Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə25/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

onun 
proqnozlaşdırıcı rolunu 
qeyd etməmək olmaz. Bu funksiya o deməkdir 
ki, nəzəri təfəkkür forması kimi fəlsəfə təkcə keçmişi və müasir dövrü 
öyrənməklə məhdudlaşmır, həm də gələcəyə müraciət edir. Fəlsəfi 
təfəkkür gələcəyin dünyagörüşü modellərini, obraz və ideallarını yaradır 
(əlbəttə, bunlar qəti deyildir, tarixin gələcək inkişafı prosesində təshih 
olunur, dəqiqləşir). 
Fəlsəfənin 
metodoloji funksiyaları
aşağıdakılardır: evristik, 
əlaqələndirici, inteqrasiyaedici və məntiqi- qnoseoloji funksiya. 
Evristik
(yenini axtarıb tapmaq deməkdir) 
funksiyanın
mahiyyəti 
bundadır ki, fəlsəfə elmi biliklərin artmasına, yeni elmi müddəaların 
yaranmasına kömək edir. Bu, fəlsəfi və formal- məntiqi metodun vəhdətdə 
tətbiqi ilə tə‟min olunur. Nəticədə fəlsəfə müəyyən nəzəri- dünyagörüşü 
və ümummetodoloji xarakterli yeniliklər yarada bilir. Digər tərəfdən 
fəlsəfi metod başqa metodlarla birləşdikdə mürəkkəb nəzəri və 
fundamental problemlərin həllində, xüsusi elmlərə mühüm köməklik 
göstərir. Fəlsəfə həm də ayrı-ayrı elmlərə (o cümlədən də təbiət elmləri) 
hipotez və nəzəriyyələr yaratmaqda kömək edir. Belə ki, yeni nəzəriyyə 
təkcə empirik şərtlər üzərində qurulmur. Bu işdə nəzəri müddəlar çıxış 
nöqtəsi rolunu oynayır. 
Fəlsəfənin 
əlaqələndirici funksiyasına
da diqqət yetirilməlidir. Bu 
o deməkdir ki, elmi araşdırmalarda istifadə olunan müxtəlif metodlar 
fəlsəfə tərəfindən əlaqələndirilir. Müasir elmdə metod ilə öyrənilən obyekt 
arasında əlaqələrin mürəkkəb xarakteri bu funksiyanı zəruri edir. Elmlərin 
inkişafında baş verən differensiasiya meyli buna gətirib çıxarır ki, 
tədqiqatçılar və onların istifadə etdikləri metodlar müəyyən sahələr üzrə 
ixtisaslaşırlar. Deməli ayrı- ayrılıqda onlar məhdud miqyasa malik olurlar. 
Fəlsəfə isə onları əlaqələndirir, beləliklə də idrakın imkanları genişlənir. 
Yuxarıda izah olunan funksiya 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin