkil edirdi (Kanadada – 2,86%, ABŞ-da -4,5%, Fransada -7,97%, Almaniyada - 9,12%, Yeni Zelandiyada -9,55%). İqtisadçıların hesablamalarına görə 2025-ci ilə dövlətin qocalıq üzrə təqaüdə ayrılan xərcləri ayrı-ayrı ölkələrdə (məsələn, Almaniyada, İtaliyada) ümummilli gəlirin 20%-ni təşkil edəcəkdir, yəni iki dəfədən çox artacaqdır. Yaponiyada bu xərclər 2025-ci ildə cari 4%-dən ümummilli gəlirin 13%-nə qədər artacaqdır.

İş qabiliyyətli əhalinin yaş tərkibi də əhəmiyyətli dərəcədə dəyişəcəkdir. Məsələn, Almaniya Federativ Respublikasında iş qabiliyyətli böyüklərin arasında 50 və ondan yuxarı yaşlı fəhlələr hal-hazırda 27% təşkil edir, 2025-ci ildə isə onların sayı artıq 40%-dən yuxarı olacaqdır. Təbii ki, bu, əməyin məhsuldarlığına, istehsalın səviyyəsinə, milli gəlirin artımına, kadrların təlimi və təkrar hazırlığının struktur və imkanlarına öz ciddi təsirini göstərəcəkdir.

Qərb ölkələri yaşlı insanların problemlərinin həllində öz milli təcrübələrini birləşdirməyə və hökumət üçün müvafiq tövsiyyələr işləyib hazırlamağa çalışırlar. Onlar bunu BMT xətti ilə uğurla həyata keçirirlər. 1990-cı ildə konsensus yolu ilə “yaşlanma problemləri üzrə Beynəlxalq fəaliyyət planı”nın və onunla bağlı tədbirlərin həyata keçirilməsinə dair geniş qətnamə qəbul edilmişdir. Qətnamədə hökumətlərə 2001-ci ili əhatə edən yaşlanma sahəsində özlərinin konkret milli məqsədlərini müəyyənləşdirmək təklif edilir. 1992-ci ildə yaşlanma problemləri üzrə birinci fəaliyyət planının BMT tərəfindən qəbul edilməsinin onuncu ilində, beynəlxalq əməkdaşlığın yeni proqramı hazırlandı. Birləşmiş Millətlər Təşkilatına inkişaf, dəyişmə prosesində, eyn zamanda, keçid dövrü mərhələsində olan ölkələrə yaşlanma haqqında məsələnin bu ölkələrin inkişaf proqramlarında yer almasının təmin edilməsi üçün onların xahişinə əsasən məsləhət xidmətləri verməyə davam etmək tövsiyə olunmuşdur.

BMT-nin sosial inkişaf Komissiyasının adı çəkilən qətnaməsinin sonradan BMTİSŞ (Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası) tərəfindən qəbul edilən əlavəsində yaşlılarla bağlı BMT-nin prinsipləri öz əksini tapmışdır ki, bu prinsiplərlə qısa tanışlıq yaşlıların problemləri ilə məşğul olan mütəxəssislər üçün maraq kəsb edə bilər.

BMT-nin yaşlılarla bağlı prinsipləri yaşlı insanların həyatını, şən və mənalı etmək zərurətinə əsaslanır. Sənəddə qeyd edilir ki, əvvəlki illərlə müqayisədə sağlamlıq vəziyyəti bu kateqoriyadan olan insanların sayı müsbət istiqamətdə artmaqdadır. Elmi tədqiqatlar yaş keçdikcə sağlamlığın pisləşməsi haqqında bir çox stereotip təsəvvürlərini təkzib edir.



BMT-nin Yaşlanma problemləri üzrə Beynəlxalq fəaliyyət planında, Beynəlxalq əmək təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının və digər qurumlarının konvensiyalarında (sazişlərində), tövsiyyələrində və qətnamələrində artıq müəyyən edilən standartları diqqətə alaraq, Baş Assambleya hökumətləri öz milli proqramlarına tam şəkildə verilən aşağıdakı prinsipləri daxil etməyə çağırmışdır:


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin