515
mənasını və səciyyəsini ifadə edən dilində, adətlərində və xarakterində əks
olunur. Deyilənlər daha çox təkmillətli xalqlara aiddir.
Müasir dünyada
xalqların, millətlərin və ayrı-ayrı fərdlərin qarşılıqlı təsiri nəticəsində onlar
bir-biri ilə qaynayıb qarışır və birləşirlər. Buna görə də hazırda monoetnik
(birmillətə malik olan) xalq demək olar ki, çox azdır. Məsələn müasir
azərbaycan xalqının tərkibində onlarla müxtəlif millətlərin nümayəndələri
yaşayır.
Bəzən xalq dedikdə ağır işi görən, zəhmətkeş camaat nəzərə gəlir.
Bu tarixən hakim dairələrin adi kütləyə nifrətlə yanaşması ənənəsinin
davamıdır. Onlar göstərirlər ki, xalq iki hissəyə «yaradıcı azlığa» və «qara
camaata» ayrılır. Birinci hissəyə seçilmiş təbəqələr (aristokratik ruh
sahibləri, cəmiyyətin qaymağı), ikinciyə
isə heç nəyə qadir olmayan,
yaradcılıq keyfiyyətlərindən məhrum olan adi kütlə daxildir.
Xalq anlayışını geniş mə'nada (yə'ni ölkənin əhalisi mə'nasında)
götürənlərdən biri Ş.Monteskyo olmuşdur. Onun fikrincə senatorlar və
patrisilər ilə yanaşı plebeylər xalqa daxildir.
Əslində xalq dedikdə yalnız elə siniflər və təbəqələr başa düşülür
ki, onlar maddi və mə'nəvi dəyərlər yaradır,
beləliklə də, cəmiyyətin
inkişafına kömək edirlər. Fəlsəfi ədəbiyyatda
Dostları ilə paylaş: