DƏrslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 08. 06. 2015-ci IL tarixli 645 nömrəli əmri ilə



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix31.01.2017
ölçüsü8,74 Mb.
#7142
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11

 
qənimət            
 
qalibiyyət
İlk müsəlman türk dövlətlərindən olan Qəznəlilərin böyük hökmdarlarından biri
Sultan Mahmud Hindistana etdiyi bir yürüşdə çox çətinlik çəkmiş, qələbə qazana
bilməyəcəyini düşünməyə başlamışdı. Bu çətin vəziyyətdə “Ey Rəbbim! Əgər döyüşdə
qalib gəlsəm, ələ keçirəcəyim bütün qənimətləri yoxsullara paylayacağam ” sözləri ilə
nəzir demişdi. Həqiqətən, Allah ona kömək etmiş və Sultan Mahmud böyük qələbə
qazanaraq çox dəyərli qənimətlərə sahib olmuşdur. Qəznəyə qayıtdıqda əldə etdiyi
bütün qənimətləri yoxsullara, ehtiyacı olanlara paylamağa başlamışdır. Bu vəziyyətə
bəzi vəzir və komandanlar etiraz etmişlər. Sultan Mahmud: “Bu mənim dediyim
nəzirdir. Şübhəsiz ki, hamısını paylayacağam ”, - dedikdə isə “Amandır, sultanım,
yoxsullar bu dəyərli qənimətlərdən nə anlayacaqlar? Bir hissəsini paylayın, ən
dəyərli olanlarını isə xəzinəyə qoyun! Xəzinənin də bu qənimətlərə böyük ehtiyacı
var”, - deyərək Sultanı çaşdırmışlar. Bundan sonra Sultan Mahmud Qəznədə
yaşayan, sözün doğrusunu deməkdən çəkinməyən alim bir şəxslə məsləhətləşmək
qərarına gəlir. Fikrini soruşduğu həmin böyük şəxs Sultan Mahmuda belə cavab
verir:
- Sultanım! Bu vəziyyətdə tərəddüd etmək yersizdir. Əgər Allaha bir daha işiniz
düşməyəcəksə, vəzirlərinizin, komandanlarınızın dediyini edin! Lakin Allaha yenidən
dua edib nə isə istəyəcəksinizsə, nəzirinizi yerinə yetirin, qənimətləri yoxsullara
paylayın!
“Düşünən insan” jurnalından, 2014-cü il
1.  Mətni adlandırın və abzaslara ayırın.
2.  Mətndəki əsas ideyanı müəyyən edin və öz fikrinizi bildirin.
3.  Sultanın verdiyi vəd ilə qazanılan qələbə arasında əlaqə varmı?
Vəzir və komandanlar
nə üçün əldə edilən
qənimətin xəzinəyə
qoyulmasını
istəyirdilər? Onlar nə
üçün xəzinənin bu
qənimətə ehtiyacı
olduğunu
düşünürdülər?

4.  Alimin Sultan Mahmuda verdiyi məsləhətə münasibət bildirin.
5.  Bunlardan mətnin ideyasına uyğun olanı hansıdır?

 Sözün də su kimi lətafəti var, 
Hər sözü az demək daha xoş olar. (N. Gəncəvi

 Böyük vədlər vermədən böyük işlər gör. (Pifaqor

 Söz verəndə fikirləş, verdinsə, daha düşünmə, üstündə möhkəm dur.
6.  “Düşmən qoşunları tərəfindən ələ keçirilən qənimət Azərbaycana hansı maddi
və mənəvi ziyan vurub” mövzusunda fikir mübadiləsi aparın.
7.  Döyüş, qənimət, kömək etmək sözlərini qarşılığı ilə əvəz edin.
8.  Mətndə məcazi mənalı sözləri müəyyənləşdirin.
9.  Cümlələrdəki mübtəda və xəbərləri tapın. Sonra bir-biri ilə əlaqələnən sözləri və
onların nə bildirdiyini müəyyənləşdirin. Hansı söz və ifadələr xəbərə aid olub
obyekt anlayışı bildirir?
1. Həqiqətən, Allah ona kömək etdi və Sultan Mahmud böyük qələbə qazanaraq
çox dəyərli qənimətlərə sahib oldu. Həmin qənimətləri yoxsullara payladı. 2.
Kiçik nöqsanlar böyük səhvlərə aparır (Seneka). 3. Elm insanı şübhədən, yaxşılıq
əziyyətdən, qərarlı olmaq qorxudan qurtarır (Konfutsi).
Nümunə:
Cümlənin II dərəcəli üzvləri, əsasən, baş üzvləri izah edir. 
Tamamlıq, təyin, zərflik ikinci dərəcəli cümlə üzvləridir.
10.  Bədii ədəbiyyatdan üç cümlə seçib obyekt bildirən sözləri müəyyənləşdirin
Adlıq və yiyəlik hallardan başqa, digər hallarda: yönlük, təsirlik, yerlik,
çıxışlıq hallarında olub, cümlədə əşya və obyekt anlayışı bildirən II
dərəcəli üzvə tamamlıq deyilir. 
Tamamlıq kimə?, nəyə?, haranı?, kimi?, nəyi?, nə?, kimdə?, nədə?, kimdən?,
nədən? suallarından birinə cavab verir.

Tamamlıq adlar, məsdər və məsdər tərkibləri, feili sifət və feili sifət
tərkibləri, təyini söz birləşmələri, mürəkkəb adlarla ifadə oluna bilir.
Yaxşılıq etməsəəgər insana, (isimlə) 
Böyüklük şərəfi verilməz sana, (əvəzliklə) (N. Gəncəvi) 
Soruşub öyrənməyi (məsdər tərkibi ilə) özünə ar bilmə. 
İndi Zəhra belə bir xahişlə (qoşmalı birləşmə ilə) ana dili müəlliminə (II növ
təyini söz birləşməsi ilə) müraciət etmək istəyirdi.
Qoşmalı sözlər də tamamlıq olur. Belə tamamlıqlar nə ilə?, kim ilə?, kim
üçün?, nə üçün?, kim barədə?, nə barədə?, kim haqqında?, nə haqqında?
suallarından birinə cavab verir.
11.  Cümlələrdən tamamlıqlan seçib onların ifadə vasitələrini müəyyənləşdirin.
1. Müdrik adam özünə rəva görmədiyini başqasına da rəva görməz (Konfutsi). 2.
Xan, başına dönüm, sən nişan verdiyin dam-daşı tapdım, qutunun qapağını
qaldırdım (C.Məmmədquluzadə). 3. Mən istəyirəm ki, o, başqasını öyrətməkdən
həzz almağı bacarsın (Ə.Fərəc). 4. Pislik görməkdən deyil, pislik etməkdən
qorxmalıyıq (C.Kolenson). 
5. Bədbəxtliyin səbəbini başqa yerdə yox, özümüzdə axtarmalıyıq (A.Frans). 6.
Ərəb, yunan, gürcü və hind əlifbasında böyük hərf yoxdur. 7. Bəzənib başdan-
başa şəhərləri, kəndləri, Cənnət görmək istəyən Azərbaycana gəlsin (S.Rüstəm).

 Verilmiş cümlələrdə tamamlıqla xəbər arasındakı sintaktik əlaqəni
əyyənləşdirib fikrinizi əsaslandırın.
Tamamlıqla xəbər arasında idarə əlaqəsi vardır.
12.  Cümlələrdə işarələnmiş sözlərin qrammatik fərqini izah edin. Fikirlərinizi
əsaslandırın.
1. Davadan sülh daha yaxşıdır, məncə (S.Şirazi). 2. Özümüzdən başqa heç kəs
bizim üçün sülh təmin edə bilməz (Emerson). 3. Sülh tacı səltənət tacı ilə
müqayisə edilməyəcək dərəcədə gözəl və dəyərlidir (Epikür).

 Özünüz də belə nümunələr yazın.

13.  Verilən qaydadan istifadə edərək cümlələr qurun. Bunun üçün ismin hallarını
yadınıza salın.
Nümunə:
Tamamlıqlar iki cür olur: 
1. vasitəsiz tamamlıqlar;       2. vasitəli tamamlıqlar. 
Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olan söz və söz birləşmələri
ilə ifadə olunur. 
Vasitəli tamamlıqlar ismin yönlük, yerlik və çıxışlıq hallarında olan,
habelə qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur.
14.  Mətndə fərqləndirilmiş hissədə tamamlıqları müəyyənləşdirib onların növünü
və ifadə vasitələrini tapın.
15.  Aşağıdakı ifadələrdən istifadə etməklə rabitəli mətn qurun. 
İnsanın xoşbəxtliyi, həyatın mənası, tərbiyənin vacibliyi, dövlət qayğısı, şərəfli
ömür, əxlaqlı insan, vətən borcu, övlad tərbiyəsi

ZƏHƏR
Uzun illər bundan əvvəl Çində bir qəbilədə Lili adında bir qız yaşayırdı. Qəbilənin
başçısının da çox gözəl bir qızı var idi. Əvvəllər yaxın rəfiqə olan bu qızların arasında
sonradan ciddi ədavət yaranır: davasız bir günləri də keçmirdi. Qızlar arasındakı
düşmən münasibət artıq ailə başçılarına da sirayət edirdi. Bir neçə ay sonra artıq bu
vəziyyətdən cana doyan Lili atasının köhnə dostu, dərmansatan qoca kişinin yanına
gedərək ona dərdini açır. Yaşlı adam bitkilərdən düzəltdiyi bir tozu Liliyə verib deyir:
- Bu, dünyanın ən güclü zəhəridir. Amma bir dəfəyə versən, qız elə o an öləcək və
hamı bunu sənin elədiyini biləcək. Sən 3 ay müddətində bu zəhərdən az-az onun
yeməyinə qat. Başçının səndən şübhələnməməsi üçün bu 3 ay boyunca qızla xoş
rəftar elə, qonaq çağırıb ona gözəl yeməklər bişir!
Sevinc içində evə dönən Lili qocanın dediklərini etməyə başlayır. Qıza qarşı xoş
davranır, hər gün ən ləziz yeməkləri bişirir və hər dəfə onun yeməyinə bir damcı
zəhər qatır. Onlar arasında artıq mehribançılıq yaranır. Lilinin xoş rəftarını bəyənən
başçı da ona artıq öz qızı kimi baxır. İkinci ayın sonlarına yaxın Lili etdiyi əməldən
peşman olmağa başlayır və vicdan əzabına dözməyərək qoca dərmansatanın evinə
gedib deyir:
- Mən qızın ölməsini istəmirəm. Yalvarıram, ona indiyə kimi verdiyim zəhəri
qanından təmizləyəcək bir dərman verin!
Qoca gülümsəyərək deyir:
Lilinin bu hərəkəti onun
hansı keyfiyyətini üzə
çıxarır?

- Qızım, sənə verdiyim toz zəhər yox, sadəcə, şəfaverici otların qarışığı idi. Əsl zəhər
isə sənin ürəyində idi, amma sən qıza qarşı xoş davrandıqca qəlbindəki zəhər də
təmizləndi və yerinə bir sevgi doldu...
“Füyuzat” jurnalından
1.  Ardıcıllığı bərpa etməklə əsas fikri müəyyənləşdirin və ona münasibətinizi
bildirin.
2.  Qoca dərmansatan obrazına münasibət bildirin. Onun etdiyi hərəkətə uyğun
olaraq zahiri görkəmini təsvir edin və mətnin uyğun hissəsinə əlavə edin.
3.  Lili dərmansatanın “məsləhətləri”nə əsasən “zəhər”dən istifadə edərkən nə
üçün mülayimləşdi? Bu onun hansı xüsusiyyətini üzə çıxarır?
4.  Dərmansatanın “əsl zəhər sənin ürəyində idi” fikrini izah edin.
5.  Sizcə, “insan üçün ən böyük problemi elə insan özü yaradır” fikri ilə razılaşmaq
olarmı? Fikrinizi müasir dövrdə baş verən oxşar hadisələrlə əlaqələndirin.
6.  Ədavət, ədalət, ətalət sözlərinin leksik mənalarını müqayisə edin.
7.  Mətndə fərqləndirilmiş söz və ifadələrin qarşılığını tapın.
8.  İlk abzasdan necə?, hansı? sualına cavab verən söz və ifadələri tapın, onların
cümlədəki rolunu müəyyənləşdirməyə çalışın. Həmin cümlə üzvlərinin nə ilə
ifadə olunduğunu müəyyənləşdirin.
Necə bilirsiniz, qızlar
arasında sevgi və
dostluğun bərpası
qəbiləni
möhkəmləndirəcəkmi?
Fikirlərinizi
əsaslandırın.

Təyin cümlədə isim və isimləşmiş sözləri əlamətləndirib necə?, nə cür?, hansı?,
neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab verir. 
Təyinlər sifət, say, işarə və təyini əvəzliklər, feili sifət və feili sifət tərkibləri,
ismi birləşmələr və mürəkkəb adlarla ifadə olunur. Təyinlər isim və isimləşən
söz və söz birləşmələri ilə ifadə olunan bütün cümlə üzvlərinə aid olur.
9.  Altından xətt çəkilmiş sözlərin hansı təyindir? Fikrinizi əsaslandırın.
Alimdən soruşurlar:
- Kimi, həqiqətən, əsl ağıllı adam hesab etmək olar? Tapşırığın mahiyyətini
bilmədən iş dalınca gedən adamı ağıllı hesab etmək olarmı?
Alim cavabında:
- Ağıllı o adamdır ki, dinləməyi, əməl etməyi və nəticə çıxarmağı bacarır.

 Bu mətndən çıxan əsas fikri “Zəhər” hekayəsinin ideyası ilə əlaqələndirin. 

 Siz necə, dinləməyi, əməl etməyi və nəticə çıxarmağı bacarırsınızmı? 

 Kimin verdiyi məsləhətlərə daha çox qulaq asırsınız? 

 Fəqləndirilmiş sözün qrammatik mənasını deyin. Fikrinizi nümunələrlə
əsaslandırın.
10.  “Zəhər” mətninin sonuncu abzasındakı cümlələrdən təyinləri çıxarıb yazın.
Sonra hər iki hissəni müqayisə edin. Nə müşahidə etdiniz?
11.  Verilmiş cümlələrdə təyinləri tapıb nə ilə ifadə olunduğunu deyin.
Saib Təbrizinin dünyada yeganə tam külliyyatı hicri tarixi ilə 975-ci ildə
Hindistanda aşkar edilib. 230 min misradan ibarət olan bu külliyyatı
Özbəkistan alimləri tapıblar.
XVI əsrin Azərbaycan şairi Fədai Təbrizinin “Bəxtiyarnamə” adlı poemasının
əlyazması Təbrizdə, onun şəxsi arxivində saxlanılır.
1955-ci ildə Hindistana ezam olunmuş Eyyub Tağıyev neft ehtiyatlarının
qiymətləndirilməsi və geoloji işlərin aparılmasında mütəxəssis hesab
olunurdu.
Əgər bir müəllim olsa bədəsil, 
Yetişdirə bilməz bəxtiyar nəsil.
(“Füyuzat” jurnalından, 2011-ci il)

12.  Mətni oxuyun. Təyinləri seçib onların nə ilə ifadə olunduğunu deyin.
Fərqləndirilən cümlələrdəki təyinləri seçib yazın, müqayisələr aparın.
Azərbaycanın ilk vitse-admiralı İbrahim bəy Aslanbəyov 1822-ci ildə Bakıda
anadan olmuşdur. Üç il Peterburqda təhsil alan İ.Aslanbəyov Peterburqdakı
dənizçilik məktəbini adı “Qırmızı lövhə”yə yazılmaqla bitirmişdir.
Hələ sağlığında - 1882-ci ildə Saxalində bir yanmada, Oxot dənizində isə bir
körfəz onun adı ilə adlandırılmışdır. Boris Maslennikovun 1986-cı ildə nəşr
etdirdiyi “Dəniz xəritəsi nəql edir” kitabında həmyerlimiz haqqında verdiyi qısa
bioqrafik məlumat xüsusi əhəmiyyət kəsb edir.
İbrahim bəy həmyerlimiz Mirzə Kazım bəylə dost olmuşdur. Dahi rus yazıçısı Lev
Tolstoy Aslanbəyovu axtarıb tapmış, admiral Naximovun həlakolma səhnəsini
ona danışmasını xahiş etmişdir. L.Tolstoy özünün məşhur “Sevastopol
hekayələri”ni yazarkən admiral İ.Aslanbəyovun xatirələrindən bəhrələnmişdir.
əmistan Nəzirli)

 Sizcə, bunları bədii təyin adlandırmaq olarmı? Yoldaşlarınızla fikir mübadiləsi
aparın.
13.  Bədii təyinlərlə qrammatik təyinləri fərqləndirin. Oxşar və fərqli xüsusiyyətlərini
deyin.
 
bədii təyin
təyin
Başına döndüyüm gülüzlü sona, 
Ömrümün ilk çağı yadıma düşdü. (S. Vurğun)
Bilik öyrənməyi ar bilən hər kəs 
Dünyada mərifət qazana bilməz. (N. Gəncəvi)
Böyük ixtiraçı dünyadan heç nə ummur, əksinə, öz 
kəşfləri ilə onu irəli aparır. (P.Hill)
Ən iti qılıncı cəsur əsgərə verirlər. (Çin atalar sözü)
Qızıl payız nəğmə deyir 
Qızıl qəlbli insanlara! (N.Xəzri)
Şəhərə sarı şütüyən maşınların işıqları yuxarıdan 
baxanda yanıb-sönən ulduzları xatırladırdı.
14.  “Səadət günəşi birlikdən doğar” adlı nəqli xarakterli inşa yazın. “El bir olsa, zərbi-
kərən sındırar” atalar sözündən sitat kimi istifadə edin.

QARANQUŞLARIN ÖMRÜ 6 AYDIR.
Qaranquş ikinci mərtəbədə yaşayan və pəncərəsi küçəyə baxan bir adamla dost
olmaq istəyirdi. Bir gün bütün cəsarətini toplayıb onun pəncərəsinin qarşısına
qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı: tık...
tık... tık...
Adam bərk məşğul idi. Səsi eşidib pəncərəyə yaxınlaşdı. Qaranquşu gördü.
Qaranquş həyəcanla: “Ey insan, mən səninlə dost olmaq istəyirəm. Nə olar, məni
içəri burax, bir yerdə yaşayaq”, - dedi. Adam isə tərs-tərs: “Sən haradan çıxdın, bircə
sən çatmırdın. Heç quşdan da insana dost olar?” - deyə cavab verdi. Qaranquş
məyus oldu. Ancaq ruhdan düşmədi. Bəxtini sınamaq üçün yenə pəncərəyə qondu:
“Ey insan, pəncərəni aç, məni içəri burax. Sənə sirdaş olaram. Səni darıxmağa
qoymaram”. Adam isə çox inadkar idi: “Boş yerə özünü yorma. Səni içəri buraxa
bilmərəm”. Balaca qaranquş fikrindən dönmək istəmirdi: “Bir bax, havalar
soyumağa başlayır, burada üşüyürəm. Məni içəri burax, yoxsa isti yerlərə uçmalı
olacağam.
Çünki mən ancaq isti ölkələrdə yaşayıram. Peşman olmazsan. Görürəm, sən də
təksən, mənimlə tənhalığını unudarsan...”
Bəzən insanlar həqiqəti eşitməyi sevmirlər. Odur ki qaranquşun son sözü adamı
özündən çıxardı, hirslə: “Mən tənhalığımdan razıyam”, - deyərək quşu qovdu.
Qaranquş adamın inadkarlığından əl çəkmək istəmədiyini görüb uçub getdi...
Nəhayət, yaz gəldi. Qaranquşlar köhnə yuvalarına qayıtdılar. Ancaq onun axtardığı
quş hələ də gözə dəymirdi. Yaz qurtarana qədər pəncərəsini açıq qoydu. Ancaq nə
fayda?
Aradan xeyli vaxt keçmişdi. Bir gün qaranquş adamın yadına düşdü. Düşündü...
düşündü... Nəhayət, öz-özünə: “Ey ağılsız insan, gör sən nə qədər düşüncəsizsən.
Belə gözəl fürsəti əldən buraxdın. Niyə onun təklifini qəbul etmədin? İndi oturub
düşünməkdənsə, onunla yaxşı vaxt keçirərdin”, - dedi. Adam peşman olmuşdu,
ancaq iş-işdən keçmişdi. Sonra öz-özünə təskinlik verməyə başladı: “Havalar qızanda
mənim qaranquşum da uçub gələr. Mən də onu içəri buraxaram, bir yerdə xoşbəxt
yaşayarıq”. Oturub havaların qızmağını gözləməyə başladı.
Necə bilirsiniz quşla insanın dostluğu tutarmı?

Qaranquş hələ də yox idi. Axırda dözmədi və dərdini dünyagörmüş bir qocaya açdı.
Qoca onu dinlədi, sonra da bir kəlmə ilə: “Qaranquşların ömrü 6 aydır”, - dedi...
“Füyuzat” jurnalından
Həyatda elə fürsətlər var ki, ancaq bir dəfə ələ düşür və qədrini bilməyəndə “uçub
gedir”. Həyatda elə insanlar var ki, ancaq bircə dəfə qarşımıza çıxır, qiymətini və
dəyərini bilməyəndə çıxıb gedir. 
Diqqətli olun və bir də düşünün, bu günə qədər pəncərənizdən neçə qaranquş
qovdunuz?
1.  Çərçivədə verilmiş hissə mətnin əsas ideyası ola bilərmi? Fikirlərinizi
əsaslandırın.
2.  Mətndə hansı abzas yerində deyil? Onu yerinə qoyub məntiqi ardıcıllığı bərpa
edin.
3.  Həyatınızda belə hadisələr olubmu? Kimisə haqsız yerə incitmisinizmi?
4.  Hansı atalar sözü mətnin ideyasına daha çox uyğun gəlir?
Ehtiyat igidin yaraşığıdır.
Sonrakı peşmançılıq fayda verməz.
Nə tökərsən aşına, o da çıxar qaşığına.
5.  C.Novruzun “Sağlığında qiymət verin insanlara” şeirini tapıb oxuyun. Şeirin
ideyasını mətnin ideyası ilə əlaqələndirin.
6.  Mətndən frazeoloji birləşmələri seçin və onların qarşılığını tapmağa çalışın.
7.  Məyus və kədər sözləri sinonim hesab edilirmi? Fikirlərinizi əsaslandırın.
8.  Tək sözünün omonimliyini əsaslandırın.
9.  Altından xətt çəkilmiş cümlələrdə təyinin hansı cümlə üzvünü izah etdiyini
müəyyənləşdirin.
10.  Mətndə çərçivəyə alınmış cümlələrdə təyinin hansı sözlərə aid olduğunu və
həmin sözlərin nə bildirdiyini müəyyənləşdirin.
Sizcə, qoca bununla nə
demək istədi?

Təyin cümlədə bütün cümlə üzvlərinə aid olur və onların hər birinə yanaşma
əlaqəsi ilə bağlanır.
Yer adları ilə bağlı maraqlı 
 
əfsanələr çoxdur.
Nigar ağıllı 
 
qızdır.
11.  Təyinləri ixtisar etməklə mətni köçürün. Sonra hər iki mətni müqayisə edərək
“Təyinlərin nitqdə rolu” mövzusunda fikir mübadiləsi yürüdün.
İllərlə yanaşı yaşamış, ocağında közü olmayanda közü, təknəsində çörəyi
olmayanda çörəklərini paylaşmış iki qonşu var idi. Xeyirlərində, yaslarında
ortada olan çəpərlərini sökmüşlər, həyəti həyətə qatmışlar, sevinci, hüznü
birlikdə yaşamışlar.
İndi azğın düşmən kəndə girir. Qonşunun birində xəstə qoca, körpə uşaqlar, o
birində isə özlərini xilas etməyə fiziki gücü olanlar var idi. Ağlar gözlə, böyük
dərdlə evlərini tərk etmək istərkən birdən ailə böyüyünün yadına xilas olmağa,
uzaqlaşmağa gücləri yetməyən qonşusu düşdü: “Dayanın! Qonşularımız qaldı.
Yaşayacağıqsa, bir yaşayacağıq, öləcəyiksə, bir öləcəyik. Qocanı qucağınıza
götürün, uşaqları kürəyinizə alın: biz onları düşmən əlində buraxa bilmərik.
Onlar bizim axirət qonşularımızdır”.
Bu, sevincini, kədərini bir yaşayan, həmvətənlərinin ölümünə yol verməyən
qonşuların birliyi, həmrəyliyi idi.
{“Füyuzat”jurnalından, 2012-ci it)

 Mətnin məzmununu “Qaranquşların ömrü 6 aydır” mətninin məzmunu ilə
əlaqələndirin. Hansı nəticəyə gəldiniz?

HƏMRƏYLİYİMİZ ƏBƏDİDİR
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli azadlıq mübarizəsinin
ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında
birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını
uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş
azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl
sütunlarından birini təşkil etməyə başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-
ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya
azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarı qəbul etdi. Bu
qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.
Beləliklə, dünyanın 70-dən yuxan ölkəsinə səpələnən 50 milyondan çox
azərbaycanlının vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli
diasporamızın formalaşdırılmasının əsası qoyuldu.
1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə
Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi rəsmi bayram elan edildi. Bu bayram ayrı-ayrı ölkələrdə
yaşayan
Sizcə, həmrəylik yalnız
ayrı-ayrı ölkələrdə
yaşayan
azərbaycanlılar
arasında olmalıdır?
Sizcə, niyə
bütün
azərbaycanlılar
birləşməlidir?

azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq
işində mühüm rol oynayır.
Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının
həmrəyliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirirdi. O, güclü diaspora
təşkilatının formalaşdırılmasının və onun Azərbaycan dövləti ətrafında daha sıx
birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının 9-10-da Bakıda
keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında demişdir: “Bizim hamımızı
birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz
ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli
mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam!!!” Bu dahiyanə fikirlər hər gün daha çox önəm
daşıyır.
Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin