512
Sosial ziddiyyətlərə misal olaraq aşağıdakıları göstərmək olar:
cəmiyyət ilə təbiət arasındakı ziddiyyətlər: istehsal ilə tələbat arasındakı
ziddiyyətlər; sosial birlik formaları və etniki birliklər arasındakı
münasibətlərdə təzahür edən ziddiyyətlər və sair.
Cəmiyyətin inkişafının obyektiv qanunları nəticə etibarilə
insanların fəaliyyətinin və onların ictimai münasibətlərinin qanunları kimi
çıxış edir. Çünki fəaliyyətin və ictimai münasibətlərin
müxtəlif növləri
tarixi prosesin əsas məzmununu və istiqamətini müəyyən edir. Onlar
insanların obyektiv tələbatlarını ödəmək məqsədi güdür. Bu vəziyyət
mütəmadi davam edir. Yə'ni insanlar öz tələbatlarını
ödəmək naminə
şəraiti dəyişdirirlər. Onların yaratdığı yeni şərait isə yeni tələbatları və
onları ödəməyin əvvəllərdə mövcud olmayan üsullarını əmələ gətirir. Bu
proses zəruri, mühüm və təkrarlanan xarakter daşıyır və deməli qanun sta-
tusu alır.
Obyektiv amillər, birinci növbədə isə obyektiv tələbatlar
insanları mövcud təbii və sosial şəraitdən çıxış etməklə müəyyən
fəaliyyət göstərməyə sövq edir
. Insanlar mövcud şəraiti başa düşərək,
onu öz fəaliyyətlərində nəzərə alırlar. Bu, onlara tələbatlarını asan yolla və
daha səmərəli ödəmək imkanı verir.
Tələbatın məzmunu insanın şüur və iradəsindən asılı olmayaraq ob-
yektiv surətdə formalaşır. Lakin insan, tələbatların sadəcə passiv daşıyıcısı
deyildir. O, öz fəaliyyətini tələbatı yerinə yetirməyə yönəldir, bunun üçün
forma və yollar işləyib hazırlayır. Beləliklə,
tələbat subyekti fəaliyyətə
sövqedən motiv, impuls rolunu oynayır. Deməli, tələbat subyektin təbiəti,
sosial şəraiti və münasibətləri öz həyatı üçün lazım olan şəklə salınmasına
yönəltdiyi fəaliyyətin daxili stimuludur.
Tələbatlar şəxsi tələbat və istehsal tələbatlarına, maddi və mə'nəvi
tələbatlara bölünür.
Şəxsi tələbat cəmiyyət üzvlərinin istehlak şeylərinə və xidmətlərə
olan ehtiyacını ifadə edir. Istehsal tələbatı isə ayrı- ayrı istehsal
sahələrinin əmək, xammal, enerji vasitələrinə olan ehtiyacını ödəməyi
nəzərdə tutur.
Maddi tələbat insanların mənzilə, paltara,
qida maddələrinə olan
ehtiyacı deməkdir. Mə'nəvi tələbat isə elmə, mədəniyyətə, mə'nəvi
inkişafa, asudə vaxtın dolğun keçirilməsinə olan ehtiyaclarını ifadə edir.
Dostları ilə paylaş: