______________Milli Kitabxana_____________
85
mənimlə dava-dalaşa başladın, sən böyük hökmdarsan, mən isə o
adamam ki, sən ona bir qala qoymuşsan qalsın, mən məhz bu
qalanın hökmdarıyam. Haydı döyüşə! Qoy Samuxi şəhərinin
ilahəsi İştar və Nerik şəhərinin tufan allahı (Taru) bizim
haqqımızda hökm versinlər". Hattuşili hakim ailəyə mənsub idi,
onun hakimiyyətə hüquqları tapdalanırdı. Maraqlıdır ki, o özünün
hakimiyyətə gəlməsini də ilahə İştarın iradəsi ilə bağlayır və
deyir: "Necə ki, mənim ilahəm İştar vaxtilə mənə taxt-tacı vəd
etmişdi, indi o, arvadımın yuxusuna girərək (demişdir): - Mən
sənin ərinə kömək edərəm və bütün Hattuşili sənin tərəfinə keçər".
Hattuşili qələbə çaldıqdan sonra qardaşını və rəqiblərini edam
etdirmir, sadəcə olaraq ölkədən qovur. "Tərcümeyi-hal" göstərir
ki, III Hattuşili mübahisəli məsələləri ancaq müharibə yolu ilə həll
etməyi üstün tuturdu. Eyni zamanda o, həqiqət və ədalətin son
məqamda qələbə çalacağı inamına biganə yanaşmırdı. Lakin
mətndən göründüyü kimi, III Hattuşili, bəlkə də mövcud olan
vərəsəlik qaydalarını pozaraq, hakimiyyətə zorla sahib olmuşdu.
Mətn III Hattuşilinin müraciəti ilə sona yetir: "Gələcəkdə kim
olursa olsun - Hattuşilin oğlumu, nəvəsimi, yaxud nəticəsimi-
hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi
şəhərinin ilahəsi İştara ehtiram göstərsin". Hetlərin dini
dünyagörüşündə akkadların İştar ilahəsinə sitayişi geniş təmsil
olunmuşdu. Ümumiyyətlə, İştar ilahəsinə sitayiş nəinki het hakim
dairələri arasında, eləcə də İkiçayarasına söykənən başqa
ölkələrdə də, məsələn Cənubi Azərbaycanın kuti və lullubi
hökmdarları arasında da geniş yayılmışdı.
Het ədəbiyyatı nümunələri cərgəsinə I Hattuşilinin siyasi
vəsiyyətini də daxil etmək olar. Burada I Murşilin hakimiyyətə
varis təyin edilməsindən bəhs edilir, üsyan qaldırmış digər
övladlar hakimiyyətdən uzaqlaşdırılır. I Hattuşili əyanlara
müraciət edir: "Baxın, indi Murşili mənim oğlumdur... Nə zaman
ki, silah götürməyə çağırış olsa, onda siz, mənim bəndələrim və
əsilzadə vətəndaşların (mənim oğluma yardım göstərmək üçün
əlçatanda) hazır olmalısınız. Üç il keçəndən sonra o, yürüşə
getməlidir... Siz onu yürüşə aparsanız (nə qədər ki, o uşaqdır),
onun sağ-salamat geriyə qayıtması qayğısına qalın". Het
|