DƏrslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 08. 06. 2015-ci IL tarixli 645 nömrəli əmri ilə



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix31.01.2017
ölçüsü8,74 Mb.
#7142
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11

Araz Yaqubov
1.  Mətndəki əsas faktları seçib fikir mübadiləsi aparın. Mətnin əsas ideyasını
müəyyən edin və bu gün onun necə həyata keçirildiyini əsaslandırın.
2.  Milli azadlıq mübarizəsi xalqımıza nə üçün lazım idi?
3.  Azərbaycan xalqının milli azadlıq hərəkatı haqqında nə bilirsiniz?
4.  Dünya azərbaycanlılarının həmrəyliyi haqqında faktlar toplayıb mətnə əlavələr
edin.
5.  Səh. 72-də həmrəylik haqqında verilmiş fikirlərin düzgün olduğunu əsaslandırın.
6.  Azadlıq haqqında görkəmli şəxslərin söylədikləri ifadələri toplayın. Nitqinizdə
onlardan sitat kimi istifadə edin.
7.  Fərqləndirilmiş sözlərin leksik mənalarını lüğət vasitəsilə izah edin.
8.  Mətndən uzun cümlələri tapın, onları bir neçə cümlə şəklində sadələşdirin. Sadə
mətn tərtib edin.
9.  “Harada axar su varsa, orada yaşıllıq var, 
Harada birlik, qardaşlıq, dostluq varsa, orada mərhəmət, sevgi və səadət var” 
(C.Rumi) kəlamından sitat kimi istifadə etməklə məqalə və ya inşa yazın.

İNANILMAZ TARİXİ FAKT
Bütün əməllər insanın özünə qayıdır. 
Vinston Çörçil
XX əsrin əvvəllərində bir şotland fermeri bataqlığın yanından keçərək evə qayıdırdı.
Birdən o, kiminsə kömək çağırışlarını eşidir. Fermer dərhal kömək üçün səs gələn
tərəfə qaçır və batan bir oğlan uşağını görür. Oğlan bataqlığın ölüm saçan ağırlığından
xilas olmağa çalışır, lakin bu çapalama onu ölümə daha çox yaxınlaşdırırdı. Oğlan
qorxu və ümidsizlik içində qışqırırdı. Fermer tez bir qalın ağac budağı tapıb ehtiyatla
ora yaxınlaşır və ağacı batan oğlana uzadır. Oğlan təhlükəsiz yerə çıxır. O, soyuqdan və
həyəcandan əsir, göz yaşlarını saxlaya bilmirdi. Lakin əsas bu idi ki, o, xilas olmuşdu!
- Bizə gedək, - deyə fermer ona təklif etdi. - Sən sakitləşməlisən, paltarını qurutmalı,
isinməlisən.
- Yox, yox, - oğlan dedi, - atam məni gözləyir. O, yəqin, çox narahatdır.
Minnətdarlıq ifadə edən gözlərlə öz xilaskarına baxan oğlan təşəkkür edib evlərinə
gedir...
Səhər tezdən fermer onun qapısına gözəl bir karetanın yaxınlaşdığını gördü.
Karetadan çox şıq və bahalı geyimli bir centlmen çıxıb ona sualla müraciət etdi:
- Dünən mənim oğlumu sizmi xilas etmisiniz?
Xilas olmuş
oğlanın
hərəkətinə
münasibət
bildirin.

- Bəli, mən, - deyə fermer cavab verdi.
- Mənim sizə borcum nə qədər olacaq?
- Xətrimə dəyməyin, cənab. Siz mənə borclu deyilsiniz, çünki mən hər bir normal
insanın edəcəyi hərəkəti yerinə yetirdim.
- Yox, bilirsiniz, oğlum mənə çox əzizdir. İstədiyiniz məbləği deyin.
- Mən daha bu mövzu barədə danışmaq istəmirəm. Sağ olun.
Fermer getmək üçün geri döndü. Bu zaman onun oğlu evdən çıxdı.
- Bu sizin oğlunuzdur? - varlı qonaq soruşdu.
- Bəli, - fermer fərəhlə oğlunun başını sığalladı.
- Gəlin belə edək. Mən sizin oğlunuzu özümlə Londona aparım, onun təhsil haqqını
ödəyim. Əgər o, atası kimi alicənabdırsa, onda nə siz, nə mən bugünkü
hərəkətlərimiz üçün heyifsilənməyəcək, peşman olmayacağıq.
Bir neçə il keçdi. Fermerin oğlu əvvəl məktəbi, sonra Tibb Universitetini bitirdi. Bir
müddətdən sonra o penisilini kəşf edən insan kimi bütün dünyada tanındı. Bu,
Aleksandr Fleming idi.
Müharibə başlamazdan əvvəl bahalı London klinikalarından birinə həmin varlı
cənabın ağır formada sətəlcəm olmuş oğlunu gətirmişdilər.
...................................................
Fleminqin təhsil pulunu ödəyən həmin varlı kişinin adı Randolf Çörçil idi. Onun oğlu
isə iki dəfə Fleminqlər ailəsi tərəfindən ölümdən xilas edilən, sonradan İngiltərənin
baş naziri olmuş Vinston Çörçildir. Sonralar hər dəfə bu hadisəni xatırlayan V.Çörçil
deyirdi: “Bütün əməllərin sənə qayıdır”.
“Dünyanı dəyişən 100 adam” jurnalından
Fermerin sözlərinə
əsasən onu xarakterizə
edin.
Sizcə, bu dəfə oğlanı nə
xilas etdi? Nöqtələrin
yerinə hansı cavab
olmalıdır?
Çörçil bununla nə
demək istəyirdi?

1.  Mətndəki əsas fikri müəyyən edin və münasibət bildirin.
2.  Mətni bitkin hissələrə bölün və adlandırın.
3.  Mətndə sizin üçün maraqlı olan hansı faktlar var?
4.  Mətndə təsvir olunan hadisələrin məntiqə uyğun olub-olmadığını əsaslandırın.
5.  V.Çörçil haqqında məlumat toplayıb qısa şərh yazın.

6.  Mətn üçün açar sözlər seçin. Fikirlərinizi əsaslandırın.
7.  Fermer, centlmen sözlərinin leksik mənalarını izah edin.
8.  Mətndəki birinci cümlədə necə? sualına cavab verən cümlə üzvünü tapın.
Həmin cümlə üzvünə təyin demək olarmı? Fikrinizi əsaslandırın.
9.  Cümlələrdə fərqləndirilmiş sözlərə sual verin və uyğunluğu müəyyən edin.
tamamlıq təyin ?
Həqiqi dostluq mənəvi fədakarlıqdır. (T.Əhmədov)
Düşmənini öldürmək əvəzinə onu şəfqət və
məhəbbətlə yola gətir. (C.Allen)
Səadət kamalla yetişər başa 
Xalqa hörmət elə, ədəblə yaşa. (N. Gəncəvi)
Ağılla dərk edirik nöqsan cəhətləri biz 
Nöqsanını dərk edən ağıllıdır, şübhəsiz. (A.Bakıxanov)
O, skamyada oturmuş qocaya mərhəmətlə baxır, 
ona necə yardım edəcəyini düşünürdü.
O, soyuqdan və həyəcandan əsirdi.
Heç qorxmayır soyuqdan 
Çöldə qoçaq uşaqlar. (T.Mütəllibov)
Böyük düşüncələr böyük hislərdən yaranır. (F.Lamşfuko)

 Sizcə, sual işarəsinin yerində hansı cümlə üzvünün adı yazılmalıdır?
Zərflik hərəkətin icrasını və əlamətin meydana çıxmasını müxtəlif
cəhətlərdən izah edir.
Zərflik hərəkətin tərzini, zamanını, yerini, miqdarını (dərəcəsini),
səbəbini, məqsədini bildirir.
10.  Mətndə fərqləndirilmiş hissədə zərflikləri tapıb onların xəbəri hansı baxımdan
izah etdiyini araşdırın.

11.  10-cu tapşırıqdakı şərtin izahından istifadə edərək sxemi şərh edin.
Zərflik, əsasən, feili xəbərə, bəzən də ismi xəbərə aid olur.
Müqayesiyə edin:
Elə danış ki, maraqlı olsun. 
Hava elə isti (o dərəcədə, o qədər) idi ki, nəfəs almaq olmurdu.
12. 
Uyğunluğu müəyyənləşdirin.
1.  Hərəkəti müxtəlif cəhətdən izah edir.
2.  Bütün cümlə üzvlərinə aid olur.
3.  Xəbərlə idarə əlaqəsində olur.
4.  Ancaq mübtədadan asılı olur.
13.  “Bəzən təsadüflər zərurətə çevrilir” adlı nəqli inşa yazın.
a. tamamlıq 
c. zərflik 
e. mübtəda
b. xəbər 
d. təyin

SƏDAQƏT
Bir gün Loğmanın ağasına hədiyyə olaraq bir qarpız gətirirlər. O, xidmətçisinə: “Oğlum,
get, Loğmanı çağır!”, - deyir.
Loğman bu çağırışa dərhal cavab verib ağasının yanına gəlir.
Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona
verilən dilimi bal kimi, şəkər kimi yeyir. Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi
kəsib ona tərəf uzadır. Beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.
Yerdə yalnız bir dilim qalır.
Ağası: “Bunu da mən yeyim, baxım görüm necə şeydir, hər halda, bu, çox dadlı bir
qarpızdır”, - deyir.
Çünki Loğman elə ləzzətlə, elə iştahla yeyirdi ki, görənlərin də iştahası açılırdı.
Loğmanın ağası son dilimi yeyər-yeməz qarpızın acılığından ağzını atəş sarır, dili
uçuqlayır, boğazı yanır.
Qarpızın acılığı onu çaşdırır. Sonra isə Loğmana deyir:
Belə bir zəhəri necə oldu ki, dadlı-dadlı yedin? Belə bir qəhri necə oldu lütf etdin? Bu
necə səbirdir? Nə üçün səbir etdin? Sanki canına qəsdin var! Nə üçün bir şey
söyləmədin? Nə üçün “bir az səbir et, indi yeyə bilmərəm” demədin?
Loğman bu cavabı verir:
- Sənin nemətlər bağlayan əlindən o qədər ruziləndim ki, utandığımdan ikiqat oldum.
Buna baxmayaraq, əlinlə verdiyin bir şeyə, ey mərifət sahibi, “bu, acıdır, yeyə
bilmərəm” deyə bilmədim. Əgər bu qədər bir acıya dözə bilməyib fəryad edərəmsə,
bütün zərrələrim torpağa qarışsın. Şəkər bağışlayan əlinin ləzzəti bu qarpızdakı
acılığı heç saxlayarmı? Bu sizə - məni öyrədənə olan sevgimin gücündəndir.
Sevgidən acı dadlanar, sevgidən mis qızıl olar. Sevgidən bulanıq, çöküntülü sular
dumduru bir hala gələr. Sevgidən dərdlər şəfa tapar. Sevgidən ölülər dirilər,
Loğman hansı
tarixi şəxsin
ümumiləşmiş
surətidir?
Sizcə, ağası nə
üçün bir dilimi
özü üçün saxlayıb
qalanlarını
Loğmana verir?

sevgidən padşah qul olar.
Cəlaləddin Rumi

1.  Mətndəki əsas fikri müəyyən edin və münasibət bildirin.
2.  Mətni siz necə adlandırardınız? Fikrinizi əsaslandırın.
3.  Loğmanın cavabından sonra ağanın nə deyəcəyini fikirləşin. Mətnlə
əlaqələndirib yazın.
4.  Loğmanın ağasına cavabını bir cümlə ilə ifadə edin.
5.  Mətndəki əsas fikri “Zəhər” hekayəsinin ideyası ilə əlaqələndirin.
6.  Mətndə fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
7.  Bir dilim qarpız və mənim ana dilim birləşmələrindəki dilim sözünü omonim
hesab etmək olarmı? Fikirlərinizi əsaslandırın.
8.  Sizcə, mətnin son abzasında Loğman hansı nitq etiketindən istifadə etsə,
düzgün olardı?
9.  Mətndən (fərqləndirilməyən hissədə) zərflikləri seçin, onların xəbəri hansı
baxımdan izah etdiyini araşdırın.
10.  Fərqləndirilmiş hissədə zərflikləri seçib məna növünü müəyyənləşdirin.
Tərzi-hərəkət zətfliyi işin, hərəkətin icra tərzini bildirir və necə?, nə cür?, nə
tərzdə?, nə vəziyyətdəsuallarından birinə cavab verir. Tərzi-hərəkət
zərfliyi, əsasən, tərzi-hərəkər zərfləri, feili bağlama və feili bağlama
tərkibləri ilə, qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur. 
Tərzi-hərəkət zərfliyi ilə xəbər arasında yanaşma əlaqəsi olur.
O, ətrafa heyrətlə 
 
baxırdı.
11.  Verilmiş cümlələrdə tərzi-hərəkət zərfliklərinin ifadə vasitələrini tapın və xəbərlə
sintaktik əlaqəsini izah edin.
1. Xoşbəxtliyə nail olmaq üçün xalqa xidmət etmək və insanlara məhəbbətlə
yanaşmaq lazımdır (Demosfen). 2. Özündən böyüklərə hörmətlə yanaş ki, sənə
də o cür yanaşsınlar. 3. Bahar heyrətlə ətrafa baxır, gördüklərinə inanmaq
istəmirdi (M. Cəlal). 
4. İndi bütün bunları xatırlayır, hıçqıra-hıçqıra ağlayırdı (Varis). 5. Teymur
başındakı dözülməz ağrıya əhəmiyyət vermədən gedir, evlərinə çatmağa
tələsirdi (H.Seyidbəyli).

 Qüvvətli və qüvvətlə, heyrətli və heyrətlə sözlərinin qrammatik cəhətdən
fərqini izah edin. Fikirlərinizi əsaslandırın.

12.  “Xain adamlara hətta onların xidmət etdikləri adamlar da həqarətlə baxırlar”
(Sokrat) cümləsində:
1. Xain sözü təyindir, çünki.......... . 2. Həqarətlə...., çünki........... .

 İti sözünü cümlədə təyin və tərzi-hərəkət zərfliyi kimi işlədin, fərqini izah edin. 

 Bədii ədəbiyyatdan siz də belə nümunələr seçin.
13.  Verilmiş nümunədən istifadə edərək öyrəndikləriniz əsasında tərzi-hərəkət
zərfliyi ilə təyinin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirin. Fikirlərinizi
bədii ədəbiyyatdan seçilmiş nümunələrlə əsaslandırmaqla kiçik bir mətn tərtib
edin.

 Mətni yazarkən daha çox hansı sözlərdən istifadə etdiniz? 
Nə üçün? Hazırladığınız mətni bu vaxta qədər yazdığınız hər hansı bir dialoqla
müqayisə edin. Müqayisələəsasında elmi və bədii mətnləri fərqləndirin.

HEKAYƏT
 
əmanət       
 
xəyanət
Belə eşitmişəm ki, bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda
öz dostuna rast gəlir və deyir: “Mənimlə hamama getmək istəyirsənmi?” Yoldaşı
deyir: “Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə
bilmərəm, işim var”.
Hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yolayrıcına çatdıqda dostu
xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir. Təsadüfən bir oğru da həmin
kişinin dalısınca oğurluq məqsədilə hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu
görür, lakin hələ alaqaranlıq olduğundan onu dostu bilib, qurşağından dəsmala
bağlanmış yüz dinarı çıxarır, haman oğruya verir və deyir: “Ay qardaş, bu əmanətdir,
al, mən hamamdan çıxandan sonra qaytararsan”. Oğru qızılı alır, kişi hamamdan
çıxana qədər heç yerə getməyib orada gözləyir. Hava işıqlanır. Kişi paltarını geyib
yola düzəlir. Oğru onu çağırıb deyir: “Ey cavanmərd, qızılını geri al, sonra get, sənin
əmanətin üzündən bu gün mən də işimdən avara oldum”. Kişi deyir: “Bu nədir,
əmanət nədir, sən kimsən?” Oğru deyir: “Mən oğruyam, sən isə hamamdan çıxana
qədər bu qızılı saxlamağı mənə tapşıran adam”. Kişi deyir: “Oğrusansa, bəs nə üçün
mənim qızıllarımı aparmayıbsan?” Oğru deyir: “Əgər öz peşəmlə ələ keçirsəydim,
min dinar olsaydı, sənə yazığım gəlməzdi, bir dinar da sənə qaytarmazdım. Lakin
sən bunu mənə əmanət olaraq veribsən, insafsızlıq olar ki, sən alicənablıq edib
mənə əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət edəm”.
“Qabusnamə”dən

1.  Hekayətə ad qoyun.
2.  Mətndəki əsas fikri müəyyənləşdirin.
3.  Hekayətdə təsvir edilən hadisələrin məntiqi cəhətdən əsaslı olub-olmadığını
əsaslandırın.
4.  Oğru obrazını xarakterizə edin.
5.  Hansı suala mətndə cavab yoxdur?
Kişi onun oğru olduğunu necə başa düşür?
Oğru kişiyə pulunu niyə qaytarır?
Kişinin dostunun məsuliyyətsiz olduğunu nədən bilirik?
6.  Siz nəyi əmanət hesab edirsiniz? Fikirlərinizi nümunələrlə əsaslandırın.
7.  Yol sözünün omonim və çoxmənalı olduğunu nümunələrlə əsaslandırın.
8.  Mətndəki fərqləndirilmiş sözlərin yerinə müvafiq frazeoloji birləşmələr qoyun.
9.  Mətn üçün əmanət, xəyanət, sədaqət sözlərindən hansı açar söz ola bilər?
10.  Mətnin ilk abzasındakı cümlələrdən II dərəcəli üzvləri çıxarıb mətni
yığcamlaşdırın. Hər iki formanı müqayisə edin. Nə müşahidə etdiniz?
11.  N.Gəncəvinin əsərlərindən verilmiş aşağıdakı cümlələrdə nə zaman? sualına
cavab verən sözləri seçib ifadə vasitələrini müəyyən edin.
Zaman zəifliyi hərəkətin zamanını
bildirir, nə zaman?, nə vaxt?, haçan? suallarından birinə cavab verir.
Zaman zərfliyi zaman zərfləri, ismi birləşmələr, feili bağlama və feili
bağlama tərkibləri ilə ifadə olunur. 
Zaman zərfliyi ilə xəbər arasında yanaşma əlaqəsi olur.
Ən ehtiyatla edilmiş xəyanət də gec-tez 
 
aşkar olur.
12.  Cümlələrdə fərqləndirilmiş sözlərin (səh. 84) qrammatik mənalarını
müəyyənləşdirin. Fikirlərinizi əsaslandırın.
1.  Ləl çox gec doğur, ömrü çox
olur, Lalə tez göyərir, tez də yox
olur.
2.  Meyvə kal olduqda böyüyər,
artar, Yetişən zamanda yerə
düşər bar.
3.  Əlliyə çatınca dəyişər əhval,
Dəyişər yaşayış, dəyişər hər hal.
4.  Bir gün bar götürər ağac
əkənlər, Xəznə apararlar əmək
çəkənlər.

1. Xoşbəxt olmaq istəyirsənsə, əvvəl özünü tanı, sonra arzularını idarə etməyi
öyrən (A.Tennison). 2. Əsgərdən, ilk növbədə, dözüm və səbir, bundan sonra
cəsarət tələb olunur (Napoleon). 3. Səndən əvvəl yaşayan müdriklərin həyat
təcrübəsindən səndən sonra yaşayanlara körpü sal. 4. Sabah görüşürük
sonuncu dəfə, Mənim son sevincim, son kədərimdi (A.Mustafayev). 5. Sabah
açıldı, üzünüzə gözəl sabahlar açılsın... (Azərbaycan nağıllarından).

 Çərçivəyə salınmış ifadə nitq etiketinin hansı növünə daxildir? Özünüz də belə
nümunələr toplayın. Bunun üçün “Kitabi-Dədə Qorqud” dastanına müraciət edin.
13.  Aşağıdakı mətndən zaman zərfliklərini seçin, onların ifadə vasitələrini deyin.
Zərfliklə xəbər arasındakı sintaktik əlaqələri göstərin.
Nümunə:
Ey oğul, özünə dost seçərkən ehtiyatlı ol. Dostlarının çoxluğuna bel bağlama, əsl
dost özünü hesab et. İrəliyə və geriyə diqqətlə bax. Dostlarının etibarlılığına
ümid edib arxayınlaşma. Dostu xoş və bəd gündə yoxla: xoş gündə hörmətinə,
bəd gündə köməyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə
adam tanış sayılar, dost sayılmaz.
( “Qabusnamə ”dən)

 Son cümləyə münasibət bildirin. 

 Mətndə çərçivəyə alınan sözlərə sual verin, onların qrammatik mənasını
əyyənləşdirin.
14.  Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlərin qrammatik mənasını
müəyyənləşdirin. Bunun üçün çıxışlıq hallı isimlər, yer zərfləri haqqında
öyrəndiklərinizi yada salın. Həmin sözlərin sintaktik vəzifəsini müəyyənləşdirin.
Mənim kimliyimi, mənim adımı 
Vətənimdən soruş, elimdən soruş. 
Bu coşqun, bu qaynar hissiyyatımı 
O dağlardan enən selimdən soruş. (M.Gülgün)
1937-ci ilin qanlı repressiyası bir çox ziyalıları canı qədər sevdikləri doğma
vətəndən uzaqlaşdırdı.
Vətənimdən sözü tamamlıqdır, çünki........... . 
Vətəndən sözü............, çünki............ .

Yer zərfliyi hərəkətin yerini bildirir, haraya?, harada?, haradan?
suallarından birinə cavab olur və yer zərfləri, məkan mənası bildirən
isimlər, II və III növ təyini söz birləşmələri ilə ifadə olunur. Yer zərfliyi ilə
xəbər arasında idarə əlaqəsi olur.
Məktəbdən 
 
qayıdıram.
15.  Yer zərfliklərinin ifadə vasitələrini müəyyənləşdirin. 
Hüseyn Cavid 1941-ci ildə Uzaq Şərqdə sürgündə olarkən vəfat etmişdir. 
Məktəb imtahanları ilk dəfə 1817-ci ildə İngiltərədə keçirilib. 
Gücü gəldikcə qaçırdı, ancaq irəlidə onu nə gözlədiyini bilmirdi.
16.  Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlər arasında sintaktik əlaqələri
müəyyənləşdirib fikrinizi əsaslandırın. 
17.  Doğru

yanlış fikirləri müəyyənləşdirərək testə cavab hazırlayın.
18.  “Əmanətə xəyanət olmaz” mövzusunda mühakimə xarakterli inşa yazın.
Yaxınlıqdakı küçədən keçirdi. 
Bağdan şəhərə qayıdırdı.
Səhərdən ac idi. 
Nigarı görəndə sevincdən qışqırdı.

TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ
Heç güllərin ağladığını görmüsünüzmü? Qərənfilləri matəm çiçəyinə çevirən 20
Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məşum gün şəhid qanından
qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı
yağdı.
Şairlərimizdən Məmməd Aslan: “Ağla, qərənfil, ağla!” - yazdısa, digər şairimiz
Məmməd Araz isə: “Ata millət, ana millət, ağlama! Ağlamağın yeri deyil, ağlama!” -
yazdı.
Əgər Şəhid varsa, demək, vətən var, 
Şəhidlər dünyada ən böyük haqdır. 
Ölümdən qorxmayın, siz ey oğullar, 
Ruhlar bu torpağı qoruyacaqdır.
Nə yaxşı, dünyada müqəddəs vətən, 
Nə yaxşı, müqəddəs and yerimiz var. 
Yox, yox, acımıram bu ölümə mən 
Namuslu oğullar şəhid doğular.
Alı Mustafayev
Şəhid olmaq ölmək, yox olmaq deyil, ölümlə var olub mənən diri qalmaq
deməkdir. Allah yolunda ölənləri heç də ölü zənn etmə! Əslində, onlar
diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur. (Qurani-Kərim, Ali-İmran
surəsi, ayə 169.)

Vətən sevgisi ən müqəddəs duyğudur. Vətən arzuların qanad açıb uçduğu məkandır.
Vətən şərəfdir, namusdur, könül dünyasında yüksələn inamdır, minillik kök salmış
xalqdır, anadır, onun timsalında candır. Vətən ulu əcdadların ruhu, babaların məzar
yeridir. Vətən səni yetişdirən, böyüdən, səni öyrədəndir.
Vətən varlığını bizdən əsirgəməyən, bizi köksündə bəsləyən, əbədi olaraq sahib
çıxan sahibimizdir.
“Torpaq, uğrunda ölən varsa, Vətəndir” (M.Kuntay). Unutmayaq ki, Vətən
vətəndaşların birləşmə nöqtəsidir. Vətən yeganə məkandır ki, insan orada özünü
kölə yox, onun əsl sahibi hiss edir.
Vətən sevgisi bütün sevgilərdən ucadır. 1990-cı ilin 20 Yanvar faciəsi bunu bir daha
sübut etdi. Uzun illərin müstəmləkəçiliyinə “Yox!” deyən, milli azadlığına qovuşmaq
üçün ayağa qalxan xalqı beşikdə boğmaq məqsədilə yırtıcı pəncəsini Azərbaycana
uzadan işğalçı hakimiyyət önündə milli kimliyini və vətəni üçün canından keçməyi
bacaran xalq gördü. XX əsrin qorxunc imperiyası ömrünün sona yetişdiyini görüncə
insanlığa utanc gətirən qanlı faciələr törətdi. Uşaq, qadın, qoca demədən hər kəsi
vəhşicəsinə qətlə yetirdi. Lakin xalqımızın ruhundakı, qanındakı istiqlaliyyət
duyğularını öldürə bilmədi. Çünki bu duyğular şəhidliyə, qaziliyə, haqqa, ədalətə
bağlıdır. Bu dəyərləri mənliyində daşıyan, inandığı kimi yaşayan millətimiz düşməni
heyrətlər içərisində boğdu və öz hürriyyətinə, istiqlaliyyətinə sahib çıxdı.
20 Yanvar faciəsi ilə bağlı əlavə məlumat toplayın.
Verilmiş materiallardan və topladığınız məlumatlardan istifadə edərək ssenari yazın
və “20 Yanvar - Qan yaddaşım” adlı ədəbi-bədii kompozisiya hazırlayın. Ssenari
əsasında kiçik sənədli film də çəkə bilərsiniz.

QIRXINCI FƏNDİ BU GÜNƏ 
SAXLAMIŞDIM
Bütün Şərqdə əfsanəvi pəhləvan kimi şöhrət tapmış və Firdovsinin “Şahnamə”sinin
qəhrəmanlarından biri olan Rüstəm Zal bir neçə şagirdinə pəhləvanlıq qaydalarını
öyrədirdi. Rüstəm bir müddət onlarla məşğul olur, bütün fəndləri öyrətdiyini bildirib
müstəqil pəhləvanlıq etmələrinə icazə verir. Lakin onun şagirdlərindən biri şahın
yanına gəlib deyir:
- Mən Rüstəm Zalın işlətdiyi bütün fəndləri bilirəm, gücüm də ondan artıqdır.
Rüstəm Zalla güləşib onu yıxa bilərəm. Mən ölkənin birinci pəhləvanı olmaq
istəyirəm.
Şah gənc pəhləvanın dediyinin düzlüyünü yoxlamaqdan ötrü meydan qurub camaatı
toplamağı və Rüstəm Zalı çağırıb gənc pəhləvanla güləşməyi əmr edir. Rüstəm
şagirdinin nankorluq edərək onun yerini tutmaq iddiasında olduğunu görür, son
dərəcə məyus olur. Bir söz demədən meydana girib güləşməyə başlayır və gözəl bir
fənd işlədib gənc pəhləvanın arxasını bir göz qırpımında yerə vurur. Gənc xeyli pərt
olur, ayağa qalxıb Rüstəm Zalla höcətləşməyə başlayır:
- Sənin mənə öyrətdiyin otuz doqquz fəndin içərisində beləsi yoxdur. Bəs bu fəndi
nə üçün mənə öyrətməmisən? Bu, düzgün deyildir, - deyə onu məzəmmət edir.
Rüstəm Zal cavabında deyir:
- Düzdür, mən bu qırxıncı fəndi sənə öyrətməmişəm, çünki onu bu gün üçün
saxlamışdım. Belə etməsəydim, sən, yəqin ki, mənim öyrətdiyim fəndlərlə mənim
özümə zərbə vuracaqdın. Bu, bir az ədalətsizlik deyilmi?
Bəzi “dostlarla” ehtiyatlı hərəkət etməyi məsləhət gördükdə, yaxşılığın müqabilində
pislik, nankorluq gördükdə və digər münasib hallarda “Qırxıncı fəndi bu günə
saxlamışdım” məsəlindən istifadə olunur.
Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin