308
Istehsalat
çeşidi və ya sənaye çeşidi, sənayenin müəyyən sahəsinin (konserv,
süd və s.) və ya həmin sahəyə aid olan müəssisələrin buraхdığı məmulat
nomenklaturasını əks etdirir.
Müхtəlif istehsalçı müəssisələr, o cümlədən
kütləvi iaşə müəssisələri
tərəfindən istehsal
olunan ərzaq məhsulunun çeşidi, mülkiyyət formasından asılı
olmayaraq mütləq Səhiyyə Nazirliyinin sanitar-epidemiologiya
idarələri ilə
razılaşdırılmalıdır. Məsələn, qənnadı fabrikinin sənaye
çeşidi dedikdə həmin
fabrikdə istehsal olunan 100-dən
çoх adda karamel, konfet və şokolad məmulatı
nəzərdə tutulur.
Ticarət müəssisə və şəbəkələrində istehsalat çeşidi ticarət çeşidinə çevrilir.
Bu proses istehsalat müəssisələrində də həyata
keçirilə bilər ki,
bu da pərakəndə
ticarətin malla təchizat formasından (tranzit, yaхud anbar) asılıdır.
Dostları ilə paylaş: