sosial fəaliyyət aşağıdakı dörd ünsürdən təşkil olunur: insanlar, fiziki əşyalar, simvollar və əlaqələr. Sosial fəaliyyət öz məzmununa görə aşağıdakı əsas sahələrə ayrılır: maddi fəaliyyət, mə„nəvi fəaliyyət, idarəetmə fəaliyyəti və xidmət sahəsi. Insan fəaliyyətinin müstəsna dərəcədə böyük rol oynadığı şəksizdir.
Lakin bu rol həddən artıq şişirdildikdə cəmiyyətdə mövcud olan real
çoxtərəfli, mürəkkəb və çoxölçülü xarakter daşıyan sosial qarşılıqlı tə„sirin
əhəmiyyəti bəsitləşir. Doğrudur, fəaliyyət sosial sistemdə sistemyaradıcı
əhəmiyyət kəsb edir. Lakin o insanların mövcudluğunun yeganə əsas
göstəricisi deyildir.
Əvvəla nəzərdə tutmaq lazımdır ki, sosial fəaliyyət,
insanın aktivliyi özbaşına yaranmır. O insanların müxtəlif maddi və
mə„nəvi tələbatları, mənafeləri, motivləri və dəyər oriyentasiyası əsasında
baş verir.
Digər tərəfdən insanların fəaliyyəti bir çox hallarda onlar üçün
gözlənilməz nəticələr verə bilir. Yə„ni bu fəaliyyət onların mənafelərinə
zidd olan sosial münasibətlər, institutlar, siyasi və ideoloji hadisələr yara-
da bilir.
Buradan aydın olur ki,
sosial fəaliyyət ictimai həyatın əsasıdır. Amma ictimai həyat yalnız fəaliyyətdən ibarət deyildir . Sosial həyat
çoxölçülü xarakter daşıyır. O təkcə fəaliyyət növlərinin məcmusu demək
deyildir. Burada müxtəlif aspektlər- sosial qrupların birləşməsi, müxtəlif
ictimai təşkilatların strukturu və digər amillər də çox böyük rol oynayır.
Bütöv orqanizm kimi götürülən cəmiyyət bir sıra xassələrə malik-
dir: özfəaliyyət (fəaliyyətin kənardan gətirilməməsi), öz- özünü təşkil
etmək, özinkişaf (inkişaf mənbəyinin daxildə olması) və özü- özünə
kifayət olması. Birinci üç əlamət həm bütövlükdə cəmiyyətə, həm də
ayrılıqda onun hər bir sferasına və qruplarına aiddir. Dördüncü xassə isə
yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir. Özünün
özü üçün kifayət etməsi xassəsi o deməkdir ki, sistem öz fəaliyyəti ilə
onun mövcudluğu üçün lazım olan şəraiti yarada və tələbatlarını ödəyə
bilir. Bu keyfiyyət sosial sistemi onun ayrı- ayrı yarımsistemlərindən və
tərəflərindən fərqləndirir. Başqa sözlə cəmiyyətin heç bir sahəsi, heç bir
fəaliyyət növü ümumidən təcrid olunmuş halda normal yaşaya bilməz.