Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Yuxarıda deyilənlər sübut edir ki, dünyagörüşü son dərəcə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə10/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Yuxarıda deyilənlər sübut edir ki, dünyagörüşü son dərəcə 
mürəkkəb hadisə olub, özündə bilik və sərvətlərin, intellektual və 
emosional tərəflərin, əqidə və inamın, şübhənin vəhdətini birləşdirir.
Fəlsəfi dünyagörüşünün yaranması birdən- birə baş verməmiş, uzun 
bir tarixi dövr keçmişdir. Bu dövrdə, yə‟ni fəlsəfə yaranana qədər insaların 
dünyagörüşünün 
mifologiya və din formaları 
əsas yeri tutmuşdur. 
Ictimai inkişafın erkən çağlarında yaranmış 
miflər 
ibtidai və bəsit 
formada dünyanın izah etmişlər. Miflər, demək olar ki, dünyanın bütün 
xalqlarının mə‟nəvi həyatında özünə yer tutmuşdur. O fəlsəfəyə qədərki 
dünyagörüşü tipi kimi geniş yayılmışdır. Qədim əsatirlərdə hər bir xalq öz 
1
Bax: Невлева И. Философия. М.,1999, с.40. 
2
Ясперс К. Смысл и назначение истории. М.,1994, с.423. 


13 
fantastik aləmini ifadə etmiş, müxtəlif allahların və qəhrəmanların surətini 
yaratmaqla dünya, onun yaranması, quruluşu, təbiət hadisələrinin meyda-
na gəlməsi və dünyada ümumi harmoniya haqqında suallara cavab 
verməyə çalışmışdır. Miflərdə göstərilirdi ki, dünyanın yaranması əvvəllər 
mövcud olmuş qarmaqarışıqlığın nizama salınması, xaosun kosmosa 
çevrilməsi, xeyir qüvvələrin şər qüvvələrlə, şeytan əməlləri ilə mübarizədə 
qələbəsi sayəsində mümkün olmuşdur. Insanın doğulması, həyatı və 
ölümü, onun həyatda keçirdiyi əzablar və sınaqlar da miflərdə böyük yer 
tuturdu. Burada insanlar tərəfindən odun əldə edilməsi, sənətkarlığın və 
əkinçiliyin yaradılması, digər adət və ən‟ənələr də öz əksini tapmışdır. 
Mə‟nəvi mədəniyyətin ilkin forması olan miflərdə həm də bəşəriyyətin 
gələcəyinə aid məsələlər irəli sürülürdü. Belə ki.esxatolik (gələcək 
deməkdir) miflərdə dünyanın məhv olacağı və bə‟zi hallarda isə yenidən 
bərpa olacağı göstərilirdi. 
Mifoloji şüurun səciyyəvi cəhətini onun vahid, bütöv və sinkretik 
(parçalanmamış) xarakter daşıması təşkil edir. Burada biliklərin 
rüşeymləri, siyasi və dini e‟tiqadlar, müxtəlif incəsənət sahələri və fəlsəfə 
birgə çıxış edirdi. Miflərdə təbiət və cəmiyyət hadisələri bir- birilə 
yaxınlaşdırılır, insana xas olan keyfiyyət və əlamətlər çox vaxt ətraf 
aləmə, kosmosa və təbiət qüvvələrinə şamil edilirdi. Müxtəlif xalqların 
poetik məharəti və həyati müdrikliyinin ifadəsi olan miflərdə dünya və 
insan haqqında fikir və emosiyalar, bilik və bədii obrazlar, ideal olanla 
maddi olan hələ bir- birindən qəti surətdə ayrılmamış təsəvvür olunurdu. 
Mifoloji şüurda fikirlər konkret emosional, poetik obrazlar və şişirdilmiş 
bənzətmələr (metaforalar) vasitəsilə ifadə edilirdi. 
Qədim insanların dünyabaxışı kimi miflər çox mühüm 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin