Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏLƏKBƏR SEYFİ (19.3.1901 - 15.12.1977)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə370/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   366   367   368   369   370   371   372   373   ...   470
ƏLƏKBƏR SEYFİ (19.3.1901 - 15.12.1977) 

 

Azərbaycan teatr mədəniyyəti tarixinə aktyor, təşkilatçı, inzibatçı  və  tərcüməçi kimi daxil 

olan Ələkbər Seyfulla oğlu Seyfinin yaradıcılığı öz səmimiyyəti, realist boyalarının emosionalhğı, 

milli koloriti, ifadə vasitələrinin sadəliyi və cazibədarlığı ilə  səciyyəvidir. Ötən  əsrin iyirminci və 

otuzuncu illərində psixoloji teatr ünsürlərindən cəsarətlə  bəhrələnən ilkin aktyorlar sırasında 

Ələkbər Seyfinin də adını çəkmək olar. Aktyor bütün yaradıcılığı boyu bu istiqamətdə axtarışlarını 

və sınaqlarını davam etdirmişdir. 

Ələkbər Seyfi Novruz bayramının axır çərşənbəsində 19 mart 1901-ci ildə Tiflis şəhərində 

doğulub. Müəyyən güzəştli imtiyazları olan "İttifaq" məktəbində oxuyub. Burada Azərbaycan, rus 

və alman dilləri tədris edilirdi. Məktəb mütərəqqi tədris proqramı əsasında dərs keçirdi. 1914-cü ilin 

əvvəllərində Hüseyn Ərəblinski və Əbülfət Vəli Tiflisə növbəti qastrola gəliblər. Bakı aktyorlarının 

"Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında  Ələkbər Seyfi Bəhram rolunda ilk dəfə  səhnəyə 

çıxıb. 1917-ci ildə "İbrət" dram dərnəyinə üzv olub. Tezilklə o, xeyli rol oynayıb. 

1928-ci ildə Bakıya, Türk İşçi Teatrında işləməyə  dəvət edilib. Ələkbər Seyfinin 

səmimiyyəti, xeyirxahlığı, nəzəri hazırlığı, dünya dramaturgiyasma dərindən bələdliyi, kollektivdə 

nizam-intizam səriştəliliyi, yüksək səhnə etikasma malik olması Bakı  İşçi Teatrında da özünün 

səmərəli nəticələrini verib. Aktyor kimi tamaşalarda oynayan Ələkbər Seyfi yüksək təşkilatçılıq 

bacarığına görə 1930 - 1931-ci il teatr mövsümündə kollektivə direktor təyin olunub.  1933-cü ildə 

teatr 

Gəncəyə köçüb. Bu sənət ocağında Ələkbər Seyfinin yaradıcılığının yeni mərhələsi başlayıb. 



Şəxsiyyətə pərəstiş dövrünün fəlakətli, müdhiş repressiya illərində, 1938-ci ilin fevralında Ələkbər 

Seyfi həbs olunub və 1956-cı ildə bəraət alıb. 




Ələkbər Seyfinin müəyyən uzun və qısa fasilələrlə Gəncə Dövlət Dram Teatrında oynadığı 

əsas rollarını bu ardıcıllıqla sadalamaq olar: Katib ("Fahişə", Vladimir Marqaret), Şeyx Əbülqasım 

("Qanlı səhra", Ələkbər Seyfinin təbdili), Lu Quy ("Tufan", Tsao Yuy), Şeyx Kəbir, Piran ("Şeyx 

Sənan" və "Səyavuş", Hüseyn Cavid), Şeyx  Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə 

Sadıq xan, Belokurov, Ocaqqulu ("Nəsrəddin  şah", "Yaşar" və "Almaz", Cəfər Cabbarlı), kapitan 

Bernardo ("Kələkbaz sevgili", Lope de Veqa), ksanf ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Dəllək 

Yaqub ("Həmyerlilər", Altay Məmmədov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy 

Haqverdiyev), Karlo Plkkio ("Aygül diyarı", Mustay Kərim), Mirzə  Əliabbas ("Küləklər", Sabit 

Rəhman), Qratsiano ("Otello", Vilyam Şekspir), Müfəttiş ("Qatarlar səhər gedir", Raymond 

kauqvern), Dmitri Petroviç ("İki qardaş", Mixail Lermontov), Naçalnik ("Hacı Qara", Mirzə Fətəli 

Axundzadə), Alı kişi və Naçalnik ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Sarvan kişi ("Kəndçi qızı", 

Mirzə  İbrahimov), Həsən bəy Zərdabi ("Mirzə  Fətəli",  Şəfayət Mehdiyev), Abdulla ("Vicdan", 

Bəxtiyar Vahabzadə). 

Ələkbər Seyfinin güclü və peşəkar tərcüməçilik səriştəsi vardı. Yaradıcılığının mahiyyəti, 

üslub səciyyələri, bədii-estetik prinsipləri, poetika göstəricilərinin xüsusiyyətləri ba-xıınından realist 

aktyor məktəbinin nümayəndəsi olan Ələkbər Seyfinin bir neçə ekran obrazı da var. O, 

"Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Səhər" (Mürəttib), "Qanun naminə" (Qoca 

kəndli), "Uşaqlığın son gecəsi" (İsmayıl dayı), "Mən ki, gözəl deyildim" (Hesabdar) rollarına 

çəkilib. 

Milli səhnə mədəniyyətimizin tərəqqisindəki xidmətlərinə görə Ələkbər Seyfi 20 may 1958-

ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 14 dekabr 1961-ci ildə xalq artisti fəxri adları ilə 

təltif olunub. 

15 dekabr 1977-ci ildə  Gəncədə  vəfat edib və  şəhərin Bağbanlar məhəlləsindəki Fəxri 

xiyabanda dəfn olunub. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin