Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  downloaded from KitabYurdu.org formasında qızlıq pərdəsi yerləşir.  161.  Uşaqlıq



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   48   49   50   51   52   53   54   55   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


578 

downloaded from KitabYurdu.org



formasında qızlıq pərdəsi yerləşir. 

161.  Uşaqlıq  -  armudvarı  formada  olub,  qalın  əzələ  divarına 

malikdir.  Qadınlarda  uşaqlıq  kiçik  çanaq  boşluğunda  sidik 

kisəsi ilə düzbağırsaq arasında yerləşib, dölün böyüməsinə və 

doğuş zamanı xaric olmasına xidmət edir. Dibi, bədəni (4 sm) 

və boynu (3 sm) hissələri vardır. Selikli uşaqlıq yumurtanın 

yetişməsi  ilə  əlaqədar  tsiklik  (28  gün)  dəyişikliklərə 

uyğunlaşmışdır;  mayalanma  baş  tutmadıq-  da  qişa  dağılır 

(menstruasiya).  Çəkisi  uşağı  olmayanlarda  40-50  qr,  doğan 

qadınlarda  isə  90-100  qr  olur.  Selikli  qişası  silindr  formalı 

titrəyən  epitel  ilə  və  çoxlu  vəzilər  ilə  örtülmüşdür  və 

menstrual sikllə əlaqədar dövrü dəyişikliklərə məruz qalmağa 

meyllidir.  İnsanda  və  heyvanlarda  kisəşəkilli  və  ya 

kanalabənzər  orqan  olub,  yumurta  və  embrion  (rüşeymin) 

yerləşən yerə deyilir. Uşaqlıq inkişaf etməkdə olan rüşeymi 

qida maddələri və oksigenlə təmin edir. Onurğalılar arasında 

uşaqlıq,  ancaq  diri  bala  doğan  dişi  akulada,  az  miqdarda 

sümüklü balıq növlərində, bəzi suda-quruda yaşayanlarda və 

sürünənlərdə və məməlilər- də vardır. 

162.  Cift - inkişaf etməkdə olan rüşeym ilə ana orqanizmi arasında 

əlaqə məməlilərdə - cift vasitəsilə həyata keçirilir. 

163.  Uzun  ömür  yaş  dövrü  -  90  yaşından  ömrün  sonuna  qədər 

davam edir. 

164.  Ürək - dördkameralı, içi boş əzələvi orqandır. Döş qəfəsinin 

arxasında  yerləşir.  2-ci  və  3-cü  qabırğalar  arasında,  döş 

sümüyünün arxasında asimmetrik vəziyyətdə 1/3 sağda, 2/3 

solda  yerləşir.  Damarları  arasıkəsilmədən  qanla  təmin  edir. 

Hərənin  öz  yumuruğu  boyda  (uzunluğu  təxminən  15  sm) 

olub,  çəkisi  200-250  qr-a  qədər  olur.  Dörd-  kameradan,  2 

qulaqcıq,  2  mədəcikdən  ibarətdir.  Arteriya  qanı  ürəkdən 

aparan, vena ürəyə gətirən damarlardır. 

165.  Vegetativ sinir sistemi - periferik sinir sisteminin bir hissəsi 

olub, daxili orqanların fəaliyyətini tənzim edir, daxili mühitin 

sabitliyinin  tənzimində  aparıcı  rol  oynayır,  simpatik  və 

parasimpatik şöbələrə bölünür. 

579 

downloaded from KitabYurdu.org



166.  Vəzilər  (qlandula)  -  insan  və  heyvan  orqanizmində  orqa-

nizmin fizioloji fəaliyyətinin tənzimində iştirak edən, spesifik 

maddələr hazırlayan və ifraz edən orqanlar. İnsan və heyvan 

orqanizmində  ekzokrin,  endokrin  və  qarışıq  vəzilər  olur. 

Hazırlandıqları maddəni  xüsusi axacaqlarla bədənin  səthinə 

və ya selikli qişaya ifraz edən vəzilərə ekzokrin və ya xarici 

sekresiya vəziləri (tər, tüpürcək, süd, həşəratlarda mum və s.) 

deyilir.  Axacaqlar  olmayan  və  hazırladıqları  hormonu  qana 

ifraz edən vəzilərə (hipofiz, böyrəküstü, qalxanabənzər və s.) 

endokrin  və  ya  daxili  sekresiya  vəziləri  deyilir.  Həm 

ekzokrin, həm də endokrin funksiyanı yerinə yetirən vəzilərə 

(mədəaltı, cinsiyyət) qarışıq sekresiya vəziləri deyilir. 

167.  Vena - orqan və toxumalardan arterial və həm də venoz qanı 

ürəyə  doğru  hərəkət  etdirən  damar.  Səthi  və  dərin  vena 

damarları  ayırd  edilir.  Onlar  qanın  geriyə  cərəyanına  mane 

olan aypara qapaqlara malikdir, tnsanda qapı, aşağı və yuxarı 

boş, körpücük altı, vidaci, qaraciyər venaları və s. 

168.  Yoğun bağırsaq - həzm borusunun son şöbəsi, uzunluğu 1,5-

2 m, diametri 3-7 sm, üç hissəsi (kor, çəmbər və düz bağırsaq) 

var. 


169.  Yanaqlar  -  üzün  hissəsidir.  Xaricdən  dəri,  daxildən  selikli 

qişa ilə örtülüdür. 

170.  Yaxından görmə - insan cismi, ancaq yaxın məsafədən görür, 

işıq  şüaları  torlu  qişanın  önündə  fokuslaşır.  Belə  ki,  büllur 

qabarıq  formada  olur  və  şüaları  qüvvətli  sındırır.  Belə 

vəziyyətdə  göz  alması  ya  uzunsov  olur,  ya  da  ki-  prikcikli 

əzələ boşalmış olur. 

171.  Yumurta  (ovum)  -  qadın  cinsiyyət  hüceyrəsi,  hansı  ki, 

mayalanma  və  ya  partogenez  nəticəsində  yeni  orqanizm 

inkişaf  edir.  Məməlilərdə  1827-ci  ildə  K.M.Ber  tərəfindən 

kəşf  edilmişdir.  Formalaşması  yumurtalıqda  (ooge-  nez) 

gedir. 


580 

downloaded from KitabYurdu.org



İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI 

FƏNNİ ÜZRƏ TESTLƏR 

1.  Beynin boz maddəsini təşkil edir: 

a)  neyronların cisimləri c) aksonlar e) qığırdaq 

b)  epitel toxuması 

d) reseptorlar 



2.  Hipotalamus və görmə qabarları nəyi əmələ gətirir? 

a)  ön-beyin 

c)  orta-beyin 

e) uzunsov-beyin 

b)  arxa-beyin 

d)  ara-beyin 



3.  Ön-beyin yarımkürələrinin funksiyası nədir? 

a)  şüuru, yaddaşı, təfəkkürü təyin edir 

b)  şərtsiz reflekslərin mərkəzi hesab edilir 

c)  humoral tənzimi təmin edir 

d)  daxili sekresiya vəzilərini tənzimləyir 

e)  maddələr mübadiləsini tənzimləyir 



4.  İşığı duyan reseptorlar harada olur? 

a)  buynuz qişada 

c) 

büllurda 



e)  damarlı qişada 

b)  ağlı qişada 

d)  torlu qişada 

5.  Yaxından görmənin səbəbi nədir? 

a)  göz almasının kiçik olması d) büllurun yastılaşması 

b)  B avitaminozu 

e) buynuz qişanın bulanması 

c)  büllurun qabarıqlığının artması 

6.  Uzaqdan görmənin səbəbləri: 

a)  büllurun yastılaşması d) kirpik əzələsinin zəifləməsi 

b)  B avitaminozu 

e) büllurun qabarıqlığının artması 

c)  göz almasının böyük ölçüləri 

7.  Eşitmə reseptoru harada yerləşir? 

a)  təbil pərdəsində b) eşitmə sümüklərində c) perilimfada 

d)  oval pəncərədə e) ilbiz orqanının əsas membranında 

581 

downloaded from KitabYurdu.org



8.  Hiss orqanlarının əhəmiyyəti nədir? 

a)  insanın oriyentasiyasını onu əhatə etdiyi mühitdə təmin edir 

b)  orqanlar sisteminə normal cavab verir 

c)  MSS-nin işini tənzimləyir 

d)  ürəyin fəaliyyətini tənzimləyir 

e)  şərtsiz reflekslərin əmələ gəlməsində iştirak edir 



9.  Ali sinir fəaliyyətini öyrənən alim: 

a) 


 İ.İ.Meçnikov 

c) L.Paster 

e) 

Aristotel 



b) 

 R.Dekart  d) İ.P.Pavlov 



10.  Şərti reflekslərin ləngimə növləri: 

a)  determinasiya və xarici 

b) daxili və adaptasiya 

c)  daxili və determinasiya 

d) sönmə və diferensiasiya 

e)  diferensiasiya və determinasiya 



11.  II siqnal sisteminin xüsusiyyətləri: 

a)  heyvana xasdır 

b) insan və heyvana xasdır 

c)  insana xasdır 

d) xarici mühitin konkter işarələri 

e) oyancılıq 



12.  İnsan beyninin ali funksiyaları hansılardır? 

a)  xarici mühitə uyğunlaşma d) təfəkkür və abstrakt şüur 

b)  hərəkət 

e) şərti reflekslərin əmələgəlməsi 

c)  orqanizmin funksiyalarının tənzimi 

13.  Ləng yuxunun fazaları: 

a)  nəbzin azalması, tənəffüsün zəifləməsi 

b)  nəbzin tezləşməsi, tənəffüsün zəifləməsi 

c)  tənəffüsün tezləşməsi, nəbzin azalması 

d)  nəbzin tezləşməsi, tənəffüsün tezləşməsi 

e)  əzələlərin yığılması, nəbzin tezləşməsi 



14.  Ən zəruri daxili sekresiya vəzini göstər! 

a)  epifiz 

c) hipofız 

e) qalxanabənzər vəzi 

b)  cinsi vəziləri d) böyrəküstü vəzi 

582 

downloaded from KitabYurdu.org



15.  Mədəaltı vəzinin hormonları: 

a)  insulin, qlükaqon 

c) insulin, boy hormonu 

b)  adrenalin, qlükaqon 

d) trioksin, insulin 

e) qlükaqon, boy hormonu 



16.  Qanda  qlükozanın  qatılığını  tənzimləyən  hansı  vəzilərin 

hormonudur? 

a)  hipofiz, böyrəküstü vəzi b) qalxanabənzər vəzi, epifizin 

c)  mədəaltı  vəzin,  böyrəküstü  d)  mədəaltı  vəzi,  cins  vəzilərin 

vəzinin qabıq maddəsi və epifız 

e) epifiz, böyrəküstü vəzi 

17.  Şəkər diabeti xəstəliyi nədən baş verir? 

a)  qlükaqonun çatışmazlığından 

b)  insulinin çoxalmasından 

c)  insulinin azalmasından 

d)  qlükozanın qlükaqona çevrilməsindən 

e)  trioksin artmasından 



18.  Böyrəküstü vəzinin harmonunu göstərin: 

a)  adrenalin 

b) tiroksin 

c) insulin 

d)  boy hormonu e) adrinokortikotrop hormon 

19.  Hansı vəzilərin hormonları steroidlərə aiddir? 

a)  hipofiz, böyrəküstü 

b) cinsi vəzi, hipofızin 

c)  qalxanabənzər, cinsi vəzilər d) böyrəküstü, cinsi vəzilər 

e)  mədəaltı, epifizin 

20.  Hipofiz vəzisinin orta payının hormonlarının funksiyası: 

a)  qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir 

b)  insanın boy artmasında iştirak edir 

c)  sidik ifrazını azaldır 

d)  uşaqlığın saya əzələlərini yığır 

e)  dəridəki piqmentləri tənzimləyir 



583 

downloaded from KitabYurdu.org



21.  Qidantizm xəstəliyi nə ilə əlaqədardır? 

a)  qlükaqonun çatışmazlığı d) boy hormonunun azlığı 

b)  insulinin çoxluğu 

e) insulinin azlığı 

c)  boy hormonunun çoxluğu 

22.  Orqanizmin daxili mühitini nə əmələ gətirir? 

a)  qan, limfa, toxuma mayesi b) bədən boşluğu 

c)  daxili orqanlar 

e) bağırsağın möhtəviyyatı 

d)  sinir sistemi 

23.  Limfatik damarları hara açılır? 

a) aşağı boş vena b) qarm aortası c) ağciyər arteriyası 

d)  yuxarı boş vena e) aorta qövsünə 

24.  Qan depoları hesab olunur: 

a) baş-beyin, qaraciyər b) dəri, sarı sümük iliyi 

c)  qaraciyər, dəri 

d) dalaq, ağciyər 

e)  ağciyər, baş-beyin 

25.  Oksehemoqlobin hemoqlobinlə nəyin birləşməsidir? 

a) karbon dioksidlə 

b) oksigenlə 

c) azotla 

d)  karbon monooksidlə e) ammonyakla 

26.  Hərəkət  edən  zaman  pozanı  saxlamaq  üçün  əmələ  gələn 

ref- leksə deyilir: 

a) statistik 

b) somatik  c)  kinetik 

d)  statokinetik 

e) dinamik 

27.  Onurğa-beynin ön buynuzunu kəsən zaman əzələ tonusu: 

a) yox olur 

b) əhəmiyyətli dərəcədə azalır 

c)  bükücü əzələlərdə artır d) praktiki olaraq dəyişmir 

e)  açıcı əzələlərdə artır 

28.  Sutka  müddətində  böyrəklərdə  əmələ  gələn  ilk  sidiyin 

miqdarı nə qədər (flltirat) təşkil edir: 

a) 180-200 mL b) 200-300 mL c) 10-15 mL 

d)  1,5 mL 

e) 100-105  mL 



584 

downloaded from KitabYurdu.org



29.  Frank-Starlinqin ürək qanunu nəyə deyilir? 

a)  aortada təzyiqin artması nəticəsində ürəyin yığılma tezliyinin 

artması 

b)  ürəkdən axan qanın artması zamanı ürəyin yığılma qüvvəsi 

nin azalması 

c)  arterial təzyiqin artması zamanı ürəyin yığılma qüvvəsinin 

artması 

d)  ürəyin yığılmasının qüvvəsi ürək əzələsinin diastolik gərgin-

liyi ilə mütənasibdir 

e)  arterial təzyiqin artması zamanı ürəyin yığılma qüvvəsinin 

azalması 

30.  Bir  miofibrilin  yığılması  təqəllüsü  «hamısı  və  ya  heç  nə» 

qanununa tabe olurmu? 

a) yox 


b) qıcığın qüvvəsindən asılı olaraq 

c)  hə 


d) qıcığın müddətindən asılı olmayaraq 

e)  qıcığın qüvvəsi və müddətindən asılı olmayaraq 



31.  Asetilxolin neyro mediatoru mədə sekresiyasına necə təsir 

edir? 

a) ləngidir 

b) təsir etmir c) oyadır (artırır) 

32.  Eritrositlərin membranı keçirici deyil: 

a) K


+

 , OH- 


b) K

+

, Na



+

 

c) H



+

, OH 


d)  CL, OH- 

e) HCO-


3

, HP0


4

 

33.  Yaşlı  adamların  mədəsində  sutka  müddətində  neçə  litr 



mədə şirəsi ifraz olunur? 

a) 2,5 mL b)0,4mL c)10mL d)20mL e)0,8mL 



34.  Trombositlərin parçalandığı orqan: 

a) dalaqda 

b) qırmızı sümük iliyi və dalaq 

c) limfatik düyünlərdə 

d) qırmızı sümük iliyində 

e)  sarı sümük iliyində 



35.  Qırmızı  nüvə  ilə  vestibulyar  nüvənin  (Deyteres  nüvəsi) 

arasında yolun kəsilməsi zamanı əzələ tonusu: 

a) bükücü əzələlərin tonusu, açıcı əzələlərinkindən yüksək olur 



585 

downloaded from KitabYurdu.org



b)  əhəmiyyətli dərəcədə azalır 

c)  yox olur 

d)  praktiki olaraq dəyişmir 

e)  bükücü və açıcı əzələlərin tonusu bərabərləşir 



36.  MSS-də ləngimə hadisəsini kim kəşf etdi? 

a) Seçenov 

b) Serinqton c) Bbedenskiy 

d)  Pavlov 

e) Çernikov 

37.  Sistolik və diastolik arterial təzyiq arasındakı təzyiq fərqi 

necə adlanır? 

a) yan təzyiq 

b) orta təzyiq 

c) nəbz təzyiqi 

d)  venoz təzyiq e) limfa təzyiq 

38.  Neyrotrofillərin funksiyası: 

a)  qanın laxtalanmasmda iştirak etmək 

b)  faqositoz, histamin əmələ gətirmək 

c)  faqositoz, interferon əmələ gətirmək 

d)  tromb əmələ gətirmək 

39.  Karbon dioksidin venoz qanda gərginliyi: 

a) 100 mm.Hg.st. b) 46 mm.Hg.st. c) 40 mm.Hg.st. d) 30 

mm.Hg.st. e) 150 mm.Hg.st. 

40.  Hansı  hemoqlobin (Hb) daha çox oksigen  (O

2

) birləşdirə 



bilir? 

a) oksihemoqlobin 

b) fetal 

c) embrional 

d) yaşlıların Hb-ni 

41.  Qu-mızı  nüvənin  Deyters  nüvəsinə  təsiri  (lateral 

vestibülyar): 

a) oyandırıcı b) təsir etmir c) əhəmiyyətsiz d) ləngidici 



42.  Gözün bir qanqilyoz hüceyrələrində oyanma əmələ gətirən 

reseptorlarm cəminə deyilir? 

a) reseptor sahə b) kor ləkə c) sarı ləkə

 

d) mərkəzi çuxur 



586 

downloaded from KitabYurdu.org



43.  Qanın plazmasının zülalı səbəb olur: 

a) osmotik təzyiqə 

b) onkotik təzyiqə 

c)  hidrostatik təzyiqə d) hemodinamik təzyiqə 

e) heç nəyə 

44.  Rəng  göstəricisi  (eritrositlərin  hemoqlobinlə  doyma 

dərəcəsi) normada bərabərdir: 

a) 1,2-1,4 

b)0,8-1,0 

c) 0,6-0,9 

d)  1,5-1,8 e) 1,6-1,7 

45.  «Yalançı  qidalandırma»  üsulu  ilə  mədənin  şirə  ifrazının 

hansı fazasını öyrənmək olar? 

a) bağırsaq 

b) mədə 

c) mürəkkəb reflektorlu beyin faza 



46.  Reseptorun  uzun  müddət  ona  təsir  edən  qıcığa 

uyğunlaşması (adaptasiyası) səbəb olur: 

a)  qıcıq qapısının azalmasına 

b)  reseptorun oyanıcılığınm azalmasına 

c)  reseptorun oyanıcılığınm çoxalmasına 

d)  qıcıq qapısının çoxalmasına 

e)  heç nəyə 



47.  Ürəyin  simpatik  sinirinin  qıcıqlanması  zamanı  hansı 

neyro- mediator xaric olunur? . 

a) asetilxolin 

b) noradrenalin 

c) adrenalin 

d) dofamin 

e) enkafalin 



48.  Toxumanın  qıcıqlanan  nahiyəsi  qıcıqlanmaya  nisbətən 

yüklənir: 

a) mənfi (-) 

b) yüklənmir 

c) qıcıqlanmayan nahiyə kimi olur 

d) müsbət (+) 

49.  Oksitosin sintez olunur: 

a) yumurtalıqda 

b) adenohipofizdə 

c)  hipotalamusda 

d) 

 neyrohipofizdəe) toxumluqda 



587 

downloaded from KitabYurdu.org



50.  Sinir-əzələ sinapsının postsinaptik membranı hansı tip ion 

kanalma malik olur? 

a) kimyəvi oyanan b) mexaniki oyanan c) elektro oyanan d) fiziki 

oyanan e) olmur 

51.  Qanın laxtalanmasında iştirak edən zülallar: 

a)  tromboplastin, hemoqlobin 

b)  fibrin, hemoqlobin 

c)  tromboplastin, fibrin, trombin 

d)  trombin, hemoqlobin, fibrin 

e)  trombin, kollagen 



52.  Ürəyin qulaqcıq və mədəcikləri arasında hansı qapaqlar 

yerləşir? 

a) birtaylı, aypara b) ikitaylı, üçtaylı c) ikitaylı, aypara d) 

dördtaylı, üçtaylı e) aypara, birtaylı 

53.  Tromb hansı zülal liflərindən təşkil olunmuşdur? 

a) protrombin 

b) fibrinogen 

c) kollagen 

d) fibrin 

e) hemoqlobin 



54.  Hansı dada qarşı daha tez adaptasiya yaranır? 

a) şirinə qarşı 

b) acıya qarşı 

c) qlutamat dadma qarşı 

d) turşa qarşı 

e) duza qarşı 



55.  Bunlardan  hansı  hemoqlobinin  fizioloji  birləşməsinə  aid 

deyil? 

a) methemoqlobin 

b) dezoksihemoqlobin 

c) oksigenləşmiş hemoqlobin 

d) oksihemoqlobin 

e)  karbohemoqlobin 



56.  Bunlardan hansı plasentanın funksiyalarına aid deyil? 

a)  testosteronun sekresiyası 

b)  qonadotropinin sekresiyası, qadın cinsi hormonları 

c)  həyat fəaliyyəti məhsullarının ifrazı 

d)  dölün qidalandırılması 

588 

downloaded from KitabYurdu.org



57.  Ürək  qulaqcığı  kardiomusitləri  hansı  hormon  sekresiya 

edir? 

a) oksitosin 

b) aidesteron 

c) antidiuretik hormon 

d) atriopeptin 

e) melatonin 



58.  Fiziki işlə məşğul olan zaman orta arterial təzyiq: 

a) əvvəlcə artır, sonra isə azalır b) artır c) azalır d) 

dəyişmir 

e) itir 


59.  Na - reabsorbsiyasının artması zamanı diurez necə dəyişir? 

a) azalır 

b) praktiki olaraq dəyişmir c) artır 

d) dəyişmir e) əvvəlcə çoxalır, sonra azalır 



60.  Hüceyrədaxili aparma zamanı - 60mv və - 90mv membran 

potensialı  qeydə  alınıb.  Bu  hansı  hüceyrələrdə  birinci  qeydə 

alınıb? 

a)  1-ci sinir hüceyrəsində, 2-ci əzələ hüceyrəsində 

b)  hər ikisi əzələ hüceyrəsində 

c)  1-ci əzələ hüceyrəsində, 2-ci sinir hüceyrəsində 

d)  hər ikisi sinir hüceyrəsində 

e)  heç birində 



589 

downloaded from KitabYurdu.org



CAVABLAR 

1. A 

31. C 

2. A 

32. B 

3. A 

33. A 

4. D 

34. A 

5. C 

35. A 

6. A 

36. A 

7. E 

37. C 

8. A 

38. C 

9. D 

39. B 

10. D 

40. B 

ll.C 

41. A 

12. D 

42. A 

13. A 

43. B 

14. C 

44. B 

15. A 

45. B 

16. C 

46. B 

17. C 

47. B 

18. A 

48. A 

19. D 

49. B 

20. E 

50. A 

21.C 

51.C 

22. A 

52. B 

23. A 

53. D 

24. C 

54. A 

25. B 

55. A 

26. D 

56. A 

27. A 

57. D 

28. A 

58. B 

29. D 

59. A 

30. C 

60. A 

590 

downloaded from KitabYurdu.org



İXTİSARLARIN SİYAHISI 

AEA 


- Azərbaycan Elmlər Akademiyası 

REA 


- Rusiya Elmlər Akademiyası 

UZİ 


- Ultra səs 

MSS 


- Mərkəzi sinir sistemi 

AT 


- Arteriyal təzyiq 

AKTH 


- Adreno-kortika trop-hormon 

DNT 


- Dezoksiribozanuklein turşusu 

RNT 


- Ribozanuklein turşusu 

ATF 


- Adenozintrifosfat 

ƏL 


- Əzələ lifi 

CFU-E 


- Eritrositlərin unipotent sələfi 

BFU-E 


- Eritropoezin əsas hüceyrəsi 

və ya atəşəbənzər vahidi ÜDH

 

- Ürəyin dəqiqəlik həcmi 



SH 

- Sistolik həcmi 

KFT 

- Kreatina fosfor turşusu 



OAT 

- Orta arterial təzyiq 

SƏH 

- Saya əzələ hüceyrəsi 



ABV 

- Aşağı boş vena 

YBV 

-Yuxarı boş vena 



GV 

- Göbək çiyəsi venası 

VA 

- Venoz axar 



QV 

- Qapı venası 

ADH 

- Antidiuritik hormon 



TƏ 

- Tənəffüs əmsalı 

NADF 

- Nikotinoamid dinukleotid fosfat 



ÜST 

- Ümumdünya Sağlamlıq Təşkilatı 

VBT 

- Vanilbadam turşusu 



591 

downloaded from KitabYurdu.org



MÜNDƏRİCAT 

II HİSSƏ 

IX  FƏSİL 

Qan ................................................................................ 3 

9.1. 

Qanın funksiyaları .......................................................... 3 



9.2. 

Plazma ............................................................................ 7 

9.3. 

Qanın hüceyrəvi elementləri ........................................ 11 



9.4. 

Homopoez, eritropoez, eritrositlər. Hemoliz ............... 12 

9.5. 

Hemoqlobin .................................................................. 16 



9.6. 

Oksigenin daşınması .................................................... 18 

9.7. 

Hemoqlobinin metobolizmi ......................................... 23 



9.8. 

Monositopoez, trombositopoez, limfopoez .................. 25 

9.9. 

Leykositlər və ya ağ qan cisimcikləri .......................... 26 



9.10.  İmmunitet və immun cisimlər ...................................... 32 

9.11.  Trombositlərin funksiyaları .......................................... 34 

9.12.  Eritrositar antigenlər və qan qrupları ........................... 35 

9.13.  Rezus faktoru ............................................................... 39 

9.14.  Qan qruplarının təyini və qan köçürmə ........................ 40 

9.15.  Hemostaz-qanın laxtalanması ...................................... 42 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin