Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə330/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   326   327   328   329   330   331   332   333   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Qavrayış
hissi idrakın nisbətən yüksək formasıdır. O duyğudan 
fərqli olaraq hiss üzvlərimizə konkret anda təsir edən predmetlərin bütöv 
obrazını ifadə edir. Bu o deməkdir ki, ətraf aləmdəki hadisə və predmetlər 
haqqında müxtəlif hiss üzvlərinin mə‟lumatları bütöv bir tam kimi əks 
olunur. Əlbəttə qavrayışı müxtəlif duyğuların mexaniki məcmusu hesab 
etmək olmaz. O müxtəlif, rəngarəng, bir-birilə əlaqəli informasiyaların 
fəal sintezidir. Buradan aydındır ki, qavrayış fəal və yaradıcı prosesdir.
Insan təkcə mövcud anda ona bilavasitə tə‟sir göstərən əşyaların 
obrazını yaratmır. Həm də keçmişdə tə‟sir etmiş hadisələrin obrazlarını öz 
hafizəsində saxlayır və lazım gəldikdə onları yenidən canlandıra bilir. His-
si idrakın bu forması 
təsəvvür 
adlanır. Məsələn biz metronun Nizami 
stansiyasında nə vaxtsa olmuşuqsa onu istənilən zaman beynimizdə 
yenidən canlandıra bilirik. Təsəvvür əvvəlki formalarla müqayisədə daha 
yüksəkdir. Çünki o keçmiş tə‟siri mexaniki surətdə yenidən bərpa etmir, 
həm də bu tə‟sirin nəticələrini müəyyən qədər ümumiləşdirir.
Idrakın hissi pilləsi 
emosiyalarla 
sıx bağlıdır. Emosiyalar öz 
mahiyyətinə və ifadə formasına görə son dərəcə rəngarəngdir. Sevinc his-
si, qorxu, qəzəb, biganəlik, nifrət, xoşagəlmə, və s. buna misaldır. Emo-
1
Невлева И. Философия, М., 1999, с.385. 


289 
siyalarda insanın ona təsir edən hadisələrə və proseslərə hissi formada fəal 
qiymət verici münasibəti ifadə olunur. Hər bir insanın öz spesifik 
emosiyaları vardır. Lakin bu hal emosiyaların müəyyən obyektiv 
məzmuna malik olduğunu inkar etmir. 
Yuxarıda göstərilən formalar real idrak prosesində bir-birinin 
ardınca düzülmür. Onlar bir-birilə sıx qarşılıqlı tə'sirdə və vəhdətdə çıxış 
edirlər. 
Hissi idrakdan danışarkən belə bir səciyyəvi cəhət də qeyd 
olunmalıdır. Insan öz hiss üzvləri vasitəsilə ona tə'sir edən obyektləri 
təsəvvür etməklə kifayətlənmir. Onun hissi təcrübəsi, həm də başqalarının 
yazılarında ifadə olunan təsvir və təfərrüatı əhatə edə bilir. Bu, dilin uni-
versal əhəmiyyət kəsb etməsi və sözlər vasitəsilə konkret obrazları çatdıra 
bilmək qabiliyyətindən irəli gəlir. Insanların təhsil səviyəsinin və kütləvi 
informasiya vasitələrinin inkişaf etdiyi müasir şəraitdə başqalarının hissi 
təcrübəsindən istifadə edə bilmək. ümumbəşəri təcrübəni mənimsəmək və 
nəsildən nəslə ötürlük qabiliyyəti çox mühüm əhəmiyyət kəsb edir. Bu 
keyfiyyət insanın hissi idrak imkanlarının praktiki olaraq qeyri-
məhdudluğunu göstərir. 
Idrak prosesinin strukturunda 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin