üstün cəhətləri
kimi onun
xüsusi mülkiyyətə, azad sahibkarlıq fəaliyyətinə, insanın
təşəbbüskarlıq və yaradıcılıq imkanlarına geniş meydan
açdığını, rəqabət yaratdığını, alıcıların tələbinə uyğunlaş-
dığını, məhsul və xidmətlərin keyfiyyətini yüksəltdiyini,
iqtisadi artım təmin etdiyini göstərmək olar.
Bazar iqtisadiyyatının
nöqsan cəhətləri
kimi aşağı-
dakıları qeyd etmək mümkündür:
- bazar iqtisadiyyatı ölkə əhalisinin müxtəlif dairə-
ləri və ictimai təbəqələrinin həyat səviyyəsində kəskin
fərqlər yaradır, işsizliyi artırır, sosial ədalətsizliyi güclən-
dirir, hər şeyi pula, alqı-satqıya yönəldir;
- bazar münasibətləri şəraitində, xüsusilə keçid mər-
hələsində olan ölkələrdə, istehsalı və iqtisadiyyatın müx-
təlif sahələrini vaxtında, habelə çevik surətdə lazım olan
nağd pul kütləsi ilə təmin etmək mümkün olmur;
- bazar iqtisadiyyatı çox vaxt arzuolunmaz nəticələrə
- ətraf mühitin çirklənməsinə, ərzaq məhsullarının tərki-
bində zərərli maddələrin (pestisidlərin) artmasına, narko-
maniyanın, sərxoşluğun, zərərli oyunların, əxlaq və milli
mentalitetə uyğun olmayan hadisələrin, yoluxucu xəs-
167
təliklərin, uşaq baxımsızlığının, cinayətkarlığın artmasına
gətirib çıxarır;
- bazar iqtisadiyyatı elmin nəticələrindən faydalansa
da, lakin özü bilavasitə onun inkişafına, maliyyələşdiril-
məməsinə ciddi maraq göstərmir;
- bazar iqtisadiyyatı sistemi ümummilli ictimai əhə-
miyyət kəsb edən sahələrin (müdafiə, ictimai nəqliyyat,
mədəniyyət ocaqları, muzeylər, kitabxanalar) inkişafına
lazımi qayğı göstərmir, çünki həmin sahələrdən qısa müd-
dətdə sanballı mənfəət götürmək çətindir;
- bazar iqtisadiyyatı sabit olmur, vaxtaşırı enib-
qalxmalara, maliyyə sarsıntılarına, işsizliyə və dünya ba-
zarının təsirlərinə məruz qalır.
Lakin bütün bu çatışmayan cəhətlərə baxmayaraq,
bazar iqtisadiyyatı hələlik bəşəriyyətin kəşf etdiyi və
təcrübədə sınaqdan keçirdiyi ən optimal iqtisadi sistemdir.
|