______________Milli Kitabxana_____________
94
əlifba sisteminin ilk nümunəsi olmuşdur.
Şərqi Aralıq dənizi əhalisinin dini təsəvvürləri müxtəlif
olmuşdur. İlk əvvəl vahid panteon mövcud deyildi. Hər şəhərin
özünəməxsus allahı vardı. Onlar müxtəlif adlar daşıyırdılar.
Adətən bu allahlar Baal (ağa), yaxud El (allah), bəzən Melek və
ya Molox (hökmdar) adlanırdılar. Bibldə Adon (yunan allahı
Adonis) allahına sitayiş geniş yayılmışdı. O, ölən və dirilən allah
surətini təmsil edirdi. Mənası isə sadəcə olaraq "mənim ağam"
deməkdir. Yahve hələ vahid allah hesab olunmurdu. Tövratda
Elohim (allahlar) allah adı da işlənilirdi. Kosmik ilahələrə sitayiş
uzun müddət davam etmişdi. Bəzən yadelli allahlara da sitayiş
olunurdu. Tədricən Yahve israillilərin və yəhudilərin ümumi
allahına çevrildi. Yahve öküz şəklində təsvir olunurdu. E.ə. V-III
əsrlərdə yəhudi dini formalaşdı və iki təriqət əsasında inkişaf
tapdı. Çoxallahlılıq təqib edildi və vahid allaha sitayiş bərqərar
oldu.
Yəhuda və İsrail ədəbiyyatı qonşu xalqları, xüsusilə
İkiçayarası və Misir ədəbiyyatı əsasında formalaşırdı. Bu
ədəbiyyat Tövratda öz əksini tapmışdı. Dünyanın əmələ gəlməsi,
ümumdünya daşqını əfsanələri bilavasitə Şumer və Babilistan
təsiri altında meydana gəlmişdi. Tövrat mövzuları nəinki
xristianlığa, eyni zamanda islam dininin formalaşmasına da böyük
təsir göstərmişdi.
|