Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə328/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   324   325   326   327   328   329   330   331   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Idrakın subyekti
dedikdə bu prosesdə şüurlu və məqsədyönlü 
hərəkət edən insan nəzərdə tutulur. Subyekt öz daxili tərkibinə görə 
müxtəlifdir. Idrakın subyekti kimi ayrıca bir fərd, müəyyən bir sosial qrup, 
sinif, cəmiyyət və bütövlükdə bəşəriyyət çıxış edə bilir. Müasir dövrdə 
çox vaxt idrakın subyekti kimi müəyyən alimlər birliyi, ayrı-ayrı elmi 
cəmiyyətlər çıxış edir. Lakin idrakın subyekti kimi ayrıca şəxsiyyətin 
böyük rolu danılmazdır. Cəmiyyət dünyanı ayrı-ayrı adamlar vasitəsilə 
dərk edir. Beləliklə idrakın subyekti mürəkkəb sistemdir. Həmin sistemin 
mühüm tərəfi mə‟nəvi və maddi istehsalın müxtəlif sahələrində fəaliyyət 
göstərən ayrı-ayrı şəxsiyyətlərdir. 
Qeyd edək ki, müasir fəlsəfədə idrak subyektinin semantik 
modelləri müxtəlifdir: antropologizm, transendentalizm və evolyusionizm. 
Antropologizm konkret fərdi idrakın yeganə, universal və ali subyekti he-
sab edir. Transendentalizmə görə subeykt ən ümumi, tarixin və təcrübənin 
fövqündə duran, «xalis» şüurdur. Evolyusionizm isə subyekti ümumdünya 
tarixinin əvvəlki gedişi ilə qərarlaşmış hissi və əqli imkanların məcmusu 
kimi səciyyələndirir. Onun əsas müddəalarını genetizm, tarixilik və sosi-
ologizm təşkil edir. Genetizm insanın psixiki fəallığının sosial- tarixi 
inkişaf gedişində əmələ gəldiyini göstərir. Tarixilik bunu ifadə edir ki, 
idrakın subyekti konkret tarixi mövcudat olan insanın spesifikliyində 
təzahür edir. Sosiologizmə görə idrakın subyektinin təfəkkür fəaliyyəti hər 
bir «Mən»in, cəmiyyətin ümumi biliyinə qovuşması prosesində baş verir.
1
Beləliklə idrakın subyekti özündə antropoloji, transendental və so-
sioloji tərəflərin vəhdətini ifadə edir. Idrakın obyekti ilə subyekti bir-
birindin ayrılmazdır. Belə ki, obyektsiz subyekt, subyektsiz isə idrak ob-
yekti yoxdur. Bu iki tərəf sıx qarşılıqlı tə‟sirdədir. Bunun nəticəsində idrak 
sadəcə olaraq obyektin subyektə birtərəfli təsiri kimi çıxış etmir. O həm də 
subyektin fəal rolunu göstərir. Bu fəallıq öz ifadəsini subyektin dəyişdirici 
praktiki fəaliyyətində tapır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin