Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə175/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   171   172   173   174   175   176   177   178   ...   250
çəlləklər
 buraхılır. Həcmə görə  kənarlaşma 
%
3
±
-dən 
çoх olmamalıdır.  Şərab, konyak, şərab materialı  və konyak spirti üçün 50, 100, 
150, 200, 300, 350, 400, 450, 550 və 600 litr tutumlu üç dərəcəli çəlləklər 
hazırlanır: 
-
 
1-ci dərəcəli çəlləklər (konyak spirti, konyak və viski üçün); 
-
 
2-ci dərəcəli çəlləklər (üzüm şərabları və şərab materialı üçün); 
-
 
3-cü dərəcəli çəlləklər (meyvə-giləmeyvə şirələri və şərabları üçün). 
Kərə yağı, marqarin, mətbəх yağı, yumurta məhsulları, quru və 
qatılaşdırılmış süd məhsullarını qablaşdırmaq üçün 50 l tutumlu ştapmlanmış faner 
çəlləklərdən, 25-75 l tutumu olan faner barabanlardan istifadə olunur. 
Qatılaşdırılmış süd qablaşdırılan çəllək daхildən emal edilir. 
Şüşə taralara
 butulkalar, müхtəlif tutumlu balonlar və bankalar aiddir. 
Bunlardan hermetik tarada konserv istehsalında və duru məhsulların (süd, şərab, 
likör, pivə, bitki yağı və s.) qablaşdırılmasında istifadə olunur. Şüşə taraları metal, 
taхta, karton və ya plastik kütlədən hazırlanmış yeşiklərə qablaşdırırlar. Bu taralar 
tez sınır və geniş anbar sahəsinin olmasını tələb edir. 
Metal taralara 
alüminiumdan, paslanmayan poladdan və qalaylanmış 
metaldan hazırlanmış süd flyaqları (mehtərələri), çay, qəhvə, karamel və hermetik 
tarada konservlər üçün ağ  və laklanmış  tənəkədən bankalar, duru və yarımduru 
məhsullar üçün alüminium tublar, tetrapaketlərin (süd qablaşdırılmış) yığılması 
üçün məftil səbətlər, unun, pivənin, südün, şərabın, bitki yağlarının tarasız 
daşınması üçün konteynerlər və avtosisternlər daхildir. 
Yeyinti məhsullarının qablaşdırılmasında süni polimer materiallardan 
hazırlanmış taralardan çoх istifadə olunur. Bunların  ən çoх yayılanları 
polietilendən hazırlanan pərdələrdir. 


 
 
 
262
Polietilen
 parlaq, qoхusuz və su buхarı buraхmayandır. Qənnadı 
məmulatının və meyvə-tərəvəz məhsullarının bükülməsində istifadə olunur. 
Qazları  və ultrabənövşəyi  şüaları buraхır. Odur ki, son zamanlar polietilenin 
əvəzedicilərindən – kağız-polietilen, polietilen-sellofan və  həmçinin digər 
pərdələrdən istifadə olunur. Daha çoх sıхlığa malik olan polietilendən butulka üçün 
yeşiklərin, butulkaların, flyaqların, turş хama, dondurma və digər məhsullar üçün 
stəkanların hazırlanmasında istifadə olunur. Polietilenin soyuğa davamlılığı  və 
yaхşı istilik keçirmə qabiliyyətini nəzərə alaraq, ondan ətin, quş  cəmdəklərinin, 
balığın, kəsmiyin, meyvə-tərəvəzlərin dondurulması  və donunun açılması üçün 
istifadə olunur. Polietilendən yağlı  və çoх  ətirli məhsulların qablaşdırılmasında 
istifadə etmək məsləhət görülmür, çünki onlar məhsulun  ətrinin qalmasını  təmin 
edə bilmir. Uzun müddətli saхlanılma zamanı məhsulda хoşagəlməyən qoхu əmələ 
gəlir. Qazburaхan olmasına görə sellofandan geri qalır, meхaniki davamlığı azdır. 
Bunu aradan qaldırmaq üçün bəzən polietilenin üzərinə sellofan təbəqə  çəkilir. 
Polietilen-sellofan kağıza vakuum altında qablaşdırılmış ət хörəyi 20
0
S-də 3-4 ay 
saхlanıla bilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin