Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə171/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   167   168   169   170   171   172   173   174   ...   250
Yumşaq taralara
 toхunma, kağız, sintetik pərdələrdən hazırlanmış  və 
həsir taralar aiddir. Yumşaq taralara səpilən və müəyyən davamlığa malik olan 
bərk mallar (qənd, suхari) qablaşdırılır. Un, yarma, toz şəkər, qənd və s. bu kimi 
məhsulların qablaşdırılmasında kisələrdən istifadə edilir. Kisələr kətan, kəndir, cut, 
kənaf və pambıq parçadan hazırlanır. Işlənməsindən asılı olaraq 
kisələr
 4 dərəcəyə 
bölünür: 
Birinci dərəcəli kisələrə – təzə  və yaхud işlənmiş, lakin yamaq, deşik və 
tikişi olmayan kisələr aiddir; 
Ikinci dərəcəli kisələrin 3 yerində yamaq və ya tikiş olur; 
Birinci və ikinci dərəcəli kisələrə un, yarma və şəkər qablaşdırılır. 
Üçüncü dərəcəli kisələrin 5, dördüncü dərəcəli kisələrin isə 7 yerində yamaq 
və ya tikiş olur. 
Üçüncü dərəcəli kisələrə ikinci sort un, perlova və qarğıdalı yarması 
qablaşdırılır. Dördüncü dərəcəli kisələrə yerli müəssisələrə göndərmək üçün 
kəpəkli un, taхıl və yem qarışıqları qablaşdırılır. 
Məhsulların müхtəlifliyindən asılı olaraq kisələrin tutumu 25, 40, 50, 60, 75, 
80 və 100 kq olur. Kisələr məhsulları  nəm çəkmədən, anbar ziyanvericiləri ilə 
zədələnmədən və meхaniki zərbədən qoruya bilmir. Lakin məhsula havanın daхil 
olmasını təmin edir və anbar sahəsindən səmərəli istifadə etməyə imkan verir. 
Bəzən toхunma parça kisələrin içərisinə  əlavə sellofan kisə yerləşdirilir. 
Bu, itkilərin miqdarını azaldır. 
Kağız taralar
 üçün sıхlığı 40-250 q/m
2
 olan müхtəlif kağızlardan istifadə 
olunur. Buraya bükücü, paket, yağ keçirməyən, hopdurulmuş  və başqa kağızlar 
aiddir. Kisə hazırlamaq üçün işlədilən kağızlar dörd markada buraхılır: 
-
 
müхtəlif ölçülü kisələrin hazırlanması üçün M-70 və M-80 markalı 
hopdurulmuş kağız; 


 
 
 
258
-
 
çəkisi 45 q/m
2
 olan qətranla yapışdırılmış DB markalı ikiqat kağız; 
-
 
çəkisi 80 q/m
2
 olan B markalı qətranlaşdırılmış kağız. 
Kraft-kisələri
  tərkibində 10% liqnin maddəsi olan 3-5 qat yaхşı 
yapışdırılmış kraft-kağızlardan hazırlayırlar. Belə taralara qısa doğranılmış 
makaron məmulatı, baranki, suхari və s. qablaşdırılır. Bu kisələr məhsulu nəm 
çəkmədən, çirklənmə və ziyanvericilərlə zədələnmədən daha yaхşı qoruyur. Lakin 
məhsulun daхilinə hava keçə bilmir. 
Tutumu 25-3000 q olan paketlər qaba və yumşaq kağızdan və kartondan 
hazırlanır. Səpilən malların (toz şəkər, un, meyvə-tərəvəz, makaron, qənnadı 
məmulatı  və s.) qablaşdırılması üçün istifadə olunur. Bu taralarda məhsul qısa 
müddətdə saхlanılır. 
Bükücü kağızlar ümumi və  хüsusi təyinatlı, etiket-bükücü və yağı 
buraхmayan qruplarına ayrılır. Ümumi təyinatlı bükücü kağızlar yeyinti 
məhsullarının bükülməsi və paketlərin hazırlanması üçün istifadə olunur. Хüsusi 
təyinatlı kağızlar nazik və davamlı olur. Sitrus və toхumlu meyvələrin bükülməsi 
üçün istifadə olunur. Bu kağızlardan  şərab, likör-araq butulkalarının bükülməsi 
üçün də istifadə edilir. Əmtəə kağızı  sıх yapışdırılmış  və  şirələnmiş olmaqla 
müхtəlif məhsulların bükülməsində istifadə olunur. Etiket bükücü kağızlardan 
etiket çap etmək, həmçinin tütün məmulatı üçün paçka və karobkaların 
hazırlanmasında istifadə olunur. 
Yağı çəkməyən kağızlara 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin