DƏrslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 08. 06. 2015-ci IL tarixli 645 nömrəli əmri ilə



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix31.01.2017
ölçüsü8,74 Mb.
#7142
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11

Əsas hissə
"Müqəddəs Nina ” məktəbinin məzunu
olan Zivər Məmmədova öz istedadı və
bacarığı ilə hamının diqqətini cəlb
etmiş, gənc yaşlarından müxtəlif
layihələrə cəlb olunmuşdur. Fəaliyyətə
rəssam kimi başlamışdır.
Zivər xanım Azərbaycan mədəniyyəti
tarixində nəinki ilk qadın heykəltəraş,
hətta peşəkar skripka ifaçısı olan ilk
qadın kimi də iz qoymuşdur. Bir
müddət Ü.Hacıbəylinin tələbəsi olan və
onu əfsanəvi şəxs hesab edən, onun
musiqi dünyasına bələd olan
Z.Məmmədova müəlliminin portretini
çəkmək qərarına gətir. Maraqlıdır ki, bu
rəsm əsəri Ü.Hacıbəylinin naturadan
çəkilmiş yeganə portreti kimi tarixə
düşüb. Getdikcə püxtələşən gənc
heykəltəraş sonralar daha bir müəllimi -
rəssam Əzim Əzimzadənin Fəxri
xiyabandakı büstü üzərində çalışır və
işini uğurla başa vurur.
Giriş hissə
Heykəltəraşlıq çətin bir sənətdir. Bunun
üçün xüsusi bir istedad, güclü əl, dəqiq
iş planı, materialla işləmək, üz cizgilərini
qabarıq və ifadəli göstərmək bacarığı
tələb olunur.
Adətən, heykəltəraşlıq sənəti haqqında
danışılanda bu sahənin mütəxəssisləri
kimi daha çox kişilər haqqında
danışırlar. Ancaq unutmaq olmaz ki, bu
mürəkkəb sahənin nümayəndələrinə
qadınlar arasında da rast gəlinir.
Nəticə
Çəkdiyi portretləəsasında hazırladığı
abidələəzəməti və özünəməxsusluğu
ilə dərhal diqqəti cəlb edir.
Azərbaycan qadınının incəsənətin
bütün sahələrində milli mədəniyyətin
inkişafına, peşəkar heykəltəraşlıq
məktəbinin təşəkkülünə verdiyi töhfələr
danılmazdır.
Əziz şagirdlər! Bu, bir nümunə idi.
Təqdim olunan yaddaşdan istifadə
edərək özünüz də istədiyiniz mövzuda
məqalə yaza bilərsiniz.
Yazdığınız məqaləni layihə kimi
hazırlayacağınız qəzetin uyğun
səhifəsində yerləşdirin.

...Çoxdanın əhvalatıdır, institutda oxuduğum vaxtlar idi. Xoş bir təsadüf nəticəsində
maestro Niyazinin evində ziyafətdə iştirak etmək xoşbəxtliyi mənə nəsib olmuşdu.
Maestro Türkiyədən təzəcə qayıtmışdı. O, bir il idi ki, İstanbulda Çaykovskinin
“Qaratoxmaq qadın” operasını tamaşaya hazırlayırdı. Bütün ziyafət iştirakçıları -
respublikanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, yaxın dostlar,
qohumlar maestronun şirin türk ləhcəsində söylədiyi təəssüratlara, müasir türk
musiqisi və sənətçiləri haqqındakı mənalı mülahizələrinə məmnuniyyətlə qulaq
asırdılar
Mənim üçün - böyük sənət yoluna yenicə qədəm qoymuş tələbə memar üçün
maestro Niyazinin hər fikri, hər mülahizəsi son dərəcə qiymətli idi. Odur ki yaranmış
qısa pauzadan istifadə edərək cürətlənib maestrodan soruşdum:
- Hörmətli maestro, söhbətinizə müdaxilə etdiyimə görə məni əfv edərsiniz, lütfən
aydınlaşdırın, ümumiyyətlə, sənətdə müasirlik nə deməkdir?
Maestro mənə tərəf dönüb əvvəlcə gülümsədi, sonra ciddi görkəm alıb belə dedi:
- Yavrum, siz hələ çox gəncsiniz, bu sözlərimi yadınızda yaxşı saxlayın: köhnəlmiş və
ya müasir sənət əsəri olmur. Əgər əsər yüksək sənətkarlıqla yaradılmışsa, demək, o
həmişə, bütün dövrlərdə müasirdir. Özünüz deyin, Şekspirin hansı əsəri bütün
dövrlər üçün müasir deyil?
Sonra isə o, üzünü qonaqlara tutub, bir qədər sinirli əlavə etdi:
- Bizim bəzi özündənrazı bəstəçilərimiz mənim iradlarımdan, öyüd-nəsihətlərimdən
inciyirlər, “biz müasir ruhda yazırıq” söyləyirlər, əcəba, Üzeyir bəy bu gün də müasir
deyilmi?
Qonaqların hamısı maestronun fikri ilə razılaşdı.
Bu xoş görüşdən illər keçdikdən sonra mən dərk etdim ki, böyük Niyazinin sənət
meyarı memarlığa nə qədər də uyğun gəlir!.. Dönə-dönə əmin oldum ki, biz BU
GÜNÜN memarlığını yaradarkən KEÇMİŞƏ kor-koranə yox, novatorcasına, yeni
Siz necə bilirsiniz,
müasirlik nə
deməkdir?
Maestronun
sualına siz necə
cavab verərdiniz?
Fikir mübadiləsi
aparıb dialoq
qurun.

baxışla müraciət etməliyik. Ağsaqqallara, müdriklərə müraciət edən kimi! Ehtiramla,
hörmətlə, amma yeni baxışla...
Ömər Qoçulu 
“Daşa dönmüş musiqi” kitabından

1.  Mətni adlandırın və əsas fikri müəyyənləşdirin.
2.  Mətndə bu gün və keçmiş sözlərinin böyük hərflə verilməsinin səbəbini izah
edin.
3.  Mətndəki hansı fakt sizi daha çox təsirləndirdi? Niyə?
4.  Maestro Niyazi haqqında məlumat toplayın. Ona “maestro” deyə müraciət
edilməsinin səbəbini araşdırın.
5.  Maestro haqqında kiçik mətn hazırlayıb mətnin uyğun bildiyiniz hissəsinə əlavə
edin.
6.  Əfv edərsiniz, lütfən, yavrum, sinirli, əcəba sözlərini qarşılığı ilə əvəz edib
cümlədə işlədin.
7.  Fərqləndirilmiş sözlərin sinonimlərini tapın. Onlar həmişə bir-birini əvəz edə
bilirmi?
8.  Mətndəki müraciət etiketlərini seçib məna növünü müəyyənləşdirin.
9.  Siz aşağı sinifdə mübtəda ilə xəbərin uzlaşması mövzusunu keçmişsiniz. Həmin
qaydanı nəzərə alıb, mətndən işarələnmiş cümlələri yazın və mübtəda ilə xəbəri
tapıb onların necə uzlaşdığım izah edin.
Asılı tərəfin şəxsə və kəmiyyətə görə əsas tərəfə uyğunlaşmasına uzlaşma
əlaqəsi deyilir. Uzlaşma əlaqəsi:
1) mübtəda və xəbərin;
2) II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında olur. Mübtəda
hansı şəxsdədirsə, xəbər də ona uyğun şəxs (xəbərlik) şəkilçisi qəbul edir.
Məsələn:
Mübtəda həmişə əsas, xəbər isə asdı tərəf olur.
Şəxsə görə uzlaşma, əsasən, pozulmur. Kəmiyyətə görə uzlaşma I və II
şəxslərdə mütləqdir, pozulmur. III şəxsin cəmində isə ola da bilər, olmaya
da bilər:

10.  Mətnin son abzasında uzlaşma əlaqəsində olan sözləri seçib yazın.
11.  Hansı cümlələrdə uzlaşma əlaqəsi pozulub? Səhvləri düzəltməklə mətni
köçürün.
Azərbaycanda qədim qurğuların geniş yayılmış bir növü kurqanlardır.
Tədqiqatçılar Kiçik Qafqazın ətəklərini, haqlı olaraq, “kurqanlar bölgəsi və
kurqanlı çöllər” adlandırır. Abşeron ərazisində e.ə. III-II minilliklərə aid çoxlu
sayda kurqanlar vardırlar. Onlar Dübəndidə, Türkan kəndləri yaxınlığında və
Abşeron yarımadasının quzey sahillərinin digər sahələrində aşkar edilmişdilər.
Goranboy rayonunun ərazisi kurqanlarla çox zəngindir. Burada Şadlı kəndi
yaxınlığındakı düzənlikdə böyük və kiçik süni təpəciklərdən ibarət geniş kurqan
sahəsi mövcuddur.

 Kurqan sözünün leksik mənasını aydınlaşdırın. 

 Mətndə yazılışı ilə deyilişi fərqlənən sözləri müəyyənləşdirin.
12.  Mətni oxuyun, uzlaşma əlaqəsində olan sözləri seçib cədvələ əsasən
qruplaşdırın. Tabesizlik əlaqəsi ilə bağlanan sözlərin işləndiyi cümlələri tapın.
İnsan zəkası inkişaf etdikcə tağbəndli məbədlər, təmtəraqlı imarətlər, uca
göydələnlər bütün dünyanı tutdu. Obalar, şenliklər şəhərlərə çevrildi, əlçatmaz,
ünyetməz buzlaqlar diyarına da, göylərindən od yağan səhralara da iz düşdü,
yol açıldı. Bir vaxt gildən, kərpicdən, daşdan qurub-yaradan memarlar sürət və
texnika əsrinin bütün imkanlarından istifadə etmək üçün yeni, müasir
materiallara əl atdılar: - beton, şüşə, plastika, metal...
Amerikanın, Avropanın iri şəhərlərində dəbdə olan ən müasir memarlıq üslubu
sayılan Xaytek üslubunda beton, şüşə, plastika və metaldan yaranan memarlıq
əsərləri son dərəcə qeyri-adidir.
Parisin, əsasən, klassik üslubda ucaldılmış imarətləri arasında Pompidu
İncəsənət Mərkəzi qeyri-adi görkəmi ilə görənləri heyran edir. Bu mərkəzin
müəllifləri, Xaytek üslubunun əsasını yaradan memarlar Avropada kifayət qədər
məşhur olan Rentso Piano və Riçard Rocersdir.
Uzlaşma əlaqəsi
Mübtəda ilə
xəbər arasında
II növ təyini söz
birləşmələri arasında
III növ təyini söz
birləşmələri arasında

Yol açıldı. 
.................
insan zəkası 
.................
mərkəzin müəllifləri 
.................


 Sizcə, respublikamızda Xaytek üslubunda tikilmiş binalar varmı? Mətndəki
məlumatdan istifadə edərək həmin binaları müəyyənləşdirməyə çalışın.

 Mətnlərdən (səh. 33, 35) istifadə edərək “Müasir üslub klassik üsluba
əsaslanır” mövzusunda fikir mübadiləsi aparın.
13.  Hansı doğrudur?
14.  Bakı şəhərində bəyəndiyiniz hər hansı bir müasir tikili haqqında təsvir xarakterli
esse yazın. Sizcə, onu qəzetinizin hansı bölməsinə yerləşdirmək olar?

MUĞAN
(əfsanə)
 
şəhərsalma
Muğan enlikürəkli, sağlambədənli, ağıllı, mərd və qoçaq bir oğlan idi. Qəbilə
qızlarının çoxu ona vurulmuşdu. Muğan isə Zivər adlı bir qızı sevirdi. Hər ikisi bir
obada böyümüş, at çapmış, qılınc oynatmışdılar. Əvvəllər oyun və yarışlarda bir-
birinə üstün gəlmək üçün səy göstərər, sonra isə oyunu heç-heçə qurtarardılar.
Muğan Zivəri görərkən qızarar, danışmağa söz tapmaz, nitqi tutulardı.
Atəşgahlarda dua mərasimi zamanı igidlərə xoşbəxtlik arzulanardı. Gündoğan
ölkənin xalqı bu iki cavanla öyünər, fəxr edərdi. El ağsaqqalları iftixarla deyərdilər:
- Bizim Muğanımızın canı nə qədər sağdır, adamlarımız azad gəzəcək, sürümüz
arxayın otlayacaq, yamyaşıl meşələrimiz, durnagözlü bulaqlarımız, cüyürlü
çöllərimiz yadellilərin tapdağını görməyəcəkdir.
Sizcə, əfsanədə xalq
niyə oyunların heç-heçə
qurtarmasını
vurğulayır?

Bax Muğan elin hörmətini, məhəbbətini belə qazanmışdı. Xoşbəxtlik saatı
yaxınlaşırdı. Lakin el adəti var idi. Onu icra etməyincə toy adətinə başlamaq olmazdı.
İlk növbədə, oğlan və qız nəsli yoxlanardı, qohumları öyrənilərdi. El adətinə görə,
qohumla ailə qurmaq olmazdı. Sonra “məhəbbət” sınağı başlanardı. Son sorğu və
son söz qızın atasının idi. Zivərin atası vəfat etmişdi. Odur ki bu işi el anası icra
etməli idi. Ana Muğanı el ağsaqqalları qarşısında qəbul edib deyir:
- Mən bu qohumluğa razıyam. Lakin izdivacla əlaqədar bir tələbim var: bizim el
alaçıqlarda və bir-birindən çox aralı yaşayır. Düşmən hücum edərkən sığınacaq
yerimiz olmur. Muğan, sən küçələri enli, ətrafı hasarlı bir şəhər salmalısan. Şəhər
çay üzərində, dəniz kənarında salınmalıdır. Bax bundan sonra mən öz qızımın
toyuna razılıq verəcəyəm.
Şəhər salmaq asan deyildi, özü də çox vaxt tələb edirdi. Muğan ruhdan düşdü.
Ağsaqqallar ona ürək-dirək verdilər:
- Oğul, qorxma. Bizim xalq əməksevərdir, səni darda qoymaz. Biz elliklə qolumuzu
çırmalayıb daş daşıyarıq, gözəl bir şəhər salarıq. “Elin gücü, selin gücü”, - demişlər.
Muğan ruhlandı, hamı qolunu çırmalayıb işə girişdi. Elin gücü ilə ətrafı qırmızı
kərpicdən hörülmüş bir şəhər salındı. Şəhərin darvazası Xəzərin ləpədöyəninə açıldı.
Şəhər dənizin yanında tikildi. Bundan sonra toy məclisi başlandı.
Xalq bu təzə şəhəri öz igid və qəhrəman oğlunun adı ilə “Muğan” adlandırdı.
1.  Ədəbiyyat dərsində öyrəndiklərinizdən istifadə edib mətnin əfsanə janrında
olduğunu əsaslandırın.
2.  Şəhər salmaq arzusu, sizcə, nəyə işarədir? Əsərin əsas ideyasını
müəyyənləşdirin.
3.  Əfsanədə xalqımıza məxsus hansı keyfiyyətlər sadalanır?
4.  Hadisələrin reallığa uyğun olub-olmadığı haqqında fikir mübadiləsi aparın.
5.  Yaşadığınız ərazinin adı ilə bağlı əfsanə mövcuddurmu? Onlar haqqında
yoldaşlarınızla müzakirələr aparın.
6.  Hər hansı bir yer adı ilə bağlı bədii mətn yazın.

7.  Abzasları ardıcıl düzməklə “Sumqayıt” şəhərinin yaranması haqqında əfsanəni
öyrənə bilərsiniz.

 Mətndə tələffüz formasında verilən sözləri müəyyənləşdirin və tələffüzdəki
fərqlənmənin səbəbini izah edin.

8.  “Muğan” mətnində məcazi mənalı sözləri tapın, onları həqiqi mənada işlədin.
Müqayisələr aparın.
9.  İzdivac sözünün leksik mənasını izah edin və qarşılığını tapın.
10.  Frazeoloji birləşmələri seçib qarşılığı ilə əvəz edin.
11.  İsmin hallarını və hal şəkilçilərini yadınıza salın. Nöqtələrin yerinə uyğun
şəkilçilər artırıb yazın. Həmin şəkilçilərin artırılma səbəbini izah edin.
Dünya... xoşbəxtdir yalnız o kəslər 
Ki, öz çörəyi... dostlarla yeyər. (N. Gəncəvi
Bir qan... saldığı körpü... su aparır. ("Qarıkörpü” əfsanəsindən
Bir el... ruhu..., dili... ancaq 
Kağızlar üstündə bölmək asandır. (B. Vahabzadə) 
12.  “Muğan” mətninin birinci abzasındakı hal şəkilçili sözləri seçərək əlaqəyə girdiyi
sözlə birlikdə yazın.
Nümunə: qəbilənin qızları
13.  “Muğan” mətnində axırıncı abzasdan uzlaşma və idarə əlaqəsində olan sözləri
müəyyənləşdirin.
Əsas tərəfin tələbinə görə asıb sözün adlıq haldan çıxaraq digər hallara
düşməsinə idarə əlaqəsi deyilir. 
İdarə əlaqəsi: 
1. tamamhqla xəbərin; 
2. yer zərfliyi ilə xəbərin; 
3.II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında olur. I tərəf yiyəlik
halda, II tərəf mənsubiyyət şəkilçili olduğuna görə II və III növ təyini söz
birləşmələrinin tərəfləri arasında həm idarə, həm də uzlaşma əlaqəsi olur.
Məsələn:

14.  Verilmiş sözlərdən idarə əlaqəsinin köməyi ilə söz birləşməsi və cümlələr
düzəldin. Nə müşahidə etdiniz? 
İş, getmək, həyat, mübarizə, sülh, müharibə, qorumaq, son qoymaq
15.  Mətni oxuyun, idarə əlaqəsində olan sözləri seçib aid olduğu sözlə birlikdə
yazın.
Çoxlu gül-çiçəyi olan yerləri xalqımız “gülüstan” adlandırmış, susuz, boz çölləri
laləzara çevirməyə çalışmışdır. Yəqin ki, hər yerin gülüstana çevrilib
abadlaşdırılması insanların sülh arzusu ilə bağlı olmuşdur. Hətta tikdikləri
qalalara, türbələrə, saldıqları kəndlərə belə, “Gülüstan” adı vermişlər.
Tarixi mənbələrdə tez-tez adı çəkilən “Gülüstan” qalası, yəqin ki, güllü-çiçəkli
yaylaq yeri olan bir ərazidə tikilmiş, həmin yerə uyğun adlandırılmışdır.
Gülüstan qalası Şamaxı şəhərinə çox yaxın olub, ətraf ərazidən 180-200 m
hündürlükdə yerləşir. IX əsrə aid olsa da, Gülüstan qalası XII-XIII əsrin
əvvəllərində köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. Şiddətli
dağıntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan bizim
dövrümüzə dağ relyefində “pərən-pərən düşmüş” tək- tək bürc və divar
bölümləri qalmışdır.
(“Qədim və erkən orta əsrlər dövründə Azərbaycan memarlığı” kitabından)

 Seçdiyiniz nümunələr içərisində söz birləşməsi varmı? Onların növünü
əyyənləşdirin və həmin birləşmələrin yaranmasında sintaktik əlaqələrin rolunu
izah etməyə çalışın.

 Mətndə mürəkkəb adları müəyyənləşdirin.
16.  “Yaşadığım ərazidə müasir şəhərsalma” mövzusunda nəqli xarakterli inşa 
yazın.
17.  “Tariximizdə Gülüstan adlı məkanlar” başlığı altında təqdimat hazırlayın.

1.  Tələffüz qaydalarını və intonasiyanı gözləməklə şeiri oxuyun.
GÜLÜSTAN
(ixtisarla)
Atıb imzasını hər kəs varağa, 
Əyləşir sakitcə keçib yerinə. 
Eynəkli cənabla təsbehli ağa 
Qalxıb əl də verir biri-birinə.
Neçə vaxt səngərdə hey ulaşdılar, 
Gülüstan kəndində sövdalaşdılar. 
Bir ölkə ikiyə 
Ayrılsın deyə!.. 
Tərəflər qol çəkdi müqaviləyə.
Gülüstan kəndinin gül-çiçəkləri 
Bir günün içində soldu-saraldı. 
“Gülüstan” bağlandı o gündən bəri, 
Bu kəndin alnında bir ləkə qaldı.
Hökmü gör nə qədər böyükmüş anın, 
Möhür də basdılar varağa təkrar. 
Yox, varağın deyil, Azərbaycanın 
Köksünə dağ boyda dağ basdı onlar.
Dolandı zəmanə, döndü qərinə, 
Şairlər od tökdü yenə dilindən. 
Vurğunun o həsrət nəğmələrinə 
Sizcə, hansı
ölkənin ikiyə
bölünməsindən
söhbət gedir?
“Gülüstan”
bağlandı dedikdə
şair nəyə işarə
edir?

Şəhriyar səs verdi Təbriz elindən:
“Bir uçaydım bu çırpınan yelinən, 
Qovuşaydım dağdan aşan selinən, 
Ağlaşaydım uzaq düşən elinən. 
Bir görəydim, ayrılığı kim saldı, 
Ölkəmizdə kim qırıldı, kim qaldı”.
Bəxtiyar Vahabzadə

2.  Sizcə, şair eynəkli cənab və təsbehli ağa dedikdə kimləri nəzərdə tutur?
3.  Bu əsərdə hansı tarixi müqavilədən söhbət gedir? Həmin müqavilə haqqında
danışın və fikir mübadiləsi yürüdün.
4.  B.Vahabzadə Şəhriyarın şeirindən nümunə gətirməklə nəyə işarə edir?
5.  Şeir üçün hansı sözlər açar söz ola bilər?
6.  Müqavilə, saziş, nota, bəyanat, ultimatum sözlərinin məna fərqlərini izah edin.
Fikirlərinizi nümunələr gətirməklə ümumiləşdirin.
7.  Sövdalaşdılar, köks, imza sözlərini hansı sözlərlə əvəz etmək olar?
8.  Düz sözünün omonim və çoxmənalı olduğunu əsaslandırın.
9.  Məcazi mənalı sözləri müəyyənləşdirin.
10.  Şeirdə hansı sözlər tələffüz formasında verilmişdir?
11.  Birinci bənddə necə? sualına cavab verən sözləri seçin və əlaqəyə girdiyi sözlə
birgə yazın. Həmin sözləri bir-birinə bağlayan qrammatik şəkilçi varmı? Həmin
sözlərdən biri digərindən asılıdırmı?
12.  Şeirdə necə?, nə vaxt?, nə qədər? suallarına cavab verən sözləri seçib
əlaqələndiyi sözlə birlikdə yazın.
Asılı sözün qrammatik şəkilçi qəbul etmədən əsas sözə bağlanmasına
yanaşma əlaqəsi deyilir. 
Yanaşma əlaqəsi, adətən, I növ təyini söz birləşməsinin tərəfləri arasında
olur. Məsələn:
Yanaşma əlaqəsində həmişə I tərəf asılı (tabe), II tərəf əsas (tabe edən) tərəf
olur. Məsələn:
Yanaşma əlaqəsi təyinlə təyinolunan üzvlər arasında olur.

13.  Şeirin sonuncu bəndində son iki misrada verilmiş sözlər arasında sintaktik
əlaqələri müəyyən edin.
14.  Cümlələrin ardıcıllığını müəyyən edib kiçik mətn düzəldin və yanaşma
əlaqəsində olan sözləri seçib yazın. Fikirlərinizi əsaslandırın.
(1) 1813-cü il Gülüstan müqaviləsi Gülüstan kəndində imzalanıb. (6) Tarixi
Gülüstan müqaviləsi 1813-cü ilin oktyabrında bu qalada imzalanmışdır. (4) Lakin
1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan ordusu kəndi erməni
işğalından azad edib.
(5) Gülüstan kəndi hal-hazırda Goranboy ərazisində yerləşir.
(3) Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir. (2) Qala tam
şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunmuşdur. (7) Qarabağ
müharibəsinin başlanğıcında erməni quldur dəstələri havadarlarının köməyi ilə
kəndə nəzarəti ələ keçiriblər.

 Mətndə fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.

 Hansı cümləni çıxarsaq, mətnin məzmununa xələl gəlməz?

 Bölmənin əvvəlində N.Hikmətin “Bu xalqın nəyə qadir olduğunu bilmək üçün
baş sındırmayın, təkcə memarlıq abidələrinə baxsanız, bəs edər” ifadəsi ilə
yuxarıdakı mətnin məzmununu müqayisə edərək mühakimə yürüdün:
abidələrimiz həmyaşadır, həm də bədnam hadisələrin şahidi olur”.
15.  Qarabağda məhv edilmiş abidələr haqqında məlumat toplayıb təqdimat
hazırlayın. 
Təqdimat hazırlamaq üçün aşağıdakı plandan və məlumat xarakterli
mətnlərdən istifadə edə bilərsiniz:
Plan
1.  Qarabağda məhv edilmiş memarlıq abidələrinin və tikililərinin siyahısını
toplayın və haqqında qısa məlumat verin.
2.  Onların məhvedilmə səbəbini öyrənin.
3.  Hadisəyə öz münasibətinizi bildirin.
4.  Hadisəyə digərlərinin münasibətini öyrənib öz fikirlərinizlə tutuşdurun.
5.  Nəticə.

ZİVƏR BƏY ƏHMƏDBƏYOV
Bakının qədim memarlıq abidələri dünyanın çox şəhərlərinin abidələri ilə bəhsə girə
bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət nümunələri əsas etibarilə ecazkar
şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən
yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi dövrünün
görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub. Onun yaratdığı
bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy
peşəkar Avropa təhsili almış və 1918-1925-ci illərdə Bakı şəhərinin memarı olmuş ilk
azərbaycanlıdır.
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Bakıda gimnaziya təhsilini başa vurduqdan
sonra 1893-cü ildə əlaçı tələbə kimi Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna
göndəriş almışdır.
Zivər bəy burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır və SanktPeterburqda
fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilir. Hələ
tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı ilə
görüşür. Bu görüş onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı,
açıq fikirli bir gənc olduğunu vurğulayır, işinə böyük dəyər verir, fəaliyyətini Bakıda
davam etdirməyi məsləhət görür. Bu barədə Zivər bəy Əhmədbəyovun Həsən bəyə
yazdığı bir məktubda oxuyuruq: “Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə
vermiş olduğunuz töhfəni əsla unutmayacağam. İnanıram ki, ən qısa zamanda
görüşəcəyik”.
Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlir, az vaxt ərzində
Bakı qubernatorunun və elitar təbəqənin şəxsi malikanələrinin memarı kimi tanınır.
Nabat Aşurbəyova Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzə Pir məscidinin
inşasında ilk diplomlu azərbaycanlı memar kimi Z.Əhmədbəyovun xidmətlərindən
istifadə etmişdir. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək onu məşhur
məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam etmişdir. Səyahətdən
Həsən bəy Zərdabi niyə
Zivər bəy
Əhmədbəyova
fəaliyyətini Bakıda
davam etdirməyi
məsləhət görür?
Zivər bəy Əhmədbəyov,
sizcə, hansı töhfəni
nəzərdə tuturdu?

sonra Zivər bəy bir sıra layihələrin: Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir
məscidi, Əmircan-

da Murtuza Muxtarovun tikdirdiyi məscidin və Bakıda neçə-neçə yaşayış evinin
memarı olur.
1908-22-ci illərdə Əmircanda tikdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən
biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Şamil Fətullayev-Fiqarov yazır ki, bir dəfə AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunda Orta Asiyadan olan bir alimin dissertasiyasının müdafiəsi keçirilirdi.
Opponentlərdən biri memarlıq tarixi üzrə professor T.P.Kap- tereva idi. O, otaqda
Maştağa kəndinin məscidlərindən birinin şəklini gördü və coşqunluqla “Bu ki
qotikadır”, - deyə səsləndi. Mən sakitcə cavab verdim: “Tatyana Pavlovna, bu,
Maştağa kəndinə məxsus Abşeronun əsl memarlıq nümunəsidir*’. Daha sonra mən
həmin kənddə 23 monumental məscidin və 27 hamamın olduğunu bildirdim.
1.  Mətn əsasında dialoq tərtib edin.
2.  Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan istifadə edərdiniz?
Onları tərtib edib yoldaşlarınızla müzakirə edin.
3.  Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
4.  Ecazkar, bənzərsiz sözlərinin sinonimlərini tapın.
5.  Mətndə altından xətt çəkilmiş birləşmələrin tərəflərini ifadə vasitələrinə görə
qruplaşdırın.
6.  Uyğunluğu müəyyənləşdirib fikirlərinizi əsaslandırın (səh. 47).


 Belə nümunələrin sayını artırmağa çalışın.
7.  Mətndə altından xətt çəkilmiş birləşmələrin növünü müəyyənləşdirin.
Cavanşir qalası İsmayıllı rayonu ərazisində yerləşir. Qafqaz Albaniyasında
Mehranilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Bu qala hökmdar
Cavanşir tərəfindən tikdirildiyi üçün onun adını daşıyır. Qalanın inzibati mərkəz
kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan
kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir.
Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na
(İsmayıllı rayonu Xanəgah kəndində) yeraltı yolun olması güman edilir. Qalanın
həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın
qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır.

 İki cümləni birləşdirib bir cümlə qurun. Bu zaman məzmunun dəyişməməsinə
çalışın. Verilmiş nümunədən istifadə edin.

 Cümlələrdə hansı dəyişiklik baş verdi?
Bu dəyişikliyi yaratmaq üçün nədən istifadə etdiniz?
8.  “Zivər bəy Əhmədbəyov” mətnində çərçivəyə alınmış ixtisarlara artırılmış
şəkilçilərin işlənmə məqamına diqqət yetirin. Siz də belə ixtisarlar tapıb onlara
şəkilçi artırın.
Nümunə: BMT - BMT-yə

 İxtisarlara şəkilçi artırarkən hansı qanunauyğunluğu müşahidə etdiniz?
9.  “Memar olsaydım...” mövzusunda təsvir xarakterli esse yazın.
Cavanşir qalası İsmayıllı rayonu
ərazisində yerləşir. Qafqaz
Albaniyasında Mehranilər
sülaləsinin hakimiyyəti dövründə
tikilmişdir.
Qafqaz Albaniyasında Mehranilər
sülaləsinin hakimiyyəti dövründə
tikilmiş Cavanşir qalası İsmayıllı
rayonu ərazisində yerləşir.

10.  Verilmiş mətnin birinci abzasında söz birləşmələrinin növünü müəyyənləşdirin.
Altından xətt çəkilmiş ifadələrin fərqini izah edin.
Sentyabr ayının əvvəllərində “Elitar” gimnaziyada Şagird Özünüidarə Komitəsi
yaradılmışdı. 11-ci sinif şagirdi İnayət komitə sədri seçilmişdi. Komitə təlim-
tədris prosesində, məktəbin ictimai həyatında fəal iştirak edəcəyinə,
nizamnamədə öz əksini tapan tələb və vəzifələri layiqincə yerinə yetirəcəyinə
söz vermişdi.
Dekabr ayı yaxınlaşırdı. Qarşıda keçirilməsi vacib olan bir sıra mühüm tədbirlər
vardı.
Komitə sədri bu məqsədlə keçirdiyi iclas, müzakirə olunan məsələlər barədə
direktora şifahi məlumat verdi. Direktor iclasda müzakirə olunan məsələlərin,
qəbul edilmiş qərarların sənədləşməsini tövsiyə etdi.
Sizcə, komitə sədri İnayət iclasın gedişini sənədləşdirmək üçün hansı əməli yazı
növündən istifadə etməlidir?
Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin