Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


Sülh dövründə və düşmən hücumu təhlükəsi zamanı epidemiya əleyhinə tədbirlər



Yüklə 0,75 Mb.
səhifə54/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
A.MusayevM.M

Sülh dövründə və düşmən hücumu təhlükəsi zamanı
epidemiya əleyhinə tədbirlər

Yaşayış məntəqələrində aparılan sanitar-gigiyenik və epidemiya əleyhinə tədbirlərin təşkili üçün cavabdeh şəxs rayon və ya şəhər MM tibb xidməti rəisidir.

Tibb xidməti tərəfindən sülh dövründə aparılan tədbir­lərə aşağıda göstərilənlər aiddir:


  • infeksiya ocaqları, yoluxma yolları və yayılmasının öy­rənilməsi;

  • əhalinin epidemiyadan mühafizə üsullarının təkmilləş­dirilməsi;

  • əhaliyə planlı surətdə mütəşəkkilliklə peyvəndlərin vu­rulması;

  • əhalinin sayma görə fərdi tibbi mühafizə vasitələrinin ehtiyatının yaradılması;

  • ərazidə dezinfeksiya, dezinseksiya və deratizasiya təd­birlərin aparılması və bu məqsədlə zəruri ehtiyatın ya­radılması;

  • epidemiya əleyhinə qurumların yaradılması, təchizatı və öyrədilməsi;

  • düşmənin bakterioloji silahla hücum imkanlarının öy­rənilməsi;

  • FH-da bütün tibbi qurumların bakterioloji ocaqda iş­ləmək üçün hazırlanması;

  • yaşayış məntəqələrində, istehsalatda sanitar-gigiyenik və epidemiya əleyhinə tədbirlərin müntəzəm olaraq ke­çirilməsi;

  • ərazidə daimi bakterioloji müayinələrin təşkili;

  • əhalinin ərzaq və su ilə təmin olunmasına sanitar- epidemioloji nəzarətin gücləndirilməsi, götürülmüş sı­naq nümunələrinin laboratoriyada müayinəsi;

  • əhali arasında sanitar-maarif və izahat işinin təşkili.

Ərazinin sanitar-epidemioloji vəziyyəti kəşfiyyat mə­lumatlarına görə 4 cür qiymətləndirilir:

  1. Qənaətbəxş vəziyyət - əhali arasında yoluxucu xəs­təliklər yoxdur və ya bir-biri ilə əlaqəsi olmayan nadir hallarda rast gəlinir;

  2. Qeyri-sabit vəziyyət-əhali arasında əvvəllər rast gə­linməyən və yayılması qeydə alınmayan ayrı-ayrı yoluxucu xəstələr müşahidə olunur;

-125-

  1. Təhlükəli vəziyyət-əhali arasında yayılmağa meylli olan qrup şəklində yoluxucu xəstəliklər və ya xüsu­si təhlükəli infeksion xəstəlik törədicilər (taun, və­ba, qarayara) tək-tək qeydə almır;

  2. Fövqəladə vəziyyət-xüsusi təhlükəli infeksion xəstə-» liklər qrup və ya epidemiya şəklində meydana çıxır.

Bakterioloji ocağın (bioloji) lokalizasiyası
və ləğv olunması tədbirləri

Baterioloji silah (BS) ocağının lokalizasiyası və ləğv edilməsi təkcə Fövqəladə Hallar Nazirliyi tibb xidmətinin deyil, eyni zamanda digər xidmətlərin də qüvvə və vəsaitlə­rinin cəlb olunması ilə həyata keçirilir. Bütün tədbirlərə rayon və ya şəhər üzrə fövqəladə hallar komissiyasının sədri rəhbərlik edir. Bu məqsədlə qərargah yaradılır və ocaq ləğv olunana qədər sutka ərzində növbətçilik qrafiki tərtib olu­nur. Qərargah rəisi ocağın ləğv olunması üçün plan tərtib edir. Tərtib olunmuş plan rayon və ya şəhər rəhbərliyi ilə razılaşdırılır. Qərargahın tərkibinə sanitar-epidemioloji, müalicə-profilaktika müəssisələri, elmi müəssisələr və digər xidmətlərin nümayəndələri daxildir. Qərargah öz işinə ilk növbədə ərazidə ümumi kəşfiyyatla başlayır. Ərazidə müşahidə postları qurulur, kimyəvi və radiosion kəşfiyyat aparılır. Ərazidə gəmiricilərin daha çox görünməsi, hətta gəmiricilərin cəsədlərinin müşahidə olunması bakterioloji silah tətbiqi faktını təsdiq edir.



Bakterioloji ocağın ləğv olunması üçün tibb xidməti aşağıdakı kompleks tədbirləri həyata keçirməlidir:

  1. İlk növbədə bakterioloji ocağın sərhədləri müəyyən olunmalıdır.

  2. Ümumi kəşfiyyatın nəticələrinə görə bütün üsul və metodlardan istifadə etməklə əhali xəbərdar edil­məlidir. Ümumi kəşfiyyata təlimatlandırılmış, qo-

rııyucy peyvəndlər vurulmuş, mühafizəedici vasitə­lər və zəruri ləvazimatlarla təhciz olunmuş heyət göndərilməlidir.

  1. Ərazidə bioloji kəşfiyyatın keçirilməsi.

Bu məqsədlə torpaq, su, hava, bitki örtükləri, ölmuş heyvan və gəmirici cəsədlərindən nümunə götürməli, hətta bəzi şübhəli həşaratların tutulması kimi tədbirlər nəzərdə tutulmalıdır. Əldə olunmuş materiallar sanitar-epidemi­oloji mərkəz (SEM) və səyyari epidemiya əleyhinə dəstə (SEƏD) laboratoriyalarına göndərilməlidir. Laboratoriya­da törədicinin növü, antibiotiklərə qarşı həssaslıq və digər xüsusiyyətlər çirklənmiş ərazi müəyyənləşdirilir. Mütləq çirklənmiş ərazinin sərhədləri dəqiqləşdirilməlidir.

  1. Ərazidə bakterioloji silah tətbiqi faktı təsdiq olun­duqdan sonra rafon və şəhər fəövqəladə hallar ko­missiyasının qərarı ilə karantin və observasiya təş­kil olunur.

Bakterioloji ocağın lokalizasiyası və ləğv olunmasına yönəldilmiş təcridedici və epidemiya əleyhinə tədbirlər kompleksi karantin adlanır. Karantin şəraitində inzibati, təşkilati, təsərrüfat və tibbi tədbirlər bir-biri ilə əlaqəli şə­kildə həyata keçirilir.

Karantin rejiminin tədbirlərinə aiddir:

  • BS-la çirklənmiş ərazinin sərhədlərində təhlükəsizlik xidməti qüvvələrinin yerləşdirilməsi;

  • əraziyə giriş və çıxışın qadağan olunması;

  • ərazidə nəzarət-buraxılış məntəqələrinin yaradılması, ocağın ləğv olunması üçün qüvvə və vasitələrə, ərzağa və suya nəzarət olunması;

  • dəmiryol, dəniz və təyyarə limanlarında sanitar- buraxılış məntəqələrinin yaradılması, ocağın maddi- texniki təminatının qəbul-ötürücü məntəqə vasitəsi ilə həyata keçirilməsi, kommunikasiyaların dağıldığı hal­larda bu işin aviasiya vasitəsi ilə həyata keçirilməsi;

  • əhalinin ocaqdan mütəşəkkil qaydada çıxarılması, əha­linin məlum törədicinin latent dövrü başa çatanadək observasiyada yerləşdirilməsi və laboratoriyada dövri olaraq müayinələrin keçirilməsi;

  • su mənbələri, ərzaq ehtiyatlan, yoluxucu xəstəliklər xəstəxanası və dövlət müəssisələrinin mühafizəsi məq­sədi ilə ərazidə komendant xidmətinin təşkil olunması;

  • istehsalatın bütün sahələrində epidemiya əleyhinə təd­birlərin təşkili, iş növbəsində olan fəhlə və qulluqçula­rın digər növbədəki fəhlə və qulluqçularla kontaktda olmasının qadağan olunması;

  • əyləncəli və kütləvi tədbirlərin keçirilməsinin qadağan olunması, tədris müəssisələri və bazarların fəaliyyətinin

_ dayandırılması;

Observasiya tədbirlərinə aiddir:



  • ərazidəki giriş, çıxış və tranzit keçidlərdə nizamlayıcı və müşahidə postların yaradılması;

  • ərazinin sanitar-epidemioloji vəziyyətinə, su və ərzaq təhcizatma, ticarət müəssisələrinə nəzarətin gücləndi­rilməsi;

  • yoluxucu xəstələri aktiv şəkildə və vaxtında aşkar et­mək üçün əhali arasında sorğu və termometriyanm ke­çirilməsi;

  • əhali arasında kütləvi peyvənd vurma işinin təşkili;

  • sanitar-maarif işinin gücləndirilməsi.

Karantin rejiminin saxlanması və ya observasiya rejiminə keçid spesifik indikasiya tədbirlərinin nəticələrin­dən asılıdır. Ərazidə tam dezinfeksiya və ya ətraf mühitin zərərsizləşdirilməsi və əhalinin tam sanitar təmizlənmədən keçdikdən sonra da karantin rejimi observasiya rejimi ilə əvəz oluna bilər;

  1. Əhalinin tam sanitar təmizlənmədən keçməsi üçün DDA, hamam və sanitar-buraxılış məntəqələrindən istifadə olunması.

6.Spesifik və qeyri-spesifik profilaktikanın keçirilməsi.

Bakterioloji ocaqda təcili qeyri-spesifik profilaktika törədici mikrobun növü təyin olunanadək sanitar drujinalar tərəfindən sahə gəzintisi zamanı yerinə yetirilir.

Lakin bakterioloji ocaqda spesifik profilaktika isə mikrobun növü təyin olunduqdan sonra peyvənd briqada­ları tərəfindən zərdab, anatoksin, habelə bakteriofaq və an­tibiotik vurulur.


  1. Xəstələrin aktiv surətdə aşkar olunması.

Gün ərzində 2 dəfə əhalinin sanitar drujinalar tərəfin­dən sorğusu və termometiriyası aparılır. Sanitar drujina sa­hə həkiminin rəhbərliyi altında işləyir. Bir SD ocaqda 1500 nəfərə xidmət edir. Xəstə şəxs aşkar olunduqda SD sahə həkiminə məlumat verir. Sahə həkimi dərhal xəstənin evinə getməli, təcili xəstəxanaya yerləşdirməli və xəstənin mənzi­lində dezinfeksiya tədbirləri təşkil etməlidir. Bütün polikli­nika müəssisələri xəstənin qəbulunu dayandırmalıdır. Hər bir həkimə bir sahə ayrılır və bir sanitar drujinaya rəhbərlik etmək tapşırılır. Hər bir xəstəyə baxış keçirdikdən sonra həkim və SD mütləq tam sanitar təmizlənmədən keçməlidir. Poliklinikanın qeydiyyat otağı dispetçer məntəqəsi kimi çağırışları qəbul edir və həkimi həmin çağırışa göndərir. Hər bir aşkar olunmuş xəstə haqqında poliklinika və SEM- in baş həkiminə məlumat verilir.

  1. Mənzil, bina, ərazi və geyimlərin zərərsizləşdirilməsi.

Zərərsizləşdirilmə tədbirləri carı və yekun dezinfeksiya

olmaqla tibb xidmətinin qövvələri vasitəsilə təşkil olunur. Dezinfeksiya ətraf mühitində infeksion xəstəlik törədiciləri­nin fiziki, kimyəvi və kombinəolunmuş üsulla məhv edilmə­si tədbiridir.



  1. Dezinfeksiya və deratizasiya tədbirlərinin təşkili.

Tibb xidməti bakterioloji ocaqda geniş miqyaslı dezin-

seksiya və deratizasiya tədbirləri aparmalıdır.



Dezinseksiya infeksion xəstəliyin ötürücüləri olan hə­şəratların kimyəvi və fiziki üsulla məhv edilməsidir.

Deratizasiya isə gəmiriciləri mexaniki (tələ qurmaq) və kimyəvi (zəhərlərlə) üsulla məhv etmək deməkdir.

  1. Ərzaq və suyun zərərsizləşdirilməsi.

Ərzaqm zərərsizləşdirilməsi ticarət və ərzaq xidməti, suyun zərərsizləşdirilməsi isə mühəndis xidməti vasitəsilə həyata keçirilir. Zərərsizləşdirilmişin keyfiyyətinə tibb xid­məti nəzarət edir.

  1. Tibbi müəssisələr epidemiya əleyhinə iş rejiminə keçməlidir.

  2. Ərazidə sanitar-maarif işi genişləndirilməlidir.

Sanitar-maarif işinin aparılmasına tibb xidməti rəh­bərlik edir. Tibb xidməti rəisi bu məqsədlə yerli hakimiyyət qurumları, qəzet, televiziya və radiodan istifadə etməklə geniş miqyaslı təbliğat kampaniyası təşkil etməlidir.

Ocaqda aparılan bütün tədbirlərdə ictimai asayişin mühafizəsi, kommunal-texniki, yanğından mühafizə, mü­həndis, ticarət v ərzaq, nəqliyyat vasitə, əşya, bitki və hey­vanların mühafizəsi xidmətlərinin şəxsi heyəti iştirak etmə­lidir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin