Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Müstəqil həyat uğrunda hərəkatın əsas təşəbbüsçüsü



Yüklə 247,59 Kb.
səhifə23/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Müstəqil həyat uğrunda hərəkatın əsas təşəbbüsçüsü haqlı olaraq, onurğa sütununun boyun hissəsinin sınmasından sonra ömürlük əlil arabasına məhkum olan Edvard Roberts hesab olunur. 1962-ci ildə o, Berklidə Kaliforniya universitetində təhsil alan əlilliyi olan ilk tələbələrdən biri olmuşdur. Edvard Roberts yalnız əlil arabasının köməyi ilə hərəkət edə bilirdi, o, oksigen qidalanması olmadan yaşaya bilmirdi və vaxtının çox hissəsini barokamerada keçirməyə məcbur idi. O, universitetdə oxuyur, ancaq hospitalda yaşayırdı, belə ki, xüsusi şəraitə ehtiyacı var idi. Edvard Roberts iki il ərzində universitetin əlilliyi olan tələbələri arasında əsil lider olmuşdur. On əlil tələbə birləşmiş və özlərinin ilk proqramlarını - hospital şərtlərində həyat proqramını işləyib hazırlamışlar. Bu proqramda arxitektura mühitinin əlverişli olduğu zaman əlil arabasında olan insanın da digərləri ilə bərabər şəkildə oxuya biləcəyi aydın şəkildə ifadə edilmişdir. Daha sonra əlavə edilmişdir: arxitektura mühitinin əlverişli olduğu zaman və dövlət onun öz problemlərini həvalə edə biləcək sosial xidmətlər sistemini təqdim edən zaman əlil arabasında olan insan həyatını tam şəkildə yaşaya bilər.

Belə ki, 1970-ci ildə ən ciddi əlillik formalarına malik olan tələbələr üçün təhsil proqramı yaradılmışdır. Onun əsasına əvvəl mövcud olandan kəskin surətdə fərqlənən prinsip qoyulmuşdur: əlilliyə malik insan ona nə ilə və necə kömək etmək lazım olduğunu başqalarından daha yaxşı bilir, o, əlillik problemi üzrə baş ekspert kimi tanınmalı və onun kimi olan insanların maraqlarına toxunan qərarların qəbul edilməsinə buraxılmalıdır; o, fiziki əngəlləri dəf etməkdə ona kömək edən müvafiq sosial xidmətlərin yarandığı təqdirdə, müstəqil şəkildə həyata sürə bilər. 1972-ci ildə dünyada birinci Müstəqil həyat Mərkəzi yaradılmışdır. Onun məqsədi əlilliyi olan insanların təhsil alması, müstəqil həyat ideologiyasının inkişaf etdirilməsi, əlilliyin ən mürəkkəb formalarına malik insanların qarşısında müstəqil həyata yol açan ekspert məsləhəti proqramlarının həyata keçirilməsidir. 1978-ci ildə Q.Delonq (Yeni ingilis tibb mərkəzi, Boston) müstəqil həyat uğrunda hərəkatın ideologiyasının əsasını təşkil edən və nəticə etibarilə müstəqil həyat mərkəzlərinin strukturunda xidmətlərin yaradılması zamanı əsas elementlərə çevrilən üç nəzəri mühakimə formalaşdırmışdır:



İstehlakçının suvereniteti. Sosial xidmətlərin əsas istehlakçısı öz maraqlarının əsas müdafiəçisidir. O, əlilliklə bağlı sosial problemlərin həllində birbaşa iştiraka buraxılmalıdır.

Öz müqəddəratını həll etmə. Əlilliyi olan insanlar iddia etdikləri hüquq və imtiyazlara nail olmaq üçün, ilk növbədə, öz qabiliyyət və bacarıqlarına əsaslanmalıdırlar.

Siyasi və iqtisadi hüquqlar. Əlilliyi olan insanlar cəmiyyətin siyasi və iqtisadi həyatında iştirak etmək hüququnu əldə etməlidirlər.

1978-ci ildə ABŞ Konqresi Reabilitasiya xidmətlərinin Administrasiyasının proqramlarının bir hissəsi kimi müstəqil həyat proqramlarına dəstəyin göstərilməsi haqqında əsasnamə qəbul edilmişdir. 1973-cü ildə reabilitasiya haqqında Qanuna düzəliş edilmişdir: müstəqil həyatı təmin edən çox əhatəli xidmətlər. Beləliklə, cəmiyyətin dəstəyinə əsaslanan və öz fəaliyyətlərini əlilliyi olan insanların təlim materialları, nəqliyyat, assistentlərin köməyi, ekspert (əlillik problemləri üzrə əsas ekspertlər qismində əlilliyi olan insanlar təyin edilmişdir) məsləhətlərinin təşkil edilməsi və sosial xidmətin digər formaları ilə təmin edilməsinə yönəldən müstəqil həyata mərkəzlərinin mövcud olması hüququ təsbit edilmişdir.

Mürəkkəb əlillik formalarına malik insanların cəmiyyətə inteqrasiyası, onlara öz müqəddəratlarını təyin etməkdə kömək etmək və şəxsi ləyaqət hissinin qorunub saxlanması, müxtəlif fəaliyyətlərdə iştirak etmək imkanlarının həyata keçirilməsi üzrə məsələlər prioritet məsələlər qismində irəli sürülmüşdür. Reabilitasiya haqqında Qanuna qeyd edilən düzəlişin edilməsi əlilliyi olan insanların müstəqil həyat uğrunda artıq ABŞ-n sərhədlərini aşan hərəkatının genişləndirilməsinin əsasını qoymuşdur. Müstəqil həyat mərkəzləri Kanadada, Hollandiyada, Belçikada, İngiltərədə yaradılmışdır.

Müstəqil həyat uğrunda beynəlxalq hərəkat əlilliyi olan insanların sosial siyasətə təsirini gücləndirən alternativ sosial xidmətlər şəbəkəsinin yaranmasına imkan yaratmış və onların iqtisadi və siyasi hüquqlarını möhkəmləndirmişdir; peşəkarların əlilliyi olan insanların maraqlarına toxunan qərarların qəbul edilməsinə diqqətini zəiflətmiş; məhdud imkanlara malik insanlara passiv xəstələr kimi baxan əlillik probleminə yanaşmanı əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır.



Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin