Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48
 

 


PEDAQOJİ FİKİR, MƏKTƏB  

VƏ MAARİFİN İNKİŞAFI TARİXİNƏ DAİR 

 

Yuxarıda qeyd etdik ki, pedaqoqikanın tərkib  hissələrindən biri də «Pedaqoqika tarixidir». Pedaqoqika 

tarixi özü də məktəb və  pedoqoji fikir tarixi olmaqla iki yerə  ayrılır.  Pedoqoji fikir tarixi  müxtəlif dövr və  

cəmiyyətlərdə meydana gəlmiş  pedaqogikaya aid  təlim, təhsil və tərbiyənin  müxtəlif sahələrinə aid  nəzəri  

fikirləri  əhatə  edir.  Bu  nəzəri    fikirlərə  istinad    edilmədən  yeni    insan    formalaşdırılması    işini  daha  da  

təkmilləşdirmək, yeni  səmərəli  üsul və  vasitələr  kəşf etmək təcrübəni  nəzəri  cəhətdən  əsaslandırmaq, 

nəzəri yeni fikirləri  qneseoloji cəhətdən  əsaslandırmaq da  mümkün  deyildir. Həmçinin,  məktəb  tarixinin  

tədqiq edilməsi,  yeni məktəb  təlimin təşkili   formalarını təkmilləşdirməyə də imkan yaradır. Ona görə də 

müxtəlif dövrlərdə yaradılmış  məktəblər, onların  təşkili, quruluşunu  öyrənmək həmişə aktual  olmuşdur. 

Bunlarla  bərabər həmçinin tərbiyənin meydana gəlməsi, inkişafı, bəşər cəmiyyətində onun rolu, əhəmiyyəti 

həmişə  pedaqoqları  düşündürmüş  və  onları  bu  sahədə  tədqiqatlar  aparmağa  məcbur  etmişdir.  Bu  sahədə 

müxtəlif  ziddiyyətli  fikirlərdə  meydana  çıxmışdır.    İnsanların  təhsil  müəssisələrində  formalaşdırılması, 

həyata  hazırlanmasına  aid  bütün  dövr  və  cəmiyyətlərdə  mübahisəli  fikirlər  mövcud  olmuşdur.  İnsan 

cəmiyyəti, məhsuldar qüvvələr inkişaf edib dəyişdikcə tərbiyə, böyüyən nəslin biliklərə yiyələnmə sistemi   

də  dəyişib  inkişaf  etmişdir.    Məsələn,  ilk  ictimai  quruluş  olan  ibtidai  icma  quruluşunda  hər  şey  hamıya 

məxsus  olduğu  kimi  tərbiyə  də    ümumi  xarakter  daşıyırdı.  Bu  dövrdə  insanlar  əsasən  təbiətin  hazır 

məhsullarından istifadə edir, ovla məşğul olur, əldə edilmiş ov hamıya bərabər bölünür, bu prosesin şahidi 

olan  uşaqlar  da  həmin  ruhda  tərbiyə  olunurdular.  Tərbiyə  işləri  olduqca  sadə  idi.  Uşaqlar  ümumi 

olduqlarından  onların  tərbiyəsi  ilə  də  hamı  məşğul  olurdu.  Onlara  həyat  üçün  zəruri  olan  əmək  vərdişləri 

aşılanırdı.  Getdikcə  oğlanlarla  qızların  tərbiyəsində  fərq  əmələ  gəldi:  qızlar    ev  işlərilə  məşğul  olar,  qab-

qacaq hazırlamaqla, oğlanlar isə silah, ov alətləri hazırlamaqla və ovda iştirak etməyə başladılar. 

Gənclərin tərbiyəsi xüsusi adamlara tapşırılmağa başladı. Onlara əmək, bacarıq vərdişləri ilə yanaşı, bir 

sıra  dini  mərasimlər,  qəhrəmanlar  haqqında  rəvayətlər,  əfsanələr  və  s.  haqqında  məlumatlar  da  verilirdi. 

Oğlanlar  yetkinlik  dövründə  tam  hüquqlu  icma  üzvü  kimi  böyüklər  sırasına  keçmək  üçün  ağsaqqalar 

yığıncağı qarşısında ciddi yoxlamadan keçməli idilər. Göründüyü kimi ibtidai icma quruluşunda da tərbiyə 

diqqət  mərkəzində  olmuşdur.  Lakin  məhsuldar  qüvvələr  inkişaf  etdikcə  «sənin,  mənim»  anlayışı  əmələ 

gəlməyə başladı, xüsusi mülkiyyət, quldarlıq və təkailəlik  meydana gəlir. Bununla əlaqədar olaraq ibtidai 

cəmiyyətdə təbəqələşmə əmələ gəlir. Fərdi kəbin meydana gəlir. Əhali arasında kahinlər (yarı elm, yarı din 

adamları), sərkərdələr və ağsaqqalar meydana gəlir. Kahinlərin rəhəbərliyi ilə xüsusi məktəblər yaranır. 

Quldarlıq dövründə tərbiyə. 

Quldarlıq  dövründə  Şərq  ölkələrində  elm,  mədəniyyət,  maarif,  incəsənət  Qərb  ölkələrinə  nisbətən 

yüksək səviyyədə inkişaf etmişdir. Məsələn, Qədim Çində fəlsəfə, astronomiya, riyaziyyat və s. elmlər digər 

ölkələrə nisbətən yüksək səviyyədə inkişaf etmişdir. Qədim Çində ibtidai və yuxarı dərəcəli dini səciyyəli 

fəlsəfi  məktəblər  mövcud  olmuşdur.  Bu  məktəblərdə  oxu-yazı  heroqlif  işarələrlə  aparılırdı,  dövrünün 

məşhur yazıçılarının əsərləri, fəlsəfə, astronomiya (nücum), əxlaq və s. öyrənilirdi. 

Çinlə  digər  şərq  ölkələrində  də,  məsələn,  Hindistan,  Misir  və  digər  ölkələrdə  mədəniyyət  və  maarif 

inkişaf etmişdir.  

Hindistanda yaranmış icma məktəbləri bir neçə min il yaşamışdır. Hindistanın fiziki-coğrafi şəraiti ilə 

bağlı  olaraq  burada  fizika,  astronomiya,  coğrafiya,  tibb,  riyaziyyat  digər  ölkələrə  nisbətən  yüksək  şəkildə 

inkişaf etmişdir. Hindistanda əsasən iki tip məktəblər fəaliyyət göstərirdi: 1. Yüksək imtiyazlı şəxslər üçün 

olan  məktəblər.  Bu  məktəblər  həm  də  saray  kahinləri  hazırlayırdı.  2.  Xırda  məmur  hazırlayan  məktəblər. 

Birinci  tip  məktəblərdə  heroqlif  yazı  işarələrindən,  ikinci  tip  məktəblərdə  isə  heratik  yazı  işarələrindən 

istifadə edilirdi. Həmin məktəblərdə cəzalandırmada cismani (bədən) cəzadan da istifadə edilirdi, (xüsusilə 

aşağı təbəqə üçün olan məktəblərdə). Qulların uşaqları təhsil hüququndan məhrum idilər. Onlar həyat üçün 

zəruri olan bütün bacarın və vərdişləri ancaq valideynlərindən alırdılar. 

Quldarlıq dövründə Yunanıstan  öz inkişafına görə xüsusilə fərqələnirdi. Bu ölkədə elm, mədəniyyət, 

maarif,  incəsənət,  fəlsəfə,  ədəbiyyat  digər  ölkələrə  nisbətən  daha  yüksək  şəkildə  inkişaf  etmişdir. 

Yunanıstan  ərazisində  çoxlu  xırda  dövlətlər  mövcud  idi.  Bu  dövlətlər  içərisində  Lakoniya  və  Attika 

dövlətləri xüsusi yer tuturdu. Həmin ölkələrdə olan maarif sistemləri bu ölkələrin paytaxt şəhərlərinin adı ilə 

bağlı pedaqogika tarixinə Sparta və Afina tərbiyə sistemi kimi daxil olmuşdur. 

Sparta tərbiyə sistemi. 

Spartada  qulların  amansız  istismarına  istinad  edilirdi.  Ona  görə  də  tez-tez  qul  üsyanları  baş  verirdi. 

Burada tərbiyənin əsas məqsədi fiziki cəhətdənsağlam, döyüşkən quldarlar yetişdirməkdən ibarət idi. Həm 

də  itayətkar,  sağlam,  işlək  qullar  tərbiyə  edilirdi.  Spartada  tərbiyə  tam  dövlətin  ixtiyarında  idi,  və  burada 

aşağıdakı tərbiyə sistemi mövcud idi.  



7 yaşa qədər uşaqlar ailədə tərbiyə alırdılar. 

7  yaşdan  18  yaşa  qədər  dövlət  tərbiyə  müəssisələrində  xüsusi  pedanomların  (nəzarətçi)  rəhbərliyi 

altında tərbiyə alırdılar. 

18-20 yaşlarında xüsusi efeb qruplarında hərbi hazırlıq keçirdilər. 

20 yaşdan 30 yaşına qədər isə tam hüquqlu legion olurdular. 

Spartada tez-tez  qul  üsyanları  və      qonşu dövlətlərin   basqını  baş  verdiyi  üçün qızlara  da  hərbi  təlim 

verilirdi. 

Afina tərbiyə sistemi. 

Afina  da  Sparta  kimi  əkinçiliklə  məşğul  olurdular.  Lakin  burada  həm  də  sənətkarlıq  və  ticarət  də 

inkişaf etmişdi. Afinada həmçinin fəlsəfə, ədəbiyyat, incəsənət, heykəltaraşlıq, riyaziyyat, tarix və s. elmlər 

yüksək şəktldə inkişaf etmişdir. Afinada 7 yaşa qədər uşaqlar ailədə tərbiyə alırdılar. 

7  yaşdan  13-14  yaşa  qədər  qrammatika  və  kifara  (musiqi  )  məktəblərində  təhsil  alırdılar.  Bu 

məktəblərdə  uşaqlar  oxu,  yazı,  riyaziyyat  və  musiqi  öyrənirdilər.  Təhsil  ya  ardıcıl  və  ya  parallel  şəkildə 

aparılırdı. Təhsil pullu idi. Məktəbdə uşaqlara didaskal-müəllimlər dərs deyirdilər. Pedaqogikanın didaktika  

bölməsinin mənası da buradan götürülmüşdür. Uşaqları məktəbə aparan qullar pedaqoq adlanırdı. 

13-14  yaşdan  sonra  uşaqlar  iki  illik  palestra  (idman)  məktəblərində  idmanın  beş  növü  üzrə,  qaçmaq, 

hoppanmaq, güləşməq, ox atmaq, üzmək, hazırlıq keçirdilər. Gənclərin əksəriyyəti üçün təhsil bu səviyyədə 

bitirdi.  Dövlətli  gənclər  isə  dövlətin  idarə  olunmasında  iştirak  etmək  üçün  xüsusi  gimnaziyalarda  fəlsəfə, 

ədəbiyyat və siyasət öyrənirdilər.  

18-20  yaşlarda  gənclər  Spartada  olduğu  kimi  Afinada  da  xüsusi  efeb  qruplarında  hərbi  hazırlıq 

keçirdilər.  20-30  yaşlarında  tam  hüquqlu  leqion  olurdular.  Afinada  təhsil  pullu  xüsusi  məktəblərdə 

aparılırdı. Ona görə də sistemli təlim müəssisələrində ancaq varlı uşaqları təhsil ala bilərdilər. Qul uşağları 

isə  təlimi  ancaq  öz  valideynlərindən  ala  bilərdilər.  Əgər  valideyn  qul  öz  peşəsini  övladına  öyrətməsə  o, 

gələcəkdə övlad qayğısından məhrum edilirdi. Afinada qızlara hərbi təlim verilmirdi. 

Qədim Yunanıstanda müxtəlif tip məktəblər və nəzəriyyəçilər mövcud idi.  Öz  pedaqoji nəzəriyyələri 

və görüşlərinə görə Platon xüsusilə fərqlənirdi. 

Platonun pedaqoji görüşləri. 

Platon obyektiv idealist fəlsəfi nəzəriyyənin banisidir. O, aləmi iki yerə: keçici hadisələr (bu dünya), 

əbədi  ideyalar  (axirət)  dünyalarına  bölürdü.  Platona  görə  çoxlu  ideyalar  mövcuddur.  Bunların  ən  alisi 

Allahdır. Onun fikrincə insan anadan olarkən onun ruhu ruhlar aləmindən ayrılıb, bədəni ilə birləşir, ölərkən 

isə ruh bədəndən ayrılıb, ruhlar aləmi ilə birləşir. O, ruhu üç yerə  – ağıl, iradə, hiss bölürdü. Buna uyğun 

olaraq da insanlar üçün üç əxlaqi keyfiyyət müəyyən etmişdir: müdriklik, mərdlik və mötədillik. Bu əxlaqi 

keyfiyyətlərə  uyğun  olaraq  da  insanları  üç  qrupa  bölürdü  –  sərkərdələr,  filosoflar,  əkincilər.  Filosoflar, 

ölkəni  idarə  etməlidilər  sərkərdələr  ölkəni  müdafiə  etməlidirlər,  əkincilər  ölkəni  maddi  nemətlə  təmin 

etməlidirlər. O, tərbiyə işinə ciddi yanaşır, onu dövlət işi hesab edir, dövlətin gələcəyinin, müəyyən mənada, 

ondan asılı olduğunu qeyd edirdi. O, aşağıdakı tərbiyə sistemini müəyyən etmişdir: 

3-6 yaşlı uşaqlar xüsusi dövlət meydan çalalarında oyunlarla tərbiyə almalıdırlar. 

7-12 yaşlarında dövlət məktəblərində oxu, yazı, hesab, musiqi və s. öyrənməlidirlər. 

12-16 yaşlarında polestra məktəblərində fiziki hazırlıq keçməlidirlər. 

16-18  yaşlarında  əməli  əhəmiyyət  kəsb  edən  elmlər  (riyaziyyat,  həndəsə,  astronomiya  və  s.) 

öyrənməlidilər. 

18-20 yaşlarında efeb qruplarında hərbi və mülkü təcrübə keçməlidərlər. 

20-30 yaşa qədər isə hərbi xidmətə getməli, legion olmalıdılar. 

Əqli  qabiliyyətləri  yüksək  inkişaf  etmiş  gənclər  isə  hərbi  xidmətə  deyil  təhsilin  üçüncü  səviyyəsinə 

keçməlidirlər. Yəni 20 yaşdan 30 yaşa qədər təhsil almalıdırlar. Xüsusi istedada malik olanlar  isə yenidən 5 

il oxuduqdan sonra dövlət işində çalışa bilərdilər. Həmin adamlar 50 yaşdan sonra dövlət işindən çıxıb elmi-

tədqiqat işi ilə məşğul olmalıdırlar.  

Platon qızların hərbi təliminə yüksək qiymət verirdi. O, qullara münasibətində mürtəce mövqe tutaraq 

onları «danışan alətlər» hesab edirdi. 

Aristotelin pedaqoji görüşləri. 

Aristotel (Ərəstu) də öz tərbiyə münasibətləri ilə xüsusi yer tuturdu.  O, öz müəllimi Platondan fərqli 

olaraq ruhu və bədəni qarşılıqlı vəhdətdə olan maddə və forma hesab etmişdir. 

O, ruhları üç qrupa ayırmışdır: 

1. 


Bitki ruhu (bu qidalanma və artma ilə səciyələnmir). 

2. 


Heyvan ruhu (bu hiss və arzuya malik olması ilə fərqlənir) 

3. 


İnsan ruhu (bu bilik və təfəkkürlə səciyyələnmir) 

Pedaqogika tarixində ilk dəfə olaraq Aristotel inkişafı dövrlərə bölmüşdür: 




1. 

Bitki dövrü – 7yaşa qədər olan dövr. 

2. 

Heyvani dövr – 7-14 yaşa qədər dövr. 



3. 

İnsani dövr – 14-21 yaş dövrləri 

7 yaşa qədər uşaqların fiziki inkişafı qayğısına qalmaq. Onların düzgün, sağlam böyüməsi üçün xüsusi 

qayğı göstərməyi lazım bilirdi. 

Heyvani dövrdə uşaqlarda iradi, hissi və əxlaqi keyfiyyətlər formalaşdırmağı zəruri hesab edirdi.  

14-21 yaşları isə əqli təhsilin ən səmərəli dövrü hesab edirdi. 

O,  insanların  əxlaqi  keyfiyyətlərində  üç  cəhəti  irəli  sürmüşdü:  çatışmazlıq,  artıqlıq,  orta  hədd 

(mötədillik). 

Orta həddi bütün insanlar üçün kafi hədd hesab etmişdir. 

Qədim  dövrdə  Azərbaycanda  elm,  maarif,  mədəniyyət,  fəlsəfə,  riyaziyyat,  astronomiya  və  s.  inkişaf 

etmişdir. Azərbaycan ərazisində qədim dövrlərdə Aratta, Lullubu, Kuti, Manna kimi dövlətlər mövcud idi. 

Bu  dövlətlərdə  incəsənət,  naxışlıq,  memarlıq,  maldarlıq,  atçılıq,  fəlsəfə,  riyaziyyat  və  s.  inkişaf  etmişdir. 

Oxu və yazı, heroqlif işarələrlə aparılırdı. Əhali türk dilində danışır, oxuyur və yazırdı. 

Qədim  dövrdə  Zərdüştün  «Avesta»  əsəri  xüsusilə  fərqlənirdi.  Burada  düzlük,  doğruçuluq,  paxıllığa 

qarşı barışmazlıq, zahiri və daxili paklıq, xeyirxah işlər görmək, kimsəsizlərə, yetimlərə həyan olmaq, qayğı 

göstərmək mühüm və zəruri əxlaqi keyfiyyət sayılırdı. Bu əsərdə göstərilirdi ki, mövcud olanın əxlaqı təmiz 

olmalıdır. «Avesta»da deyilirdi ki, «tərbiyə həyatın ən zəruri sütunu hesab edilməlidir. Hər kəsi elə tərbiyə 

etmək lazımdır ki, o, oxumağı, yazmağı bacarmaqla yüksək pilləyə qalxa bilsin». 

Burada tərbiyə dedikdə mənəvi, fəziki tərbiyə, oxu və yazı nəzərdə tutulurdu. 

Qədim Romada tərbiyə. 

Qədim  Romada  tərbiyənin  məqsədi  bacarıqlı əkinçi, qüvvətli  döyüşcü, dindar şəxs tərbiyə  etməkdən 

ibarət  idi.  Burada  aşağı  ibtidai  və  yuxarı  dərəcədə  qrammatik  məktəblər  mövcud  idi.  İbtidai  məktəblərdə 

cəmiyyətin imtiyazsız təbəqələri təhsil alırdı. 

Roma  respublikasının  son  dövründə  ritorik  məktəblər  meydana  çıxdı.  Bu  məktəblərdə  təhsil  haqqı 

yüksək  olduğundan  ancaq  yuxarı  təbəqənin  uşaqları  fəlsəfə,  huquq,  yunan  dili,  riyaziyyat,  musiqi  və  s. 

elmləri öyrənirdi. 

Mark  Fabiy  Kvintilian  Roma  pedaqoqlarının  ən  görkəmli  nümayəndələrindən  biri  idi  (42-118). 

«Natiqlik tərbiyəsi haqqında» ki 12 cildlik əsərində o, pedaqogika tarixində ilk dəfə məktəb təcrübəsini əks 

etdirdi. Kütlük və istedadsızlığı o, insanlar üçün müstəsna hal hesab edirdi və onların istedadına inanırdı. 

Uşaqların  istedadına  yüksək  qiymət  verirdi.  Onun  fikrincə  müəllimlər  yüksək  təhsilli,  təmkinli,  əxlaqca 

nümunəvi  olmalı,  uşaqları  sevməli,  onları  dərindən  öyrənməli,  rəğbətləndirməyi  və  cəzalandırmağı 

bacarmalıdır. Riyaziyyatı təfəkkür tərbiyəsinin mühüm vasitəsi hesab edirdi. O, musiqi təhsilinə də yüksək 

qiymət verirdi. 

Feodalizm dövründə məktəb və maarif. 

Feodalizm dövründə cəmiyyət üç  zümrəyə bölünürdü: dünya feodalları, ruhanilər və kəndlilər.  VII –

VIII  əsrlərdə  müsəlmanlıq  qələbə  çalmış,  Asiya,  Affrika  və  Avropanın  bir  çox  ölkələrində  yayılmışdır. 

Şərqdə  elm  –  mədəniyyət  inkişaf  edirdi.  IX  əsrdə  özbək  alimi  Mahmud  Əl-Xorəzmi,  XI-XIII  əsrlərdə 

Azərbaycanda  Xəqani  Şirvani,  Bəhmənyar,  Mahmud  Naxçıvani,  Nizami  Gəncəvi,  Nəsirəddin  Tusi  və  s. 

riyaziyyat, fəlsəfə, ədəbiyyat, astranomiya, triqonometriya, həndəsə və digər sahələrdə böyük  elmi kəşflər 

etdilər. 

Xəqani  Şirvani elm  adamlarına,  elmi  fəaliyyətə  yüksək  qiymət  vermişdir.  Sadəlik,  təvazökarlıq  kimi 

əxlaqi  keyfiyyətləri  yüksək  qiymətləndirmişdir.  Savadsızlıq  və  nadanlığa  qarşı  çıxırdı. Xəqani  müəllimlik 

fəaliyyətinə, öyrənən hər kəsin zəhmətinə hörmətlə yanaşırdı.  

Nizami Gəncəvi (İlyas Yusif oğlu) Orta əsrlərin ən görkəmli şəxsiyyəti olmuşdur. O, dövrünün bütün 

mövcud  elmlərindən  xəbərdar  olmuşudur.  Nizami  Gəncəvi  elmə,  maarifə,  biliklərə  yiyələnməyə  yüksək 

qiymət  verirdi.  O,  göstərirdi  ki,  elm  ictimai-faydalı  xarakter  daşımalı,  millətinə,  ölksinə,  xalqına  xidmət 

etməlidir. O, xalqı biliklərə yiyələnməyə, hüquqlarını dərk etməyə,  mübarizliyə, haqsızlığa, xürafata qarşı 

durmağa  çağırırdı.  O,  təlimə,  onun  tərbiyələndirici  xarakterinə,  onun  insanı    maddi  və  mənəvi  cəhətdən 

yüksəltməsinə böyük əhəmiyyət verirdi. Nizamiyə görə təlimə kiçik yaşlarından başlanılmalı və bu onların 

ömrünün sonuna qədər davam etməlidir.  

O, qızların da təhsil almasını zəruri hesab edirdi. Nizami təlimin məzmununa da toxunmuşdur. Qeyd 

etmişdir  ki,  məsciddən  kanar  məktəblərdə  oxu,  yazı,  ərəb,  fars,  yunan  dilləri,  riyaziyyat,  astronomiya, 

coğrafiya, poetika və digər təbiət elmləri tədris edilməlidir. Nizaminin XII əsrdə maarif haqqında söylədiyi 

fikirlər XVI əsr humanistlərinin, XVIII əsr Avropa maarifçilərinin ideyaları ilə eyni səslənirdi. 

Nizami əsərlərində əxlaq tərbiyəsinə də toxunmuşdur. O, zülmə, ədalətsizliyə, işgəncəyə, pozğunluğa 

qarşı  nifrət,  barışmazlıq  təbliğ  edirdi.  Acgözlüyü,  tamahkarlığı  pisləyir,  insanları  öz  ehtirasının  qulu 




olmamağa  çağırırdı.  Onun  tərbiyə  mövqeyində  xalqlar  dostluğunun    da  xüsusi  yeri  vardır.    Dostluğa   

yüksək qiymət verir, insanlar arasında yoldaşlıq münasibətlərini əsas əxlaqi keyfiyyət hesab edirdi. Nizami 

Gəncəvinin  əxlaqi  görüşlərində  əmək  tərbiyəsi  əsas  ana  xətt  kimi  verilmişdir.    Şair    insan  həyatının  əsas 

mənasını  əməkdə  görürdü.  Halal  zəhmətlə  yaşamağı  ən  böyük  nemət  hesab  edirdi.  O,  əməyi  insanlarda 

yüksək  əxlaqi  kyfiyyətlər  fomalaşdırılması  vasitəsi  hesab  edirdi.  Müəllimə,  böyüyən  nəslin  tərbiyəsində 

onun  roluna  yüksək  qiymət  verən  mütəfəkkir  onların  geniş  biliyə,  saf  əxlaqa,  iti  zehnə,  pedaqoji  ustalığa 

malik olmasını tələb edirdi. 

Nəsirəddin Tusi (1201-1274) ensiklopedik biliyə malik olmuşdur. Avropanın bir çox görkəmli alimləri 

–  Kepler,  Kopernik,  Dekart,  Nyuton,  Lobaçevski  və  başqaları  hələ  XIV  əsrdə  onun  əsərlərindən  istifadə 

etmiş,  nəzəriyyəsinə  istinad  etmişlər.  Tusinin  astronomiya,  riyaziyyat,  triqonometriya  sahəsindəki  əsərləri 

nəinki öz dövrü üçün böyük əhəmiyyətə mialik olmuş, hətta müasir dövrdə də öz aktuallığını itirməmiş, həm 

təcrübədə  istifadə edilir,  həm  də  nəzəri  məsələlərin  elmi  əsasına çevrilmişdir.  Onun  yuxarıda  qeyd  edilən 

görüşləri “Şəklül-qita”, “Təhrir öqlidis”, “Zic Elxani” əsərlərində verilmişdir. Pedaqoji görüşlərini “Əxlaqi 

Nasiri” əsərində şərh etmişdir. Bu əsərdə onun fəlsəfə, psixologiya, əxlaq, siyasət, tərbiyə dövlətçilik, Şərq 

fəlsəfəsi  haqqında  fikirləri,  İslama  münasibəti,  “Quranın”  ayələrindəki  əxlaqi  məsələlərə  münasibəti  izah 

edilmişdir. O, insanın formalaşmasına təsir edən amilləri ətraflı izah etmiş, insanın həyatda mövqe tutmasına 

xüsusi əhəmiyyət vermişdir. Onun fikrincə insan öz nəfsini onu zəiflədən şeylərdən saxladıqda onun daxili, 

mənəvi qüvvələri hərəkətə gəlir, elm öyrənmək, maariflənmək, həqiqəti dərk etmək və s. kimi fəaliyyətlərə 

başlayır.  Elm  və  bilik  əldə  etmə  prosesində  bu  daxili  qüvvə  getdikcə  güclənir,  insanı  yeni-yeni  yaradıcı 

fəaliyyətə  təhrik  edir.  Nəsirəddin  Tusiyə  görə  özünün  zəifləməsinə  imkan  vermədən  daim  inkişaf  edib 

təkminləşən insanı kamil şəxs adlandırmaq olar. Kamillik dərəcəsi isə genişdir. İnsanın kamilləşməsində isə 

iradə, inam, əhval, onların qarşılıqlı əlaqəsi mühüm yer tutur. O, tərbiyədə irsiyyət, mühit və tərbiyəni eyni 

dərəcədə əhəmiyyətli hesab etmişdir. Əsərdə təlim və tərbiyənin insanın formalaşmasında həlledici rolu elmi 

faktlar  və  nümunələrə  istinad  edilərək  əsaslandırılmışdır.  Nəsirəddin  Tusi  ailə  tərbiyəsinə  də  xüsusi 

əhəmiyyət vermişdir.  

Bir sıra Şərq ölkələrində ibtidai və yuxarı tipli məktəblər, mədrəsələr meydana gəlmişdir. Dərslər ərəb 

dilində aparılırdı. 

Ərəblər Avropa mədəniyyətinə də öz təsirlərini göstərmişlər. Onlar Kordovada universitet açmışdılar 

ki,  bununla  da  Avropa  antik  əsərlərlə  tanış  edilmişdir.  Səlib  yürüşləri  zamanı  isə  Avropa  və  Rusiya, 

Vizantiya mədəniyyəti ilə tanış olmuşlar.  

Qərbi Avropada uzun illər boyu təhsil Kilisənin əlində olmuşdur. Feodalizm dövründə ruhanilərin üç 

tip  -  məhəllə,  monastır  və  sobor,  yaxud  kafedra  məktəbləri  olmuşdur.  Məhəllə  məktəbləri  kənd  kilisələri 

yanında,  yaxud  ruhaninin  evində  təşkil  edilirdi.  Burada  oğlanlar  həm  oxuyur,  işləyir,  həm  də  atalarının 

peşələrini öyrənirdilər. 

Monastır  və  sobor  məktəbləri  şəhərlərdə  monastır  yanındıkı  xüsusi  binalarda  yaxud  böyük  kilisə 

yanındı  olurdu.  Daxili  məktəbdə  oxuyanlar  orada  yaşayır  və  rahibliyə  hazırlanırdılar.  Xarici  məktəblərdə 

oxuyanlar isə  ruhani  olmaqdan  başqa  məmur  da  ola bilərdilər. Monastır  və  kilsə  məktəblərinin  məzmunu 

üçlüyə və dördlüyə bölünmüş «yeddi sərbəst sənət»dən ibarət idi. Üçlüyə – qrammatika, ritorika, dialektika; 

dördlüyə – hesab, həndəsə, astronomiya və musiqi fənləri daxil edilmişdir. 

İlahiyyət  isə  bütün  elmlərin  tacı  kimi  tədris  edilirdi.  Dünyəvi  feodallar  öz  uşaqlarını  cəngavər  kimi 

formalaşdırmağa  üstünlük  verirdilər.  Bu  hazırlığın  məzmununa  7  əsas  bacarıq  –  at  çapmaq,  üzmək,  ox 

atmaq, qılınc oynatmaq, ov etmək, şahmat oynamaq  və şer qoşub oxumağı bacarmaq daxil idi. Oxu, yazı 

məcburi  deyildi.  Cəngavər  təlimi  aşağıdakı  kimi  gedirdi:  feodalların  böyük  oğulları  yeddi  yaşından  sonra 

yuxarı rütbəli feodalın sarayına göndərilirdi. Uşağın məktəbi məşhur cəngavərin sarayı hesab olunurdu. 14 

yaşa qədər uşaq feodalın qadını yanında paj (şagird) vəzifəsini icra edirdi. 14 yaşdan sonra ona qılınc verilir, 

cəngavər  yanında  qılınc  daşıyan  olurdu.  21  yaşında  ona  cəngavər  adı  verilirdi.  Əsasən  savad  qadınlara 

verilirdi. 

XII-XIII  əsrlərdə  Qərbi  Avropa  ölkəlri  arasında  ticarət  əlaqələri  genişlənir,  iqtisadiyyat  inkişaf  edir. 

Dinə  qarşı  şübhələr  oyanır,  dünyəvi  mədəniyyət  inkişaf  etməyə  başlayır.  Belə  bir  dövrdə  dinlə  elmi 

barışdırmağa  sazişə  gətirməyə  çalışan  sxolastik  fəlsəfə  meydana  çıxdı.  İqtisadiyyatın  tələbi  ilə  şəhərlərdə 

universitetlər  açıldı.  XII  əsrdən  başlayaraq  İtaliya,  Fransa,  İngiltərə  və  Çexiyada  universitetlər  açıldı. 

Getdikçə kilisələrin ona təsiri artır, ilahiyyət fakültələri artır, dünyavi elmlər sıxışdırılır. Bu sənətkarlıq və 

ticarəti təmin etmədiyindən sex və gildiya (ticarət) məktəbləri açılır. Bu məktəblərdə əsasən dünyavi fənlər 

keçirilir, təlimin məzmunu və quruluşuna görə kilisə məktəblərindən fərqlənirdilər.  

İntibah dövründə məktəb və pedaqoji fikir. 

XIV-XVI əsrlərdə Papanın mənəvi hökmranlığı qırılır, bir sıra elmi ixtiralar olur. Bu dövrdə həyatdan 

zövq almağı bacaran gümrah, fiziki cəhətdən sağlam yeni fəal insan tərbiyə etmək məsələsi meydana çıxır. 



Belə  bir  dövrdə  humanist  pedaqoqlar  meydana  gəldi.  Onların  bəziləri  hətta  məktəblər  də  açır,  bu 

məktəblərdə  də  din  öz  təsirini  saxlayır.  Şəhər  məktəbləri    çoxalır.  Qızlar  üçün  də  məktəblər    açılır.  Bəzi 

şəhər məktəblərində təlim ana dilində aparılırdı. Yüksək tipli latın məktəbləri, orta məktəblər (kollegiumlar) 

və gimnaziyalar əmələ gəlir. 

Hər ölkənin ictimai tarixi inkişafına uyğun olaraq pedaqoji fikri də xüsusi yolla inkişaf edir. Məsələn, 

humanist pedaqoqlardan Vittorino De Feltre (1378-1446) İtaliyanın mənzərəli bir yerində «Şadlıq evi» adlı 

məktəb  təşkil  edir.  Bu  məktəbdə  uşaqların  fiziki  inkişafına  xüsusi  diqqət  yetirilir  və  təbiətə  tənəzzöhlərə 

(ekskursyalara)  xüsusi  üstünlük  verilirdi.  Vittorinonun  yazılı  əsəri  qalmamışdır.  Onun  şüarı  belə  imiş: 

«Yazmaqdan əməli iş görmək faydalıdır». 

Görkəmli humanistlərdən biri də Fransua Rabledir (1483-1553). O, özünün «Qarqantüa və Pantaqruel» 

əsərində Orta əsr sxolastik təlim və tərbiyə sistemini tənqid edir, Qarqantuanın sxolastik müəllimi hər şeyi 

şüursuz əzbərlətdirdiyindən uşaq küt bir məxluqa çevrilir.  

Rable sxolastik təlimin insanı şikəst etdiyini qeyd edir və bundan çıxış yolunu da göstərir. O, uşaqda 

yaradıcılıq  və  təşəbbüskarlığın  inkişaf  etdirilməsini  irəli  sürür,  bunu  öz  əsərlərində  nümunəvi  şəkildə 

göstərir.  Sxolastik  müəllimin  yerinə  humanist  müəllim  gəlir.  O,  tərbiyə  və  təlimi  işini  kökündən  dəyişir. 

Qarqantua  dünyəvi  elməlri,  musiqini  öyrənir,  fiziki  tərbiyə  alır.  Deməli,  Rable  tərbiyənin  həyatiliyi  və 

əyaniliyini müdafiə edir.  

XVI-XVII  əsrlərdə  Yan  Amos  Kamenski  (1592-1670)  ümumi  pedaqoji  nəzəriyyəni  inkişaf  etdirərək 

yüksək  səviyyəyə  qaldırmışdır.  Onun  pedaqoji  görüşləri  təlim-tərbiyə  işinin  əsası  olmaqla  yanaşı  müasir 

dövrdə  də  öz  əhəmiyyətini  itirməmişdir.    Y.  A.  Kamenski    «Ümumi  hikmətlərin  müjdəçisi»,  “Dünyanın 

dolaşıq yolları”,  «İşığın yolu», “Dillərin açıq qapısı”, “Ana məktəb”, “Böyük didaktika”, “Fizika” və başqa 

əsərlərini yazmışdır. Humanizm və demokratizm Kamenski dünyagörüşündəki mühüm ünsür olmuşdur. O, 

nikbin baxışlı bir pedaqoq olub, insana,  onun qüdrətinə,  meyl  və arzularına inanırdı. Tərbiyənin gücünə 

inam Kamenskinin pedaqogikaya gətirdiyi yeni fikir idi. Kamenskinin elmə gətirdiyi yenilikləri qısa şəkildə 

aşağıda kimi şərh etmək olar. 

1. 


Fərdi təlimin əksinə olaraq dərs-sinif sisitemi,  birgə təlimi  

     zəruri hesab edib. 

2. 

Gənc nəslin tərbiyə və təlimini 4 dövrə bölüb:  



1) 

6 yaşa qədər (ana məktəbi) 

2) 

6-12 dövr hər kənddə, hər icma və qəsəbədə “ana dili  



         məktəbi” 

3. 


12-18 yaş dövrü, hər şəhərdə latın məktəbi. 

4. 


18-24 yaş dövrü, ali məktəb 

Kamenski yalnız nəyi öyrətmək və öyrənmək deyil, həm də necə öyrətməyin yollarını da göstərmişdir.  

Tədris  materiallarının mərkəzləşmiş şəkildə verilməsini lazım bilirdi.  

Ana məktəbində uşaqların ətraf mühit haqqında təsəvvürləri, hiss üzvlərini inkişaf etdirmək, təsərrüfata 

alışdırmaq  tələb  olunurldu.  Kiçik  yaşlarından  uşaqlarda  səliqə,  doğruçuluq,  ədalət,  insanlara  məhəbbət 

tərbiyə etməyi tələb edirdi. Valideynlərə bu yaşda uşaqların tərbiyəsində kömək məqsədi ilə Kamenski “Ana 

qucağı məktəbi” adlı əsərini yazmışdır. 

“Ana dili məktəbində” silkindən və cinsindən asılı olmayaraq bütün uşaqların (oğlan və qızlar) təhsil 

almalarını lazım bilirdi. Bu məktəbin dərs planına oxu, yazı, həndəsə, hesab, təbiət coğrafiya,  tarix, din, əl 

əməyi,  nəğmə  daxil  etmişdi.  Belə  ana  dili  məktəbi  pedaqogika  tarixində  ilk  dəfə  Kamenski  tərəfindən 

əsaslandırılmışdı. 

O, latın məktəbinin tədris planını daha da genişləndirərək ora 7 sərbəst elmdən (qrammatika, ritorika, 

dialektika, hesab, həndəsə, astronomiya, musiqi) başqa fizika, coğrafiya, xronologiya, tarix, əxlaq, ana dili 

və xarici dəllri də daxil etmişdir. Kamenski bir novator pedaqoq kimi elmlərin tədrisi sistemini illər üzrə də 

dəyişdirmişdi. 

Ali məktəblərdə o, 4 fakültə nəzərdə tuturdu: qrammatika, ritorika, fəlsəfə, hüquq. Beləliklə Kamenski 

pedaqogikaya ümumi təhsil ideyası, ətraflı işlənmiş məktəbəqədər tərbiyə nəzəriyyəsi, təlimin ana dilində 

aparılması, geniş tədris planı olan orta məktəb və s. kimi yeniliklər gətirmişdir. O, həmçinin öz dövrü üçün 

tədqirəlayiq  olan  bir  neçə  dərs  kitabları  da  tərtib  etmişdir.  Kamenski  1632-ci  ildə  özünün  “Dillərin  açıq 

qapısı”,  1654-cü  ildə  isə  “Real  aləm  şəkillərdə”  adlı  dərsliklərini  yazmışdır.  Kamenskinin  böyük 

xidmətlərindən  biri  də  təlimin  təşkili  məsələlərini  geniş  işıqlandırmasıdır.  Onun  fikrincə  məktəb  lazımi 

təchizatla  təmin  edilməli,  işıqlı  və  yaraşıqlı  olmalı,  məktəb  yanında  meydança,  məktəbyanı  sahə,  məktəb 

bağı olmalıdır. Kamenski dərs-sinif sisiteminin üstünlüklərini qeyd etmişdir. Bu indi də təcrübi əhəmiyyətini 

itirməmişdir. Onun fikrincə hamı dərs ilinə eyni vaxtda başlamalı, uşaqların məktəbə qəbulu ildə bir dəfə - 

payızda olmalı, dərs ili 4 rübə bölünməli, axırda uşaqlar sinifdən sinifə keçirilməlidirlər. Dərs saatı ana dili 



məktəblərində  4  saat,  orta  məktəblərdə  isə  6  saat  olmalıdır.  Kamenski  tərbiyənin  qarşısında  aşağıdakı 

vəzifələri qoyurdu: a) bizi əhatə edən şeyləri, xarici aləmi dərk etdirmək 

                    b) insanın nə etməli olduğunu öyrətmək 

                    c) dinə sadiq, mömin insan yetişdirmək 

Fiziki  tərbiyə  sahəsində  o,  mötədil  (orta)  həyat  tərzi,  sadə  sağlam  əmək,  fiziki  çalışmalar,  zəhmətlə 

istirahətin növbələşdirilməsini tələb edirdi. Onun fikrincə məktəbdə aparılan təlim insanı müdrik, mərd və 

alicənab etməlidir. Əxlaq tərbiyəsinin əsas vəzifəsi xeyirxah insan tərbiyə etməkdir. Buna nail olmaq üçün 

16 qayda irəli sürür. 

1. 

Gənclərə bütün xeyirxaqlıqlar aşılanmalıdır. 



2. 

Xeyirxaqlıqlar içərisində müdriklik, etiqat, mərdlik və ədalət  əsas tutulmalıdır.  

Qalan 14 bənddə  isə bu 4 xeyirxaqlığın aşılanması yolları qeyd olunur. Ümumiyyətlə Kamenski təlim 

və tərbiyənin demək olar ki, bütün sahələrinə aid mülahizələr söyləmiş, ona əsas vermişdir. O, müəllimin 

vəzifəsini  ən  üstün,  ən  şərəfli  vəzifə  hesab  etmişdir.  Kamenski  müəllimi  hər  gün  göyü  hər  tərəfdən 

işıqlandıran günəşlə müqayisə edirdi. 

Fransız maarifçilərinin tərbiyə haqqında görüşləri. 

XVII əsrdə mütərəqqi xarakter daşıyan burjuaziya ilə feodal quruluşu, onun köhnə qaydaları arasında 

mübarizə kəskinləşirdi. Köhnə quruluşun qaydaları tənqid edilirdi. Fransız materalist filosoflarının görkəmli 

nümayəndələrindən biri Klod Adrian Helvetsi (1715-1771) idi. Helvetsi fitri ideyaları rədd edərək tərbiyənin 

rolunu  qiymətləndirirdi.  Onun  fikrincə  tərbiyə  hər  şeyi  həll  edir,  tərbiyə  vasitəsilə  dahilər  yetişdirmək 

mümkündür. Bu isə onun idealist – «dünyanı rəylər idarə edir»  baxışından irəli gəlirdi. Helvetsi yazırdı ki, 

insan  biliyi  onun  duyğularının  məhsulu  olduğundan,  tərbiyənin  əsas  vəzifəsi  hiss  orqanlarını  tərbiyə  və 

inkişaf  etdirməkdən  ibarətdir.  Həqiqətlər  nə  qədər  yüksək  olursa  olsun  hamı  tərəfindən  qavranıla  bilər  -  

deməklə insanlar arasında olan təbii fərqləri inkar edirdi. (Bu isə onun səhvi idi). 

Helvetsi əxlaqın mütləqliyini inkar edir və onun insanın ictimai mənafeyi ilə müəyyən edildiyini qeyd 

edirdi.  Onu  fikrincə  din  xadimlərini  məktəbdən  qovmaq,  köhnə  sxolastik  feoldal  məktəbini  kökündən 

dəyişmək,  məktəbləri dünyəvi etməklə dövlətin ixtiyarına vermək lazımdır. Helvetsi ictimai tərbiyəni ailə 

tərbiyəsindən  üstün  tutaraq  məktəb  tərbiyəsinə  böyük  əhəmiyyət  verirdi.    «Ağıl  haqqında»,  «İnsan,  onun 

əqli qabiliyyətləri və tərbiyəsi haqqında» əsərlərni yazmışdır. 

Deni  Didrro  (1713-1784),  fransız  materialist  filosoflarından  biridir.  D.  Didro  «Fəlsəfi  düşüncələr»,  

«Korların  məktubu  və  gözlülərə  nəsihət»  adlı  əsərlərində  feodal  quruluşunu  tənqid  edir,  öz  fikirlərində 

ardıcıl  olaraq  materiyanın  məhv  olmammasını  və  yaşamasını  möhkəm  müdafiə  edirdi.  O,  duyğuları 

qiymətləndirərək  deyirdi,  ağlımız  hakim,  duyğularımız  isə  şahidimizdir.  Didro  tərbiyənin  əhəmiyyətinə 

böyük qiymət verirdi, lakin Helvetsi kimi onu həddindən artıq şişirtmirdi. Helvetsiyə cavab olaraq deyirdi: 

«Tərbiyə  hər  şey  yox,    çox  şeydir».  O,  insanlar  arasında  təbii  imkanların  və  ona  tərbiyənin  təsirini  izah 

edirdi.  Didro  köhnə  məktəb  sistemi  və  proqrammlarını  dəyişdirilib  aradan  götürülməsini  tələb  edirdi.  O, 

öləndə belə öz materialist fikrindən dönməmişdir.  1773-cü ildə o,  İkinci Yekaterina tərəfindən  Rusiyaya 

dəvət  edilmiş  və  ona  yeni  əsaslar  üzrə  maarif  planı  tərtib  etmək  tapşırılmışdır.  O,  «Rusiyanın  universitet 

planı»  adlı  lahiyə  tərtib  edir,  plan  demokratik  ruhda  (məktəblər  ümumi  pulsuz,  məcburi  olmalı,  ibtidai 

məktəbi  bitirənlər  bütün  məktəblərə  daxil  ola  bilməli,  maarifdə  silki  məhdudiyyət  olmamalı  və  s.) 

olduğundan həyata keçirilmədi. 

Jan  Jak  Russo  (1712-1778)  da  fransız  materialist  maarifpərvərlərinin  görkəmli  nümayəndələrindən 

biridir.  C.  Lokkun  (ağ  lövhə,  sağlam  ruh  sağlam  bədəndə  olar;  dövlətin  mənşəyi  haqqında  belə  iddia 

etmişdir  ki,  insanlar  əvvəllər  azad  və  bərabər  yaşamışlar,  sonralar  öz  hüquqlarını  könüllü  olaraq 

hökmdarlara  vermişlər  ki,    hökmdarlar  da  onları  müdafiə  etsin;  aşağı  təbəqəyə,  fəhlələrə  və  onların 

uşaqlarına açıq nifrət edirdi) dövlətin mənşəyi  haqqında nəzəriyyəsinə əsaslanaraq qeyd edirdi ki, insanlar 

«təbii halında» həmişə «azadlıq», bərabərlik, qardaşlıq üçün təbii hüquqa malik olmuşlar. O da digər fransız 

maarifpərvərləri  kimi  qeyd  edirdi  ki,  yeni  insan  tərbiyə  edilsə  onlar  özləri  dünyanı  yeni  qaydada  qura 

biləcəklər. Onun «İctimai müqavilə», «İnsanlar arasında bərabərsizliyin mənşəyi» adlı əsərində sübut edirdi 

ki, bərabərsizlik mədəniyyətlə yanaşı inkişaf etmişdir. «Emil,  yaxud tərbiyə haqqında» (1762) romanında 

yeni insanı feodal  əxlaqından, qanun və qaydalarından xilas olmuş insanı – burjuaziya cəmiyyəti adamını 

tərbiyə  etməyin  yollarını  göstərmişdir.  Əsər  tonqallarda  yandırıldı.  Russo  isə  Cenevrəyə  -  Bern  şəhərinə, 

sonra da İngiltərəyə qaçmalı oldu. Yalnız 5 ildən sonra vətənə qayıda bildi. Russo köhnə tərbiyə sisteminin 

yenisi  ilə  əvəz  edilməsini,    tərbiyəni  psixoloji  cəhətdən  əsaslandırılmasını,    tərbiyədə  uşaqların  fərdi 

xüsusiyyətlərini nəzərə alınmasını lazım bilirdi. 

Russoya  görə  insanlar  tərbiyəni  üç  mənbədən,  təbiətdən,  əşya  və  hadisələrdən,  ətrafdakı  adamlardan 

alırlar.  Birinciyə  insan  qabiliyyətlərini  hiss  orqanlarını  inkişaf  etdirmək,  ikinciyə  uşaq  şəxsiyyətinə  onu 

əhatə edən mühitin  təsiri,  üçüncüyə isə məqsədli pedaqoji təsir daxildir. 



Russo  yeni  insanın  əsas  keyfiyyətlərini  əməkdə  görür,  əməklə  məşğul  olmayan  hər  bir  gənci  oğru 

adlandırırdı.  

İyohan Henrix Pestalotsi (1746-1827) isveç alimi olub pedaqoji fikrin inkişafında görkəmli yerlərdən 

birini tutmuşdur. Ona görə tərbiyənin əsas məqsədi insanın təbii qabiliyyətlərini inkişaf etdirmək, daim onu 

təkmilləşdirməkdir. O, hər bir vətəndaşın tərbiyə almasına tərəfdar olmuş, insanın qüvvə və qabiliyyətlərinin 

ahəngdar  inkişafını  təbliğ  etmişdir.  Bu  isə  əqlin,  qəlbin  və  əllərin  inkişafını  tələb  edir.  Pestalotsi  ibtidai 

təlimə,  təlimdə  əyaniliyə  dair  qiymətli  fikirlər  söyləmişdir.  O,  “Həyatdan  atılmışların  axşam  saatları”  və 

“Linqart və Gertruda” əsərlərini yazmışdır. 

İyohan  Fridrix  Herbart  (1776-1841)  özün  idealist  fəlsəfəsi,  etikası  və  psixologiyası  əsasında 

pedaqoqikanın  sistemini  yaratmağa  çalışmışdır.  Pedaqoji  işin  müvəffəqi  yyətlə  getməsi  üçün  pedaqoji 

nəzəriyə  ilə    silahlanmagı    zəruri  hesab  edirdi.  Tərbiyənin  məqsədininin  müəyyənləşdirilməsinə  böyük 

əhəmiyyət  verərək  o,  bu  məqsəddən  asılı  olaraq  tərbiyə  vasitələrini  müəyyənləşdirir.  Əsasını  daimi  və 

dəyişməz  əxlaqi  ideyalar  təşkil  edən  etik  nəzəriyyəsinə  müvafiq  olaraq  Herbart  tərbiyənin  məqsədini 

xeyrixah insanın formalaşmasında görür. Bu ümumi məqsəd iki yerə bölünür.  

1. 

İmkan daxilndə olan məqsəd. 



2. 

Zəruri məqsəd 

Birinci ixtisas verməni, ikinci əxlaqi xarakter formalaşdırmağı nəzərdə tutur. 

Herbart  tərbiyə  prosesini  3  hissəyə  bölürdü  –    idarə,  təlim  və  əxlaq  tərbiyəsi.  Herbart  «Tərbiyənin 

məqsədindən  doğan  ümumi  pedaqogika»  (1806),  «Psixologiya  dərsiliyi»  (1816),  «Psixologiyanın 

pedaqogikaya  tətbiqi  haqqında»  (1831),  «Pedaqogika  üzrə  mühazirələr  xülasəsi»  (1835)  adlı  əsərlərində 

pedaqogikanın  psixoloji  əsasları,  təlim,  tərbiyə  və  s.  pedaqoji  məsələlər  haqqında  müxtəlif  mülahizələr 

söyləmişdir. 

Adolf  Disterveq  (1790-1866)  (Alman)  tərbiyənin  təbiətə  müvafiqliyini,  yəni  uşaq  tərbiyəsinin  onun 

təbii inkişafına müvafiq qurulmasını  tələb edirdi. O, müəllimdən uşaq üzərində müşahidə aparmağı, onun 

inkişaf qanunlarını bilməyi tələb edirdi.  

Didaktikanı Disterveq təlimin ümumi qanunları və qaydaları haqqında elm hesab edirdi. 

Bu barədə fikirlərini 23 təlim qaydaları şəklində şərh edərək onları 4 şərti qrupa bölürdü: 1) uşaqlara 

aid olanlar; 2) təlim materialına aid olanlar; 3) xarici şəraitə, zamana, məkana, vəziyyətə və s. aid olanlar; 4) 

müəllimə aid olanlar.  

Disterveq təbiətə müvafiq təlimin əsasını əyanilikdə görür. 

O, təlim materiallarının şüurlu mənimsənilməsinə yüksək əhəmiyyət verir. Disterveq həmçinin təlimdə 

sistemliyi və ardıcıllığı tələb edirdi. (“Pedaqoji ideyalar və imkanlar”  “Mədəniyyətin zəruri məsələləri” adlı 

kitabçalarda). 

Müəllimə yüksək qiymət vermişdir, onun fikrincə yaxşı dərs deyən müəllim həm də yaxşı tərbiyə edir. 

Tərbiyə və təlim üçün “Reyn vərəqəsi” jurnalını nəşr edib. 

Robert Ouen (1771-1858 ) (İngilis) utopik sosialist olub, kapitalizmi kəskin tənqid etmiş və kapitalizm 

şəraitində  əməyin  lənət  damğası  olduğunu,  onun  ehtiyaca,  təcavüzə,  ölüm  təhlükəsinə  əsaslandığını 

göstərmişdir.  (Ş.  Furye,  Sen-Simon  kimi)  O  da,  XVIII  əsr  maarifçiləri  kimi  «dünyanı  insan  rəyləri  idarə 

edir» fikrini əsas tuturdu. 

Ouenin  fikrincə  insan  özü  öz  xarakterini  müəyyən  etmir,  o  insandan  asılı  olmayan  xarici  şəraitlə 

müəyyənləşdirilir.  Bu  prinsipi  əsas  tutaraq  mənəvi  cəhətdən  aşağı  səviyyədə  olan  fəhlələri  tərbiyə  etmək 

istəyirdi.  

Onun  fəaliyyətinin  əsas  mərhələsini  Nyu-Lenark  təcrübəsi  təşkil  edirdi.  Nyu-Lenarkda  fabrikdə 

fəhlələrin vəziyyəti ağır idi, az əmək haqqı alır, gündə 14-15 saat işləyirdilər, 6-7 yaşlı uşaqlırın və qadın 

əməyindən  çox  ucuz  istifadə  edilirdi.  «İnsan  öz  xarakterini  təşkil  etmir,  o,  ətraf  mühitin  təsiri  ilə 

müəyyənləşir»  -  prinsipini rəhbər tutan  Ouen  fəhlələrin  iş  şəraitini  yaxşılaşdırır, iş  saatını  azaldıb  10 saat 

edir, uşaqların 10 yaşadək işləməsini qadağan edir, cərimələri ləğv edir, əmək haqqını artırır, fəhlələr üçün 

ucuz  yeməklər  təşkil  edir,  mənzil  şəraitini  yaxşılaşdırır;  10  yaşından  yuxarı  istehsalatda  işləyən  fəhlələr 

üçün  axşam  məktəbləri  təşkil  edir,  onların  iş  saatını  qısaldır.  Nəhayət  yaşlı  fəhlələr  üçün  mühazirələr  və 

məsləhətlər  verir.  Bu  təlim-tərbiyə  müəssisələrinin  hamısını  bir  yerdə  Ouen  1816-cı  ildə  «Xarakterin 

təşəkkülü  üçün  yeni  institut»  adlandırmışdır.  Ouen  uşaqların  fiziki,  əmək,  bədii  tərbiyəsinə  xüsusi 

əhəmiyyət  vermişdir.  Onun  təşkil  etdiyi  ibtidai  məktəbdə  uşaqlar  ana  dilini,  coğrafiyanı,  təbiəti  və  tarixi 

öyrənirdilər. 

Ouen öz təcrübəsində müəyyən etdi ki, kapitalizm cəmiyyətində şəxsiyyətin hərtərəfli inkişafı mümkün 

deyildir. 

R.  Ouen  «Cəmiyyətə  yeni  baxış,  yaxud  insan  xarakterinin  təşəkkül  prinsipi  haqqında»,  «Yeni  əxlaq 

dünyası»  və  başqa  əsərlərində  qeyd  etmişdir  ki,  insanın  xarakteri  onları  əhatə  edən  şəraitə  uyğun  olaraq 



yaranır, xarakterindəki çatışmazlıq və eybəcərlik onların həyat tərzindən əmələ gəlir. O, xarakterin düzgün 

formalaşması üçün beş şərt irəli sürür: 1) insan orqanizminə xarici şəraitin qarşılıqlı təsiri; 2) öz iradəsindən 

asılı olmayaraq hisslərin və etiqadın xaricdən alınması; 3) bu hisslərin və etiqadların birlikdə hərəkət üçün 

stimul alması; 4) heç bir şərtlə təsirlə iki fərdin eyni olmaması; 5) yaşadığı şəraitin təsirindən asılı olaraq 

uşaqın aşağı və yüksək səviyyəli təşəkkülünün mümkünlüyü. 

Ouen  «Xarakterin təşəkkülü»  adlı əsərində  bütün  bədbəxtliklərin  səbəbini ata-babaların  avamlığında, 

onların  pis  tərbiyəsində,  mühitin  pis  təsirində  görür.  Ouen  insanın  mühit  və  tərbiyənin  məhsulu  olması 

haqqında Helvetsinin nəzəriyyəsini qəbul edir, insanı mühitin passiv məhsulu hesab edir. 

 

Rusiyada pedaqoji fikir. 



Qədim  Slavyanlar  tərbiyəyə  böyük  əhəmiyyət  vermişlər.  Tərbiyəçinin  əsas  vəzifəsi  qüvvətli  və 

bacarıqlı  işçi,  əkinçi,  ovçu  hazırlamaq  idi.  Slavyanların  tərbiyəsi  sərt  ailə  və  patriarxal  qaydalar  üzərində 

qurulmuşdu. 

Slavyanların yazısı xristianlığın qəbulundan əvvəl meydana gəlmişdir. Bir sıra sənədlərə əsasən, demək 

olar  kı,  VII  əsrdə  Şərqi  Slavyanların  ana  dilində  yazıları  mövcud  olmuşdur.  Knyaz  Vladimirin  dövründə 

Kiril  və  Mifodeyin  islah  etdiyi  əlifba  daha  geniş  yayılır.  Xristianlıqla  birlikdə  Kiyev  Rusuna  Vizantiya 

mədəniyyəti də təsir etmişdir. Rusiyada ilk ruhanilər yunanlar olduğundan rus kilsəsi Vizantiyadan asılı idi. 

Bu hal həmin dövrdəki məktəb və tərbiyə sisteminə də təsir etmişdir. Yunanlardan nəsihətnamə xarakterli 

“Svyatoslav külliyatı”, “Zlatoustı”, “Zümrüd”, “Patüşklər”, “Şestodnyev”, “Fizoloq” və s. kimi yarıəfsanəvi, 

yarı elmi kitablar rus dilinə tərcümə edilmişdir. 

O  zamanın  pedaqoji  ədəbiyyatları  da  dini-əxlaqi  xarakter  daşıyırdı.  Tərcümə  edilmiş  pedaqoji 

ədəbiyyatlarda uşaqlarda Allaha məhəbbət və ondan qorxmaq, dini mərasimlərin öyrənilməsi tələb edilirdi. 

“Vladimir Monomaxın uşaqlara nəsihəti” ilk orijinal rus pedaqoji ədəbiyyatı olub, ölkənin mənafeyinə 

uyğun olan yaşama qaydaları və uşaqlara məsləhətlər müəyyən edilmişdir. 

Monomax  uşaqları  ölkənin  bütövlüyünü  qorumağa,  öz  torpaqlarını  müdafiə  etməyə,  zəhmətsevən  və 

igid olmağa, ədalətli iş uğrunda ölümdən qorxmamağa  çağırır. Monomax oxumaq dedikdə təkcə dini deyil 

dünyəvi elmləri öyrənməyi də nəzərdə tuturdu.  

XIII-XV əsrlərdə Rusiyada məktəblər kifayət deyildi. Mövcud məktəblər savada olan tələbi ödəmirdi. 

XII əsrdə bu tələbi ödəmək üçün «savad ustadları» meydana çıxır. Onlar kilsə xaricində, öz evlərində və ya 

valideyn evlərində uşaqlara oxu, yazı və dualar öyrədirdilər. «Savad ustası» uşaqla fərdi məşğul olurdu. 

XVIII əsrin 1-ci yarısında I Pyotrun maarif islahatı böyük əhəmiyyətə malik olmuşdur. 

Məktəblərin sayı əhəmiyyətli dərəcəyə artırıldı, ilk dəfə olaraq ibtidai dövlət məktəbləri meydana çıxdı, 

hesab  və  həndəsə  təliminə  üstünlük  verilirdi.  Bu  məktəblər  təhsilin  məzmununun  həyatla  əlaqəsinə  görə 

Qərbi Avropa məktəblərindən üstün idi. I Pyotrun açdığı dünyəvi mülki dövlət məktəblərindən ən məşhuru 

riyaziyyat və dənizçilik elmləri məktəbi idi (1699).  

XVIII əsrdə rus xalqının ən görkəmli maarifpərvərləri içərisində M. V. Lomonosovun böyük xidmətləri 

olmuşdur.  O,  elmlərin  və  insan  biliklərinin  bütün  sahələrinə  toxunmuşdur.  A.  S.  Puşkin  deyirdi  ki, 

Lomonosov Rusiyada universitet təşkil etməklə bərabər özü də canlı bir universitet idi. O, bir tarixçi, natiq, 

fizik,  mexanik,  kimyaçı,  mineroloq,  rəssam,  şair,  dilşünas, filosof  kimi  hər  şeyi  sınaqdan  keçirmiş  və  hər 

şeyə dərin nüfuz etmişdir. 

Lomonosov  fəlsəfəsi  görüş  etibarilə  materialist  olmuşdur.  O,  hər  cür  mövhumata,  falçılığa,  cahilliyə 

qarşı  mübarizə  aparmışdır.  O,  ilk  dəfə  olaraq  uşaqları  və  anaları  mühafizə  müəssisələrinin  yaradılmasını 

təklif etmişdir. 

O,  uşaqların  ölümünün  qarşısını  almaq,  bunları  tərbiyə  etmək  və  müxtəlif  peşələri  və  sənətləri 

öyrətmək  üçün  tərbiyə  evlərinin  açılmasını  lazım  bilmişdir.  Lomonosov  dinin  xurafat  cəhətinə,  elmin  və 

tərəqqinin düşməni kimi baxmışdı, ona görə də o, elmin xurafat əsarətindən xilas olunmasını inkişaf üçün 

mühüm şərt hesab etmişdir.  

Lomonosova  görə  təlim-tərbiyə  xalqın  və  ölkənin  mənaffeyinə  uyğun  olaraq  dövlət  tərəfindən 

istiqamətləndirilməlidir.  O,  təhsil  və  tərbiyəni  xalqa  xidmət  etməsi  kimi  vətənpərvərlik  ideyasına  tabe 

etmişdir.  Lomonosov  fizika,  riyaziyyat,  coğrafiya  elmlrinə  əsaslanan  dünyəvi  təhsil  sistemini  irəli 

sürmüşdür.  

Lomonosov o dövrdə hökm sürən sxolastik təlimə qarşı çıxmışdı. 

O, müəllimin nitq mədəniyyətinə də ciddi tələbkarlıqla yanaşaraq, qeyd edirdi ki, danışıq nə yeknəsək, 

nə də insan beynini deşən qışqırıq kimi olmamalıdır. 

Lomonosov təlimdə əyaniliyə yüksək qiymət vermiş, öz təcrübələrində ondan geniş istifadə etmişdir. 

“Ritorikadan  qısa  rəhbərlik”,  “Həqiqi  fiziki  kimyanın  kursu”,  “Rus  qrammatikası”  və  s.  kimi  dərslik  və 

rəhbərliklər hazırlamışdır. 



XVIII-XIX  əsrdə  rus  pedaqoji  fikrinin  inkişafında  N.  İ.  Novikovun  da  əhəmiyyətli  rolu  olmuşdur 

(1744-1818).  Novikov  ilk  dəfə  olaraq  uşaqlar  üçün  “Detskoye  çteniye  dlya  serdça  i  razuma”  jurnalının 

nəşrinə  başlayır.  Sonralar  bu  jurnalın  nəşrini  Karamzin  (tarixçi  və  yazıçı)  davam  etdirir.  Novikov 

təhkimçilik köləliyinin əleyhinə olmuşdur. O, kəndliləri yüksək əxlaqi keyfiyyətə malik olan adamlar hesab 

etmişdir. Novikova görə tərbiyənin vəzifəsi fəaliyyətini vətəninə və vətəndaşlarına fayda verməyə həsr edən 

fəal, xeyirxah şəxslərin formalaşmaqdır. O,  maarifi və əxlaqı nəsihətləri həddindən artıq qiymətləndirirdi. 

Ona görə uşaqlar yoxsullara və kölələrə mərhəmət etmək ruhunda tərbiyə edilməlidir.  

Novikov əqli təhsildə, biliklərə yiyələnmədə xarici hiss üzvlərinin inkişafına üstünlük verirdi. 

A.  N.  Radişevin  (1749-1802)  XVIII  əsrin  2-ci  yarısında  pedaqoji  fikrin  inkişafında  mühüm  rolu 

olmuşdur.  O,  qeyd  edirdi  ki,  insan  həmişə  gözəlliyə,  böyüklyüyə,  yüksəkliyə  can  atır.  Radişev  xalqın 

qüdrətinə  inanmış  və  «Ey  böyüklük  və  şərəf  üçün  doğulmuş  xalq»  deyə  rus  xalqına  müraciət  etmişdir. 

«Peterburqdan  Moskvaya  səyahət»  adlı  əsərində  yaşadığı  dövrün  ictimai,  siyasi  təhlilini  vermişdir.  O, 

biliyin,  maarifin,  elmin,  tərbiyənin    roluna  qiymət  vermiş  ,  öz  dövrünün  məktəb  və  ailə  tərbiyə  sistemini 

tənqid etmişdir. Radişev insanı təbiətin bir hissəsi kimi qiymətləndirmiş, Rusoonun təbii və fərdi tərbiyəsi 

əleyhinə çıxmışdır. Maarif sahəsindəki bərabərsizliyi kəkəskin tənqid etmişdir. “Vətən oğlu necə olmalıdır 

haqqında müsahibə” əsərində tərbiyənin məqsəd və vəzifələrini müəyyən etməyə çalışmışdır. Onun fikrincə 

tərbiyənin vəzifəsi vətəndaşlıq şüuruna malik olan yüksək əxlaqi keyfiyyətli və vətəni hər şeydən artıq sevən 

vətəndaşlar  yetişdirməkdən  ibarətdir.  Onun  fikrincə  “İnsan  nə  rəhmli,  nə  də  rəhmsiz  doğulur”,  onlar 

yaşadıqları şəraitdən asılı olaraq formalaşırlar.  

Təbiətə müvafiqliyi (tərbiyədə) müdafiə, fərdiyyətçiliyi tənqid etmişdir.  

Radişevə  görə  insanın  formalaşmasında  əxlaq  tərbiyəsi  kimi  əqli  tərbiyə  də  əhəmiyyətli  yer  tutur.  

İnsanın  hərtərəfli və ahəngdar inkişafını müdaffiə edirdi. 

Əqli tərbiyədə əldə edilən biliyin mənbəyini həyatda və təcrübədə görürdü. 

Həm humanitar, həm də dəqiq elmlərin tədrisi tərafdarı olmuş təlimin ana dilində aparılmasına yüksək 

qiymət vermişdir. O, sxolastik təlimi, əzbərçiliyi kəskin tənqid etmişdir. 

Radişev  əmək,  hərbi  və  fiziki  tərbiyənin  də  əhəmiyyətli  rolunu  qeyd  etmişdir.  İncəsənətin,  bədii 

tərbiyənin əhmiyyətindən danışaraq göstərirdi  ki, musiqi, nəğmə, ədəbiyyat və  s. insan qəlbini yumşaldır, 

həyatın  dərk  olunmasında  ona  kömək  edir.  Onun    pedaqoji  fikirləri  öz  dövründə  Rusiyada  mövcud  olan 

pedaqoji fikrin zirvəsi səviyyəsinə qalxmışdır.  

Rus  pedaqoji  fikrin  inkişafı  və  zənginləşdirilməsində  V.  Q.  Belinskinin,  A.  İ.  Gertsenin,  N.  İ. 

Piroqovun, N. Q. Çernışevski və N. A. Dobrolyubovun rolu böyük olmuşdur.  

XIX  əsrdə  yaşayıb  yaratmış  görkəmli  rus  pedaqoqlarından  biri  də  K.  D.  Uşinski  (1824-1870) 

olmuşdur. Uşinskinin fəlsəfi görüşləri idealizmdən materializmə doğru inkişaf etmiş,  lakin bu materializmin 

tam  zirvəsinə  yüksəlməmişdir.  O,  pedaqoji  görüşlərini  fəlsəfə  ilə  sıx  əlaqələndirməyə  çalışmışdır. 

Uşinskinin pedaqoji fəaliyyətində xəlqilik əsas yer tutur. “İctimai tərbiyədə xəlqilik haqqında”, “Tərbiyədə 

əxlaqi  ünsürlər  haqqında”,  “Vətən  dilinə  rəhbərlik”  ,  “Pedaqoji  antropologiya  və  ya  insan  tərbiyənin 

obyektidir” və s. məqalə və əsərlərində xəlqiliyə yüksək qiymət vermiş, xalqı tarixin böyük qüvvəsi, böyük 

mədəni sərvətlərin, dilin, incəsənətin və s. yaradıcısı kimi qiymətləndirmişdir. O, “İctimai tərbiyədə xəlqilik 

haqqında” əsərində qeyd edir : “hamı üçün ümumi olan tək bircə fitri meyl var ki, tərbiyə ona hər zaman 

arxalana bilər, buna biz xəlqilik adı veririk”. 

Uşinski xəlqiliyi hər bir xalqın öz tarixinə və həmin xalqın səciyyəvi xüsusiyyətlərinə müvafiqlik kimi 

başa düşürdü. Gənc nəslin tərbiyəsi xəlqilik üzərində qurulmalı və onlarda milli iftixar hissi yaratmalıdır. O, 

rus xalqının yaradıcı qüvvəsinə inamını xəlqiliyin xüsusi əlaməti hesab edirdi. 

Uşinski  tərbiyə  haqqında  qiymətli  fikirlər  söyləmiş,  tərbiyədə  insanın  özünə  arxalanmağı  əsas 

götürmüşdü. Onun fikrincə insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır. O, qeyd 

edirdi ki, insan kamil olmalı, fiziki, əqli, əxlaqi cəhətdən ahəngdar  inkişaf etməlidir.  

Uşinski  öz  dövründəki  mülkədar  tərbiyəsində  olan  nöqsanları,  avaraçılığı,  acgözlüyü,  ikiüzlülüyü, 

mənsəbpərəstliyi və bu kimi çirkin sifətləri tənqid etmişdir. O, gənc nəsldən vətənpərvərlik, xalqa bağlılıq, 

ictimai vəzifə hissi, insanpərvərlik, əqidədə möhkəmlik, işgüzarlıq, yüksək iradə və əzm kimi müasir dövrdə 

də aktuallıq kəsb edən sifətlər tərbiyə etməyi irəli sürürdü.  

Uşinskiyə  görə  tərbiyənin  məqsədi  ictimai  və  xalq  mənafeyini  üstün  tutan  həqiqətə,  doğruluğa, 

xeyirxahlığa can atan bütün insanlığın mənafeyini xalqıqının və özünün mənafeyi ilə birləşdirməyi bacaran 

həqiqi insan yetişdirməkdir.  

O,  əxlaq  tərbiyəsi  üçün  aşağıdakı  vasitələri  götürürdü:  1.  Təlim.  2.  Müəllimin  şəxsi  nümunəsi.  3. 

İnandırma. 4. Düzgün pedaqoji rəftar. 5. Xəbərdarlıq. 6. Rəğbətləndirmə və cəza. 7. Rejim. 8. Yaxşı rəftar, 

adətlər. 




XVIII-XIX əsrlərdə yaşamış Azərbaycan ədibi A. Bakıxanovun da (1794-1847) tərbiyəyə və təhsilə aid  

mütərəqqi, qiymətli fikirlər söyləmişdir. O, xoşbəxtliyin yolunu elmdə görürdü. “Gülistani İrəm”, “Qanuni 

Qüdsi”,  “Fars  dilinin  qrammatikası”,  “Tənzibul  əxlaq”,  (Əxlaqın  təmizliyi),  “Nəsihətnamə”,  “Kəşfül 

Qərayib” (Amerikanın kəşfinə dair) əsərlərində əhəmiyyətli  pedaqoji fikirlər irəli sürmüşdür. O, tərbiyənin 

məqsədini müəyyənləşdirməyə çalışaraq qeyd etmişdir ki, tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. 

Onun fikrincə insan orqanizmində başlıca üzv ürək olduğu kimi kainatda da insan ən yüksək varlıqdır. O, 

bilmədiklərini öyrənməyə qadirdir.  

İnsanın  yetişməisndə  tərbiyənin  böyük  rolu  olduğunu  qeyd  edən  Bakıxanov  tərbiyəyə  lap  kiçik 

yaşlarından  başlamağı  tələb  edirdi.  Onun  fikrincə  uşaqlıqda  verilən  təlim  iti  alətlə  daş  üzərində  salınmış 

nəqş kimi möhkəm olur. 

Bakıxanovun  tərbiyəyə  aid  ideyaları  içərisində  əxlaq  tərbiyəsi  əsas  yer  tutur.  Cəmiyyətdə  olan  qeyri 

insani  vəziyyəti  görən  Bakıxanov  bütün  insanları  dostluğa  çağırırdı.  Onun  fikrincə  varlılar  və  yoxsullar 

ancaq əxlaqlarındakı çatışmamazlığa görə yola getmirlər. 

Bakıxanov  uşaqlarda  ancaq  arzu  olunan  keyfiyyətlər  –  nəzakətlilik,  təvazökarlık,  səmimiyyət, 

doğruçuluq,  düzlük,  diqqətlilik,  dostluq,  dəqiqlik,  həssaslıq,  səlistlik,  özünütənqid,  dözümlülük, 

düşüncəlilik, ehtiyatlılıq, əməksevərlik və s. kimi keyfiyyətləri  tərbiyə etməyi irəli sürürdü.  

 Bakıxanov  elmi  məlumatların  öyrədilməsini  yüksək  qiymətləndirmiş,  elmi  elm  xatirinə  öyrənməyin 

əleyhinə  olmuşdur.  Bakıxanov  deyirdi  ki,  təbiətin  və  bəşəriyyətin  qanunu  hər  bir  şəxsdən  öz  vaxtını  və 

qiymətli  həyatını  bəşəriyyətin  xeyrinə  sərf  etməyi  tələb  edir.  O,  elmin  öyrənilməsində  obyektiv  olmağı 

məsləhət görürdü.  

Bakıxanov müəllimlərdən yüksək dözümlülük və həssaslıq tələb edirdi. Hər hansı məsələnin həllində 

adamlara taktla yanaşmağı lazım bilirdi. 

Ümumiyyətlə  Bakıxanov  XIX  əsrin  başlanğıcında  Azərbaycanın  böyük  alimi,  öz  dövrünün  

nəzəriyyəçisi, maarifpərvəri, hərtərəfli inkişaf etmiş zəkaya və tükənməz enerjiyə malik olan sözü işindən 

ayrılmayan görkəmli bir alimi  olmuşdur. 

Müstəqil  iş üçün sual və tapşırıqlar: 

1.  Quldarlıq dövründə pedaqoji fikir. 

2.  Tusinin pedoqoji  görüşləri. 

3.Komenskinin təhsil sistemi. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin