Firidun Hüseynov
“Tam etiqadla demək olar ki, məzmununun müxtəlifliyi, bədii işlənməsi, güclü və
sərrast satirası ilə bu qədər müvəffəqiyyətlə tərtib edilmiş belə jurnal Tiflisdə
görünməmişdi. O heç barədə paytaxt jurnallarından geri qalmır”.
5. “Xatirat”ında Cəlil Məmmədquluzadə yazırdı:
“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.
1. Mətndən əsas faktları tapmaq üçün suallar hazırlayın.
2. Mətnin ikinci hissəsində abzasların düzgün ardıcıllığını bərpa
edin.
3. Hansı sualın cavabı mətndə vardır?
“Poçt qutusu” hekayəsi neçənci ildə nəşr olunmuşdur?
“Novruz” qəzetinin neçə nömrəsi çapdan çıxmışdır?
“Molla Nəsrəddin” jurnalının yaranmasına hansı jurnal başlanğıc vermişdir?
4. Hansı fikir mətndə yoxdur?
M.Şahtaxtlı C.Məmmədquluzadəni görüşmək üçün Tiflisə çağırır.
M.Şahtaxtlı C.Məmmədquluzadəni mətbuata istiqamətləndirir.
“Poçt qutusu” C.Məmmədquluzadənin ilk hekayəsidir.
5. Senzor, taktika, şəhadətnamə sözlərinin leksik mənasını izah edin.
6. Fərqləndirilmiş sözləri müvafiq qarşılığı ilə əvəz edin. Həmin sözlər həmişə bir-
birini əvəz edə bilirmi?
7. Rəğbət, rəfiq, niyyət sözlərinin sinonimlərini müəyyən edin.
8. Rəfiq sözünün antonimini tapın.
9. Mətndə hansı cümlələrə xitab artırmaq olar?
10. Mətnin ikinci abzasında xitabları müəyyənləşdirin, durğu işarələrinin
işlənməsinə fikir verin.
Niyə
C.Məmmədquluzadə
“Molla Nəsrəddin "i
zəmanənin yaratdığı
jurnal hesab edir?
Xitab cümlə üzvlərindən, əsasən, vergül işarəsi ilə ayrılır.
1. Xitab cümlənin əvvəlində işlənib, adi intonasiya ilə deyilərsə, ondan
sonra vergül, yüksək hiss-həyəcanla deyilərsə, nida işarəsi qoyular.
Məsələn:
Oğul, sözlərimə yaxşı qulaq as
Ata nəsihəti faydasız olmaz. (N. Gəncəvi)
2. Xitab cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məsələn:
Mən bilirəm, Gülgəz, sənin bu işdən xəbərin yoxdur.
3. Xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül, sonra isə
cümlənin məqsədinə görə növünə uyğun durğu işarəsi qoyulur.
Məsələn:
Bayrağına canım qurban, Azərbaycan! (N.Həsənzadə)
4. Xitablar ay, ey, aman nidaları ilə də işlənə bilir. Bəzən ey nidasından
sonra vergül qoyula bilər. Məsələn:
Ey, cavan oğlan, haraya gedirsən?
11. Aşağıdakı cümlələrdə xitabların yerini müəyyənləşdirin, durğu işarələrini bərpa
edin.
Başına dönüm xan mən nə bilirəm poçtxana nədir, zad nədir?
(C.Məmmədquluzadə)
Bizim elli bir qəhrəman
Bir yaralı qızıl əsgər.
Dedi: Doktor aman doktor
Sağlığıma güman yoxdur... (S. Vurğun)
Ey vətən Torpağın əzizdir mənə,
Mən səndə tapmışam səadətimi. (S.Rüstəm)
Ey bəni-adəm haradan gəlib, haraya gedirsən? (Azərbaycan nağıllarından)
✔
Son iki cümlənin hansında ey nidasından sonra vergül işlənə bilər və ya əksinə,
işlənə bilməz? Nə üçün?
12. Məntiqi ardıcıllığı davam etdirin.
Azərbaycan odlar diyarıdır.
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! (M.Şəhriyar)
Sən canlı tarixsən, doğrudan, Araz,
Səsində min ildən qəm-qübar qalıb. (M.Araz)
Araz..................................................
Ceyran.........................................
Nə gözəl yaraşır Muğana ceyran! (S. Vurğun)
Bizə meydan oxuyan bilməlidir birdəfəlik
Nə satılmaz, nə verilməz binədən yada Vətən. (B. Vahabzadə)
..................Vətən..................
✔
Verilmiş cümlələrdə altından xətt çəkilmiş sözlər arasında qrammatik
cəhətdən oxşar və fərqli cəhətləri müəyyən edin. İntonasiya fərqlərinə diqqət
yetirin.
13. Uyğunluğu müəyyənləşdirin.
Mübtəda ilə xitabın oxşar cəhətləri: Mübtədadan fərqli olaraq xitab:
YALANÇI “XORTDAN”
1907-ci ildə Ə.Haqverdiyev Gəncədə yaşayırdı. Gəncə ziyalıları onu yaxşı tanıyırdılar.
Ziyalılardan yazmaqla məşğul olanlar da vardı. Əli Nəzmi də bunlardan idi. Onlar öz
yazdıqlarını Ə.Haqverdiyevə oxuyar, ondan məsləhətlər alardılar. Bir nəfər
Ə.Haqverdiyevi lap təngə gətirmişdi. Bu “ziyalı” gecələri yatmır, ağlına gələn
hərzələri yazıb adını da faciə qoyur və səhəri Ə.Haqverdiyevə oxuyurdu.
Ə.Haqverdiyev də xasiyyətcə mülayim olduğu üçün özünə əziyyət verib qulaq asırdı.
Bir gün yenə Ə.Haqverdiyev bağda oturmuşdu. Bir də gördü ki, həmin “dostu” əlində
də “Molla Nəsrəddin” məcmuəsinin son nüsxəsi gəldi və salam verib onun yanında
əyləşdi. O, həmişəkindən fərqli olaraq çox qürurlu görünürdü.
- Əbdürrəhim bəy, “Cəhənnəm məktubları”nı mütaliə edirsinizmi? - deyə “Molla
Nəsrəddin” nüsxəsinin “Cəhənnəm məktubları” çap olunan səhifəsini göstərir.
- Əlbəttə, oxuyuram, - ədib cavab verdi.
- Yəqin, xoşunuza gəlir?
- Niyə, pis deyil, yaxşıdır.
- Mən ölüm, Əbdürrəhim bəy, düz deyirsiniz?
- Necə bəyəm? Sizinlə zarafatım var?
- Deməli, mən çox xoşbəxtəm.
Ə.Haqverdiyevi maraq qarışıq təəccüb bürüdü.
- Təəccüblənməyin, Əbdürrəhim bəy, öz aramızda qalsın, heç kimə deməyin.
“Cəhənnəm məktubları”nı mən yazıram. “Xortdan” da mənim gizli imzamdır.
- Çox gözəl. Amma, qardaşoğlu, hər bir yazdığın pyesi mənə oxuduğun halda,
təəssüf ki, bunu oxumamısan. Gətir hekayənin mabədini oxuyaq, çox maraqlıdır.
- Yox, mirzə, düzü, bu onlardan deyil, bunu oxumaram...
- Doğrudan, oxumazsan?
- Yox, qorxuram.
- Niyə? Nədən qorxursan, qardaşoğlu?
- Deyilənə görə, qələm sahibləri çırpışdıran olurlar.
- Elə isə, qulaq as, mən oxuyum, sən başa düş, - deyə Ə.Haqverdiyev əlini cibinə
salıb bir dəftər çıxarır və “Cəhənnəm məktubları”nın mabə-
dini oxumağa başlayır. “Cəhənnəm məktubları”nın “müəllifi” - yalançı “Xortdan”
özünü itirir, “Mirzə, işim var”, - deyə əkilir və bir daha Ə.Haqverdiyevin gözünə
görünmür.
Kamran Məmmədov
1. Birinci abzasdakı yersiz təkrarları aradan qaldırın və həmin cümlələri yenidən
işləyin.
2. Müəlliflərin gizli imzalardan istifadə etməsinin səbəbi nə idi?
3. “Ziyalı” və “dost” sözlərinin dırnaq içərisində verilməsinin səbəbini aydınlaşdırın.
4. Hansı hikmətli söz mətnin məzmununa uyğundur?
Dünyada insanı ən çox utandıran yalanının üzə çıxmasıdır (F.Bekon).
Yalanın ən böyük düşməni həqiqətdir (İ.Kant).
Yalan ayaq tutar, amma yeriməz (Azərbaycan atalar sözü).
5. Mətndəki dialoqu üçüncü şəxsin dilindən danışın.
6. Təəccüb sözünün sinonimini tapın.
7. Tünd şriftlə verilmiş sözlərin yerinə uyğun gələn elə sözlər tapın ki, cümlənin
məzmununa xələl gəlməsin.
8. Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
9. Mətndə fikrə münasibət bildirən sözləri seçib yazın. Onların hansı məqsədlə
işləndiyini deyin.
10. Aşağıdakı cümlələrdə münasibət bildirən sözləri müəyyənləşdirib durğu
işarələrini bərpa edin. Modal sözlərdə durğu işarələrinin işlənmə qaydasını
yadınıza salmaq köməyinizə gələ bilər.
Cəfərin gözlərindən yaş axırdı:
- Heyif ki göz yaşlarımızla bu yanğını söndürə bilməyəcəyik. (S.Dağlı)
Baharının gəlişini ver mənə
Bəlkə sənə son borcumu qaytarım. (M.Araz)
Sizcə,yalançı
“Xortdan”ın özünü
itirməsinə səbəb nə
oldu?
Demək baş tutmadı xanın arzusu.
Sizdən gözlənilməz bir cavabdır bu. (S. Vurğun)
Cütçü saf tum səpsə torpağa əgər,
Şübhəsiz torpaqdan saf tum göyərər. (N. Gəncəvi)
Nalayiq danışan şəxslərə əlbət
Hər zaman sükutla müqabilə et. (N. Gəncəvi)
Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Ara sözlər
daha çox modal sözlərlə ifadə olunur və cümlə üzvlərindən vergüllə
ayrılır.
1. Ara söz cümlənin əvvəlində işlənərsə, ondan sonra vergül işarəsi
qoyular. Məsələn:
Bəs biz nəyik?
Bəlkə, elə Füzulinin, Nizaminin zərrəsiyik? (X.Rza)
2. Ara söz cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məsələn:
Şairdir, görünür, düz ilqarı var... (S. Vurğun)
3. Ara söz cümlənin sonunda gəldikdə ondan əvvəl vergül, sonra isə
cümlənin məqsədinə görə növünə uyğun durğu işarəsi qoyulur.
Məsələn:
Bəli də! Ayağı çanqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı, bəlkə? (S. Vurğun)
11. Aşağıdakı cümlələrdə xitablar və ara sözləri fərqləndirin (durğu işarələri
buraxılmışdır). Özünüz də nümunələr toplayıb fikirlərinizi əsaslandırın.
Bilirsən Vidadi sözün doğrusu
Olmaq istəmirəm vicdan oğrusu. (S. Vurğun)
Bəlkə bu yerlərə bir də gəlmədim
Duman salamat qal, dağ salamat qal. (M.Araz)
✔
Ara sözlər də xitablar kimi........................
✔
Ara sözlər xitablardan fərqli olaraq........................
12. “Həqiqəti inkar edən ziyan çəkər” mövzusunda inşa yazın.
İLK REDAKTOR. O KİM İMİŞ?
vətənpərvər redaktor
1918-ci ildə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Yeni qurulan
Azərbaycan hökumətinin 3 sentyabr 1918-ci il tarixli qərarına əsasən, bir çox
çətinliklərdən sonra, nəhayət, “Azərbaycan” qəzeti həmin ayın 15-də Gəncə
şəhərində nəşrə başlayır. Dörd nömrədən sonra oktyabrın 3-dən bu qəzet
fəaliyyətini Bakıda davam etdirir. Qəzet əvvəl redaksiya heyəti adından, 1918-ci il
oktyabrın 8-dən 1919-cu il yanvarın 19-na kimi isə Ceyhun bəy Hacıbəylinin müdirliyi
ilə nəşr olunur.
Beləliklə, Ceyhun bəy Hacıbəyli “Azərbaycan” qəzetinin ilk redaktoru kimi mətbuat
tarixinə düşür.
1918-ci ilə qədər Bakıda “Azərbaycan” adlı mətbuat orqanına, demək olar ki, rast
gəlinmir. Çünki bu adda qəzet və jurnal nəşr etməyə cəhd göstərilsə də, çarizmin
milli siyasətinə zidd olduğundan hakim dairələr tərəfindən müxtəlif bəhanələrlə
onun qarşısı almırdı. Bunun da səbəbi aydın idi.
Səbəbi tapmaq üçün çərçivədə verilmiş sözləri ardıcıl düzmək lazımdır.
“Azərbaycan” qəzetinin baş redaktoru olduğu zaman bir neçə Avropa dilini sərbəst
bildiyi üçün Ceyhun bəy 1919-cu il yanvarın 6-da Parisdə keçiriləcək Versal Sülh
Konfransı üzrə “müşavir” vəzifəsinə təyin olunur. Konfransda iştirak etmək üçün ona
şəhadətnamə verilir. Səfərin əsas məqsədi, şübhəsiz ki, Azərbaycan Xalq
Cümhuriyyətini beynəlxalq aləmdə tanıtmağa nail olmaq və vətənimizə aid tarixi,
etnoqrafik, eləcə də digər sənədləri yaymaq yolu ilə Avropa və Azərbaycanın
vəziyyəti ilə tanış etmək idi. Bu konfrans 1919-cu ilin yanvarından 1920-ci ilin
yanvarına qədər fasilələrlə davam etdi və nəticədə Antanta Azərbaycan Xalq
Cümhuriyyətinin istiqlaliyyətini tanıdı.
C.Hacıbəyli kimdir?
Sözsüz ki, bu proses sovet Rusiyasının qəzəbinə səbəb oldu. Ceyhun bəy “sapı
özümüzdən olan baltalar”ın xəyanətinin qurbanı oldu və bu səbəbdən Fransada
yaşamaq məcburiyyətində qaldı. Ancaq burada da xalqına xidmət etdi. Azərbaycan
ədəbiyyat və incəsənət xadimlərinin əsərlərini fransız, ingilis dillərinə çevirib nəşr
etdirdi.
1933-cü ilin yanvar-mart aylarında Parisdə nəşr olunmuş “Asiya” jurnalının xüsusi
buraxılışında C.Hacıbəylinin 144 səhifədən ibarət “Qarabağ dialekti və folkloru” əsəri
dərc edilmişdir. Həmin əsərdə Ceyhun bəy fransız oxucuları üçün Qarabağ
dialektindən müxtəlif folklor nümunələri toplayıb geniş şəkildə izahını vermişdir.
Bunların içərisində tapmaca, lətifə, hədə-qorxu, tərifləmə, alqış, qarğış və digər
nümunələr də var idi.
Onun ən maraqlı yazılarından biri də “Azərbaycan şairələri” adlı məqaləsidir. Yazı
təxminən 1950-ci ildə qələmə alınmışdır. Burada Ceyhun bəy Aşıq Pəri, İbrahim
xanın nəvəsi Xurşidbanu bəyim Natəvan, İbrahim xanın qızları: “Ağabacı” təxəllüsü
ilə yazan Ağabəyim ağa və Gövhər ağanın həyat və yaradıcılığı ilə fransız oxucularını
tanış edir.
Aslan Kənan
1. Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan istifadə edərdiniz?
Onları tərtib edərək yoldaşlarınızla müzakirə edin.
2. Xaricdə yaşayıb-yaratmaq məcburiyyətində qalan daha hansı böyük
şəxsiyyətlərimizi tanıyırsınız?
3. Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
4. Sərbəst, azad, müstəqil sözlərinin sinonim olduğunu əsaslandırın. İstiqlaliyyət
sözü bu sözlərlə sinonimlik yarada bilərmi? Fikirlərinizi əsaslandırın.
5. Xəyanət sözünün antonimini tapın.
6. Mətndə altından xətt çəkilmiş sözlərin ifadə etdiyi mənanı müəyyənləşdirin.
Modal sözlər haqqında bildiklərinizi yadınıza salın. Sizcə, hansı ara sözlər eyni
məna qrupuna daxildir?
7. Uyğunluğu müəyyənləşdirin (səh. 139).
“Sapı özümüzdən olan
baltalar” dedikdə nə
başa düşürsünüz?
8. Məntiqi ardıcıllığı davam etdirin və uyğunluğu müəyyənləşdirin.
9. “Vətənpərvər ziyalılarımız” mövzusunda təqdimat hazırlayın. Təqdimatınızda ara
sözlərdən düzgün və yerində istifadə edin.
VI SƏNƏT DÜNYASINA SƏYAHƏT
Artıq dərs ili sona çatmaq üzrə idi. Dostlar yay tətilini
necə keçirəcəkləri, hansı işləri görəcəkləri barədə
düşünürdülər.
- Mən Azərbaycanın müəyyən bölgələrini, Bakıətrafı
kəndləri səyahətə çıxmaq, yer adlarının mənşəyini
öyrənmək istərdim.
- Birdən-birə necə oldu ki, bu fikrə düşdün?
- Keçən həftə “Füyuzat” jurnalında səyyah
Zeynalabdin Şirvani haqqında maraqlı bir yazı
oxudum. Sən demə, əslən şamaxılı olan Z.Şirvani
ömrünün 40 ilini səyahətdə keçirmiş, Avropa, Asiya
və Afrikanın bir çox ölkələrini gəzmiş, Hind və
Atlantik okeanından keçərək 3000 adadan ibarət
olan İndoneziyaya gedib çıxmışdır. Təsadüfi deyil ki,
İndoneziyada onun adı əbədiləşdirilmişdir. Adına
kitabxana-muzey vardır.
- Səhv etmirəmsə, deyəsən, Z.Şirvani “Təmkin”
təxəllüsü ilə şeirlər də yazmışdır.
- Hə. O bu təxəllüsü səfər zamanı tanış olduğu bir
dərvişin onu “təmkinlisən” adlandırmasından sonra
götürüb.
- Məncə, onun ən böyük əsəri “Kəşfül-məarif”
adlanır. Şirvani bu əsəri 28 il səyahətdə olduqdan
sonra yazmışdır.
- A.Bakıxanov onun “Riyazüs-səyahə” əsərini
“faydalar xəzinəsi” adlandırmışdır. Kitabın ən maraqlı
cəhətlərindən biri onun Yer kürəsindən bəhs etməsi,
dünya ölkələrinin 7 iqlim üzrə bölünməsi sxeminin
verilməsidir... Bəs sən yay tətilində nə edəcəksən?
- Mən vaxtımı daha çox ədəbiyyat və incəsənətimizlə,
söz ustalarımızla bağlı maraqlı faktlar toplamağa
sərf edəcəyəm. Axı mən gələcəkdə ədəbiyyatşünas
olmaq istəyirəm.
Təxəllüs nə
deməkdir?
- Bilirsən, dostum, nə ilə məşğul oluruqsa, olaq, çalışmalıyıq ki, topladığımız
materiallar, faktlar xalqımızın zəngin tarixinin, ədəbiyyatının, incəsənətinin bariz
nümunəsi olsun. Gördüyümüz işlər vətənə xeyir versin.
- Sədi Şirazi demişdir ki, “Dünyada qızıldan saray qoyub getməkdənsə, yaxşı ad
qoyub getmək daha vacibdir”
- Elə isə hər ikimizə uğurlar! Hələlik dərs ilini yüksək nəticələrlə başa vurmalıyıq.
1. Dialoqdan hansı faktları öyrənə bildiniz?
2. Siz hansı səyyahları tanıyırsınız?
3. Hadisələri I şəxsin dilindən verməyə çalışın.
4. Faktları toplayıb, elmi mətn tərtib edin.
5. Dialoqa əsasən bölmənin adı haqqında fikir yürüdün.
6. Mənşə sözünü hansı sözlə əvəz etmək olar?
7. Fərqləndirilmiş sözün leksik mənasını izah edin. Onu hansı sözlə əvəz etmək
olar?
8. Çox səyahət edən adam nə adlanır?
9. Səyyar, səyyad, səyyal sözlərinin leksik mənalarını fərqləndirin.
10. Ayrılma etiketlərinin məntiqi ardıcıllığını davam etdirin:
sağ olun, görüşənədək...
11. Cümlə haqqında bildiklərinizi yada salıb suallara cavab verin.
Cümlə nədir? Cümlənin yaranmasında intonasiyanın rolu haqqında nə deyə
bilərsiniz? İntonasiya cümlənin məqsədini dəyişə bilərmi? Məqsəd və
intonasiyaya görə cümlələrin hansı növləri var?
12. Dialoqda çərçivəyə alınmış sözü sual cümləsinə verilən cavab hesab etmək
olarmı? Aşağıdakı cümlələrdən istifadə etməklə fikirlərinizi əsaslandırın.
Siz yay tətili
ərzində hansı
işləri görməyi
planlaşdırırsınız?
Sizcə, dostlar ayrılarken
hansı, sözlərdən
istifadə edəcəklər?
- Bizə gələcəksən?
- Yəqin / Bəli / Hə.
- Bəlkə də.
- Dərsi öyrənmisən?
- Əlbəttə / Aha.
- Xeyr / Yox.
Bir sözdən ibarət olub üzvlənməyən və sual tələb etməyən cümlələrə söz-
cümlə deyilir. Söz-cümlələr modal söz, nida və ədatlarla ifadə olunur.
13. Dialoqda fərqləndirilmiş sual cümləsinə söz-cümlə ilə cavab vermək olurmu?
Aşağıdakı sual cümlələrinə cavab verməklə bunun səbəbini izah edin və
fikirlərinizi əsaslandırın?
14.
Dialoqda altından xətt çəkilmiş cümlələrin məqsəd
və intonasiyaya görə növünü müəyyənləşdirin və aşağıdakı fikirləri tamamlayın.
1. Nəqli cümlə......... . Nəqli cümlələrin sonunda......... .
2. Sual cümləsi........cümlələrə deyilir. Sual cümlələrin sonunda..... .
3. Əmr cümləsi.......bildirən cümlələrdir. Əmr cümlələrinin sonunda...... .
4. Nida cümlələri........bildirir. Nida cümlələrinin sonunda.......... .
✔
Nəqli cümləni intonasiyanın dəyişməsi ilə əmr cümləsinə çevirmək olarmı? Nə
üçün? Fikrinizi nümunələrlə əsaslandırın.
Əmr cümlələrinin xəbəri, bir qayda olaraq, feilin əmr şəklində olur. Əmr
ədatları da əmr cümlələrinin qurulmasında iştirak edir.
Nida cümlələri yüksək hiss-həyəcan ifadə edir, intonasiya və nidaların
köməyi ilə əmələ gəlir.
15. Aşağıdakı mətndə məqsəd və intonasiyaya görə cümlənin hansı növlərindən
daha çox istifadə olunmuşdur? Mürəkkəb adları düzgün yazın.
Bülbülün başçılıq etdiyi MUSİQİNİN ELMİ TƏDQİQİ KABİNETİ hansı
istiqamətlərdə işləyirdi? Onlar qocaman sənətkarları, tanınmış xanəndələri
dəvət edib onların ifasında nadir, unudulan el havalarını, nəğmələri, çalğıları,
oyun havalarını fonovalikə yazırdılar. Bu fonovaliklərdə əbədiləşən musiqilərin
müəyyən hissəsi nota alınır, araşdırılırdı. Xalq içindəki söz bilicilərinin, aşıqların,
dastançıların dilindən nağıllarımız, söyləmələrimiz, söz sərvətimizin müxtəlif
örnəkləri yazıya köçürülürdü. Təbii ki, bu yazıyaköçürmə işini müxtəlif səviyyəli,
müxtəlif peşəli adamlar icra etdiklərin-
Bizə nə vaxt
gələcəksən?
Bizə gələcəksənmi?
Bizə gələcəksən?
dən deyim tərzləri, ifadə rəvanlığı da müxtəlif idi. Həmin əlyazmaları səriştə ilə təhlil
etmək, lazım gələrsə, əl gəzdirmək, yaxşısını pisdən ayırmaq lazım idi.
Bunları yazıya alan ƏRTOĞRUL CAVİD idi. O, böyük şair və dramaturq HÜSEYN
CAVİDİN oğlu idi!
İşləyə-işləyə oxuyurdu. Həm də AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ İNSTİTUTUNUN
(hal-hazırda universitet) tələbəsi idi. Ərtoğruldan harada işlədiyini təsdiq edən sənəd
tələb etmişdilər.
(Rafael Hüseynov)
✔
Sizcə, Ərtoğrula hansı sənəd verilməli idi?
Hər hansı bir şəxsin harada yaşaması, işləməsi, oxuması, sağlamlığı, müəyyən
obyektin, hadisənin yoxlanması haqqında tərtib edilən xüsusi sənəd arayış hesab
edilir.
Arayış yazmaq üçün aşağıdakıları bilmək lazımdır:
1. Arayış sözü ortada yazılır.
2. Sol tərəf müəəssisənin ştampı üçündür. Ştampın üstündə arayışın qeydiyyat
nömrəsi və verildiyi tarix göstərilir.
3. Arayışın məzmunu - kimə və nə məqsədlə verildiyi göstərilir.
4. Daha sonra arayışın təqdim olunduğu yer göstərilir.
5. Sonda arayış idarə rəhbəri tərəfindən imzalanır və möhür vurulur.
Arayış
Həqiqətən, Vəliyeva Vəfa Əli qızı Bakı Dövlət
Universitetində aparıcı müəllim vəzifəsində çalışır.
Arayış Mərkəzi Banka təqdim olunmaq üçün verilir.
Kafedra müdiri: /Məmmədova N./
Arayış əməli yazı
növlərindən biridir.
Arayış türk mənşəli
söz olub mənası
“arama”, “axtarma”
deməkdir.
16. Aşağıdakı cümlələrin məqsəd və intonasiyaya görə növünü müəyyən edin.
Durğu işarələrinin işlənməsinə fikir verin.
Yaşasın gələcək! Böyük gələcək!
Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə
aparır. (Dekart)
Hərçəndi sənətin çox rütbəsi var,
Həyata faydalı bir elmi axtar. (N.Gəncəvi)
Düşmənlik silinsin, dostluq var olsun! (N. Gəncəvi)
Dünyada fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət! (N. Gəncəvi)
Qoy bütün dünyanın uşaqları xoşbəxt olsun.
Nə xəbər var, Məşədi? (M.Ə.Sabir)
17. Xəyalən Qarabağ bölgəsini səyahətə çıxın. Həmin bölgələr, onların adət-
ənənələri, işğal tarixləri, milli qəhrəmanları haqqında məlumat toplayın. İnşa və
esselər yazın, təqdimatlar hazırlayın. Münasib günlərdə hazırladığınız
təqdimatlarla çıxış edin.
Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumat əldə etmək üçün İnternet
materiallarından istifadə edə bilərsiniz.
✔
Təqdimatlarınızı hazırlayarkən cümlənin məqsəd və intonasiyaya görə bütün
növlərindən istifadə etməyə çalışın.
HACI ZEYNALABDİN ŞİRVANİ
(ixtisarla)
Həyatda həqiqi səadət budur: uca olduğunu
qəbul etdiyiniz bir amal üçün var olmaq.
Bernard Şou
Qədim mədəniyyətə malik olan xalqımız elmin bütün sahələri üzrə dünya şöhrətli
alimlər, səyyahlar və coğrafiyaşünaslar yetirmişdir. Bunlardan IX əsrdə yaşamış, bir
çox ölkələri gəzmiş və çoxlu əsərlər yazmış Məkki Bərdani, Azərbaycanın ilk tam
xəritəsini tərtib edən və X əsrə məxsus sərhədləri, ərazisi, təbiəti və təsərrüfatı
haqqında mükəmməl məlumat verən Əbdül Qasım Hauqalı, astronom Əli Dərbəndi,
Seyid Yəhya Bakuvi və başqalarını göstərmək olar. Belə alimlərdən biri də XVIII əsrin
sonu, XIX əsrin əvvəllərində yaşamış məşhur səyyah və coğrafiyaşünas Zeynalabdin
Şirvanidir.
Zeynalabdin Şirvani 1780-ci il avqust ayının 16-da Azərbaycanm ən qədim mədəni
mərkəzlərindən biri olan Şamaxı şəhərində ruhani ailəsində anadan olmuşdur.
Zeynalabdinin 5 yaşı olanda atası Axund İskəndər Kərbəla şəhərinə köçür və orada
mədrəsədə müəllimliklə məşğul olur.
Z.Şirvaninin adı Hindistanda muzeyə, İndoneziyada kitabxanaya, Məkkə və Ciddə
coğrafiya cəmiyyətlərinə, Şirazda küçəyə, Azərbaycanda isə Xəzər dənizində üzən
gəmilərdən birinə verilmişdir.
Atası Zeynalabdinin savadından, elmə cidd-cəhdlə yiyələnməsindən, tərbiyəsindən,
hətta xəttinin gözəlliyindən belə məmnun idi. Lakin o, oğlunun səyyahlığa olan
meylini də duymuşdu. Zeynalabdin pərdəarxası həqiqətləri öyrənmək və dərk
etmək, göylərə yüksəlmək, oradan dünyanı seyr etmək, karvanlara qoşulub yollara
çıxmaq, ölkələri, şəhərləri, insanları görmək istəyirdi.
17 yaşı olanda atası onu Şirvana yola salır. Səfər əsnasında onun qabiliyyəti, ədəbi
və təmkini bir dərvişin xoşuna gəlir. Dərviş ona yaxınlaşıb: “Kimsən, övlad? Haradan
gəlib haraya gedirsən?” - deyə soruşur. O da: “Tələbəyəm, Kərbəladan gəlib Şirvana
gedirəm”, - deyir.
Dərvişin
Zeynalabdinə bu
sözü deməkdə
məqsədi nə idi?
“Şirvan” sözünü eşidən dərvişin üzündə bir təbəssüm duyulur, “Şirvana (Şirlər
ölkəsi), yoxsa Şərvana (Şərlər ölkəsi) gedirsən?” - deyə soruşur.
Zeynalabdin özünəməxsus təmkinlə: “O, deyənin məqsəd, əqidə və tinə tində n
asılıdır. Şir əsillidirsə, Şirvan, şər əsillidirsə, Şərvan kimi yozacaq. Mən Şirvana -
Vətənimə gedirəm”, - deyə cavab verir.
Gəncin təmkinini pozmadan verdiyi cavab dərvişin xoşuna gəlir, “adım Sakitdir”, -
deyə özünü təqdim edir. Zeynalabdin öz-özünə:
“Bu az ömrümdə bir dəvə yükündən çox kitab oxumuşam. Lakin bu səfərim mənə
daha çox şey öyrətdi”, - deyə düşünür.
Bir neçə gündən sonra Şamaxıya çatan Zeynalabdin doğmaları ilə görüşür. Az sonra
isə onun 37 illik səyahəti başlayacaq, dünyanın yarısından çoxunu gəzib
dolanacaqdı.
Zeynalabdin Şirvani təkcə səyyah və coğrafiyaşünas olmamışdır. Bir sıra elmi əsərlər
yazmış, tarixçi, etnoqraf, ədib, şair və böyük islam alimi olmuşdur.
Dostları ilə paylaş: |